MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə21/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   17   18   19   20   21   22   23   24   ...   266



Mirağa Cəfərqiıliyev 

dı. Şura bir neçə qəzada cinayət işlərinə baxmaq üçün səyyar sessiyaları 

təşkil edir və xalq məhkəmələrinin hökm və qərarlarından kassa- siya 

şikayətlərinə  baxmaq  üzrə  konkret  iş  apanrdı.  Göstərilən  dövrdə 

Azərbaycan ərazisində xalq məhkəmələri ilə yanaşı inqilabi tribunallar 

da fəaliyyət göstərirdi. Belə ki, inqilabi tribunallar Azərbaycanda Sovet 

hakimiyyətinin qurulmasının sabahı günü, yəni 1920-ci il aprelin 29-da 

Azərbaycan  İnqilab  Komitəsinin  “Ali  İnqilabi  Tribunalın  təşkili 

haqqında”  Dekreti  ilə  xüsusi  təhlükəli  cinayətlərlə  mübarizə  üçün 

yaradıldı 



(131). 

Həmin  gün  Ali  İnqilabi  Tribunalın  quruluşu  müəyyən 

edildi 

(132) 

və onun haqqında 1920-ci il mayın 20-də Əsasnamə qəbul 

olundu 

(131).

 

Beləliklə,  yuxanda  şərh  olunan  dövrdə  Azərbaycan  ərazisində  Ali 



İnqilabi  Tribunalla  yanaşı  inqilabi  hərbi-səhra  tribunallan.  Hərbi 

Dəmiryol  Tribunalı,  Ordu  İnqilabi  Tribunalı,  Xəzər  Dənizi  İnqilabi 

Tribunalı  yaradılaraq  fəaliyyət  göstərirdi.  Burda  xüsusi  olaraq  qeyd 

etmək  lazımdır  ki,  Azərbaycan  ərazisində  fəaliyyət  göstərmələrinə 

baxmayaraq,  hərbi-səhra  inqilabi  tribunalları  və  hərbi  dəmiryol 

tribunallan öz hökmlərini Rusiya Sovet Federativ Respublikası adından 

elan edirdilər. 

Söhbət açdığımız dövrdə məhkəmə orqanlannm fəaliyyəti üzərində 

nəzarət  Xalq  Ədliyyə  Komissarlığı  tərəfindən  həyata  keçirilirdi. 

Yerlərdə  isə  bu  nəzarət  ilk  vaxtlarda  Xalq  Ədliyyə  Komissarlığının 

qəza  təlimatçıları  tərəfindən,  sonra  isə  qəza  icraiyyə  komitələri  nəz- 

dində yerləşən ədliyyə şöbələri tərəfindən aparılırdı. 

Azərbaycan  SSR-in  xalq  məhkəməsi  haqqında  12  may  1920-ci  il 

tarixli Dekreti  və Ali İnqilabi  Tribunalı haqqında Əsasnaməsi qanun- 

çuluğun  möhkəmləndirilməsi  ilə  bağlı  göstərilən  dövrün  tələbatına, 

demək olar ki, tam cavab verirdi. Dekret sovet məhkəməsinin təşkili və 

fəaliyyətinin demokratik prinsiplərini müəyyən etməklə yanaşı həm də 

cinayət  mühakimə  icraatında  məhkəmə  sübutları  haqqında  bir  sıra 

müddəaları da özündə əks etdirirdi. 

Eyni zamanda. Xalq məhkəməsi haqqında Dekret cinayət işləri üzrə 

işin  başlanması,  istintaqı  və  məhkəmədə  baxılmasının  prosessual 

qaydalanm da müəyyən edirdi. 

İbtidai istintaqla bağlı maraqlı bir qurum mövcud idi. Bu da ondan 

ibarət  idi  ki,  ibtidai  istintaq  orqanı  xalq  məhkəməsi  yanında  istintaq 

komissiyası qismində fəaliyyət göstərirdi. Belə ki, istintaq komissiya 



III FƏSİL AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

sı cinayət işi başlamaq və istintaq aparmaq, qətimkan tədbiri seçmək, 

təqsirləndirilən  şəxs  barəsində  tətbiq  edilən  qətimkan  tədbirinin 

yüngülləşdirilməsi haqqında öz rəyini xalq məhkəməsinə təqdim etmək, 

ibtidai  istintaqın  qurtarması  və  təqsirləndirilən  şəxsin  məhkəməyə 

verilməsi  və  ya  işin  xitam  edilməsi  haqqında  qərar  qəbul  etmək 

hüququna  malik  idi.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  işin 

məhkəməyə  verilməsi  və  ya  xitam  edilməsi  məsələsinin  qəti  həlli  o 

dövrün qanunvericiliyi ilə xalq məhkəməsinə həvalə edilmişdi. 

Tarixdən  həmçinin  bizə  bəllidir  ki,  5  noyabr  1920-ci  ildə  “Xalq 

müstəntiqləri  haqqında”  Əsasnamə  qəbul olunmuşdur 

(153). 

Lakin adı 

çəkilən  Əsasnamə  istintaq  orqanlarının  fəaliyyətini  nizama  salan 

qaydalarda heç bir dəyişikliklərin baş verməsinə səbəb olmadı. Amma 

onu  da  nəzərə  almaq  lazımdır  ki,  adı  çəkilən  Əsasnamə  ilə  istintaq 

komissiyası  öz  fəaliyyətində  bu  komissiyanın  bütün  hüquqlanndan 

istifadə edən təkbaşına xalq müstəntiqi ilə əvəz edildi. 

Xalq  məhkəməsi  haqqında  Dekret  təqsirləndirilən  şəxsin  ibtidai 

istintaqda  prosessual  vəziyyətini  cinayət-prosessual  fəaliyyətin  bir 

subyekti  kimi  müəyyən  etdi.  Təqsirləndirilən  şəxs  ona  elan  olunan 

ittihamdan  özünü  müdafiə  etmək  üçün  nədə  ittiham  olunduğunu 

bilməyə  və  elan  olunan  ittihamın  mahiyyəti  üzrə  izahat  verməyə, 

sübutlar  təqdim  etməyə,  vəsatət  verməyə,  müdafiəçinin  köməyindən 

istifadə  etməyə,  müstəntiqin  hərəkətindən  və  qərarlarından  şikayət 

verməyə, etiraz etməyə və sair hüquqlara malik idi. 

Haqqında  söhbət  apardığımız  Dekretə  əsasən  məhkəmə  baxışı 

açıqlıq,  şifahilik,  bilavasitəlik,  mühakimə  icraatında  milli  dil, 

təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi prinsiplərinə 

riayət olunmaqla aparılırdı. Dekretin 63-cü maddəsində göstərilirdi ki, 

məhkəmənin  iclasları  açıq  halda  aparılır,  müstəsna  hallarda 

məhkəmənin qərarı ilə işə qapalı məhkəmə iclasında baxıla bilər. Eyni 

zamanda,  Dekretin  42-ci  maddəsinə  müvafiq  olaraq,  altı  xalq 

iclasçısının iştirakı ilə baxılan bütün cinayət işlərində, habelə məhkəmə 

iclasında  dövlət  ittihamçısı  iştirak  etdiyi  hallarda  işdə  müdafiəçinin 

iştirakı  məcburi  hesab  edilirdi.  Qalan  cinayət  işlərində,  prosesdə 

müdafiəçinin iştirakı məsələsi hər bir iş üzrə məhkəmə tərəfindən həll 

edilirdi. 

Respublikada fəaliyyət göstərən xalq məhkəmələrinin hökmlərindən 

kassasiya qaydasında Xalq Məhkəmələri Şurasına şikayət verilə 



 

Mirağa Cəfərquliyev 

bilərdi.  Xalq  məhkəməsinin  hökmündən  kassasiya  şikayətinə  Xalq 

Hakimlər  Şurasının  Rəyasət  Heyətinin  iki  üzvü  və  birinci  instansiya 

məhkəmədə işə baxılarkən iştirak etməyən üç xalq hakimindən ibarət 

tərkibdə baxılırdı. 

Bir  vacib  məsələyə  də  nəzər  yetirək  ki,  xalq  məhkəmələrinin  və 

inqilabi tribunallann fəaliyyətinin prosessual qaydaları əsasən eyni idi 

və demək olar ki, bir-birindən bir o qədər də fərqlənmirdilər. Cüzi bir 

fərq  ondan  ibarət  idi  ki,  Azərbaycan  SSR  Ali  İnqilabi  Tribunalı 

haqqında Əsasnamə (1920-ci il 20 may) inqilabi tribunallara işin hallan- 

nın tədqiq edilməsi və qətimkan tədbirlərin seçilməsində əlavə hüquqlar 

verirdi. 

O dövrdən qalmış tarixi materiallann təhlili göstərir ki, 1920-ci il 12 

may tarixli Xalq məhkəməsi haqqında Dekret və Azərbaycan SSR Ali 

İnqilabi  Tribunalı  haqqında  1920-ci  il  20  may  tarixli  Əsasnamə 

cinayət-prosessual hüququnun bütün məsələlərini heç də həll etmirdi. 

İstintaq, məhkəmə orqanlanmn təcrübəsi bir sıra məsələləri ön plana çı- 

xanrdı  ki,  bunların  da  bir  qismi  göstərilən  hüquqi  aktlarda  öz  həllini 

tapmırdı. Bütün bunlan nəzərə alaraq Ali məhkəmə nəzarəti barədə 

1921-


 

ci  ildə  qərar  qəbul  olundu  və  onun  məhkəmə  orqanlan  üçün 

böyük  əhəmiyyəti  oldu 

(155).  Adı 

çəkilən  qərarla  respublikada  sovet 

cinayət-prosessual qanunvericiliyi sahəsində ilk dəfə olaraq məhkəmə 

nəzarəti və yeni açılmış hallara görə işlərin təzələnməsinin prosessual 

qaydası müəyyən edildi. Həmin aktın 2-ci maddəsində hökmləri və ya 

qətnamələri qanunsuz hesab etmək üçün əsasların siyahısı verilmişdi. 

Bundan  başqa,  respublikada  vahid  məhkəmə  sisteminin 

yaradılmasında  Azərbaycan  SSR  MİK-in  II  sessiyasında  (9  dekabr 

1922-ci  il)  qəbul  olunmuş  Azərbaycan  SSR  məhkəmə  quruluşu 

haqqında  Əsasnamənin  mühüm  bir  rol  oynaması  tam  həqiqətə 

uyğundur. Çünki 

1922-


 

ci il  məhkəmə  islahatı qarşısında  duran  başlıca  vəzifə  təşkilati 

cəhətdən  bir-birindən  ayrılmış  iki  məhkəmə  sistemini  -  inqilabi 

tribunalları  və  xalq  məhkəmələrini  vahid  məhkəmə  sistemi  ilə  əvəz 

etməkdən ibarət idi. Əsasnaməyə müvafiq olaraq, məhkəmə sisteminə 

xalq  məhkəmələri,  dairə  məhkəmələri  və  Respublika  Ali  Məhkəməsi 

daxil oldu. İnqilabi tribunallar. Xalq Hakimlər Şurası, mühüm işlər üzrə 

xalq məhkəmələri və Xalq Ədliyyə Komisarlığı yanında Ali Məhkəmə 

Nəzarəti ləğv edildi 

(146).

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə