MüƏllifdən II


IIFƏSİL, CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə13/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   9   10   11   12   13   14   15   16   ...   266

IIFƏSİL, CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

edilmiş  Qanunda  belə  “keçid  müddəalara”  rast  gəlirik.  Adı  çəkilən 

Qanunda  “keçid  müddəaları”  başlığı  altında  məhkəmələrin  təşkili, 

hakimlərin fəaliyyəti və sosial təminatı məsələləri öz şərhini tapmışdır. 

Məsələn, orada göstərilir: 

1)

 



Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələri və 

hərbi  qarnizon  tribunalları  bu  Qanunun  qüvvəyə  mindiyi  gündən 

müvafiq  olaraq  Azərbaycan  Respublikasının  rayon  (şəhər) 

məhkəmələri və hərbi məhkəmələr adlandırılır; 

2)

 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  məhkəmələr  bu 



Qanunda  nəzərdə  tutulmuş  məhkəmələr  təşkil  edilənədək  və  yeni 

prosessual  qanunlar  qəbul  edilənədək  qüvvədə  olan  qanunvericiliklə 

müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər

3)

 



Bu  Qanun  qəbul  edilənədək  seçilmiş  Azərbaycan  Respublikası 

məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni 

hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb 

qurtardığı gündən bitmiş hesab olunur

4)

 

Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq isla- 



hatlan  başa  çatdıqdan  və  müvafiq  qanun  qəbul  edildikdən  sonra 

qüvvəyə minir; 

5)

 

Hakimlərin  maddi  və  sosial  müdafiəsinə  dair  müddəalar  bu 



Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə aiddir. 

Yuxarıda  misal  gətirdiyimiz  “keçid  müddəalar”  doğrudan  da  çox 

maraqlı bir şəkildə qəbul olunmuş qanunun həm bütövlükdə qüvvəyə 

minməsini,  həm  də  onun  ayrı-ayrı  müddəalarının  hansı  formada 

qüvvəyə minməsini bütün incəliyi ilə şərh edirlər. 

Cinayət  prosesi  iştirakçılarının  hüquqlanm  məhdudlaşdıran 

Azərbaycan 

Respublikası 

cinayət-prosessual 

qanunvericiliyi 

müddəalannm geriyə qüvvəsi yoxdur. Lakin onu da qeyd edək ki, əgər 

qanun  əməlin  kriminallığını  aradan  qaldınrsa,  törədilən  əmələ  görə 

qaldırılan cinayət işi xitam edilir. 

Yeni qanun cəzanı yüngülləşdirirsə, yaxud da cinayət etmiş şəxsin 

vəziyyətini  başqa  cür  yaxşılaşdırırsa,  ibtidai  istintaq  orqanları  və  ya 

məhkəmə yeni qanunla törədilən əmələ hüquqi qiymət verir. 

Beləliklə, əgər yeni qanun öncə qüvvədə olan qanunla müqayisədə 

məsuliyyəti yumşaldırsa, ibtidai istintaqda və məhkəmə baxışı zamanı 

belə qanunla ittiham elan edilir, hökm çıxanlır, həm də cəza təyin edilir. 



 

Mirağa Cəfərqtdiyev 

Əməlin  cinayət  olmasını  və  cəzalanmalı  olmasını  aradan  qaldıran 

yeni  qanun  qüvvəyə  minənə  qədər  törədilən  cinayətə  görə  çıxarılan 

hökm  icraya  yönəldilmişdirsə,  belə  şəxs  hökmün  icrası  mərhələsində 

cəzanı  çəkməkdən  azad  edilir  və  göstərilən  qanun  qüvvəyə  minən 

andan şəxs artıq məhkum olmayan şəxs sayılır. 

Zamanla əlaqədar bir məqama da xüsusi fikir vermək lazımdır. O da 

ondan  ibarətdir  ki,  ədalət  mühakiməsi  həyata  keçirilərkən  sübutların 

mümkünlüyü  həmin  anda  qüvvədə  olan  Azərbaycan  Respublikası 

cinayət-prosessual  qanunvericiliyinin  müddəalarına  uyğun  olmalıdır. 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  yeni 

qəbul edilmiş müddəası sübutların mümkünlüyü şərtlərini əhəmiyyətli 

dərəcədə dəyişirsə, yeni müddəalara uyğun gəlməyən sübutlar ittihamın 

əsasını təşkil edə bilməz. 



3.

 

Cinayət-prosessual qanunvericiliyin şəxslərə görə qüvvəsi. 

Şəxslərə  görə  cinayət-prosessual  qanunvericiliyin  qüvvədə  olması 

əsaslan  cinayət  qanununun  tətbiqi  hallanna  müəyyən  mənada 

uyğundur. 

Cinayət  törətmiş  şəxslər  həmin  yerdə  qüvvədə  olan  cinayət  və 

cinayət-prosessual  qanunların  təsir  göstərdiyi  əhatə  dairəsinə  düşmüş 

olurlar. Burada həm Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 

həm  də  Cinayət-Prosessual  Məcəllənin  10.2,  11-ci  maddələrinin 

müddəaları əsas götürülür. 

Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş hamının qanun 

və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsasən, qanunlara riayət 

etmək hamı üçün məcburidir və hər bir şəxs törətdiyi əmələ görə cavab 

verməlidir.  Törədilmiş  qanun  pozuntularına  görə  vətəndaşlığından  və 

ya vətəndaşlığı olmamasından asılı olmayaraq, hamı qanun qarşısında 

məsuliyyət daşıyır. 

Beləliklə,  insanlann  hüquqlarının  və  azadlıqlannın  bərabərliyi 

dedikdə cinayət mühakimə icraatında iştirak edən bütün şəxslərin eyni 

prosessual hüquqi qaydalar əsasında hərəkət etməsi kimi başa düşülür. 

Bununla əlaqədar CPM-in 10.2-ci maddəsində çox aydın şəkildə izah 

edilir ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş 

qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin 

cinayət  təqibi  üzrə  şübhəli  və  ya  təqsirləndirilən  şəxs  qismində 

məsuli)^ətə  cəlb  edilməsinə,  tutulmasına,  həbsə  alınmasına, 

axtarılmasına,  məcburi gətirilməsinə və  digər prosessual məcburiyyət 

təd 



II  FƏSİL  CİNA  YƏT-PROSESSUAL  QANUNVERİCİLİK  VƏ  ONUN  TƏYİNATI

 

[[j



j

 

birlərinə 

məruz 

qalmasına, 



habelə 

məhkum 


edilməsinə, 

cəzalandırılmasına,  hüquq  və  azadlıqlarının  digər  formada 

məhdudlaşdınimasma  yol  verilmir.  Bütün  bunlan  əsas  götürərək, 

cinayət-prosessual qanunvericilik (CPM-in 5, 436-441-ci maddələri) bu 

Qanunun xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər barəsində 

qüvvədə olması və tətbiq edilməsi qaydalarını geniş şəkildə şərh edir. 

Cinayətin  törədilməsində  şübhə  və  ya  ittiham  olunan  xarici 

vətəndaşlar  və  ya  vətəndaşlığı  olmayan  şəxslər  haqqında 

cinayət-prosessual 

fəaliyyət 

Azərbaycan 

Respublikası 

cinayət-prosessual  qanunvericiliyinin  müddəalarına  uyğun  həyata 

keçirilir (CPM, mad. 5). 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrlə  müəyyən  edilmiş  diplomatik,  habelə  digər  imtiyaz  və 

toxunulmazlıqlara  malik  şəxslər  haqqında  və  ya  onlann  iştirakı  ilə 

həyata  keçirilən  cinayət-prosessual  fəaliyyətin  xüsusiyyətləri 

Cinayət-Prosessual Məcəllənin 436-441-ci maddələrinin müddəalan ilə 

müəyyən olunur. 



§ 4. Cinayət-prosessual qanunvericiliyin tələblərinə 

əməl edilməsi 

Azərbaycan  Respublikası  cinayət-prosesssual  qanunvericiliyinin 

müddəalan Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və 

hüquqi şəxslər üçün məcburidir (CPM, mad. 6). 

Hüquqa,  qanuna  hörmət  hər  bir  adamın  şəxsi  əqidəsinə 

çevrilməlidir.  Qanundan  hər  hansı  şəkildə  kənara  çıxmaq  və  ya  onun 

üstündən  və  yaxud  ondan  “yan”  keçmək  cəhdləri  heç  bir  bəhanələrlə 

əsaslandırıla bilməz. 



Cinayət-prosessual  qanunvericiliyin  tələblərinə  ciddi  əməl  edilməsi 

Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  hər  bir  vətəndaşın 

üzərinə müqəddəs vəzifə kimi qoyulmuşdur. Bununla bağlı Azərbaycan 

Respublikası  Konstitusiyasının  bir  sıra  maddələrində  (79,  80,  129) 

qanunlara ciddi əməl edilməsi nəzərdə tutulmuşdur. 

Cinayət  prosesində  qanunlara  dürüst  və  birmənalı  şəkildə  əməl 

olunması bilavasitə Azərbaycan Respublikası Konstitusiyasının 129- cu 

maddəsinin tələbindən irəli gəlir. Adı çəkilən maddədə çox ciddi 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə