MüƏllifdən II


IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə18/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   14   15   16   17   18   19   20   21   ...   266

IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

 

5.



 

Xüsusi icraatlar: 

LII fəsil 

- məhkəmə nəzarətinin həyata keçirilməsi

LIII fəsil 

- hüquq və azadlıqlann pozulması ilə bağlı yeni 

hallar üzrə icraat; 

LIV fəsil 

- yeni açılmış hallar üzrə icraat

LV fəsil 

- anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər 

barəsində tibbi xarakterli məcburi tədbirlərin 

tətbiq edilməsi üzrə icraat; 

LVI fəsil 

- cinayət törətdikdən sonra psixi xəstəliyə 

tutulmuş şəxslər barəsində tibbi xarakterli 

məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat

LVII fəsil - cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə 

icraat; 


LVIII fəsil - hökm və ya məhkəmənin digər yekun qərarlannm icrası 

qaydasında icraat. 

Beləliklə, 

Azərbaycan 

Respublikasının 

Cinayət-Prosessual 

Məcəlləsi: 2 hissədən

11

 



bölmədən; 

58 fəsildən; 

521 maddədən ibarətdir. 



Mirağa Cəfərqııliyev 

III

 

FƏSİL 

AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL 

QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

§1. XIX əsrin II yarısında Azərbaycanda 

məhkəmə islahatının həyata keçirilməsi 

İnsan tarixi qədim olduğu qədər hüquq məfhumu da onunla bahəm 

öz kökləri ilə qədim dövrlərə gedib çıxır. Hüquq insan həyatının bütün 

istiqamətlərini  tənzimləyərək,  ictimai  münasibətlərin  qurulmasına, 

fəaliyyət  göstəmıəsi  üçün  ən  vacib  bir  realizəedici  mexanizmi  təsbit 

edir. 


İnsan həyatını hüquqsuz, hüquqi dövlətin yaradılmasını və inkişafını 

isə  onu  tənzimləyən  qanunlarsız  təsəvvür  etmək  qeyri-mümkündür. 

Azərbaycan  dövlətində  də  hüquq  elmi  yarandığı  gündən  ona  böyük 

maraq  göstərilmiş,  daima  diqqət  mərkəzində  olmuş,  onun  müxtəlif 

sahələri ilə bağlı intensiv tədqiqat işləri aparılmışdır. 

Hüquq  elminin  yaranması  və  inkişafı  hüquqşünasların, 

sosioloqların, siyasətçilərin, politoloqların, tarixçilərin və digər sahələr 

üzrə  elmi  araşdırmalarla  məşğul  olan  alimlərin  daima  diqqət 

mərkəzində  olmuşdur.  Hüquq  elmlərinin  vacib  sahələrindən  biri  olan 

cinayət prosesi hüququ da  yarandığı tarixdən bu günə qədər çoxsaylı 

elmi-tədqiqat  proseslərinə  və  bununla  bağlı  dəyişikliklərə  məruz 

qalmışdır. 

Cinayət-prosessual  qanunvericiliyi  özünəməxsus  zəngin  bir  tarixi 

inkişaf yolu keçərək, müasir dövrümüzdə ədalət mühakiməsinin həyata 

keçirilməsini  tənzimləyən  milli  qanunvericilik  bazasına  çevrilmişdir. 

Qeyd 


olunanlara 

əsaslanaraq 

Azərbaycan 

Respublikasının 

cinayət-prosessual  qanunvericiliyinin,  qısa  da  olsa,  tarixi  inkişaf 

mərhələlərinə diqqət yetirməyi məqsədəmüvafıq hesab edirik. 




III FƏSİL. AZƏRBA YCAN dNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

Tarixdən  bizə  bəllidir  ki,  Azərbaycan  XIX  əsrin  birinci  yansında 

Rusiya  tərəfindən  işğal  edildikdən  və  burada  komendant  idarəçilik 

sistemi tətbiq edildikdən sonra bütün inzibati və məhkəmə orqanlannm 

fəaliyyəti  üzərində  nəzarəti  komendantlar  həyata  keçirirdilər.  Belə 

vəziyyət, demək olar ki, 1841-ci ilə kimi davam etmişdir. Lakin 1840-cı 

il aprelin 10-da imperator tərəfindən təsdiq edilən və 1841-ci il yanvar 

ayının  1-  dən  qüvvəyə  minmiş  qanunvericilik  aktına  əsasən, 

Zaqafqaziyada  inzi-  bati-məhkəmə  islahatı  həyata  keçirilməyə 

başlamışdu*. Bununla əlaqədar komendant idarəçilik sistemi ləğv edilir 

və onun əvəzində ümumrusiya mülki idarəetmə sistemi tətbiq edilir. Bu 

islahata  əsasən,  məhkəmə  idarəsinin  nəzdində  prokuror  nəzarəti  təsis 

edilir.  Belə  ki,  Gürcüstan-  İmeretiya  quberniyasında  və  Kaspi 

vilayətində  cinayət  və  mülki  məhkəmə  palatalan  və  müvafiq 

prokurorluq hissələri yaradılır. 

Bu dövrlə əlaqədar  hüquq ədəbiyyatında çox  maraqlı  faktlara  rast 

gəlmək  olur 

(93,95,47,  80,39). 

Həmin  qaynaqlardan  görünür  ki,  adı 

çəkilən dövr hər bir hökmü yoxlayan və təftiş edən çoxsaylı instansiya- 

lann mövcudluğu ilə səciyyələnirdi. Belə ki, sahə iclasçısı formal olaraq 

istintaq  apanr  və  materiallan  qəza  rəisinə  təqdim  edirdi.  Qəza  rəisi 

həmin materiallara baxdıqdan sonra işi qəza məhkəməsinə göndərirdi. 

Qəza  məhkəməsi  isə  öz  növbəsində  az  əhəmiyyətli  cinayətlər  üzrə 

hökm çıxanr, daha mühüm cinayətlər üzrə isə yalnız rəy verirdi. Hökm 

və  ya  rəy  qəza  stryapçisinə,  yəni  məhkəmə  nəzarəti  üzrə  məmura 

baxılmağa təqdim edilirdi və sonra isə iş sonuncunun rəyi ilə birlikdə 

quberniya  və  ya  vilayət  cinayət  və  mülki  məhkəmə  palatasına  daxil 

olurdu. Məhkəmə palatası əlavə arayış və məlumatlar topladıqdan sonra 

öz  qərannı  çıxanr  və  müvafiq  olaraq  quberniya  və  ya  vilayət 

prokuroruna  göndərirdi.  Prokuror  isə  işi  öz  göstərişləri  ilə  birlikdə 

palataya qaytarırdı. Bundan sonra palata prokurorun iradlarına baxaraq 

hökmə  düzəlişlər  edirdi.  Bütün  bu  prosessual  hərəkətlərdən  sonra  iş 

qubernatora  göndərilirdi, 

0

  isə  6  həftə  müddətində  ya  hökmü  təsdiq 



edir, ya da onu öz etirazları ilə palataya göndərirdi. Onu da qeyd etmək 

lazımdır ki, palata bu etiraza baxmağa prosessual cəhətdən məcbur idi 

və zəruri hallarda işə yenidən baxmalı, sonradan işi təkrar prokurora və 

qubernatora təqdim etməli idi. Əgər qubernator bu dəfə hətta hökmlə 

razılaşsa  da  onu  təsdiq  etməyə  səlahiyyətli  deyildi  və  bütün  işi  az 

əhəmiyyətli  cinayətlər  üzrə  baş  idarə  rəisinə,  daha  mühüm  cinayətlər 

üzrə isə Hökumət Senatına göndərməli idi 

(80.S.307-308).

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə