MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə19/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   15   16   17   18   19   20   21   22   ...   266

Mirağa Cəfərquliyev 

Qeyd etmək lazımdır ki, 1864-cü il məhkəmə islahatı Azərbaycanda 

22  noyabr  1866-cı  il  Əsasnaməsinə  və  1864-cü  il  məhkəmə 

nizamnamələrinin Zaqafqaziyada tətbiqi haqqında 9 dekabr 1867-ci il 

Qanununa əsasən 

(156) 

1968-ci il  yanvar ayının 1-dən tətbiq edilməyə 

başlanır. Demək olar ki, 1868-ci il fevral ayının 19-da Azərbaycanda 

tərkibində  müvafiq  prokuror  nəzarəti  və  istintaq  hissələri  olan  yeni 

məhkəmə  idarələri  açılır.  Çox  maraqlıdır  ki,  1864-cü  il  məhkəmə 

nizamnamələrinin  Zaqafqaziyada, 

0

  cümlədən  Azərbaycanda  tətbiqi 



zamanı  ən  mühüm  istisnalardan  biri  bundan  ibarət  idi  ki,  dairə 

məhkəmələrinin  aidiyyətində  olan  ərazi  istintaq  və  banşıq  sahələrinə 

deyil,  hər  birində  Qafqaz  canişini  tərəfindən  təyin  edilən  bir  banşıq 

hakimi olan banşıq şöbələrinə bölünürdü və ibtidai istintaqın apaniması 

üzrə  məhkəmə  müstəntiqlərinin  vəzifələri  də  ba-  nşıq  məhkəmələri 

hakimlərinə və onlann köməkçilərinə həvalə edilirdi. Beləliklə, banşıq 

məhkəmələri hakimlərinin və onlann köməkçilərinin əlində  məhkəmə 

fimksiyalan  ilə  yanaşı,  istintaq  fimksiyalan  da  cəmlənirdi  ki,  bu  da 

istintaqın  müstəqilliyinə  zərər  vurmaqla  yanaşı,  onlann  vəzifələrinin 

öhdəsindən gələ bilməmələrinə səbəb olurdu. 

Barışıq  hakimləri  və  onların  köməkçilərinin  əlində  məhkəmə  və 

istintaq  funksiyalarının  cəmlənməsi  Zaqafqaziyada  məhkəmə 

nizamnamələrinin  tətbiqinin  ilk  dövrlərindən  buradakı  barışıq 

şöbələrinin həddindən artıq yüklənməsinə və işlərin istintaqının, eləcə 

də məhkəmə baxışının vaxtlı-vaxtında apanimamasına gətirib çıxarırdı. 

Bununla  əlaqədar  olaraq,  1870-ci  il  fevral  ayının  24-də  imperator 

tərəfindən təsdiq olunmuş Dövlət Şurasının rəyinə əsasən, bütün dairə 

məhkəmələrində mühüm işlər üzrə müstəntiq vəzifələri təsis edilir 



(157).

 

§ 2. Azərbaycan Demokratik Respublikası dövründə 



cinayət-mühakimə icraatının təşkili və inkişafı 

Hüquq ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, 1918-1920- 

ci  illər  Azərbaycan  xalqının  tarixinə  mühüm  mərhələ  kimi  daxil 

olmuşdur 



(39. S.41). 

Məhz bu illərdə Azərbaycanın dövlət quruluşunun 

və dövlətçiliyinin çoxəsrlik ənənələrinin dirçəlişi kimi mühüm hadisə 

baş  vermiş,  müsəlman  şərqində  ilk  respublika  -  Azərbaycan 

Demokratik 



m FƏSİL AZƏRBA YCA.\' CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

Respublikası  yaranmış  və  fəaliyyət  göstərmişdir.  ADR  hökuməti 

qarşısında  duran  mühüm  dövlət  quruculuğu  vəzifələrindən  biri  sabit 

hüquq qaydasını təmin edə biləcək məhkəmə-istintaq aparatının normal 

fəaliyyətinin təmini məsələsi idi. Onu da qeyd edək ki, yeni yaranmış 

respublikada  ictimai  və  dövlət  həyatının  hüquqi  əsaslarını  qısa 

müddətdə  yaratmaq  mümkün  olmadığını  və  ölkədə  qanunçuluğun  və 

hüquq  qaydasının  bərpası  və  təmininin  müəyyən  müddət  köhnə 

qanunların  saxlanmasını  tələb  etdiyini  nəzərə  alaraq,  Azərbaycan 

Hökuməti  1918-ci  il  iyun  ayının  23-də  “Rus  və  Zaqafqaziya 

qanunlannm qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında” qərar 

qəbul  etmişdir 



(159.S.17). 

Həmin  qərara  görə,  bütün  idarəçilik  və 

məhkəmə  sahələri  üzrə  qüvvədə  olan  qanunlar  hökumət  tərəfindən 

qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər 

öz  qüvvəsini  saxlamış  hesab  olunurdu.  Bu,  hər  şeydən  əvvəl,  gənc 

respublikanın  ictimai  və  dövlət  həyatının  hüquqi  əsaslanm  qısa 

müddətdə yaratmağın mümkün olmaması və ölkədə qanunçuluğun və 

hüquq  qaydasının  bərpası  və  təmini  zərurəti  ilə  bağlı  idi.  Məhz  buna 

görə  Azərbaycanda  məhkəmə-prokurorluq  orqanlannm  1864-cü  il 

məhkəmə islahatına uyğun olaraq təşkil edilmiş sistemi saxlanılırdı 



(40. 

s.22, 50, 51).

 

Fəaliyyətə  başladığı  ilk  dövrdə  ADR-in  Ədliyyə  Nazirliyi  barışıq 



şöbələrinin  və  istintaq  bölmələrinin  bərpası  ilə  məşğul  olmaq 

məcburiyyətinə  məruz  qaldı.  Hökumət  özünün  1  oktyabr  1918-ci  il 

tarixli  qəran  ilə  Sovet  hakimiyyəti  tərəfindən  təsis  edilmiş  bütün 

məhkəmə  və  istintaq  orqanlarını,  habelə  məhkəmə  funksiyalı 

komissiyaları  ləğv  etdi.  Həmin  qərara  müvafiq  olaraq,  Bakı  Dairə 

Məhkəməsi ona tabe olan idarələrlə birlikdə bərpa edildi 



(125).

 

Bakı  və  Gəncə  şəhər  dairə  məhkəmələrinin  və  bu  məhkəmə 



dairələrindəki  banşıq  şöbələrinin  fəaliyyəti  bərpa  edildikdən  sonra 

Ədliyyə Nazirliyi ümumi məhkəmə aidiyyətli işlərin sonrakı istiqaməti 

haqqında məsələ ilə məşğul olmağa başladı. Apellyasiya instansiyasının 

olmaması səbəbindən Bakı və Gəncə şəhər dairə məhkəmələrində və bu 

məhkəmə dairələrindəki barışıq şöbələrində çoxlu sayda işlər hərəkətsiz 

saxlanırdı. Apellyasiya instansiyası məhkəməsinə olan ehtiyacı nəzərə 

alaraq, hökumətin tapşırığı ilə Ədliyyə Nazirliyi apellyasiya məhkəməsi 

statusuna  malik  olan  Məhkəmə  Palatasının  təsisini  nəzərdə  tutan 

Əsasnamə layihəsini qısa bir müddətdə işləyib hazırladı. 



Mirağa Cəfərquliyev 

Beləliklə,  “Azərbaycan  Məhkəmə  Palatası  haqqında”  Əsasnamə 

Nazirlər Şurası tərəfindən 1918-ci il noyabr ayının 14-də təsdiq edildi 

(126). 


Adı çəkilən Əsasnamə ilə Bakı şəhərində Azərbaycan Məhkəmə 

Palatası  təsis  olundu  və  Məhkəmə  Palatasının  daxili  quruluşu  və 

səlahiyyət dairəsi müəyyən edildi. Əsasnamənin 2-ci bəndinə müvafiq 

olaraq,  Azərbaycan  Məhkəmə  Palatası  iki  departamentdən:  Mülki  və 

Cinayət  departamentlərindən  ibarət  idi.  Məhkəmə  Palatası  de- 

partamentlərindən  birinin  sədri  Baş  sədr  təyin  edilirdi.  Azərbaycan 

Məhkəmə  Palatasının  aşağıdakı  tərkibdə  fəaliyyət  göstərməsi nəzərdə 

tutulurdu: Azərbaycan Məhkəmə Palatasının sədri - Böyük sədr (o həm 

də  öz  istəyi  ilə  departamentlərdən  birinin  sədri  idi),  departamen-  tin 

sədri və Palatanın səkkiz üzvü. Göstərilən Əsasnaməyə müvafiq olaraq, 

Azərbaycan  Məhkəmə  Palatası  yanında  prokuror  nəzarətini  Palatanın 

prokuroru  və  onun  iki  müavini  həyata  keçirirdi.  Yuxarıda  sadalanan 

vəzifələr hökumətin təyinatı ilə tutulurdu. 

Nəzərə  almaq  lazımdır  ki,  Azərbaycan  Məhkəmə  Palatasının  və 

onun yanındakı Prokuror Nəzarətinin predmet dairəsi Əsasnamənin 6- 

cı  bəndinə  müvafiq  olaraq,  1864-cü  il  məhkəmə  nizamnamələri  və 

Müvəqqəti Hökumətin 1917-ci ildə qəbul etdiyi müvafiq qanunlan ilə 

müəyyən  olunurdu.  Onu  da  qeyd  edək  ki,  Azərbaycan  Məhkəmə 

Palatasının  və  onun  yanındakı  Prokuror  Nəzarətinin  təsir  dairəsi 

Azərbaycan Respublikasının bütün ərazisini əhatə edirdi. 

Azərbaycan Məhkəmə Palatası respublika dairə məhkəmələri və bu 

məhkəmə  dairələrindəki banşıq şöbələri üçün ikinci instansiya (apell- 

yasiya)  məhkəməsi  sayılırdı.  Azərbaycan  Respublikası  ərazisində  baş 

verən,  apellyasiya  instansiyası  kimi  Tiflis  Məhkəmə  Palatasına  daxil 

olan,  lakin  orada  baxılmayan  işlərə  də  Azərbaycan  Məhkəmə 

Palatasında  baxılması  nəzərdə  tutulurdu.  Məhkəmə  Palatası  daha 

mühüm  cinayət  işləri  üzrə  birinci  instansiya  məhkəməsi  kimi  çıxış 

edirdi. 


Azərbaycan Məhkəmə Palatası yanındakı Prokuror Nəzarəti cinayət 

prosesində  ittihamı  müdafiə  və  məhkəmə  orqanlannda  qanunların 

düzgün  tətbiqinə  nəzarət  funksiyalarını  həyata  keçirirdi.  Respublika 

Prokuror  Nəzarətinə  Baş  prokuror  rəhbərlik  edirdi.  Bundan  başqa,  o, 

habelə  ədliyyə  naziri  kimi  ali  məhkəmə  idarəçiliyi  orqanının  rəhbəri 

hesab  olunurdu.  Ədliyyə  naziri,  bundan  əlavə,  “Ədliyyə  Nazirliyi 

haqqında  Əsasnamə”yə  müvafiq  olaraq,  həbsxanalara  himayədarlıq 

cəmiyyətinin prezidenti idi 

(127).

 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə