MüƏllifdən II


l FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə3/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   ...   266

l FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

b)

 



cinayət-prosessual 

münasibətlərdə 

cinayətkar 

yox, 


təqsirləndirilən, şübhə edilən şəxs meydanda olur

c)

 



cinayət-prosessual  münasibətlərin  əsas  subyektlərindən  (dövlət 

nümayəndəsi və təqsirləndirilən şəxs) başqa digər şəxslər də müxtəlif 

prosessual münasibətlərdə iştirak edirlər. 

Beləliklə, cinayət prosesi cinayət işləri üzrə  ədalət  mühakiməsinin 

vəzifələrinin yerinə yetirilməsinə yönəldilmiş və demokratik prinsiplər 

əsasında qanunla müəyyən edilmiş, prosessual formada həyata keçirilən 

təhqiqat,  istintaq,  prokurorluq  və  məhkəmə  orqanlarının  cinayət 

işlərinin  başlanması,  istintaqı,  məhkəmədə baxılması  və həll  edilməsi 

üzrə  fəaliyyətindən,  bu  fəaliyyətdən  yaranan  cinayət-prosessual 

münasibətlərdən bəhs edir. 

Cinayət-prosessual  münasibətlər  təhqiqat,  istintaq,  prokurorluq  və 

məhkəmə  orqanlarının  cinayətkarlıqla  mübarizə  fəaliyyətinin  qanuna 

əsaslanan  hüquqi  formasıdır,  bu  fəaliyyət  özü  isə  cinayət-prosessual 

münasibətlərin məzmunudur. Cinayət prosesinin bu iki mühüm cəhəti 

biri  digəri  ilə  qarşılıqlı  əlaqədə  olub  vəhdət  təşkil  edir.  Bu  qarşılıqlı 

əlaqə  müxtəlif  formalarda  ifadə  oluna  bilər.  Belə  ki,  cinayət  işi  üzrə 

icraatda  müstəntiqin,  prokurorun  və  məhkəmənin  hər  bir  hərəkəti 

hüquqi  fakt  olub  ya  prosessual  münasibətlər  yaradır  (məsələn,  şəxsi 

təqsirləndirilən  şəxs  kimi  cinayət  məsuliyyətinə  cəlbetmə, 

təqsirləndirilən  şəxsi  məhkəməyə  vermə  və  s.),  ya  da  artıq  yaranmış 

prosessual münasibətlərdə həmin orqanlar və vəzifəli şəxslər öz hüquq 

və  vəzifələrini  həyata  keçirirlər  (təqsirləndirilən  şəxsi  dindirmə, 

qətimkan tədbirinin seçilməsi və s.). Bu eynilə cinayət işinin icraatında 

iştirak edən vətəndaşların və ictimai təşkilatların hərəkətlərinə də aiddir. 

Cinayət prosesi anlayışı ədalət mühakiməsi anlayışı ilə üzvi surətdə 

bağlıdır. Ədalət mühakiməsi qanunçuluğun və hüquq qaydalarının 



hər  hansı  vasitə  ilə  möhkəmləndirilməsi,  vətəndaşların  vətənə 

sədaqət  və  birgəyaşayış  qaydalarına  hörmət  etmək  ruhunda 

tərbiyə  edilməsi  məqsədi  ilə  demokratik  prinsiplər  əsasında, 

qanunla  müəyyən  edilmiş  prosessual  qaydada  məhkəmə 

iclaslarında  mülki  və  cinayət  işlərinə  baxılması  və  həll  edilməsi 

üzrə xüsusi dövlət orqanlarının - məhkəmənin fəaliyyətidir. 

Ədalət  mühakiməsinə  verilən  anlayışdan  göründüyü  kimi,  ədalət 

mühakiməsi məhkəmə baxışında həyata keçirilir. Məhkəmə baxışı isə 

eyni 





Mirağa Cəfərquliyev 

zamanda  cinayət-prosessual  hüququn  mühüm  institutlanndan  biridir. 

Cinayət prosesi cinayət işləri üzrə ədalət mühakiməsinin vəzifələrinin 

həyata  keçirilməsinə  xidmət  edir.  Bu  hər  iki  fəaliyyət,  yəni  cinayət 

prosesi və ədalət mühakiməsi qanun əsasında və qanuna uyğun olaraq 

dövlət  orqanlan  tərəfindən  həyata  keçirilir  və  respublikamızda 

qanunçuluğun 

və 


hüquq 

qaydalannm 

hər 

vasitə 


ilə 

möhkəmləndirilməsinə,  cinayətlərin  və  digər  hüquq  pozuntulannm 

qarşısının alınmasına yönəldilmişdir. 

Lakin cinayət prosesi ilə ədalət mühakiməsi anlayışı bir>biri ilə 

sıx  əlaqədə  olsa  da,  bu  anlayışları  fərqləndirən  bir  sıra  mühüm 

cəhətlər də vardır. 

Ədalət mühakiməsi məhkəmənin təkcə cinayət işləri üzrə deyil, həm 

də mülki işlər üzrə fəaliyyətini əhatə edir. 

Məhkəmələrdə mülki işlərə baxılmasının qanunla müəyyən edilmiş 

qaydası cinayət işlərinə baxılması qaydasından ciddi surətdə fərqlənir. 

Məhkəmənin  mülki  işlər  üzrə  fəaliyyəti  Mülki-Prosessual  Məcəllə, 

cinayət işləri üzrə fəaliyyəti isə Cinayət-Prosessual Məcəllə i- lə nizama 

salınır. 

Ədalət  mühakiməsindən  fərqli  olaraq  cinayət  prosesi  təkcə 

məhkəmənin  deyil,  həm  də  təhqiqat,  istintaq  və  prokurorluq 

orqanlannm fəaliyyətini əhatə edir. Bu heç də təsadüfi deyildir. Çünki 

məhkəmə hər  bir  konkret  cinayət işi üzrə  obyektiv həqiqəti  müəyyən 

etmək üçün ictimai təhlükəli əməlin olub-olmamasını, bu əməli törədən 

şəxsin  təq-  sirliyini  və  işin  düzgün  həlli  üçün  əhəmiyyəti  olan  sair 

halları mütləq aşkara çıxarmalıdır. 

Bununla əlaqədar olaraq məhkəməyə qədər cinayət faktının mövcud 

olmasını və bu əməlin müəyyən şəxs tərəfindən törədilməsini göstərən 

faktiki məlumatların toplanması və yoxlanılması, təqsirləndirilən şəxsi 

həm  ifşa  edən,  həm  də  ona  bəraət  qazandıran  halların  araşdınlması 

məqsədi ilə ilkin hərəkətlərin həyata keçirilməsi tələbi meydana çıxır. 

Çünki  bütün  bu  məsələlər  ətrafında  ilkin  məlumatlar  toplanmadan  və 

bunlan  yoxlamadan  məhkəmə  məsuliyyətinə  cəlb  edilən  şəxsin 

təqsirliyini və ona qanunla müəyyən olunmuş cəza tədbirlərinin tətbiq 

edilməsini  həll  etmək  qeyri-mümkün  olardı.  Məhz  bu  səbəbdən 

cinayət-prosessual  qanunvericilik  cinayət  işinə  məhkəmədə  baxılana 

qədər sübutların toplanması və  yoxlanılması üzrə təhqiqat, istintaq və 

prokurorluq orqanlarının fəaliyyətini müəyyən edir. 



I

 FƏSIL

.

 

CİNAYƏT

 

PROSESİNİN

 

ANLAYIŞI,

 

MAHİYYƏTİ

 



 

VƏZİFƏLƏRİ 

Deməli,  cinayət  prosesi  cinayət  işləri  üzrə  məhkəmə  tərəfindən 

ədalət  mühakiməsinin  həyata  keçirilməsi  qaydası  olmaqla  yanaşı, 

təhqiqat,  istintaq  və  prokurorluq  orqanlarının  da  fəaliyyətinin 

prosessual qaydasını özündə əks etdirir. 

Hüquq 


ədəbiyyatlarında, 

eləcə 


də 

cinayət-prosessual 

qanunvericilikdə  cinayət  prosesi  ilə  cinayət  mühakimə  icraatı 

anlayışları  eyni  mənada  işlədilir 



(55.S.6-9). 

Doğrudur,  sözün  bilavasitə 

mənasında mühakimə icraatı dedikdə məhkəmədə icraat başa düşülür. 

Lakin  sözün  geniş  mənasında  mühakimə  icraatı  dedikdə  cinayət 

prosesinin  mərhələləri  sistemində  məhkəmə  baxışının  böyük 

əhəmiyyətini  göstərməklə  istintaq  və  prokurorluq  orqanlanmn  da 

fəaliyyəti nəzərdə tutulur. 

Məhkəmə ədalət mühakiməsini həyata keçirən yeganə dövlət orqanı 

olsa  da,  istintaq,  prokurorluq  orqanlarının  fəaliyyəti  məhkəmə 

qarşısında duran vəzifələrin yerinə yetirilməsinə yaxından kömək edir. 

Cinayət mühakimə icraatının vəzifələri - törədilmiş cinayətdən zərər 

çəkmiş şəxslərin və təşkilatların hüquqlarının və qanuni mənafelərinin 

qorunmasından,  şəxsiyyəti  qanunsuz  və  əsassız  cinayət  təqibindən  və 

mühakimə  etməkdən,  o  cümlədən  onun  hüquqlannm  qanunazidd 

əsaslarla  məhdudlaşdırmalardan  qorumaqdan  ibarətdir.  Cinayət  işləri 

üzrə ədalət mühakiməsinin qanunvericiliyin tələblərinə riayət edilməklə 

həyata  keçirilməsi  insan  hüquq  və  azadlıqlarının  qorunmasında 

müstəsna əhəmiyyətə malikdir. CPM-in 8-ci maddəsinin mahiyyətindən 

açıq  aydın  görünür  ki,  mühüm  bir  vəzifə  kimi,  cinayə-  prosessual 

qanunvericilik,  bir  tərəfdən,  törədilmiş  hər  bir  cinayət  əməlinin 

vaxtında,  hərtərəfli  və  obyektiv  araşdırılmasını  təmin  etməklə 

şəxsiyyəti,  cəmiyyəti  və  dövləti  ictimai  təhlükəli  qəsdlərdən  qoruyur, 

digər  tərəfdən  isə  cinayət  törətmiş  hər  bir  şəxs  barəsində  cinayət 

təqibinin  hüquqi  çərçivəsini  müəyyən  etməklə  insan  hüquq  və 

azadlıqlarının əsassız məhdudlaşdırılmasının qarşısını alır. 

Cinayət mühakimə icraatının vəzifələrini özündə ehtiva edən CPM- 

in 8-ci maddəsində beş əsas məqamə xüsusi diqqət yetirilmişdir. Onlar 

aşağıdakılardır: 

1)

 

şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq



2)

 

həqiqi  və  ya  ehtimal  edilən  cinayət  törətməsi  ilə  əlaqədar 



şəxsiyyəti  vəzifə  səlahiyyətlərindən  sui-istifadə  edilməsi  hallanndan 

qorumaq; 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə