MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə27/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   23   24   25   26   27   28   29   30   ...   266

Mirağa Cəfərquliyev 

“Nəqliyyat prokurorluqlarının təşkili haqqında” 46 №-li əmri ilə vilayət 

prokurorluğu hüququnda fəaliyyət göstərən dəmiryolu, su və hava yolu 

nəqliyyat  prokurorluqlan  təşkil  edilir.  Müvafiq  respublika 

prokurorlarının  tabeçiliyində  olan  bu  prokurorluqlara  rayon 

prokurorluqlan 

hüququnda 

fəaliyyət 

göstərən 

nəqliyyat 

prokurorluqlannm işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi həvalə 

edilirdi. 

Tarixdən bizə bəlli olur ki, 1987-ci ildə qanunçuluğun pozulmasının 

aradan  qaldırılması  tədbirləri  üzrə  prokuror  səlahiyyətlərinin  im- 

perativliyi  dərəcəsinin  yüksəldilməsi  istiqamətində  yeni  addım  atılır. 

Belə ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 iyun 1987-ci il tarixli 

Fərmanı  ilə  “Prokurorluq  haqqında”  Qanuna  əlavə  və  dəyişikliklər 

edildi 


(150.  S.349). 

Müəyyən  edilən  yeni  qaydaya  əsasən,  qanuna  zidd 

olan  aktdan  protest  verilməsi,  eyni  zamanda,  belə  aktın  qüvvəsini 

protestə baxılanadək dayandırırdı. Qanunun yeni redaksiyasına uyğun 

olaraq,  prokuror  təsirinin  yeni  foraıaları  (tələbnamə,  xəbərdarlıq) 

müəyyən edilir. Prokurorluq haqqında Qanuna əlavə edilən  yeni 24/1 

maddəsi  qanun  pozuntusunun  açıq  xarakter  daşıdığı  və  dövlət, 

müəssisə, idarə, təşkilat və ya vətəndaşın hüquq və qanuni mənafelərinə 

mühüm  zərər  vura  biləcəyi  hallarda  prokurora  qanun  pozuntusunun 

aradan  qaldırılması  haqqında  dərhal  icra  edilməli  olan  tələbnamə 

çıxarmaq hüququ verirdi. 

Prokurorluğun fəaliyyət tarixini nəzərdən keçirərək göstərmək olar 

ki, prokuror nəzarətinin predmet və hüdudlarının genişlənməsi özünün 

ən  yüksək  mərhələsinə  SSRİ  Xalq  deputatları  qurultayı  tərəfindən 

1990-cı  il  dekabrın  26-da  qəbul  edilən  “Dövlət  idarəetmə  sisteminin 

təkmilləşdirilməsi  ilə  əlaqədar  SSRİ  Konstitusiyasına  dəyişiklik  və 

əlavələr  haqqında”  SSRİ  Qanunu  ilə  çatdı.  SSRİ  Konstitusiyasına 

edilən həmin dəyişiklik və əlavələrə uyğun olaraq, ali prokuror nəzarəti 

yerli  xalq  deputatlan  sovetlərinin,  siyasi  partiyaların  və  kütləvi 

hərəkatların fəaliyyətinin qanuniliyinə də şamil edildi 

(151.S.3).

 

SSRİ Konstitusiyasına edilmiş bu əlavə və dəyişikliklər öz əksini 



5  mart  1991-ci  il  tarixli  “Dövlət  idarəetmə  sisteminin 

təkmilləşdirilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının 

Konstitusiyasında  (Əsas  Qanunda)  dəyişiklik  və  əlavələr 

haqqında”  Azərbaycan  Respublikası  Qanununda  tapdı 

(140. 

mad.lll). 

Amma  bununla  bağlı  bir  müsbət  cəhəti  də  qeyd  etmək 

lazımdır ki, əvvəlki dövr 


III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

dən  fərqli  olaraq,  bu  dəfə  respublika  konstitusiyasına  ittifaq 

konstitusiyasında  nəzərdə  tutulanlardan  fərqli  normalar  daxil 

edilmişdir.  Belə  ki,  yerli  xalq  deputatları  sovetlərinin  fəaliyyəti 

respublika  prokurorluğunun  nəzarət  obyektinə  daxil  edilmirdi, 

bundan  başqa,  respublika  prokurorunun,  ittifaq  prokurorunun 

heç  bir  razılığı  olmadan  respublika  prezidentinin  təqdimatı  üzrə 

Ali Sovet tərəfindən təyin edilməsi nəzərdə tutulurdu. 

§ 4. Müstəqil Azərbaycan Respublikasının yeni cinayət- 

prosessual qanunvericilik bazasının yaradılması və 

dünya standartlarına uyğun təkmilləşdirilməsi 

Sovet imperiyasının dağılması ilə müstəqillik yoluna qədəm qoyan 

Azərbaycan xalqı gələcək inkişaf yollannı, öz dövlətinin daxili və xarici 

siyasətini  sərbəst  müəyyən  etmək  imkanı  əldə  etdi.  1989-cu  il 

sentyabrın 23-də Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş 

“Azərbaycan  Sovet  Sosialist  Respublikasının  suverenliyi  haqqında” 

Azərbaycan 

SSR-in 


Konstitusiya 

Qanunu, 


“Azərbaycan 

Respublikasının  dövlət  müstəqilliyinin  bərpası  haqqında”  Azərbaycan 

Respublikası  Ali  Sovetinin  1991-ci  il  avqustun  30-da  qəbul  etdiyi 

Bəyannamə  Azərbaycanın  müstəqilliyinə  doğru  atılan  ilk  hüquqi 

addımlar idi. 

Beləliklə,  1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikasının 

Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 

haqqında”  Konstitusiya  aktının  qəbul  edilməsi  Azərbaycan  xalqının 

dövlət müstəqilliyi uğrunda apardığı mübarizənin yekun nöqtəsi oldu. 

Azərbaycan  Respublikasının  beynəlxalq  hüququn  subyekti  kimi 

tanınması, ictimai həyatın bütün sahələrində köklü iqtisadi və siyasi, o 

cümlədən  hüquqi  islahatların  aparılması  zərurəti  yeni  Konstitusiyanın 

qəbul  edilməsini  şərtləndirən  başlıca  amillərdən  olmuşdur 

(38. 

s.3-5; 

39.S.109-115).

 

1990-cı  ildə  Azərbaycan  SSR  məhkəmələrinin  təşkili  və  fəaliyyəti 



ilə bağlı Azərbaycan SSR Ali Soveti bir sıra mühüm qanun və qərarlar 

qəbul  etdi.  Onlara  aşağıdakıları  aid  etmək  olar:  “Azərbaycan  SSR 

məhkəmə quruluşu haqqında” Azərbaycan SSR-in Qanunu; “Azər 



Mirağa Cəfərcjuliyev 

BS ---------------------------  

baycan  SSR  məhkəmə  quruluşu  haqqında”  Azərbaycan  SSR 

Qanununun qüvvəyə minməsi qaydası barəsində” Azərbaycan SSR Ali 

Sovetinin qərarı; “Azərbaycan SSR məhkəmələri hakimlərinin və xalq 

ic-  lasçılarmm  andı  haqqında”  Azərbaycan  SSR  Ali  Sovetinin  qəran; 

“Azərbaycan  SSR  məhkəmələri  hakimlərinin  intizam  məsuliyyəti, 

hakimlərin  və  xalq  iclasçılarmm  geri  çağrılması  və  vaxtından  əvvəl 

azad  edilməsi  haqqında  Əsasnamənin  təsdiq  olunması  barədə 

“Azərbaycan SSR-in Qanunu” 



(139. mad. 139, 140, 144).

 

26  iyun  1990-cı  ildə  qəbul  olunmuş  “Azərbaycan  SSR  məhkəmə 



quruluşu  haqqında”  Qanun  beş  bölmədən  ibarət  idi.  Qanunun  birinci 

bölməsində  ümumi  müddəalar,  ikinci  bölməsində  məhkəmə  sistemi, 

üçüncü  bölmədə  hakimlər  və  xalq  iclasçıları,  dördüncü  bölmədə 

inzibati və icra icraatı üzrə hakimlər, beşinci bölmədə Azərbaycan SSR 

məhkəmələrinin  təşkili  və  fəaliyyətinin  digər  məsələləri  geniş  şərh 

edilirdi.  Qanunun  19-cu  maddəsində  məhkəmə  sistemi  ilə  əlaqədar 

göstərilirdi ki, Azərbaycan SSR Ali Məhkəməsi, Naxçıvan MSSR Ali 

Məhkəməsi,  Bakı  Şəhər  Məhkəməsi,  Dağlıq  Qarabağ  Muxtar 

Vilayətinin  Vilayət  Məhkəməsi,  rayon  (şəhər)  xalq  məhkəmələri 

Azərbaycan SSR məhkəmə sistemini təşkil edirlər. 

Yuxarıda  göstərilən  məhkəmə  sisteminin  fəaliyyətinə  10  iyun 

1997-ci  il  tarixdə  “Məhkəmələr  və  hakimlər  haqqında”  Azərbaycan 

Respublikası Qanununun qəbul olunması ilə son qoyuldu. Lakin onu da 

qeyd  edək  ki,  “Məhkəmələr  və  hakimlər  haqqında”  10  iyun  1997-  ci 

ildə qəbul olunmuş Qanunla müəyyən edilmiş məhkəmə sistemi dərhal 

yox,  yalnız  17  iyun  1999-cu  ildə  “Azərbaycan  Respublikası 

məhkəmələrinin  təşkili  və  fəaliyyətinin  təmin  edilməsi  haqqında” 

Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra yaradılaraq 

funksiya göstərməyə başladı. 

Müstəqilliyin əldə edilməsi ilə əlaqədar, ilk növbədə, digər dövlət 

quruculuğu  məsələləri  ilə  yanaşı,  prokurorluq  orqanlanmn 

qanunvericilik bazasını d’a müəyyən etmək ən vacib aspektlərdən biri 

idi.  Tarixdən  aydın  olduğu  kimi,  əvvəlki  dövrlərdə  prokurorluğun 

təşkili və fəaliyyətinin hüquqi tənzimi ümumittifaq qanunvericiliyi ilə 

müəyyən edilirdi. 

Belə bir  maraqlı cəhətə  diqqət  yetirmək lazımdır ki, “Azərbaycan 

Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının 4- 

cü maddəsinə əsasən, keçmiş SSRİ qanunları Azərbaycan Respublika 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə