MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə14/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   10   11   12   13   14   15   16   17   ...   266

?!H' 

Mirağa Cəfərquliyev 

şəkildə  qeyd  olunur  ki,  məhkəmənin  qəbul  etdiyi  qərarlar  dövlətin 

adından  çıxarılır və onların icrası  məcburidir. Buradan aydın olur ki, 

bütün fiziki və hüquqi şəxslər məhkəmə qərarlarına qeyri-şərtsiz əməl 

etməlidirlər. 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin 

tələblərinə 

əməl 


edilməməsi 

Azərbaycan 

Respublikasının 

qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur 

(CPM, mad. 6). 

Azərbaycan  Respublikası  Konstitusiyasının  80-ci  maddəsində 

qanunların  pozulması  nəticəsində  yaranan  məsuliyyət  barədə 

xəbərdarlıq  edilir.  Belə  ki,  adı  çəkilən  maddədə  qeyd  edilmişdir  ki, 

Konstitusiyanın  və  ya  digər  qanunların  pozulması,  o  cümlədən 

Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə 

Və 

ya  vəzifələrin  yerinə  yetirilməməsi  qanunla  müəyyən  edilən 



məsuliyyətə səbəb olur. Konstitusiyanın bu tələbi, demək olar ki, ədalət 

mühakiməsində tam həcmdə istintaq orqanlarının vəzifəli şəxslərinə və 

hakimlərə də aiddir. 

Cəmiyyətdə  qanunun  aliliyinin  təmin  olunmasında,  hüquq 

qaydalarına  əməl  olunmasında  hər  bir  qanun  pozuntulanna  görə 

məsuliyyətin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. 

Məsuliyyət  çoxcəhətli  anlayış  olmaqla,  hər  bir  şəxsin  cəmiyyət 

qarşısında  mənəvi  borcu  və  hüquq  normalanna  əməl  olunması  ilə 

fərqlənən  əxlaqi  və  hüquqi  kateqoriyadır.  Məsuliyyət  geniş  mənada 

cəmiyyət tərəfindən mühakimə olunan əməllər törətmiş şəxsin üzərinə 

etdiyi  əməllərin  mənfi  nəticələrinə  məruz  qalmaq  öhdəliyinin 

qoyulmasıdır. 

Məsuliyyət anlayışı hüquq pozuntusu anlayışı ilə sıx bağlıdır. Bu, o 

deməkdir ki, hüquq pozuntusu şəxsin məsuliyyət ölçüsünün müəyyən 

olunması üçün əsasdır. 

Məsuliyyət hər hansı  digər  ictimai  kateqoriya  kimi sosial təyinata 

malikdir.  Bu,  hüquq  pozuntusuna  görə  ədalətli,  əsaslı  və  qanuni 

cəzalandırma  yolu  ilə  ictimai  qaydanı  mühafizə  etməkdən  ibarətdir. 

Lakin məsuliyyət bu vəzifəni yerinə yetirməklə bərabər, eyni zamanda 

adamları  qanuna  tabe  olmaq  və  ona  hörmət  etmək  ruhunda 

tərbiyələndirir, hüquq pozuntusunun qarşısını almaq vasitəsi kimi çıxış 

edir. 


İşin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə 

prokurorun,  müstəntiqin  və  ya  təhqiqatçınm  fəaliyyətinə  hər  hansı 

formada müdaxiləyə görə Azərbaycan Respublikası CM-in 286-cı 



II FƏSİL CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI

 gg


 

maddəsi  ilə  cinayət  məsuliyyəti  nəzərdə  tutulmuşdur.  Bundan  başqa, 

ədalət  mühakiməsinin  həyata  keçirilməsinə  mane  olmaq  məqsədilə 

məhkəmə  fəaliyyətinə  hər  hansı  formada  edilən  müdaxilə,  habelə 

məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə CM- in 

286 və 306-cı maddələrinin müddəaları əsasında cinayət məsuliyyətinin 

yaranmasına səbəb olur. 

Vətəndaşlar,  dövlət  orqanları,  hüquqi  şəxslər,  ictimai  təşkilatlar 

istintaq orqanlarının və məhkəmələrin qərarlarının yerinə yetirilməsinə 

maneçilik  törətməməli,  həmin  qərarlan  icra  etməyə  hər  vəchlə  səy 

göstərməlidirlər. 

§ 5. Cinayət-prosessual qanunvericiliyin 

əsas anlayışları 

Hüquq  ədəbiyyatında  çox  düzgün  olaraq  qeyd  edilir  ki,  son 

zamanlarda  qəbul  edilən  qanunların, demək  olar  ki, hamısında həmin 

aktlarda  tez-tez  işlədilən  terminlərin  izahı  verilir  ki,  bu  da  öz 

növbəsində  qanunla  təmasda  olan  praktiki  işçilərin  (bütövlükdə 

vətəndaşların)  işinin  xeyli  dərəcədə  yüngülləşməsinə  kömək  edir. 

Terminlərin  dürüst  nəzəri  tərifinin  verilməsi  qanunların  düzgün 

tətbiqinə  və  işin  obyektiv  həllinə  də  xidmət  edir.  CPM-in  7-ci 

maddəsində işlədilən 47 terminin qısa, kifayət qədər aydın və anlaşıqlı 

izahı verilmişdir. 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyində 

aşağıdakı əsas anlayışlardan istifadə olunur: 

1.

 

Cinayət  hadisəsi  -  cinayətin  əlamətlərini  özündə  əks  etdirən 



hadisədir; 

2.

 



Ərizəçi  -  özünün  həqiqi  və  ya  ehtimal  olunan  hüquqlarının 

müdafiəsi  üçün  cinayət  prosesini  həyata  keçirən  orqanlara  və  ya 

məhkəməyə müraciət edən şəxsdir; 

3.

 



Cinayət prosesi - cinayət təqibi üzrə həyata keçirilən prosessual 

hərəkətlərin və qəbul olunan prosessual qərarlann məcmusudur; 

4.

 

Cinayət  təqibi  -  cinayət  hadisəsinin  müəyyən  edilməsi,  cinayət 



qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham 

irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona 




mrrt 

Mirağa Cdfərquliyev 

cəza  təyin  edilməsi,  zəruri  olduqda  prosessual  məcburiyyət 

tədbirlərinin 

təmin 


edilməsi 

məqsədilə 

həyata 

keçirilən 



cinayət-prosessual fəaliyyətdir; 

5.

 



Cinayət prosesini həyata keçirən orqanlar - icraatında cinayət işi 

və  ya cinayət təqibi ilə  bağlı digər  materiallar  olan təhqiqat, istintaq, 

prokurorluq orqanları və ya məhkəmələrdir; 

6.

 



Cinayət işi - törədilən və ya törədilməsi ehtimal edilən cinayətlə 

əlaqədar  cinayət  təqibinin  həyata  keçirilməsi  zamanı  toplanmış 

materialların məcmusudur; 

7.

 



Cinayət  təqibi  ilə  bağlı  digər  materiallar  -  məhkəməyədək 

sadələşdirilmiş  icraat  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  və  ya 

xüsusi  icraat  üzrə  cinayət  təqibinin  həyata  keçirilməsi  ilə  əlaqədar 

toplanmış materiallardır; 

8.

 

Cinayət  mühakimə  icraatı  -  Cinayət-Prosessual  Məcəllədə 



nəzərdə tutulmuş qaydada məhkəməyədək, habelə birinci, apellyasiya 

və kassasiya instansiyası məhkəmələrində aparılan icraatdır; 

9.

 

Məhkəmə - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 



olaraq  ədalət  mühakiməsini  həyata  keçirmək  məqsədilə  yaradılan, 

Cinayət-Prosessual  Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  birinci, 

apellyasiya  və  kassasiya  instansiyası  qismində  cinayət  işlərinə  və  ya 

cinayət təqibi ilə bağlı digər materiallara baxan məhkəmədir

10.

 

Birinci instansiya  məhkəməsi -  Cinayət-Prosessual Məcəllə ilə 



müəyyən  edilmiş  qaydada  və  hallarda  hər  hansı  şəxsə  qarşı  irəli 

sürülmüş ittihama baxmaq və həmin ittihamın mahiyyəti üzrə hökm və 

ya digər yekun qəran çıxarmaq səlahiyyətinə malik olan məhkəmədir

11.


 

Apellyasiya  instansiyası  məhkəməsi  -  Cinayət-Prosessual 

Məcəllə  ilə  müəyyən  edilmiş  qaydada  və  hallarda  birinci  instansiya 

məhkəməsinin  qanuni  qüvvəyə  minməmiş  hökmündən  və  ya  digər 

qərarlarından verilmiş şikayət və  ya protestlərə baxmaq səlahiyyətinə 

malik olan məhkəmədir; 

12.

 

Kassasiya instansiyası məhkəməsi - Cinayət-Prosessual Məcəllə 



ilə  müəyyən  edilmiş  qaydada  və  hallarda  birinci  instansiya 

məhkəməsinin andlı iclasçıların iştirakı ilə çıxanimış və ya apellyasiya 

instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən və ya 

digər  qərarlanndan  verilmiş  şikayət,  protest,  yaxud  təqdimatlara 

baxmaq səlahiyyətinə malik olan məhkəmədir; 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə