MüƏllifdən II


V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə52/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   48   49   50   51   52   53   54   55   ...   266

V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

VƏ  tərəflərin  hüquq  bərabərliyi  əsasında  məhkəmə  hakimiyyətini 

həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə 

tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər 

hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün 

proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. 

Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 

318.1-ci  maddəsinin  tələblərindən  də  irəli  gəlir.  Həmin  müddəalara 

əsasən,  məhkəmə  baxışı  zamanı  cinayət  işinə,  məhkəməyədək 

sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında 

şikayətə  yalnız  təqsirləndirilən  şəxsə  qarşı  irəli  sürülmüş  və  ya 

məhkəməyə verilən ittiham daxilində baxılır. 

Beləliklə,  yuxarıda  göstərilənlərlə  bağlı  Konstitusiya  Məhkəməsi 

Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ictimai ittiham 

üzrə məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən 

(cinayət təqibindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz 

xitam  verməsilə  nəticələnməlidir.  Dövlət  ittihamçısı  ittihamın 

müdafiəsindən  (cinayət  təqibindən)  tam  imtina  etdikdə  (yekun 

məhkəmə  qərarının  çıxarılması  üçün  məhkəmənin  müşavirə  otağına 

getməsindən  əvvəl)  məhkəmə  CPM-in  43.1-ci  maddəsinin 

müddəalarına  əsasən  cinayət  təqibinə  bütövlükdə  xitam  verilməsi 

barədə qərar çıxarmalı, qismən imtina etdikdə isə onun imtina olunmuş 

hissəsinə xitam verməlidir. Eyni zamanda dövlət ittihamçısı əməlin töv- 

sifmin  yüngülləşdirilməsi  təklifi  ilə  çıxış  etdikdə,  məhkəmə  həmin 

təklifdə  irəli sürüləndən daha  ağır  cəza  nəzərdə  tutan cinayət qanunu 

norması  üzrə  məhkəmə  aktı  qəbul  etməməlidir.  Əks  halda  məhkəmə 

artıq  dövlət  ittihamçısı  tərəfindən  müdafiə  olunmayan  ittihamın 

müdafiəsini  öz  üzərinə  götürməklə,  faktiki  olaraq,  ittihamı  müdafiə 

edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham 

funksiyasını yerinə yetirmiş olardı. 

Bu  zaman  həmçinin  məhkəmələrin  statusunu  və  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinin  prinsiplərini  müəyyən  edən 

konstitusiya nor- malannın (Konstitusiyanın 125 və 127-ci maddələri), 

cinayət  mühakimə  icraatının  bir  sıra  prinsiplərinin  (CPM-in 

8-12,21,28,32,36-cı  maddələri),  habelə  CPM-in  dövlət  ittihamçısı 

qismində  prokurorun  qanunu  və  vicdanını  rəhbər  tutaraq  sübutlann 

məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla, öz 

daxili inamına görə sübutlan 






Mirağa CəfərquUyev 

qiymətləndirmək vəzifəsini müəyyən edən normasının (145.2-ci maddə) 

mənalanna  görə,  dövlət  ittihamçısının  ittihamdan  imtina  etməsi  və  ya 

əməlin tövsifinin yüngülləşdirilməsi təklifi əsaslandmlmalıdır. 

Konstitusiya 

Məhkəməsinin 

Plenumu 

əməlin 


tövsifinin 

dəyişdirilməsi  üzrə  dövlət  ittihamçısının  səlahiyyətləri  ilə  bağlı 

həmçinin  qeyd  etmişdir  ki,  CPM-in  32.2.3  və  343-cü  maddələrində 

cinayət  prosesinin  tərəfi  kimi  ittiham  tərəfinin  əməlin  tövsifı  və 

məhkəmə  qərannm  layihəsinə  dair  məhz  təkliflər  vermək  hüququ 

müəyyənləşdirilmişdir. Bununla belə, qanunverici məhkəmə baxışında 

dövlət ittihamçısı qismində iştirak edən prokurorun statusunu, hüquq və 

vəzifələrini  tənzimləyərkən  (CPM-in  84-cü  maddəsi)  onun  əməlin 

tövsifmi yüngülləşdirmək təklifilə çıxış etmək hüququnu konkret olaraq 

nizamlamamışdır. Həmçinin hüquq nəzəriyyəsinin, mövcud təcrübənin 

və  bir  sıra  ölkələrin  müvafiq  qanunvericiliyinin  təhlili  göstərir  ki, 

təqsirləndirilən  şəxsin  əməlinin  cinayət  qanununun  daha  yüngül  cəza 

nəzərdə tutan norması ilə tövsif edilməsi müxtəlif üsullarla, o cümlədən 

əməlin hüquqi tövsifmdən cəzanı  ağırlaşdıran əlamətlərin çıxarılması; 

əməlin  cinayət  qanununun  daha  yüngül  cəza  nəzərdə  tutan  digər 

maddəsinə tövsif edilməsi və sair üsullarla həyata keçirilə bilər. Lakin 

CPM-də  bütün  bu  halların  müəyyən  edilməməsi  dövlət  ittihamçısının 

həmin hüququnun həyata keçirilməsi zamanı qanunvericilik qaydasında 

nizamlanmasına ehtiyac olan bir sıra suallann ortaya çıxmasına səbəb 

olur. 


Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən 

məhkəmə  icraatı,  məhkəmə  qərarlarının  icrası  məsələləri  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  müəyyən  etdiyi  ümümi  qaydalar 

sırasındadır.  Bu  baxımdan  məhkəmə  baxışında  dövlət  ittihamçısının 

təqsirləndirilən  şəxsin  əməlinin  cinayət  qanununun  daha  yüngül  cəza 

nəzərdə  tutan  norması  ilə  tövsifmə  dair  hüququnun  və  onun  həyata 

keçirilməsi 

üsullarının 

CPM-də 

tənzimlənməsi 



Azərbaycan 

Respublikası Milli Məclisinə tövsiyə olunmalıdır. 

Yuxanda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası 

Konstitusiyasının  130-cu  maddəsinin  IV  hissəsini,  "Konstitusiya 

Məhkəməsi haqqında" Qanunun 60, 62, 63, 65-67 və 69-cu maddələrini 

rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 

fevral 2008-ci il tarixli Plenumu aşağıdakı qəran qəbul etmişdir: 



V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

1.

 



Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin 

43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının 

və  xüsusi  ittihamçının  ittihamın  müdafiəsindən  (cinayət  təqibindən) 

imtina  etməsi  ittihamdan  həm  tam,  həm  də  qismən  imtina  edilməsini 

ehtiva edir. 

2.

 



Məhkəmə 

baxışında 

dövlət 

ittihamçısının 



ittihamın 

müdafiəsindən  (cinayət  təqibindən)  imtina  etməsi  və  təqsirləndirilən 

şəxsin  əməlinin  cinayət  qanununun  daha  yüngül  cəza  nəzərdə  tutan 

norması  ilə  tövsifi  təbiətinə  və  hüquqi  nəticələrinə  görə  müxtəlif 

prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun 

daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın 

müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. 

3.

 



Dövlət  ittihamçısı  tərəfindən  təqsirləndirilən  şəxsin  əməlinin 

cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifı- 

nə  dair  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  hüquqi 

mövqeyi ondan ibarətdir ki: 

-

 

dövlət  ittihamçısı  təqsirləndirilən  şəxsin  əməlinin  cinayət 



qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi 

barədə təklifini əsaslandırmalıdır; 

-

 

məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, 



ictimai  ittiham  üzrə  məhkəmə  baxışı  zamanı  dövlət  ittihamçısının 

əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə 

tövsif  edilməsi  təklifi  məhkəmə  tərəfindən  dövlət  ittihamçısının 

təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu 

nonnası üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. 

4.

 



Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsində 

dövlət ittihamçısının məhkəmə baxışında təqsirləndirilən şəxsin əməlini 

cinayət  qanununun  daha  yüngül  cəza  nəzərdə  tutan  norması  ilə  töv- 

sifınə  dair  hüququnun  və  onun  həyata  keçirilməsi  üsullannm 

tənzimlənməsi  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  tövsiyə 

olunsun. 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 

fevral  2008-ci  il  tarixli  qərarı  CPM-in  43.4-cü  maddəsinin  tətbiqi  ilə 

bağlı  yaranan  problemləri  aradan  qaldırmaqla  bahəm  dövlət 

ittihamçısının  və  məhkəmənin  qarşılıqlı  prosessual  münasibətlərinə, 

eyni  zamanda  konkret  cinayət  işlərinin  məhkəmədə  baxılması  zamanı 

onların prosessual səlahiyyətlərinə bir aydınlıq gətirmiş oldu. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə