MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə44/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   40   41   42   43   44   45   46   47   ...   266

IVFƏSİL CİNÄ YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

II 

Çəkişmə  elə  bir  prosesdir  ki,  burada  prosessual  funksiyalar 

cinayət-prosessual fəaliyyətin subyektləri (tərəflər) arasında bölünmüş 

olur.  İttiham  funksiyası  ittihamçı,  xüsusi  ittihamlı  işlər  üzrə  zərər 

çəkmiş  şəxs  tərəfindən,  müdafiə  funksiyası  təqsirləndirilən  şəxs  və 

onun  müdafiəçisi  tərəfindən,  işi  həll  etmə  funksiyası  isə  məhkəmə 

tərəfindən həyata keçirilir. 

Cinayət  prosesində  çəkişmə  əsil  demokratik  prinsip  olub, 

təqsirləndirilən  şəxsin  müdafiə  hüququnun  real  həyata  keçirilməsini 

təmin  edir  və  mühakimə  icraatı  qarşısında  duran  vəzifələrin  yerinə 

yetirilməsinə  mühüm  kömək  edir.  Həmin  prinsipə  əsasən,  proses 

mübahisə  və  müzakirə  şəraitində  apanlır  ki,  bu  da  öz  növbəsində 

məhkəmə  qarşısında  duran  vəzifələrin  həyata  keçirilməsinə  təminat 

yaradır. 

Çəkişmə prosesi hər iki tərəfin (ittiham və müdafiə) iştirak etdiyi bir 

prosesdir.  Çəkişmə  prosesində  təqsirləndirilən  şəxs  hər  şeydən  əvvəl 

tərəfdir və onun tərəf olması çəkişmə prosesi üçün xarakterikdir. 

Cinayət prosesinin cinayət işi başlama, ibtidai istintaq, məhkəməyə 

vermə  və  apellyasiya  icraatı  mərhələlərində  təqsirləndirilən  şəxsin 

müdafiə hüququna malik olması ilə əlaqədar olaraq çəkişmə prinsipinin 

bəzi  elementləri  mövcud  olsa  da,  bu  prinsip  özünün  tam  və  aydın 

ifadəsini məhkəmə baxışı mərhələsində tapır. Çünki prosesin məhz bu 

mərhələsində tərəflər meydana çıxır. 

Cinayət  işinin  başlanması  və  ibtidai  istintaq  mərhələlərində  isə 

tərəflər yoxdur. Tərəf anlayışı altında, hər şeydən əvvəl, cinayət işinin 

mahiyyət  etibarilə  həll  edilməsində  marağı  olan,  habelə  ittiham  və 

müdafiə  funksiyalarından  hər  hansı  birini  həyata  keçirən  prosessual 

fəaliyyətin subyektləri başa düşülür. 

Odur  ki,  prosesin  bütün  iştirakçıları  tərəf  ola  bilməzlər.  Prosesdə 

məhkəmə, təqsirləndirilən şəxs, onun müdafiəçisi, şahidlər, ekspertlər 

və s. iştirak etsələr də onlardan yalnız ittihamçı, təqsirləndirilən şəxs və 

onun müdafiəçisi, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh 

tərəf sayılırlar. 

Göstərilən  subyektlərin  hər  biri  ayrılıqda  məhkəmə  qarşısında  öz 

tələblərinin həyata keçirilməsi  üçün  cinayət-prosessual  qanunvericilik 

ilə  müəyyən  edilmiş  prosessual  vasitələrdən  istifadə  edirlər.  Dövlət 

ittihamçısı  -  prokuror  ittihamın  əsaslarının  iş  üzrə  toplanmış 

materiallarla  sübuta  yetməsini  məhkəmə  qarşısında  əsaslandırmağa 

çalışır. 



Mirağa Cəfərquliyev 

təqsirləndirilən şəxs və onun müdafiəçisi isə elan edilmiş ittihama qarşı 

öz  dəlillərini  irəli  sürürlər.  Beləliklə,  proses  iki  tərəfin  çəkişməsinə, 

kəskin mübahisəsinə çevrilir. 

Çəkişmə prinsipinə xas olan əlamətlərdən biri də qarşı-qarşıya duran 

hər  iki  tərəfin  prosesdə  iştirak  etməsidir.  Məhkəmə  baxışında  bəzən 

təqsirləndirilən  şəxs,  yaxud  dövlət  ittihamçısı  iştirak  etmir  -  bu  da 

məhkəmədə işə baxılarkən iki tərəfdən birinin olmaması deməkdir. 

Lakin belə hallarda çəkişmənin də olmadığını irəli sürmək düzgün 

olmazdı. Məhkəmə baxışında bir tərəfin tam iştirak etməməsi çəkişmə 

prosesini zəiflədə bilər, ancaq onu tamamilə aradan qaldıra bilməz. 

Tərəflərdən hər hansının məhkəmə  baxışında iştirak etməməsi əks 

tərəfi öz tələbinin doğru-düzgün olmasını sübut etməkdən azad etmir. 

Əgər  məhkəmədə  dövlət  ittihamçısı  iştirak  etmirsə,  onun  ibtidai 

istintaqda təsdiq etdiyi ittiham aktı məhkəmədə təqsirləndirilən şəxsə və 

müdafiəçiyə  onun  əsaslarına  qarşı  öz  dəlillərini  irəli  sürməyə  və 

ittihamdan özünü  müdafiə etməyə  imkan  yaradır.  Bu halda  da  proses 

çəkişmə şəraitində həyata keçirilir. 

Tərəflər  arasında  gedən  prosessual  mübahisənin  daha  obyektiv, 

hərtərəfli və real olması və bu çəkişmənin nəticələrinin məhkəmə üçün 

həqiqəti  müəyyən  etmək  imkanı  yaratmaq  məqsədilə  Cinayət- 

Prosessual  Məcəllənin  32-ci  maddəsi  tərəflərin  bərabər  prosessual 

hüquqlara  malik  olmalarını  təsbit  etmişdir.  Maddədə  çəkişmə 

prinsipinin  həyata  keçirilməsinin  bütün  halları  və  qaydalan  aydın  və 

bütün  prosessual  cəhətləri  nəzərə  almaq  dəqiqliyi  ilə  sadalanmışdır. 

Cinayət  prosesində  tərəflərin  çəkişməsini  təmin  etmək  məqsədi  ilə 

cinayət-  prosessual  qanunvericilik  aşağıdakı  qaydaları  nəzərdə 

tutmuşdur: 

1)

 

hər bir tərəf məhkəmədə təmsil olunur



2)

 

hər  bir  tərəf  məhkəmədə  öz  mövqeyini  müdafiə  etmək  üçün 



bərabər hüquqlara və imkanlara malikdir

3)

 



ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu 

ilə  nəzərdə  tutulmuş  əməlin  əlamətlərinin  mövcudluğunu,  bu  əməlin 

törədilməsinə  təqsirləndirilən  şəxsin  aidiyyətini,  cinayəti  törətmiş 

şəxsin  cinayət  məsuliyyətinə  cəlb  olunmasının  mümkünlüyünü  sübut 

edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifmə və məhkəmənin 

yekun qərarına dair öz təkliflərini verir




n' FƏSİL CİNA YƏT MÜHAKİMƏ İCRAA TININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

il 


4)

 

müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı tək- 



zib  edir  və  ya  cinayət  prosesini  həyata  keçirən  orqanın  diqqətini 

təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya 

cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir 

və  təqsirləndirilən  şəxsin  əməlinin  hüquqi  tövsifmə  və  məhkəmənin 

yekun qəranna dair öz təkliflərini verir

5)

 



hər  bir  tərəf  heç  kimdən  asılı  olmayaraq  müstəqil  surətdə  öz 

mövqeyini  seçir  və  onu  müdafiə  etmək  üçün  vasitə  və  üsullarını 

müəyyən edir; 

6)

 



məhkəmə  cinayət-prosessual  tərəflərdən  hər  birinin  vəsatəti  ilə 

əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir

7)

 

məhkəmə  tərəfindən  hökm  yalnız  cinayət  prosesi  tərəflərinin 



iştirakı  bərabər  əsaslarla  təmin  edilməklə  tədqiq  olunmuş  sübutlarla 

əsaslandırılır; 

8)

 

dövlət  ittihamçısı  və  vüsusi  ittihamçı  cinayət  təqibini  həyata 



keçirir və cinayət təqibindən imtina edir

9)

 



təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və 

ya özünü təqsirli bilir

10)

 

mülki  iddiaçı  iddiadan  imtina  edir  və  ya  mülki  cavabdehlə 



barışıq sazişi bağlayır; 

11)


 

mülki cavabdeh iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq 

sazişi bağlayır. 

Azərbaycan Respublikasının yeni Cinayət-Prosessual Məcəlləsinin 

32-ci maddəsində şərh olunan qaydalardan aydın olur ki, yeni cinayət- 

prosessual  qanunvericilik  çəkişmə  və  tərəflərin  bərabərliyinə, 

Konstitusiyanın 127-ci maddəsinin inkişafı olaraq, müstəqil əhəmiyyət 

vermiş və onlan mühakimə icraatının həyata keçirilməsinin prinsipləri 

kimi nəzərə almışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, çəkişmə və 

tərəflərin bərabərliyi prinsiplərinin məzmununun ünsürü kimi: ittiham, 

müdafiə  və  işin  həll  edilməsi  funksiyalannm  bir-birindən  aynl-  ması; 

məhkəmə  araşdırılmasında  sübutlann  tədqiqi,  sübutların  tədqiqində 

iştirak, vəsatətlər verilməsi, iş üçün istənilən əhəmiyyətli məsələ üzrə 

fikir  söyləmək,  çıxışlarda  iştirak  etməyə  dair  tərəflərin  bərabər 

hüquqlanmn  mövcudluğu;  işin  hallarının  hərtərəfli  və  tam  araş- 

dınlması üçün tərəflərə zəruri şərait yaradılması vəzifəsinin məhkəmə 

üzərinə qoyulması və digər hallar konkret olaraq yeni cinayət pro 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə