MüƏllifdən II


III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə20/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   16   17   18   19   20   21   22   23   ...   266

III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

Azərbaycan Demokratik Respublikasının məhkəmə sisteminə hərbi 

məhkəmələr  də  daxil  idi.  ADR  hökuməti  23  iyun  1918-ci  il  tarixdə 

Azərbaycan  Respublikasının  bütün  ərazisində  hərbi  vəziyyət  elan 

etdikdən sonra hərbi məhkəmələrin fəaliyyət dairəsi genişləndi. Belə ki, 

bəzi cinayət işləri ümumi aidiyyətdən çıxanIdı və hərbi məhkəmələrin 

aidiyyətinə  verildi 

(159.  s.lO). 

Lakin  onu  da  qeyd  edək  ki,  Milli  Ordu 

hissələrinin  təşkili  ilə  əlaqədar  olaraq  hərbi  məhkəmə  sisteminin  də 

yenidən qurulmasına ehtiyac duyulurdu. Bununla əlaqədar, Azərbaycan 

Parlamenti  tərəfindən  1919-cu  il  aprel  ayının  14-də  “Azərbaycan 

Respublikasında  hərbi-məhkəmə  hissəsinin  quruluşu  haqqında” 

Müvəqqəti Əsasnamə qəbul edildi 

(128). 

Bu akt, eyni zamanda, “Hərbi 



məhkəmələr  haqqında”  Qanun  da  adlandınlırdı 

(143). 


Adı  çəkilən 

Əsasnaməyə müvafiq olaraq, hər bir hərbi hissədə alay məhkəmələri, 

habelə  respublikanın  bütün  hərbi  hissələri  üçün  Azərbaycan  Hərbi 

Məhkəməsi təsis olunurdu. 

Maraq doğuran cəhətlərdən biri də ondan ibarətdir ki, Azərbaycan 

Hərbi  Məhkəməsinə  idarəçilik  üzrə  rəhbər  orqan  Hərbi  Nazirlik 

sayılırdı.  Eyni  zamanda,  Azərbaycan  Hərbi  Məhkəməsi  yanında 

prokuror nəzarətini məhkəmənin prokuroru həyata keçirirdi. 



§3. Azərbaycan SSR-də cinayət-prosessual 

qanunvericiliyin yaranması və inkişafı 

Azərbaycan  Demokratik  Respublikasının  müstəqilliyinə  son 

qoyulduqdan  sonra  Azərbaycan  qısa  müddət  ərzində  formal  olaraq 

müstəqil  olsa  da,  az  sonra  könüllü  birləşmə  adı  altında  SSRİ-nin 

tərkibinə  qatıldı.  Müstəqil  Azərbaycan  dövlətinin  mövcudluğuna  son 

qoyulduqdan  sonra  milli  dövlətin  digər  dövlət  orqanlan  ilə  yanaşı, 

məhkəmə,  prokurorluq  və  istintaq  orqanlan  da  ləğv  edilmişdir.  Bu, 

Azərbaycan  İnqilab  Komitəsinin  12  may  1920-ci  il  tarixli  “Xalq 

Məhkəməsi  haqqında”  Dekreti  ilə  həyata  keçirilmişdir.  Belə  ki,  adı 

çəkilən dekretlə Azərbaycan Məhkəmə Palatası, Bakı və Gəncə dairə 

məhkəmələri, müvafiq prokuror nəzarəti və istintaq hissələri, andlı və 

xüsusi vəkillik institutu ləğv edildi 

(160. s.6).

 

Sovet  hakimiyyətinin  cinayət-prosessual  qanunvericiliyi  sahəsində 



ilk aktı 1917-ci il 24 noyabr tarixli Məhkəmə haqqında 1 №-li dekret ol 


a? 

Mirağa Cəfərquliyev 

muşdur. Həmin dekret çar məhkəmələrini ləğv etməklə bərabər, seçki 

əsasında yeni xalq məhkəmələrinin yaradılmasını elan etdi. Bu dekretlə 

həm  də  əksinqilabi  cinayətlərə,  oğurluğa,  sabotajhğa  və  digər 

cinayətlərə  qarşı  qəti  mübarizə  aparmaq  üçün  inqilabi  tribunallar 

yaradıldı. 

Qeyd  etmək  lazımdır  ki,  məhkəmə  haqqındakı  1  №-li  dekretlə 

məhkəmələrin seçki əsasında təşkil edilməsi, işlərə kollegial baxılması, 

apellyasiya qaydasının ləğv edilməsi və bunun əvəzində işlərə kassasiya 

qaydasında  baxılması,  ibtidai  istintaqa  ittihamçı  və  müdafiəçinin 

buraxılması və sairə hallar müəyyən edildi. 

Sovet  cinayət-prosessual  qanunvericiliyinin  yaranması  və 

inkişafında  RSFSR-in  1918-ci  il  22  fevral  tarixli  2  №-li  dekreti  də 

mühüm rol oynamışdır. Adı çəkilən dekret əsasən mühakimə icraatının 

demokratik  prinsiplərinin  və  məhkəmə  fəaliyyətinin  prosessual 

formasını  əks  etdirirdi.  Məhkəmə  haqqında  2  №-li  dekret  cinayət 

mühakimə  icraatının  milli  dildə  aparılması  və  təqsirləndirilən  şəxsin 

müdafiə  hüququnun  təmin  edilməsi,  cinayət  prosesinin  şifahilik  və 

bilavasitəlik  kimi  demokratik  prinsiplərini  müəyyən  etdi.  Eyni 

zamanda, RSFSR-in məhkəmə haqqında 1918-ci il 20 iyul tarixli 3 №-li 

dekretində  isə  yerli  xalq  məhkəmələrinin  işində  məhkəmə  aidiyyəti 

daha da genişləndirildi. 

Qeyd  edilənlərlə  bağlı  nəzərə  almaq  lazımdır  ki,  RSFSR-in 

məhkəmə haqqında 1, 2 və 3 nömrəli dekretləri xalq məhkəmələrinin 

prosessual  fəaliyyətinin  heç  də  bütün  məsələlərini  və  üzə  çıxan 

problemlərini  həll  etmirdi.  Məhz  bu  səbəbdən  RSFSR  Xalq  Ədliyyə 

Komissarlığı  1918-ci  il  iyulun  23-də  cinayət  mühakimə  icraatının 

həyata keçirilməsi qaydalanm əks etdirən təlimat verdi. 

Birmənalı olaraq etiraf etmək lazımdır ki. Sovet hakimiyyətinin ilk 

illərində RSFSR-də məhkəmə haqqında qəbul edilən 1, 2 və 3 nömrəli 

dekretlərlə  yanaşı, xalq məhkəməsi haqqında 1918-ci il 30 noyabr  və 

1920-ci il 21 oktyabr tarixli əsasnamələrin, inqilabi tribunallar haqqında 

1919-cu il 12 aprel və 1920-ci il 18 mart tarixli əsasnamələrin müttəfiq 

respublikalarda,  o  cümlədən  Azərbaycanda  məhkəmə  quruculuğu  və 

cinayət-prosessual  hüququn  yaranması  və  inkişafı  sahəsində 

istiqamətverici rolu oldu. 

Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 12 may tarixli Dekreti ilə 

ölkədə  fəaliyyət  göstərən  məhkəmə  aparatı,  prokurorluq  və  istintaq 

orqanları ləğv edildi 

(152). 

Yuxanda qeyd etdiyimiz kimi, bu dek 




III FƏSİL AZƏRBA YCA/S/ CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

retlə  həm  də  xüsusi  vəkillər  və  andçılar  institutu  aradan  qaldınldı. 

Dekretin  2  və  3-cü  maddələrində  Azərbaycan  SSR  Xalq  Ədliyyə 

Komissarlığına  respublika  ərazisində  vahid  xalq  məhkəmə  sisteminin 

və  istintaq  komissiyalarının  yaradılması  həvalə  edilmişdi.  Respublika 

Xalq Ədliyyə Komissarlığının gərgin işi nəticəsində bütün Azərbaycan 

ərazisində  1920-ci  ilin  axırına  kimi  xalq  məhkəmələrinin  və  istintaq 

komissiyalannm təşkili başa çatdırıldı 

(154).

 

Azərbaycanda  sovet  hakimiyyətinin  məhkəmə  və  cinayət  prosesi 



sahəsində  ilk qanunları Azərbaycan İnqlab Komitəsinin 1920-ci il 12 

may  tarixli  “Xalq  məhkəməsi  haqqında”  Dekret 

(160.  s.5) 

və 


“Azərbaycan  SSR Ali  İnqilab Tribunalı haqqında”  1920-ci il 20  may 

tarixli Əsasnamə oldu 

(142. s.49-51).

 

Demək  olar  ki,  gənc  Azərbaycan  Sovet  Respublikası  başqa 



sahələrdə olduğu kimi, məhkəmə quruculuğu sahəsində də  RSFSR-in 

üçillik zəngin təcrübəsindən istifadə etdi. Bununla əlaqədar hüquqşünas 

alimlər haqlı olaraq qeyd edirlər ki, RSFSR-in məhkəmə haqqında 1, 2, 

3  nömrəli  dekretləri  və  həmin  dövrlərdə  Sovet  Rusiyası  hökuməti 

tərəfindən  verilən  məhkəmə  haqqında  əsasnamələr  Azərbaycanda 

məhkəmə və cinayət-prosessual hüquq sahəsində verilən dekretlərə, o 

cümlədən  “Xalq  məhkəməsi  haqqında”  1920-ci  il  12  may  tarixli 

Dekretə, Azərbaycan SSR Ali İnqilab Tribunalı haqqında 1920-ci il 20 

may  tarixli  Əsasnaməyə  ciddi  təsir  göstərdi  və  onların  mühüm 

cəhətlərini qeyri-şərtsiz qəbul etdi. 

Belə  ki,  Xalq  məhkəməsi  haqqında  Dekretə  əsasən  Azərbaycan 

Sovet Respublikasında təşkil olunmuş məhkəmələrdə cinayətin təhlü- 

kəlilik dərəcəsindən asılı olaraq, işə xalq hakimi tərəfindən təkbaşına, 

yaxud  iki  və  ya  altı  xalq  iclasçısının  iştirakı  ilə  baxılırdı.  Dekretlə 

nəzərdə  tutulan  kassasiya  instansiyası  -  Xalq  Hakimlər  Şurası 

respublikanın  bütün  xalq  hakimləri  tərəfindən  seçilməli  idi.  Nəzərə 

alaraq ki, bütün respublika ərazisində məhkəmələrin təşkil edilməsi qısa 

müddətdə  mümkün olmadığı üçün 1920-ci il iyulun 1-də Azərbaycan 

SSR  Xalq  Ədliyyə  Komissarlığının  kollegiyası  Azərbaycan  İnqilab 

Komitəsinin  təsdiqi  ilə  dörd  üzvdən  ibarət  Xalq  Hakimlər  Şurasının 

təşkil edilməsi haqqında qərar qəbul etdi 

(130).


 

Beləliklə,  Xalq  Hakimlər  Şurası  təkcə  Bakı  şəhəri  və  onun 

rayonlarında  deyil,  bütün  respublika  ərazisində  fəaliyyət  göstərməyə 

başla 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə