MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə25/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   21   22   23   24   25   26   27   28   ...   266

Mirağa Cəfərquliyev 

məsi haqqında” 1969-cu il 11 iyul tarixli SSRİ Qanununa, habelə “SSRİ 

və  müttəfiq  respublikaların  cinayət  mühakimə  icraatı  Əsasları 

haqqında”  1970-ci  il  31  avqust  tarixli  SSRİ  Ali  Soveti  Rəyasət 

Heyətinin  Fərmanına  müvafiq  olaraq  və  cinayət-prosessual 

qanunvericiliyin tətbiqi təcrübəsini nəzərə alaraq Azərbaycan SSR Ali 

Soveti  Rəyasət  Heyətinin  1971-ci  il  19  may  tarixli  Fənnanı  ilə 

respublikamızın  CPM-inə  bir  sıra  mühüm  dəyişikliklər  və  əlavələr 

edildi 

(136. mad.70). 

Adı çəkilən fərmanda hər şeydən əvvəl məcəlləyə 

“İbtidai həbs” adlı yeni bir müstəqil bölmə (10-cu bölmə) daxil edildi. 

Bu  bölmədə  (427-445-ci  maddələr)  ibtidai  həbs  haqqında 

qanunvericiliyin  vəzifələri,  ibtidai  həbsin  əsasları  və  ibtidai  həbs 

yerləri,  həbsə  alınmış  şəxslərin  hüquq  və  vəzifələri,  habelə  ibtidai 

həbslə  əlaqədar  digər  məsələlər  hərtərəfli  və  mükəmməl  tənzim 

edilmişdir.  Yuxanda  qeyd  olunan  fərmanla,  eyni  zamanda,  CPM-in 

57-ci  maddəsinə  də  mühüm  dəyişikliklər  və  əlavələr  edildi.  Bu 

maddənin yeni redaksiyası prokurora belə bir səlahiyyət verirdi ki, o, 

mülahizəsindən asılı olaraq ittiham elan olunan vaxtdan etibarən işdə 

müdafiəçinin iştirak etməyə buraxılması məsələsini həll etsin. Amma 

bir incəliyə də diqqət yetirmək lazımdır ki, Əsasların 22-ci maddəsinə 

dəyişikliklər  edilməsi  haqqında  Ümumittifaq  Qanununa  müvafiq 

olaraq, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 19 iyul 

tarixli fərmanı ilə məcəllənin 57-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə 

ciddi  dəyişikliklər  edildi 

(137.  mad.53). 

Buna  əsasən  mühakimə 

icraatının  aparıldığı  dili  bilməyən  şəxslərin  işləri  üzrə  müdafiəçinin 

ittiham  elan  edilən  vaxtdan  işdə  iştirak  etməyə  buraxılması  əvəzinə, 

onun ibtidai istintaqın qurtarmasının təqsirləndirilən şəxsə elan edildiyi 

və  iş  üzrə  bütün  icraatın  tanış  olmaq  üçün  təqsirləndirilən  şəxsə 

verildiyi vaxtdan iştirakı müəyyən edildi. Əslində bu cinayət-prosessual 

qanunvericilikdə  təqsirləndirilən  şəxsin  müdafiə  hüququnun  təmin 

edilməsi məsələləri ilə bağlı ən qüsurlu və geriyə atılmış bir addım idi 

(73. s.116-172; 31. s.l57- 214; 77. s. 156-220; 33. s. 64-65). 

Çox maraqlıdır ki, 

sonradan  göstərilən  bəndlər  (ikinci  və  üçüncü)  57-ci  maddədən 

çıxarılmış və həmin maddənin dördüncü bəndi dəyişdirilərək aşağıdakı 

redaksiyada  verilmişdir:  “İbtidai  istintaq”!  apanimayan  işlər  üzrə 

müdafiəçi  müttəhimin  məhkəməyə  verildiyi  vaxtdan  etibarən  işdə 

iştirak etməyə buraxılır 

(138. mad.33).

 



III FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

SSRİ  Ali  Soveti  Rəyasət  Heyətinin  1977-ci  il  8  aprel  tarixli 

Fərmanına  müvafiq  olaraq,  Azərbaycan  SSR  Ali  Sovetinin  Rəyasət 

Heyətinin  1977-ci  il  28  mart  tarixli  Fərmanı  ilə  Məcəlləyə  10-1-ci 

maddə  əlavə  edildi 

(138.  mad.30). 

Bu  maddə  ilə  şəxsi  inzibati 

məsuliyyətə cəlb etməklə materialları yoldaşlıq məhkəməsinə, yetkinlik 

yaşına çatmayanların işləri üzrə komissiyaya verməklə, yaxud təqsirkan 

ictimai  təşkilatın  və  ya  əmək  kollektivlərinin  zaminliyinə  verməklə 

cinayət işinin xitam edilməsi mümkünlüyü dəqiq müəyyən edildi. 

Belə  bir  vacib  məqamı  da  nəzərdən  qaçırmaq  olmaz  ki,  digər 

qanunvericilik  sahələrində  olduğu  kimi,  müttəfiq  respublikalann 

cinayət-prosessual qanunvericiliyinin gələcək inkişafı və təkmilləşdiril- 

məsində SSRİ-nin yeni Konstitusiyasının (1977-ci il) böyük rolu oldu. 

Məhz  bu  Konstitusiyaya  uyğun  olaraq  1979-cu  il  30  noyabr  tarixdə 

SSRİ  Ali  Sovetinin  X  çağırış  ikinci  sessiyası  SSRİ  Ali  Məhkəməsi 

haqqında,  SSRİ  Prokurorluğu  haqqında,  SSRİ-də  vəkillik  haqqında 

qanunlar  qəbul  etdi.  SSRİ  Konstitusiyasının  qəbulundan  sonra 

cinayət-prosessual  qanunvericilik  sahəsində  qəbul  olunmuş  qanunlar 

müttəfiq respublikaların cinayət-prosessual qanunvericiliyinin gələcək 

inkişafı  və  daha  da  təkmilləşdirilməsində  yeni  mərhələ  oldu.  Bütün 

bunlarla  bağlı  demək  olar  ki,  Azərbaycan  SSR  cinayət-prosessual 

qanunvericiliyini 

SSRİ 


Konstitusiyasına, 

Azərbaycan 

SSR 

Konstitusiyasına, SSRİ Ali Soveti Rəyasət Heyətinin “SSRİ İttifaqı və 



müttəfiq respublikaların cinayət mühakimə icraatı Əsaslarına dəyişiklik 

və əlavələr edilməsi haqqında” 1981-ci il 13 avqust tarixli, “Cinayət və 

is-  lah-əmək  qanunvericiliyini  daha  da  təkmilləşdirmək  haqqında” 

1982-  ci  il  26  iyul  tarixli,  “SSRİ-nin  bəzi  qanunvericilik  aktlanna 

dəyişiklik və əlavələr edilməsi haqqında” 1982-ci il 15 oktyabr tarixli 

fərmanlarına, SSRİ-nin digər qanunvericilik aktlarına uyğunlaşdırmaq, 

həmçinin onu daha da təkmilləşdirmək məqsədilə Azərbaycan SSR Ali 

Sovetinin Rəyasət Heyəti 1983-cü il 30 sentyabr və 5 fevral 1985-ci il 

tarixli  fərmanlan  ilə  respublikanın  Cinayət-Prosessual  Məcəlləsinə 

geniş miqyasda xeyli əlavələr və dəyişikliklər etdi. 

Yeni  ittifaq  və  respublika  konstitusiyaları  prokuror  nəzarətinin 

sonrakı inkişaf tarixində də böyük bir iz buraxmışdır.  Demək olar  ki, 

həm 1977-ci il SSRİ Konstitusiyasında, həm də 1978-ci il Azərbaycan 

SSR Konstitusiyasında əvvəlki konstitusiyalardan fərqli olaraq, ölkənin 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə