MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə2/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   ...   266

s: 

Mirağa CsfərquUyev 

UMUMI HİSSƏ 

I

 

FƏSIL

 

CINAYƏT 

PROSESİNİN

 

ANLAYIŞI, 

MAHİYYƏTİ

 



 

VƏZİFƏLƏRİ 

§ 1. Cinayət prosesinin anlayışı, 

onun mahiyyəti və əhəmiyyəti 

Cinayət  prosesi  cinayət  işləri  üzrə  ədalət  mühakiməsinin 

vəzifələrinin  yerinə  yetirilməsinə  yönəldilmiş  demokratik  prinsiplər 

əsasında qanunla müəyyən edilmiş prosessual formada həyata keçirilən 

təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  cinayət 

işlərinin  başlanması,  istintaqı,  məhkəmədə  baxılması  və  həll  edilməsi 

üzrə fəaliyyətdir. 

Müasir  dünya  dövlətlərinin  hər  birinin  hüquq  sisteminə  hüququn 

başqa  sahələri  ilə  yanaşı  cinayət-prosessual  hüququ  da  daxildir. 

Cinayət-prosessual  hüququna  hüququn  digər  sahələri  üçün  xarakterik 

olan  normativlik,  ona  nomıalarmm  icrasının  məcburiliyi  və  s. 

xüsusiyyətlərlə yanaşı, həm də məhz bu hüquq sahəsi üçün xarakterik 

olan spesifik xüsusiyyətlər də xasdır. 

Cinayət-prosessual  normaları  öz  xarakterinə  görə  yuxarıda  qeyd 

etdiyimiz  kimi  ümumməcburedici  xüsusiyyətə  malikdir.  Cinayət 

törədən bütün şəxslər cinayət təqibi başladığı andan cinayət-prosessual 

hüququn məcburedici təsirinə məruz qalır. 

Azərbaycan  Respublikasının  Cinayət-Prosessual  Məcəlləsi  cinayət 

prosesinin məzmununu əhatə etməklə cinayətləri tezliklə və bütünlüklə 

açmaqdan,  təqsirli  şəxslərin  müəyyən  edilməsi  və  onların  ədalətli 

surətdə cəzalandırılmasından ibarət olduğunu qeyd edir və bu fəaliy 





FƏSİL CİNA YƏT PROSESİNİN ANLA YIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ

 

^



 

yətin dövlət orqanlan içərisində yalnız təhqiqat, istintaq, prokurorluq və 

məhkəmə orqanları tərəfindən həyata keçirildiyini müəyyən edir. 

Göstərilən  hüquq-mühafizə  orqanları  öz  fəaliyyətlərində  qanunçu- 

luğun  və  hüquq  qaydalarının  möhkəmləndirilməsinə,  cinayətlərin 

qarşısının  alınmasına  və  kökünün  kəsilməsinə,  cəmiyyətin 

mənafeyinin,  vətəndaşlann  hüquq  və  azadlıqlannm  qorunmasına, 

vətəndaşların  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və 

qanunlara  dönmədən  əməl  etməsinə,  birgəyaşayış  qaydalanna  hörmət 

etmək ruhunda tərbiyələnməsinə kömək göstərməlidirlər. 

Beləliklə,  cinayət  prosesinin  məzmunu  cinayətkarlıqla  mübarizə 

orqanlarının - təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının 

fəaliyyətini  təşkil  edir.  Lakin  cinayət  prosesinin  məzmununu  bu 

orqanların təkcə fəaliyyəti ilə məhdudlaşdırmaq düzgün olmazdı. Çünki 

cinayət  prosesinin  məzmununa  cinayət  işinin  başlanması,  istintaqı, 

məhkəmədə baxılması və həll edilməsi üzrə həmin orqanların fəaliyyətə 

başlaması  ilə  əlaqədar  olaraq  meydana  gələn  müəyyən  hüquq 

münasibətləri də daxildir. 

Hüquq münasibətləri cinayət-prosessual fəaliyyəti həyata keçirən 

dövlət orqanları arasında, dövlət orqanları ilə cinayət işinin istintaqı və 

məhkəmədə  baxılması  ilə  əlaqədar  olaraq  işə  cəlb  edilən  ayrı-ayrı 

vətəndaşlar  və  ictimai  təşkilatlar  arasında  əmələ  gəlir.  Belə 

münasibətlər ictimai münasibətlərin bir növü olub, cinayət-prosessual 

hüquq  normaları  ilə  tənzim  edildiyi  üçün  cinayət-prosessual  hüquq 

münasibətləri adlanır. 

Subyekt 


başqa 

hüquq 


münasibətlərində 

olduğu 


kimi 

cinayət-prosessual  münasibətlərinin  də  zəruri  elementidir.  İstintaq  və 

təhqiqat  aparan  şəxs,  prokuror  və  məhkəmə,  habelə  bu  orqanlann 

fəaliyyəti ilə əlaqədar prosessual münasibətlərdə iştirak edən hər hansı 

proses  iştirakçısı  cinayət-prosessual  münasibətlərin  subyekti  hesab 

olunur. Bu baxımdan cinayət-prosessual münasibətlərin subyekti təkcə 

dövlət  orqanları  və  vəzifəli  şəxslər  deyil,  icraatda  iştirak  edən  bütün 

şəxslər,  o  cümlədən  təqsirləndirilən  şəxs  və  onun  müdafiəçisi,  zərər 

çəkmiş  şəxs  və  onun  nümayəndəsi,  şahidlər,  ekspertlər,  hal  şahidləri, 

tərcüməçilər və s. hesab edilir. Cinayət-prosessual münasibətlərin bütün 

iş- tirakçılan bu münasibətlərin subyekti kimi qanunla müəyyən edilmiş 

hüquq və vəzifələrə malikdirlər. 




Mirağa Cəfərquliyev 

lü 


Qeyd  etdiyimiz  kimi,  cinayət-prosessual  münasibətlər  dövlət 

orqanları  və  vəzifəli  şəxslərlə  vətəndaşlar  arasında  da  yarana  bilər. 

Lakin  cinayət-prosessual  münasibətlərin  subyektlərindən  biri  mütləq 

dövlət orqanı, yaxud vəzifəli şəxs olmalıdır. 

Cinayət-prosessual  münasibətlərin  heç  bir  iştirakçısı  dövlət 

nümayəndəsinin, yəni təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun 

və ya məhkəmənin bilavasitə və konkret iştirakı olmadan öz hüquqlannı 

və  üzərinə  düşən  vəzifəni  yerinə  yetirə  bilməz.  Elə  bu  səbəbdən  də 

dövlət  orqanı  nümayəndəsi  cinayət-prosessual  münasibətlərin  mütləq 

iştirakçısıdır. 

Bu  münasibətlərdə  dövlət  hakimiyyət  orqanı  nümayəndəsinin 

iştirakı  cinayət  mühakimə  icraatında  iştirak  edən  vətəndaşların  və 

ictimai təşkilatların fəaliyyətini məqsədəuyğun istiqamətə  yönəldir və 

ədalət 


mühakiməsi 

orqanlarının 

üzərinə 

düşən 


vəzifələrin 

müvəffəqiyyətlə həyata keçirilməsinə təminat yaradır. 

Cinayət-prosessual 

münasibətlərdən 

bəhs 

edərkən 


bu 

münasibətlərin  cinayət  hüquq  münasibətləri  ilə  sıx  əlaqədə  olduğunu 

xüsusi  qeyd  etmək  lazımdır.  Cinayət-prosessual  münasibətlər  cinayət 

hüququ  ilə  cinayət  hesab  edilən  hadisənin  baş  verməsi  və  bu  haqda 

səlahiyyətli orqanın cinayət işi başlaması ilə əlaqədar yaranır. Vətəndaş 

dövlət  tərəfindən  qadağan  edilən  hərəkəti  törətdiyi  üçün  dövlət 

qarşısında cavab verməli olur. Dövlət cinayət hərəkəti törətmiş vətəndaş 

barəsində qanunla müəyyən edilmiş dairədə cinayət cəzası tətbiq etmək 

hüququ qazanır. 

Bu  cinayət  hüququ  münasibətləri  cinayət  mühakimə  icraatı 

prosesində,  yəni  cinayət-prosessual  münasibətlərin  yaranması  və 

inkişafı  prosesində  konkretləşdirilir,  dəqiq  müəyyən  edilir  və  öz  qəti 

ifadəsini iş üzrə qanuni qüvvə almış hökmdə tapır. 

Qeyd  etmək  lazımdır  ki,  cinayət-prosessual  münasibətlərin 

subyektləri ilə cinayət hüquq münasibətlərinin subyektləri arasında da 

müəyyən fərqlər vardır. 

Bunlar aşağıdakılardır: 

a)

 



cinayət  hüquq  münasibətlərinin  subyekti  yalnız  dövlət  olduğu 

halda,  cinayət-prosessual  münasibətlərdə  isə  dövlət  subyekt  sifətində 

çıxış etmir, dövlətin adından subyekt sifətində onun orqanı (məhkəmə, 

müstəntiq, prokuror, istintaq şöbəsinin rəisi, təhqiqat orqanı) çıxış edir; 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə