MüƏllifdən II


FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə24/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   20   21   22   23   24   25   26   27   ...   266

/// 

FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

muxtar respublikaların, ölkə, vilayət və muxtar vilayət məhkəmələrinin 

tərkibində rəyasət heyətlərinin təşkili haqqında SSRİ Ali Soveti Rəyasət 

Heyətinin  1954-cü  il  14  avqust  tarixli  Fərmanı  məhkəmə  nəzarətini 

həyata  keçirməkdə  müttəfiq  respublika  məhkəmə  orqanlarının  rolunu 

artırdı. Adı çəkilən fərmana əsasən nəzarət qaydasında protest vermək 

hüququ  ölkə,  vilayət  prokurorlarına,  muxtar  respublika  və  muxtar 

vilayət  prokurorlanna,  habelə  muxtar  respublika  Ali  Məhkəməsinin, 

vilayət  və  ölkə  məhkəməsinin  və  muxtar  vilayət  məhkəməsinin 

sədrlərinə  həvalə  edilirdi.  Nəzarət  qaydasında  protestlərə  baxılması 

üçün  göstərilən  məhkəmələrin,  habelə  müttəfiq  respublika  Ali 

Məhkəməsinin tərkibində rəyasət heyətləri təşkil edildi. 

1955-ci  il  mayın  24-də  SSRİ-də  prokuror  nəzarəti  haqqında 

Əsasnamənin 



(147.  S.20) 

qəbulu  prokurorluğun  inkişafında  mühüm 

mərhələ  oldu.  Yeni  Əsasnamə  prokurorluq  orqanlarının  səlahiyyətini 

genişləndirməklə  ölkədə  dövlət  və  ictimai  həyatın  bütün  sahələrində 

qanun- çuluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaratdı. Bu 

aktla prokuror nəzarətinin əsas təyinatı qanunçuluğun dönmədən təmini 

kimi təsbit edilirdi. Əsasnamədə prokurorların vəzifələri, səlahiyyətləri, 

cinayət  və  mülki  mühakimə  icraatında  aşkar  edilmiş  qanun 

pozuntularına qarşı prokuror təsiri vasitələri müəyyən edilirdi. 

SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamənin 3-cü maddəsinə 

müvafiq olaraq, prokurorluq orqanlan qanunlara dürüst əməl edilməsi 

üzərində  ali  nəzarəti  aşağıdakı  yollarla  həyata  keçirirdilər:  a)  bütün 

idarələrin,  müəssisələrin,  təşkilatların,  vəzifəli  şəxslərin  və 

vətəndaşların  qanunlara  düzgün  əməl  etmələrinə  nəzarət  etməklə;  b) 

cinayət  törətmiş  müqəssirləri  cinayət  məsuliyyətinə  cəlb  etməklə;  c) 

təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətində qanunçuluğa əməl 

olunmasına nəzarət etməklə; ç) məhkəmə orqanlarının hökm, qətnamə, 

qərar və qərardadlannın qanuni və əsaslı olmasına nəzarət etməklə; d) 

hökmlərin  yerinə  yetirilməsinin  qanuniliyinə  nəzarət  etməklə;  e) 

azadlıqdan  məhrumetmə  yerlərində  məhbuslann  saxlanılmasının 

qanuniliyinə əməl olunmasına nəzarət etməklə. 

Prokuror nəzarəti haqqında Əsasnamənin 5-ci maddəsində deyilirdi 

ki, SSRİ-də prokurorluq orqanları vahid mərkəzləşdirilmiş sistemdir və 

bu sistemə  aşağı  prokurorların  yuxan prokurorlara  tabeçiliyi ilə  SSRİ 

Baş prokuroru başçılıq edir. Azərbaycan SSR-in prokurorluq or 



Mirağa Cəfərquliyev 

qanları  da  vahid  sovet prokurorluq orqanları sisteminin tərkib hissəsi 

hesab edilirdi və SSRİ Baş prokuroruna tabe idi. 

SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamənin 51-ci maddəsinə 

müvafiq  olaraq,  Azərbaycan  SSR  Prokurorluğunun  quruluşunu  SSRİ 

Baş prokuroru müəyyən edirdi. SSRİ Baş prokuroru 10 aprel 1956-cı il 

tarixli 54 №-li əmri ilə ittifaq və respublika prokurorluqlarının mərkəzi 

aparatının strukturunu təsdiq edir. Həmin əmrə müvafiq olaraq, təşkil 

edilmiş  Azərbaycan  SSR  Prokurorluğu  mərkəzi  aparatdan,  ərazi 

prokurorluqlarından, 

rayon 

(şəhər), 



hərbi, 

nəqliyyat 

və 

ixtisaslaşdırılmış prokurorluqlardan ibarət idi. 



Şübhəsiz  ki,  yeni  Cinayət-Prosessual  Məcəllənin  qəbul  edilməsi 

respublikamızın  həyatında  müsbət  rol  oynayaraq,  cinayət-prosessual 

qanunvericiliyin inkişafında mühüm əhəmiyyət kəsb etdi. Adı çəkilən 

məcəllə  cinayət-prosessual  hüquq  sahəsində  qanunçuluğun  daha  da 

möhkəmləndirilməsinə,  vətəndaşlann  hüquqlannın  və  qanuni 

mənafelərinin  ciddi  surətdə  qorunmasına,  cinayət  prosesini  həyata 

keçirən  dövlət  orqanla-  nnın  fəaliyyətinin  məqsədyönlü  həyata 

keçirilməsinə təminat yaratdı. 

Qeyd  etmək  lazımdır  ki,  yeni  məcəllə  tərtib  edilərkən  keçən  dövr 

ərzində  ölkənin  iqtisadi,  siyasi  və  mədəni  həyatında  baş  verən 

dəyişikliklər, habelə bu dövr ərzində respublikanın istintaq-prokurorluq 

və məhkəmə  orqanlannm zəngin təcrübəsi nəzərə alınmışdır. Məcəllə 

əvvəlkindən fərqli olaraq 8 bölmə, 34 fəsil və 419 maddədən ibarət idi. 

Haqqında söhbət apardığımız məcəllədə cinayət prosesinin demokratik 

prinsipləri  daha  geniş  və  ardıcıllıqla  şərh  edilmişdir.  Bundan  başqa, 

məcəllədə  əsaslann  müddəalan  inkişaf  etdirilmiş,  prosesin  bütün 

sübyekt-  lərinin  prosessual  vəziyyəti,  onlann  hüquq  və  vəzifələri,  bu 

hüquqlann  təminatlan,  habelə  prosesin  hər  bir  mərhələsinin  həyata 

keçirilməsinin prosessual qaydalan nizama salınmışdır. Əvvəlki CPM-ə 

nisbətdə  götürdükdə  görürük  ki,  yeni  Məcəllə  cinayət  mühakimə 

icraatının  vəzifələrini  daha  dəqiq  və  aydın  şəkildə  müəyyən  etməklə 

yanaşı,  cinayət  -  prosessual  qanunvericilik  tarixində  ilk  dəfə  olaraq 

cinayətlərin  qarşısının  alınması,  cinayətin  törədilməsinə  kömək  edən 

səbəb  və  şəraitin  aradan  qaldınimasını  mühüm  bir  vəzifə  kimi  təsbit 

etmişdir. 

Bütün  bunlara  baxmayaraq,  respublikamızın  CPM-in  qəbulundan 

sonra keçən dövr ərzində ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında 

baş verən dəyişikliklər və məcəllənin tətbiq olunması təcrübəsi 




/// 

FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN 

İNKİŞAFI 

cinayət-prosessual 

qanunvericiliyin 

bir 


sıra 

normalarının 

təkmilləşdirilməsi,  onlara  əlavələr  və  dəyişikliklər  edilməsi  zərurəti 

yarandı.  Cinayət-prosessual  qanunvericiliyə  edilən  dəyişikliklər  öz 

məzmunu  etibarilə,  birinci  növbədə,  cinayət  mühakimə  icraatında 

qanunçuluğun  möhkəmləndirilməsinə,  hüquq-mühafizə  orqanlarının 

fəaliyyətinin  təkmilləşdirilməsinə,  mühakimə  icraatında  iştirak  edən 

vətəndaşların  və  ictimai  təşkilatların  hüquqları  və  qanuni  marağının 

təminatlarının gücləndirilməsinə yönəldilmişdir. 

Belə  ki,  SSRİ  Ali  Soveti  Rəyasət  Heyəti  1963-cü  il  6  iyul  tarixli 

“İctimai asayişi mühafizə orqanlanna ibtidai istintaq aparmaq hüququ 

verilməsi  haqqında” 



(148.  s.l8l) 

Fərmanı  ilə  istintaq  aparmaq  hüququ 

prokurorluq və dövlət təhlükəsizliyi orqanları ilə yanaşı, ictimai asayişi 

mühafizə orqanlannm (indiki DİN-in) müstəntiqlərinə də həvalə edildi. 

Başqa bir normativ aktla 1966-cı il 26 yanvar tarixli fərmanla məcəlləyə 

istintaq  şöbəsi  rəisinin  səlahiyyətini  müəyyən  edən  maddə 



(CPM-in 

45-1-ci mad.) daxil edildi 



(133. 

mad. 

12).

 

Cinayət-prosessual  qanunvericiliyin  inkişafında  1966-cı  ildə  daha 



bir  maraqlı  hadisənin  şahidi  olduq.  O  da  ondan  ibarət  idi  ki,  alkoqo- 

lizm  və  sərxoşluqla  mübarizənin  gücləndirilməsinə  ölkənin  bütün 

hüquq-mühafizə orqanları və ictimai təşkilatlar səfərbər edildi. Bununla 

əlaqədar olaraq 1966-cı il 31  yanvar  tarixdə CPM-yə  bir sıra mühüm 

əlavələr edildi. Buna zərurət olduqda şübhə edilən və ya təqsirləndirilən 

şəxsin  alkoqolik,  yaxud  narkoman  olub-olmadığını  müəyyən  etmək 

məqsədi  ilə  ekspertizanın  məcburi  təyin  edilməsi  səbəblərindən  biri 

kimi Məcəllənin 73-cü maddəsinin 3-cü bəndində öz şərhini tapdı 



(134. 

mad.  18). 

Eyni  zamanda,  1966-cı  il  11  noyabr  tarixli  Ümumitti-  faq 

qanununa  müvafiq  olaraq,  “Xuliqanlığa  dair  işlərin  icraatı”  başlığı 

altında  Cinayət-Prosessual  Məcəlləyə  hətta  yeni  bir  müstəqil  bölmə 

(9-cu  bölmə)  əlavə  edildi 

(135.  mad.  202). 

Bu  bölmədə  (420-426-cı 

maddələr) xuliqanlığa dair işlərin icraatı üzrə ümumi qaydalardan başqa 

bir sıra müstəsnalıq müəyyən edildi. 

1969-1971-ci  illər  cinayət-prosessual  qanunvericiliyin  inkişafında 

çox  məhsuldar  olmuşdur.  Belə  ki,  “SSRİ  və  müttəfiq  respublikaların 

islah-əmək qanunvericiliyinin təsdiqi haqqında”, “İbtidai həbs haqqında 

Əsasnamənin  təsdiqi  haqqında”,  “SSRİ  və  müttəfiq  respublikaların 

cinayət qanunvericiliyi əsaslarına əlavələr və dəyişikliklər edil 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə