MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə6/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   ...   266

Mirağa CəfərquUyev 

madan və qanun əsas götürülmədən heç kəs cinayət törətməkdə təqsirli 

sayıla bilməz və cinayət cəzasına məhkum oluna bilməz. 

Məhkəmə  açıq  məhkəmə  iclasında  proses  iştirakçılarının  və 

prokurorun fəal iştirakı şəraitində işin bütün hallarını hərtərəfli, tam və 

obyektiv araşdırır, məhkəməyə verilən şəxsin təqsirkar olub-olmaması, 

ona cəza təyin edib-edilməməsi məsələlərini həll edərək iş üzrə hökm 

çıxarır.  Məhkəmədə  hansı  növ  hökm  (ittiham  və  ya  bəraət  hökmü) 

çıxarılmasından  asılı  olmayaraq  iş  mahiyyəti  üzrə  həll  edilir.  Lakin 

deyilənlərdən heç də belə bir nəticə çıxaraıaq düzgün olmazdı ki, işi həll 

etmək  funksiyası  yalnız  məhkəməyə  aiddir.  Bu  funksiya  müəyyən 

mənada  həm  də  təhqiqat  orqanı,  müstəntiq  və  prokuror  tərəfindən 

(ibtidai  istintaq  mərhələsində)  həyata  keçirilir.  Məsələn:  cinayət  işini 

başlamağı rədd etmək, qanuni əsaslar üzrə cinayət işinin xitam edilməsi 

və  s.  Lakin  bütün  bunlarla  bərabər  işin  mahiyyətcə  qəti  və  son  həlli 

məhkəməyə aiddir. 

§ 4. Cinayət prosesinin mərhələləri 

Hər  bir  cinayət  işi  üzrə  icraat  bir  neçə  mərhələdən  keçir.  Bu 

mərhələlərdən  hər  biri  cinayət  mühakimə  icraatı  qarşısında  duran 

ümumi  vəzifələrdən  irəli  gələn  konkret  vəzifələrə  malik  olmaqla 

cinayət-prosessual  hərəkətlərin,  prosessual  münasibətlərin və  bunlann 

prosessual  cəhətdən  rəsmiyyətə  salınmasının  xüsusiyyətləri  ilə 

xarakterizə olunur. 

Bütünlükdə  cinayət  prosesi  ayrı-ayn  müstəqil  mərhələlərin 

məcmuyundan  ibarətdir  ki,  onlann  da  hər  birinin  qarşısında  duran 

vəzifənin düzgün yerinə yetirilməsi nəticə etibarilə cinayət-mühakimə 

icraatının  vəzifələrinin  (CPM-in  8-ci  maddəsi)  həyata  keçirilməsinə 

xidmət edir. Lakin burada bir cəhəti nəzərə almaq lazımdır ki, prosesin 

hər  bir  mərhələsində  yerinə  yetirilən vəzifələr  bu mərhələyə  xas olan 

spesifik  üsullarla  həyata  keçirilir;  nəticədə  həmin  vəzifələrin  sistem 

halında  yerinə  yetirilməsi  cinayət  prosesində  ədalət  mühakiməsinin 

həyata keçirilməsini təmin edir. 

Məlum  olduğu  kimi,  bütünlükdə  cinayət  prosesinin  mərhələlərini 

cinayət işinin həmin mərhələlərdən keçib-keçməməsi ilə əlaqədar 




J FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

olaraq iki qrupa bölmək olar: məcburi və fakultativ mərhələlər. Məcburi 

mərhələlər  elə  mərhələlərdir  ki,  cinayət  işi  ondan  əvvəlki  mərhələdə 

xitam edilməmişsə, həmin mərhələni mütləq keçməlidir. Buraya cinayət 

işi  başlama,  xüsusi  ittihamlı  işlər  istisna  olmaqla  məhkəməyədək 

araşdırma,  məhkəmə  baxışı  kimi  mərhələlər  aiddir.  Fakultativ 

mərhələlərə  isə  məhkəmələrin  hökm  və  qərarlanna  apellyasiya  və 

kassasiya  qaydasında  yenidən  baxılması  və  yeni  açılmış  hallar  üzrə 

icraat kimi mərhələlər aiddir. Hökmün icrası mərhələsinə gəldikdə isə, 

hüquq  ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edildiyi  kimi,  onu 

fakultativ mərhələlər sisteminə aid etmək prosessual hüquq baxımından 

daha dəqiq olardı (48.S.21-30). Çünki elə hallar mümkündür ki, hökm 

çıxanlır, lakin icra olunmur. 

Cinayət prosesi 6 əsas və 2 müstəsna mərhələdən ibarətdir: l) cinayət 



işi başlama; 2) ibtidai istintaq və təhqiqat; 3) məhkəməyə vermək; 4) 

məhkəmə  baxışı  və  hökmün  çıxarılması;  5)  apellyasiya  icraatı  (ikinci 

instansiya məhkəmədə icraat); 6) hökmün icra edilməsi. 

iki müstəsna mərhələ isə: 1) məhkəmələrin hökm və ya qərarlarına 

kassasiya  qaydasında  yenidən  baxılması;  2)  yeni  açılmış  hallar  üzrə 

icraatdan ibarətdir. 

Göstərilən  mərhələlərin  hər  biri  aynlıqda  konkret  vəzifələrə  malik 

olmaqla biri digərini tamamlayır və cinayət prosesinin vahid sistemini 

yaradır. Hər bir mərhələ qanunla müəyyən edilmiş prosessual formada 

həyata keçirilir və ədalət mühakiməsi vəzifələrinin yerinə yetirilməsinə

iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə təminat yaradır. 

Cinayət  işi  başlama  cinayət  prosesinin  ilk  mərhələsidir.  Bu 

mərhələdə  prokurorluq,  istintaq  və  təhqiqat  orqanları  iş  üzrə  icraata 

başlamaq üçün kifayət qədər əsaslann olmasını aydınlaşdırır və cinayət 

işi başlama və ya işi başlamanı rəddetmə haqqında məsələni həll edirlər. 

Əgər  buna  səlahiyyəti  olan  orqan  cinayət  işi  başlamaq  haqqında 

qərar qəbul edirsə, icraatın ikinci mərhələsi - təhqiqat və ibtidai istintaq 

mərhələsi başlayır. Bu mərhələdə hadisənin bütün mühüm halları tam, 

hərtərəfli  və  obyektiv  araşdınlır  (cinayət  hadisəsinin  mövcudluğu, 

şəxsin təqsirliliyi, ziyanın xarakteri və miqdan və digər hallar). 

İstintaq  nəticəsində  cinayəti  etmədə  təqsirləndirilən  şəxsin  təqsiri 

sübut  edilərsə,  müstəntiq  ittiham  aktını  tərtib  edir  və  prokurorun 

sanksiyasından sonra işlə birlikdə məhkəməyə göndərilir. 




05! 

Mirağa Cəfərqıtliyev 

Prosesin üçüncü - məhkəməyəvermə mərhələsində işdə mahiyyət 

üzrə məhkəmə iclasında baxmaq üçün kifayətedici faktiki məlumatların 

və hüquqi əsasların mövcud olub-olmaması yoxlanılır. 

Əgər  təqsirləndirilən  şəxsi  məhkəməyə  vermək  haqqında  qərar 

çıxarılmışsa,  iş  cinayət  prosesinin  əsas  və  mərkəzi  mərhələsindən  - 

məhkəmə  baxışı  və  hökmün  çıxarılması  mərhələsindən  keçir. 

Məhkəmə  bu  mərhələdə  cinayət  işinə  mahiyyət  üzrə  baxır  və 

təqsirləndirilən  şəxsin  cinayəti  etməkdə  təqsirliyi  məsələsini  qəti 

şəkildə  proses  iştirakçılarının  fəal  iştirakı  şəraitində  araşdırır,  onun 

təqsirkar  olub-olmaması  və  ona  cəza  təyin  edilib-edilməməsi 

məsələlərini  həll  edib  iş  üzrə  hökm  çıxarır.  Bu  mərhələ,  bir  qayda 

olaraq, ittiham və ya bəraət hökmünün çıxarılması ilə nəticələnir. 

Birinci  instansiya  məhkəmələrinin  qanuni  qüvvəyə  minməmiş 

hökmlərinin apellyasiya şikayəti və  ya apellyasiya protesti üzrə ikinci 

instansiya  məhkəməsində  yoxlanılması  apellyasiya  icraatı  mərhələsi 

adlanır. Prosesin bu mərhələsində ikinci instansiya məhkəməsi hökmün 

qanuni  və  əsaslılığını  yoxlayır  və  nəticəsindən  asılı  olaraq  hökmü 

qüvvəsində saxlayır və ya ləğv edir, yaxud onda dəyişikliklər edir. 

Cinayət prosesinin son mərhələsi - hökmün icrası, höküm qanunu 

qüvvəyə mindikdən sonra başlanır. Hökmün icra edilməsi hökmdə qeyd 

olunan nəticələrin və göstərişlərin həyata keçirilməsini nəzərdə tutur. 

Hökmün  icrası  cinayətkarlıqla  mübarizə  işində  vacibliyi  ilə 

seçilməsindən  başqa,  cinayət  prosesinin  bir  müstəqil  mərhələsi  kimi 

mühüm  əhəmiyyət  kəsb  edir.  Məhkəmə  tərəfindən  təqsirli  bilinmiş 

şəxsə təyin olunmuş cəzanın icrasının zəruriliyi və vacibliyi öz əksini 

Azərbaycan  Respublikası  Konstitusiyasının  129-cu  maddəsində 

tapmışdır. Bu maddəyə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlət 

adından çıxarılır və onların icrası məcburidir. Əlavə olaraq, Azərbaycan 

Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin  6,  506  və  507-ci 

maddələrinə  müvafiq  olaraq,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş 

qərarı dövlət və ictimai müəssisə, idarə və təşkilatlar, həmçinin vəzifəli 

şəxslər  və  vətəndaşlar  üçün  məcburidir  və  ona  görə  də  Azərbaycan 

Respublikasının  bütün  ərazisində  tam  həcmdə  və  eyni  qaydada  icra 

olunmalıdır.  Bütün  bunları  nəzərə  alaraq  qeyd  etmək  lazımdır  ki, 

hökmün icrasının vacibliyinə dövlət və qanunvericilik tərəfindən böyük 

əhəmiyyət verilir, çünki hökmün dəqiq və vaxtında icra edilməsi 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə