MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə58/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   54   55   56   57   58   59   60   61   ...   266

VFƏSİL. CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

digər  material  üzrə  hakimin  və  ya  hakimlərin  (hökmlər  istisna 

edilməklə),  habelə  təhqiqatçmın,  müstəntiqin,  yaxud  prokurorun 

cinayət-prosessual qanunvericilikdə nəzərdə  tutulmuş  hallarda  və 

qaydada qəbul etdiyi prosessual akt başa düşülür. 

Cinayət təqibi zamanı  qəbul edilən prosessual qərarlann  məcmusu 

həyata  keçirilən  prosessual  hərəkətlərlə  birlikdə,  ümumilikdə,  cinayət 

prosesinin  özünü  ehtiva  edir.  Məhz  buna  görə  də,  prosessual  qərarlar 

cinayət  prosesinin  əsasını,  mahiyyətini  təşkil  etməklə,  onun  zəruri 

keyfiyyət xüsusiyyətlərini özündə birləşdirir. 

Aydın  məsələdir  ki,  cinayət  prosesini  həyata  keçirən  orqanlar  öz 

prosessual fəaliyyətləri gedişində ayn-ayrı məsələlərin həlli qaydasında 

göstərişlər,  çağırışlar  və  digər  müraciətlər  (məsələn,  vəsatətlər, 

məktublar,  bildirişlər,  təqdimatlar  və  s.)  formasında  aktlar  da  qəbul 

edirlər. Bu göstərilən aktlar da cinayət prosesini həyata keçirən orqanın 

konkret məsələ ilə əlaqədar iradəsini ifadə etdiyindən, onların da icrası 

məcburidir. 

Hüquq 


ədəbiyyatında 

düzgün 


olaraq 

qeyd 


edilir 

ki, 


cinayət-prosessual  qanunvericilik  prosessual  qərarların,  göstərişlərin, 

çağınşlarm  və  başqa  müraciətlərin  məcburiliyinin  təmin  edilməsinin 

şərtlərini  müəyyənləşdirmişdir.  Həmin  şərtlərə  aşağıdakılar  aid 

edilmişdir: 

-

 

məhkəmə  (hakim),  təhqiqatçı,  müstəntiq  və  yaxud  prokuror 



prosessual qərarı, göstərişləri, çağınşlan və başqa müraciətləri CPM-də 

nəzərdə tutulmuş hallarda qəbul etməlidir

-

 

cinayət  prosesini  həyata  keçirən  orqanlar  və  ya  vəzifəli  şəxslər 



prosessual  qərarları,  göstərişləri,  çağırışları  və  başqa  müraciətləri 

CPM-də nəzərdə tutulmuş qaydada qəbul etməlidirlər

-

 

prosessual  qərarlar,  göstərişlər,  çağırışlar  və  başqa  müraciətlər 



əsaslı və qanuni olmalıdır; 

-

 



prosessual qərarlar qanuni qüvvəyə minməlidir və ancaq bundan 

sonra onların icrasının məcburiliyi təmin olunmalıdır. 

Bütün  bunlarla  bağlı  nəzərə  almaq  lazımdır  ki,  cinayət-prosessual 

qərarların, göstərişlərin, çağırışların və başqa prosessual müraciətlərin 

qəbul  və  icra  edilməsi  həmin  anda  qüvvədə  olan  cinayət-prosessual 

qanunvericiliyin müddəalarına uyğun həyata keçirilməlidir və bu tələb 

bilavasitə  CPM-in  4.1-ci  maddəsindən  irəli  gəlir.  Bundan  başqa, 

prosessual qərarlar, göstərişlər, çağınşlar və digər müraciətlər qəbul 




Mirağa Cəfərquliyev 

m

 _______________________  

edilərkən  Azərbaycan  Respublikası  Konstitusiyasının,  CPM-in, 

respublikanın  digər  qanunvericiliyinin,  habelə  ölkəmizin  qoşulduğu 

beynəlxalq  müqavilələrin  müddəalarına  ciddi  əməl  olunmalıdır.  Əks 

təqdirdə  CPM-in  10-cu  maddəsinə  əsasən,  yuxanda  qeyd  olunan 

tələblərin  pozulması  ilə  aparılan  prosessual  hərəkətlərin  və  qəbul 

olunmuş qərarlann heç bir hüquqi qüvvəsi yoxdur. 

Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, 

habelə göstərişləri, çağınşları və digər qanuni müraciətləri bütün dövlət 

orqanları,  fiziki  və  hüquqi  şəxslər  üçün  məcburidir  və  Azərbaycan 

Respublikasının ərazisində şərtsiz icra edilməlidirlər. Bu qərarlann icra 

edilməməsi  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə 

tutulmuş məsuliyyətə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, xarici 

dövlətlərin məhkəmələri və istintaq orqanları qərarlannm Azərbaycan 

Respublikası  ərazisində  məcburiliyi  Azərbaycan  Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 

Cinayət  prosesini  həyata  keçirən  orqanın  ləğv  edilməmiş  qərarı 

həmin  məsələ  üzrə  yeni  qərar  çıxarılmasına  yol  vermir.  Adı  çəkilən 

orqanın  qərarı,  şəxsin  cinayət təqibini istisna edən  qərarlardan  başqa, 

hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  çıxarılması  ilə 

əlaqədar məcburi qüvvəyə malikdir. 

Cinayət prosesində elə prosessual qərarlar da var ki, onlar cinayət 

prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və 

yeni hallar aşkar edilərsə və  ya əvvəlki hallar aradan qalxarsa, onlara 

ləğv  edilmədən  yenidən  baxıla  bilər.  Məsələn:  qətimkan  tədbirinin 

seçilməsi  və  ya  digər  prosessual  məcburiyyət  tədbirlərinin  tətbiqi 

haqqında; şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması və 

bu  qisimdə  onlann  cinayət  prosesində  iştirakına  xitam  verilməsi 

haqqında;  cinayət  prosesində  iştirak  edən  şəxslərin  dövlət  müdafiə 

tədbirlərinin tətbiqi və onlara xitam verilməsi haqqında; sübutların və 

cinayət  təqibi  üzrə  icraatın  digər  materiallarının  axtarılıb  tapılması, 

toplanması,  əlavə  edilməsi,  tədqiqi  məsələləri  haqqında  və  nəhayət, 

prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında qərar- 

lan misal gətirmək yuxarıdakı fikri əsaslandırmağa artıq kifayətdir. 

Məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmünün,  habelə  cinayət 

təqibi üzrə  qüvvəyə  minmiş digər  qərarlannm bütün dövlət orqanları, 

fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və di 




y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI

  [


 

gər  qərarının  kassasiya  qaydasında  və  yeni  açılmış  hallar  üzrə 

yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur. Bir 

qayda  olaraq,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü,  habelə 

cinayət təqibi üzrə qüvvəyə  minmiş digər qərarı mülki işə baxılarkən 

məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti 

olub-olmaması  hissəsində  məcburidir.  İddianın  təmin  edilməsi 

hüququnu  təsdiq  edən  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü 

mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 

Biz bilirik ki, məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında 

təhqiqatçının, müstəntiqin və ya prokurorun qərannı məhkəmə nəzarəti 

funksiyalarını  həyata  keçirərkən  ləğv  edə  bilər,  məhkəmə  baxışı 

nəticəsində  isə  həmçinin  xüsusi  qərar  da  çıxarmağa  haqlıdır.  Eyni 

zamanda  birinci  və  apellyasiya  instansiyası  məhkəməsi  üçün  şəxsin 

əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə 

minmiş hökm şərtsiz məcburidir. 

Qeyd  etdiyimiz  kimi,  məhkəmənin  mülki  iş  üzrə  qanuni  qüvvəyə 

minmiş qəran cinayət prosesini həyata keçirən orqan və cinayət işinə 

baxan məhkəmə üçün yalnız hadisənin baş verib-verməməsi hissəsində 

məcburi xarakter daşıyır. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə