MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə28/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   24   25   26   27   28   29   30   31   ...   266

/// 

FƏSİL AZƏRBA YCA!^ CİNA YƏT-PROSESSVAL QANUNVERİdÜYİ.MİN İNKİŞAFI 

sında respublikanın suverenliyinə və ərazi bütövlüyünə ziddiyyət təşkil 

etməyən,  müvafiq  qanun  qəbul  edilənədək  hüquqi  qüvvəsini  saxlayır. 

Adı  çəkilən  maddənin  tələblərinə  görə,  bu  qanunlann  siyahısı  Milli 

Məclis  tərəfindən  müəyyən  edilməli  idi.  Bununla  bağlı,  yəni 

Konstitusiya  aktının  yuxarıda  göstərilən  müddəasına  uyğun  olaraq, 

Azərbaycan  Respublikasının  Milli Məclisi 26 avqust 1992-ci il tarixli 

“Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ- nin 

qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi 

qüvvəsini saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə” Qanun 



(141. mad.705) 

qəbul etmişdir. 

Bütün  bunlarla  yanaşı,  göstərilən  dövrdə  prokurorluq  orqanlarının 

təşkili  qaydasını  nizama  salan  konstitusiya  maddələrində  də  müvafiq 

dəyişiklik  edilmişdir.  Aparılan  dəyişikliklərdən  sonra  Azərbaycan 

Respublikasının 

Baş 

prokurorunu 



Azərbaycan 

Respublikası 

Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti təyin 

edir  və  o,  Azərbaycan  Respublikasının  Ali  Soveti  qarşısında  hesabat 

verir. 

1995-ci  il  noyabrın  12-də  müstəqil  və  suveren  Azərbaycan 



Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət 

və  hüquq  tarixində  xüsusi  yer  tutan  mühüm  hadisələrdən  biridir. 

Birmənalı  olaraq  qeyd  etmək  lazımdır  ki,  milli  dövlətin 

formalaşmasında,  hüquq  sisteminin  və  milli  qanunvericiliyin 

inkişafında Konstitusiyanın əhəmiyyəti əvəzsizdir. 

Konstitusiyanın  “Məhkəmə  hakimiyyəti”  adlanan  VII  fəslində 

məhkəmə  hakimiyyəti  institutu  öz  geniş  şərhini  tapmışdır.  Belə  ki, 

hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti 

müstəqildir  və  o,  hakimiyyətin  başqa  qollarından  asılılığı  olmadan 

həyata keçirilir. Konstitusiyada istifadə edilən “məhkəmə hakimiyyəti” 

termini  hüquqi  dövlətdə  hakimiyyətin  bölünməsi  prinsipindən  irəli 

gələn  və  məhkəmənin  dövlət  hakimiyyəti  sistemində  yerini  müəyyən 

edən hakimiyyət növünün qısa ifadəsidir. 

Konstitusiyaya  görə  məhkəmə  hakimiyyətinin  əsasını  müxtəlif 

səlahiyyətləri  olan,  nümayəndəli  və  icra  orqanlarından  asılı  olmayan 

məhkəmə 


orqanlarının 

məcmusu 


təşkil 

edir. 


Azərbaycan 

Respublikasının  məhkəmə  sistemi  Azərbaycan  Respublikasının  12 

noyabr  1995-  ci  ildə  qəbul  olunmuş  Konstitusiyasına  uyğun  olaraq, 

respublikada  fəaliyyət  göstərən,  məhkəmə  hakimiyyətinin  vahid 

vəzifələri, təşkilati 



Mirağa Cəfərquliyev 

VƏ  fəaliyyət  prinsipləri  altında  birləşmiş  bütün  məhkəmələrin 

məcmusundan ibarətdir. 

Azərbaycan 

Respublikası 

məhkəmə 


sisteminin 

quruluşu 

“Məhkəmələr  və  hakimlər  haqqında”  1997-ci  il  10  iyun  tarixli 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildi. Bu Qanunun 

19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmə 

sisteminə aşağıdakılar aid edilmişdir: 

1)

 

rayon (şəhər) məhkəmələri; 



2)

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının 



məhkəməsi; 

3)

 



hərbi məhkəmələr; 

4)

 



Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi 

məhkəməsi; 

5)

 

yerli iqtisad məhkəmələri



6)

 

Beynəlxalq  müqavilələrdən  irəli  gələn  mübahisələrə  dair 



Azərbaycan Respublikasının iqtisad məhkəməsi; 

7)

 



Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

8)

 



Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi

9)

 



Azərbaycan Respublikasının İqtisad Məhkəməsi; 

10)


 

Azərbaycan Respublikasının Ali Məhkəməsi (18). 

Azərbaycan Respublikasının 16 iyun 2007-ci il və 22 fevral 2008- 

ci il tarixli qanunları ilə CPM-in 66-cı maddəsinə edilmiş əlavələr və 

düzəlişlər  nəticəsində  cinayət  mühakimə  icraatını  həyata  keçirən 

məhkəmə  sistemində  böyük  dəyişikliklər  baş  vermişdir.  Bütün  bu 

dəyişikliklərdən  sonra  hal-hazırda  respublika  cinayət  mühakimə 

icraatını aşağıdakı məhkəmələr həyata keçirir: 

1)

 

rayon (şəhər) məhkəmələri; 



2)

 

hərbi məhkəmələr; 



3)

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Azərbaycan  Respublikasının 



məhkəməsi; 

4)

 



Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi 

məhkəməsi; 

5)

 

Ağır  cinayətlərə  dair  işlər  üzrə  Naxçıvan  Muxtar 



Respublikasının məhkəməsi; 

6)

 



Naxçıvan  Muxtar  Respublikasının  ərazisində  Ağır  cinayətlərə 

dair  işlər  üzrə  Hərbi  Məhkəmənin  yurisdiksiyasmı  həyata  keçirən 

müvafiq hərbi məhkəməsi; 



/// 

FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSÜAL QANUNVERİCİLİYİNİN 

İNKİŞAFI 

1

)

 Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi

8)

 

apellyasiya məhkəmələri; 



9)

 

Azərbaycan Respublikasının Ali Məhkəməsi. 



Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  məhkəmə 

hakimiyyəti  sistemində  ayrıca  yer  tutur.  Azərbaycan  Respublikasının 

Konstitusiya  Məhkəməsi  Konstitusiya  ilə  onun  səlahiyyətlərinə  aid 

edilmiş  məsələlərə  dair  ali  konstitusiya  mühakiməsi  orqanıdır. 

Konstitusiya  Məhkəməsinin  əsas  məqsədi  Azərbaycan  Respublikası 

Konstitusiyasının aliliyini təmin etməkdən ibarətdir və onun fəaliyyəti 

23 dekabr 2003-cü il tarixdə qəbul olunmuş “Konstitusiya Məhkəməsi 

haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur (17). 

Yuxarıda qeyd etdiyimiz kimi, Konstitusiyanın VII fəslində dövlət 

hakimiyyəti sistemində məhkəmə hakimiyyətinin yeri, hakimlərin təyin 

edilməsi  qaydaları,  onların  səlahiyyətləri  göstərilir.  “Məhkəmələr  və 

hakimlər  haqqında”  Qanuna  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  bu 

Qanun  müasir  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  dövlətin 

konstitusiya  quruluşunun  əsaslarının,  fiziki  və  hüquqi  şəxslərin 

hüquqlarının  və  maraqlannm  müdafiəsinin  təmin  edilməsinə 

yönəldilmiş  yeni  məhkəmə  sistemini  yaratdı.  Məhkəmələrin  təsis 

olunması qaydasını şərh edərək adı çəkilən Qanunun 1-ci maddəsində 

göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının 

qa-  nunlan  ilə  təsis  edilmiş  Azərbaycan  Respublikası  məhkəmələri 

fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci 

maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin 

dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq 

edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud 

bu  qanunla  nəzərdə  tutulmayan  qaydada  məhkəmələrin  yaradılması 

qadağandır. 

Haqqında  söhbət  apardığımız  Qanun  21  fəsil,  123  maddə  və  7 

bənddən  ibarət  keçid  müddəalardan  ibarətdir.  Qanun  məhkəmə 

hakimiyyətinin anlayışını; ədalət mühakiməsinin həyata keçirilməsinə 

dair əsas müddəaları; Azərbaycan Respublikasının məhkəmə sistemini; 

Azərbaycan  Respublikası  məhkəmələrinin  fəaliyyətinin  təşkilati 

təminatı  məsələləri;  hakimlərin  statusunu,  onlann  təyin  edilməsi, 

səlahiyyətləri  və  müstəqilliyi,  hakimlərin  maddi  və  sosial  təminatı, 

hakimlərin həvəsləndirilməsi, səlahiyyətlərinə xitam verilməsi və inti 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə