MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə60/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   56   57   58   59   60   61   62   63   ...   266

n FƏSİL CİNAYƏT FHOSESİSİN SUBYEKTLƏHİ. MƏHKƏMƏ P'O CİNAYƏT FROSESİNOƏ İŞTİRAK EDƏN ŞƏXSLƏR 

Hər  bir  istintaq  hərəkəti  öz  növbəsində  istintaqda  iştirak  edən 

müəyyən  qrup  şəxslərin  hərəkətlərinin  məcmusudur.  Məsələn, 

məhkəmə  icraatı  dilini  bilməyən  şahidin  dindirilməsi  tərcüməçinin 

iştirakı  ilə  mümkündür.  Bu  istintaq  hərəkəti  şahidin,  tərcüməçinin, 

təhqiqat aparan şəxsin və yaxud müstəntiqin, eyni zamanda, iştirakına 

əsas  verir.  Onlardan  birinin  olmaması  bir  istintaq  hərəkəti  kimi 

dindirilmənin  aparılmasına  imkan  vermir.  Bu  vəziyyət  ilə  professor 

M.S. Stroqoviç razılaşır, ancaq bununla belə o, cinayət işinin icraatında 

tərcüməçinin  iştirakını,  onun  cinayət-prosessual  fəaliyyəti  həyata 

keçirməsi kimi qəbul etmir. M.S. Stroqoviç öz mövqeyini şərh edərək 

göstərir ki, cinayət işlərinin istintaqında və baxılmasında da mühüm rol 

oynayan  şahidlər,  tərcüməçilər,  ekspertlər,  hal  şahidləri  ayn-ayn 

prosessual hərəkətləri yerinə  yetirsələr də, ayn-ayn cinayət-prosessual 

münasibətlərin  subyektləri  olsalar  da,  cinayət-prosessual  fəaliyyətin 

subyektləri deyillər 



(106. S.205). 

Beləliklə, M.S. Stroqoviç hesab edir ki, 

adları sadalanan şəxslər cinayət-prosessual fəaliyyətin subyektləri yox, 

cinayət-prosessual  münasibətlərin  subyektləridirlər.  Ümumiyyətlə  isə, 

bunların eyni olmasının təsdiqini və inkarını müəllif izah etmir və edə 

də bilməz, çünki hüquq münasibətləri prosessual fəaliyyətin formasıdır. 

Həmçinin müəllif tərcüməçinin yalnız ayn-ayn prosessual hərəkətlərin 

iştirakçısı  olması  barədə  öz  şəxsi  fikrinin  də  izahını  vennir.  Bundan 

başqa  o,  cinayət-prosessual  fəaliyyətin  subyektlərinin  ümumi 

cəhətlərini, ümumi əlamətlərini xarakterizə edərək göstərir ki, onların 

hüquqi vəziyyətinin müxtəlifliyinə, hüquq və vəzifələrinin xarakter və 

məzmunca  ayrı-ayrı  olmasına  və  yerinə  yetirdikləri  funksiyaların 

aralanndakı fərqə baxmayaraq, hamısı istintaqın və məhkəmə baxışının 

bu və ya digər formalannda iştirak edirlər və onların iştirakı məcmusu 

cinayət  işi  üzrə  icraatı  yaradan  prosessual  hərəkətlərin  edilməsində 

ifadə olunur 



(106. s.303).

 

Əlbəttə,  müəllif  bu  halda  da  özü-özünə  zidd  çıxır.  Belə  ki,  o 



tərcüməçini cinayət-prosessual münasibətlərin subyekti hesab etsə də, 

cinayət prosesinin iştirakçısı kimi tanımır. 

2.

 

Cinayət-prosessual  münasibət.  Məhkəmə  icraatı  iştirakçılarının 



hüquq  və  vəzifələrini  nizama  salan  prosessual  münasibətlər  birtərəfli 

ola bilməz, yəni yol verilə bilməz ki, proses iştirakçılarının bir hissəsi 

ancaq hüquqlara malik olsun, digər qismi isə təkcə vəzifələr 



Mirağa Cəfərqiıliyev 

m

 _______________________   

əldə  etsin.  Cinayət-prosessual  münasibətlərin  subyektləri  hüquq  və 

vəzifələri  baxımından  öz  aralarında  sıx  bağlıdırlar.  Bir  subyektin 

hüququnun  həyata  keçirilməsi  digər  subyektin  vəzifəsinin  yerinə 

yetirilməsini tələb edir və yaxud da əksinə. 

Məhkəmə  icraatında  iştirak  etmək  üçün  dəvət  olunmuş  tərcüməçi 

təqsirləndirilən şəxs ilə, prosesin digər iştirakçıları ilə, habelə təhqiqat 

aparan  şəxslə,  müstəntiq,  prokurorla,  məhkəmədə  isə  hakimlərlə 

cinayət-prosessual  münasibətlərə  girir.  Tərcüməçinin  olmaması 

məhkəmə icraatının aparıldığı dili bilməyən proses iştirakçısı ilə iş üzrə 

icraatı  həyata  keçirən  vəzifəli  şəxslər  arasında  əlaqənin  pozulmasına 

səbəb  olur.  Nəticədə  cinayət-prosessual  münasibətlər  həyata 

keçirilmədən  qalır  ki,  bu  da  öz  növbəsində  cinayət-prosessual 

fəaliyyətin həyata keçirilməsinə maneçilik törədir. 

3.

 



Cinayət-prosessual  funksiya.  Bu,cinayət-prosessual  fəaliyyətin 

bir  hissəsidir.  Bu  funksiya  bütün  cinayət-prosessual  fəaliyyət  kimi 

hüquq münasibətlərində başa çatdırılır. Funksiyanın həyata keçirilməsi 

cinayət-prosessual  fəaliyyətin  hər  bir  iştirakçısının 

hüquq 

səlahiyyətinin və vəzifəsinin yerinə yetirilməsi yolu ilə baş verir 



(103. 

s.37).

 

Yuxanda  qeyd  olunan  fikirdə  cinayət-prosessual  münasibətlər  və 



cinayət-prosessual  anlayışlann  bölünməz  birliyi  dəqiq  və  aydın  ifadə 

olunmuşdur. Cinayət-prosessual funksiyalar da məhz bunlann vasitəsilə 

yerinə  yetirilir.  Proses  iştirakçısı  kimi  tərcüməçinin  (o  cümlədən 

mütəxəssisin,  ekspertin)  vəziyyətinin  spesifikliyi  ondadır  ki,  onun 

bilavasitə funksiyası iş üzrə icraatı həyata keçirən orqanlann funksiya- 

lannın  bütün  kompleksinə  “xidmət  edir”,  onlann  bəziləri  ilə  hüquq 

münasibətlərinə  daxil  olan  tərcüməçi  birbaşa  və  yaxud  bilavasitə 

icraatın bütünlüklə gedişinə, onun keyfiyyətinə təsir edir. 

Beləliklə,  cinayət  prosesində  başqa  iştirakçılarla  yanaşı,  ekspert, 

mütəxəssis  və  tərcüməçi  öz  prosessual  vəziyyətlərinə  görə  prosesin 

sərbəst  iştirakçılandırlar  və  ancaq  onların  prosessual  vəziyyətlərini 

nizamlayan qanunlara tabedirlər. 




rv FƏSİL CİSAVƏTFROSeSİSİSSUttYEKTLƏRİ. MƏHKƏMƏ JƏ CİSAYƏTFROSESİSDƏ İŞTİRAKEDƏ,\SƏXSLƏR 

§ 2. Cinayət prosesinin iştirakçılarının prosessual vəziyyəti, hüquq 

vəzifələri 

Məhkəmə.  Cinayət  prosesini  həyata  keçirən  dövlət  orqanlan 

içərisində  məhkəmə  öz  prosessual  vəziyyətinə  və  səlahiyyətinə  görə 

xüsusi  yer  tutur.  O,  cinayət-prosessual  fəaliyyətin  baş  subyekti  kimi 

ədalət  mühakiməsini  həyata  keçirən  yeganə  dövlət  orqanıdır. 

Məhkəmənin  hökmü  olmadan  və  qanun  əsas  götürülmədən  heç  kəs 

cinayət etməkdə təqsirli sayıla bilməz, habelə cinayət cəzasına məhkum 

oluna bilməz. 

Bir  qayda  olaraq  ibtidai  istintaq  qurtardıqdan  və  ittiham  aktı 

prokuror  tərəfindən  təsdiq  edildikdən  sonra  cinayət  işi  məhkəməyə 

vernıə  mərhələsindən  keçir.  Məhkəmə,  məhkəmə  baxışı  mərhələsində 

işə mahiyyəti üzrə baxır və təqsirləndirilən şəxsin cinayət etməkdə təq- 

sirliyi məsələsini qəti şəkildə həll edir. 

Yeni cinayət-prosessual ( anunvericiliyə müvafiq olaraq Azərbaycan 

Respublikasında  aşağıdakı  məhkəmələr  cinayət  mühakimə  icraatını 

həyata keçirirlər (CPM mad. 66): 

1)

 

rayon (şəhər) məhkəmələri; 



2)

 

hərbi məhkəmələr; 



3)

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının 



məhkəməsi; 

4)

 



Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi 

məhkəməsi; 

5)

 

Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının 



məhkəməsi; 

6)

 



Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə 

dair  işlər  üzrə  Hərbi  Məhkəmənin  yurisdiksiyasını  həyata  keçirən 

müvafiq hərbi məhkəməsi

7)

 



Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

8)

 



apellyasiya məhkəmələri; 

9)

 



Azərbaycan Respublikasının Ali Məhkəməsi. 

İndi  də  yuxanda  sadalanan  hər  bir  məhkəmənin  aidiyyəti 

məsələlərini araşdıraq: 

1.

 



Rayon  (şəhər)  məhkəmələrinin  aidiyyəti.  Rayon  (şəhər) 

məhkəmələri  birinci  instansiya  məhkəmələri  qismində  fəaliyyət 

göstərirlər.  Onlar  böyük  ictimai  təhlükə  törətməyən  və  az  ağır 

cinayətlərə da- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə