MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə29/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   25   26   27   28   29   30   31   32   ...   266

CTTT 

Mirağa Cəfərquliyev 

zam  məsuliyyəti;  andlı  iclasçılar  və  onlara  aid  tələbləri  geniş  şəkildə 

şərh etmişdir. 

’’Məhkəmələr  və  hakimlər  haqqında”  Qanunun  keçid  müddəalan 

yeni  məhkəmə  sisteminin  təşkili  və  fəaliyyəti  nöqteyi-nəzərdən  çox 

böyük  bir  maraq  doğurur.  Onlardan  bir  neçəsini  misal  göstərməklə 

dediyimiz  məsələyə  tam  aydınlıq  gətirmək  olar.  Adı  çəkilən  keçid 

müddəalarda  göstərilir  ki,  Azərbaycan  Respublikasında  fəaliyyət 

göstərən  məhkəmələr  Qanunda  nəzərdə  tutulmuş  məhkəmələr  təşkil 

edilənədək və yeni prosessual qanunlar qəbul edilənədək qüvvədə olan 

qanunvericiliklə  müəyyən  edilmiş  səlahiyyətləri  həyata  keçirirlər.  Və 

yaxud 5-ci bənddə izah edilir ki, bu Qanun  qəbul edilənədək seçilmiş 

Azərbaycan  Respublikası  məhkəmələri  hakimlərinin  səlahiyyət 

müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən, 

işə  baxılan  müddətdə  isə  işə  baxılıb  qurtardığı  gündən  bitmiş  hesab 

olunur. 


Andlı iclasçılar barədə də keçid müddəalarda müvafiq izah verilir. 

Qanunun  andlı iclasçılara dair  müddəaları  məhkəmə-hüquq islahatlan 

başa  çatdıqdan  və  müvafiq  qanun  qəbul  edildikdən  sonra  qüvvəyə 

minməsi  nəzərdə  tutulmuşdur.  Nəhayət,  hakimlərin  maddi  və  sosial 

müdafiəsinə  dair  müddəaların  yalnız  “Məhkəmələr  və  hakimlər 

haqqında” 10 iyun 1997-ci ildə qəbul edilmiş yeni Qanunun tələblərinə 

uyğun təyin edilən hakimlərə aid edilməsi göstərilmişdir. 

Haqqında  söhbət  apardığımız  Qanunla  məhkəmələrə  çox  geniş 

səlahiyyətlər  verilməklə  onların  vəzifələri  də  dəqiq  müəyyən 

olunmuşdur. Qanunun 3-cü maddəsində  məhkəmələrin vəzifələri şərh 

edilərək göstərilmişdir ki, “Azərbaycan  Respublikası  məhkəmələrinin 

fəaliyyəti  yalnız  ədalət  mühakiməsinin  və  qanunvericiliklə  müəyyən 

edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə 

yönəldilmişdir. 

Məhkəmələr  ədalət  mühakiməsini  həyata  keçirərkən  Azərbaycan 

Respublikası  Konstitusiyasında  təsbit  edilmiş  insan  və  vətəndaş 

hüquqlarını  və  azadlıqlarını,  mülkiyyət  formasından  asılı  olmayaraq 

bütün  müəssisə,  idarə  və  təşkilatların,  siyasi  partiyaların,  ictimai 

birliklərin, digər  hüquqi şəxslərin hüquqlarını və  qanuni  mənafelərini 

hər cür qəsdlərdən və qanun pozuntulanndan müdafiə edir, Azərbaycan 

Respublikasının  Konstitusiyasında  və  bu  Qanunda  nəzərdə  tutulmuş 

digər vəzifələri həyata keçirirlər”. Bununla yanaşı, Qanunda qəti su 




III FƏSİL. AZƏRBAYCAN CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

rətdə  bildirilir  ki,  məhkəmələrin  üzərinə  başqa  vəzifələrin  qoyulması 

yolverilməzdir. 

’’Məhkəmələr  və  hakimlər  haqqında”  Qanunun  4-cü  maddəsində 

məhkəmələrdə işlərə baxılmasının qaydası dəqiq şərh edilərək göstərilir 

ki,  məhkəmələrdə  işlərə  birinci  instansiya,  apellyasiya  və  kassa-  siya 

instansiyaları üzrə baxılır. 

Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş 

hallarda  və  qaydada  Azərbaycan  Respublikasının  yeni təşkil olunmuş 

məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına: birinci 

instansiya  məhkəməsində  işlərə  təkbaşına  və  ya  üç  hakimdən  ibarət 

tərkibdə,  yaxud  andlı  iclasçılardan  ibarət  tərkibdə;  apellyasiya  və 

kassasiya  instansiyası  məhkəməsində  üç  və  ya  daha  çox  hakimdən 

ibarət tərkibdə baxılır. 

Məhkəmələr  işlərə  baxarkən  Azərbaycan  Respublikasının 

Konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələri 

rəhbər  tuturlar.  Məhkəmələr  baxılmış  işlər  üzrə  Azərbaycan 

Respublikası  adından  qətnamələr,  hökmlər,  qərardadlar  və  qərarlar 

çıxarırlar. 

’’Məhkəmələr  və  hakimlər  haqqında”  Qanun  müdafiə  hüququnun 

təmin edilməsinə xüsusi fikir vermişdir. Qanunun 10-cu maddəsində bu 

barədə  konkret  olaraq  göstərilir  ki,  Azərbaycan  Respublikası 

vətəndaşlarının,  onun  ərazisində  yaşayan  xarici  vətəndaşların,  habelə 

vətəndaşlığı 

olmayan 


şəxslərin 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında  və  digər  qanunlarda  nəzərdə  tutulmuş  hüquq  və 

azadlıqlarının,  hüquqi  şəxslərin  qanuni  mənafelərinin  hər  cür 

qəsdlərdən  və  qanun  pozuntularından  məhkəmə  icraatının  istənilən 

mərhələsində  məhkəmə  müdafiəsi  hüququ  təmin  olunur.  Heç  kəs 

məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. 

Müsbət  bir  hal  kimi  qeyd  etmək  lazımdır  ki,  söhbət  apardığımız 

Qanunun  10-cu  maddəsində  ilk  dəfə  olaraq  şəxsin  tutulduğu  andan 

müdafiəçinin  dəvət  olunmasına  imkan  yaradıldı.  Bu  barədə  konkret 

olaraq izah edilir ki, şübhə edilən və təqsirləndirilən şəxsin Azərbaycan 

Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  vasitələrlə  müdafiə 

hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində 

ittiham  olunduğu  andan  müdafiəçinin  köməyindən  istifadə  etmək 

hüququna təminat verilir. 






Mirağa Cafərquliyev 

1995-ci 


il  noyabrın  12-də  qəbul  edilmiş  Azərbaycan 

Respublikasının  yeni  Konstitusiyası  məhkəmə  orqanları  ilə  yanaşı 

prokurorluğun  funksiyalarına,  sisteminə  və  təşkili  qaydasına  dair  əsas 

müddəaları da müəyyən etmişdir. Belə ki, Konstitusiyanın prokurorluğa 

aid normaları  onun “Məhkəmə  hakimiyyəti”  adlanan  yeddinci fəslinə 

daxil  edilmişdir.  Bu  normaların  təhlilinə  əsasən,  ilk  gömüşdə 

prokurorluğu məhkəmə hakimiyyətinin bir hissəsi hesab etmək olardı. 

Amma  Konstitusiyanın  133-cü  maddəsinin  ikinci  bəndi  Azərbaycan 

Respublikası  Prokurorluğunun  statusunu  ərazi  və  ixtisaslaşdırılmış 

prokuror-  luqlann  Azərbaycan  Respublikasının  Baş  prokuroruna 

tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edir. 

Deməli,  buradan  belə  çıxır  ki,  hüquqi  cəhətdən  prokurorluğun 

statusunun müstəqil orqan kimi təsdiqi Konstitusiya tərəfindən bir daha 

konkret formada nümayiş etdirilmişdir. 

Onu da qeyd edək ki, əvvəlki konstitusiyalardan fərqli olaraq, yeni 

Konstitusiyadan  “ali  nəzarət”  məfhumu  çıxarılmışdır.  Yeni 

Konstitusiya  prokurorluğu  qanunvericilik  təşəbbüsü  hüququndan  da 

məhrum  etmişdi,  lakin  24  avqust  2002-ci  ildə  referendum  yolu  ilə 

Konstitusiyaya  edilmiş  dəyişikliklər  nəticəsində  prokurorluğun  bu 

hüququ yenidən bərpa olundu. 

Azərbaycan 

Respublikası 

Prokurorluğunun 

funksiyalan 

Konstitusiyanın 133-cü maddəsində belə müəyyən edilir: “Azərbaycan 

Respublikasının  Prokurorluğu  qanunla  nəzərdə  tutulmuş  qaydada  və 

hallarda  qanunların  icra  və  tətbiq  olunmasına  nəzarət  edir;  qanunla 

nəzərdə  tutulmuş  hallarda  cinayət  işləri  başlayır  və  istintaq  apanr; 

məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; 

məhkəmə qərarlarından protest verir”. 

Çox maraqlıdır ki, prokurorluq və müdafiə tərəfi, əvvəlki dövrlərdən 

fərqli  olaraq,  məhkəmə  qarşısında  hüquqi  vəziyyətlərinə  görə  bə- 

rabərləşdirilir.  Belə  bir  nəticəyə  gəlməyə  Konstitusiyanın  125-ci 

maddəsinin  dördüncü  hissəsi  əsas  verir.  Orada  deyilir:  “Cinayət 

məhkəmə  icraatında  Azərbaycan  Respublikasının  Prokurorluğu  və 

müdafiə tərəfi iştirak edir”. Beləliklə, prokuror cinayət və mülki işlərin 

məhkəmə  baxışında  sənədlərin,  sübutların  tədqiqində,  vəsatətlər 

verilməsində,  əlavə  materiallar  təqdim  edilməsində  və  s.  digər 

iştirakçılarla bərabər hüquqlara malik proses iştirakçısı kimi tanınır. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə