MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə26/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   22   23   24   25   26   27   28   29   ...   266

Mintğa Cəfərquliyev 

dövlət  orqanlarından  biri  kimi  prokurorluğa  xüsusi  diqqət  verilmiş, 

prokurorluq orqanlarının təşkili və fəaliyyətinin əsas prinsiplərinin əks 

olunduğu  müstəqil  fəsil  ayrılmışdır  (39).  Yeni  konstitusiyalar 

prokurorluğun  hüquqi  vəziyyətini  tabeçilik  prinsipi  üzrə  qurulan  tam 

müstəqil  orqan  kimi  müəyyən  edirdi.  O,  vahid  rəhbərliyə  -  SSRİ  Baş 

Prokurorluğuna  tabe  edilmişdir.  Prokurorluğun  tam  müstəqilliyini 

daha qabarıq şəkildə nəzərə çatdınnaq üçün Baş prokurorun SSRİ Ali 

Soveti tərəfindən təyin edilməsi nəzərdə tutulurdu. 

Bir  məqama  da  diqqət  yetinnək  lazımdır  ki,  əvvəlki 

konstitusiyalarda olduğu kimi, ali nəzarət yalnız SSRİ Baş prokuroruna 

deyil,  həm  də  bütün  aşağı  prokurorlara  da  həvalə  edilirdi.  Məsələn, 

Azərbaycan SSR Konstitusiyasının 176-cı maddəsində qeyd olunurdu: 

“Azərbaycan SSR ərazisində bütün nazirliklər, dövlət komitələri və baş 

idarələr,  müəssisə,  idarə  və  təşkilatlar,  yerli  xalq  deputatları 

sovetlərinin  icra  və  sərəncam  orqanlan,  kolxozlar,  kooperativ 

təşkilatları  və  digər  ictimai  təşkilatlar,  vəzifəli  şəxslər,  habelə 

vətəndaşlar  tərəfindən  qanunların  dürüst  və  eyni  qaydada  icra 

olunmasına ali nəzarət SSRİ Baş prokuroru, ona tabe olan Azərbaycan 

SSR prokuroru və aşağı prokurorlar tərəfindən həyata keçirilir”. 

Prokuror 

nəzarətinin 

gücləndirilməsi 

sahəsində 

mühüm 

addımlardan  biri,  yuxarıda  qeyd  etdiyimiz  kimi,  1979-cu  il  noyabrın 



30-da  onuncu  çağırış  SSRİ  Ali  Sovetinin  ikinci  sessiyasında  “SSRİ 

Prokurorluğu haqqında” Qanunun qəbul edilməsi oldu 



(149.  s.843). 

Bu 


Qanunun qəbulu, demək olar ki, həm yeni konstitusiyalann qəbulu ilə, 

həm  də  1955-ci  il  Əsasnaməsinin  köhnəlməsi  və  həyatın  diqtə  etdiyi 

tələblərə cavab verməməsi ilə şərtlənmişdir. Çünki bu dövr ərzində yeni 

prosessual  məcəllələr  qəbul  edilmiş,  prokuror  nəzarəti  praktikası 

prokuror təsirinin yeni müasir formalarını işləyib hazırlamışdır. Məhz 

bütün bu yeniliklər “SSRİ prokurorluğu haqqında” Qanunda öz əksini 

tapmışdır. 

Adı çəkilən qanunun analizi belə bir nəticəyə gəlməyə imkan verir 

ki,  bu  qanun  prokurorluq  orqanlarının  təşkili  və  fəaliyyətinin  başlıca 

prinsiplərini,  onların  fəaliyyətinin  əsas  istiqamətlərini  təsbit  edir  və 

hüquqi  cəhətdən  daha  dəqiq  nizama  salırdı.  “SSRİ  Prokurorluğu 

haqqında” Qanun 1955-ci il Əsasnaməsindən prokuror nəzarətinin bir 

sıra məsələlərinin normativ detallaşdırılma dərəcəsinə görə fərqlənirdi. 

Belə ki, bu qanunla prokuror nəzarətinin ənənəvi olaraq təşəkkül tap 




m FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN İNKİŞAFI 

mış  sahələri,  bu  sahələrin  hər  birində  prokurorların  vəzifə  və 

səlahiyyətlərinin dürüst müəyyən edilməsi ilə inkişaf etdirilirdi. Bu da 

öz növbəsində prokurorluq orqanları bölmələrinin fəaliyyətində paralel- 

liyi aradan qaldırmağa şərait yaradırdı. 

Yuxarıda  qeyd  etdiyimiz  Qanunda  prokuror  nəzarətinin  sahələri 

anlayışı  və  onların  sayı  ənənəvi  olaraq  müəyyən  edilirdi:  a)  dövlət 

idarəçilik orqanları, müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və 

vətəndaşlar tərəfindən qanunların icrasına nəzarət (ümumi nəzarət); b) 

təhqiqat  və  ibtidai  istintaq  orqanları  tərəfindən  qanunların  icrasına 

nəzarət; c) məhkəmələrdə işlərə baxılması zamanı qanunların icrasına 

nəzarət;  ç)  müvəqqəti  saxlama  yerlərində,  ibtidai  həbs  yerlərində, 

məhkəmə tərəfindən təyin edilən cəzaların və məcburi xarakterli digər 

tədbirlərin icrası zamanı qanunlara əməl edilməsinə nəzarət. 

Bundan  başqa,  Qanunla  prokuror  təsirinin  konkret  vasitələri  ilə 

(protest, təqdimat, qərar) yanaşı həm də prokurorun aşkar edilmiş qanun 

po-  zuntulannın  aradan  qaldınlması  üzrə  səlahiyyətlərinin  imperativ 

xarakteri (aşkar edilmiş qanun pozuntulannm aradan qaldmlmasma dair 

prokuror  tələblərinin  icrasının  məcburiliyi)  müəyyən  edilirdi.  Qanun 

pro-  kurorlann  səlahiyyətlərini,  demək  olar  ki,  bir  qədər 

genişləndirmişdi,  məsələn,  qanun  pozuntusunun  yol  verilməzliyi 

haqqında  xəbərdarlıq  etmək  hüququ,  qanun  pozuntusunu  aradan 

qaldırmaq barədə tələb etmək hüququ və sair kimi prokurorlann  yeni 

səlahiyyətləri təsbit edilirdi. 

Onu  da  qeyd  etmək  lazımdır  ki,  yuxarıda  adı  çəkilən  Qanunda 

müstəntiqlərin  hüquqi  statusunun  müəyyən  edilməsi  istintaq  işinin 

qaydaya  salınmasında  mühüm  əhəmiyyətə  malik  idi.  Bununla  bağlı 

cinayətlərin  açılması  və  istintaqı  məsələlərində  müstəntiqlərin 

prosessual 

müstəqilliyinin 

təsbit 

edilməsi 



qanunun 

vacib 


müddəalarından biri kimi qiymətləndirilməlidir. 

Prokurorluq haqqında Qanunun qəbul edilməsi, eyni zamanda, hərbi 

prokurorluğun  təşkili  və  fəaliyyətinin  tənzimlənməsi  sahəsində  də 

müvafiq  dəyişikliklər  edilməsini  tələb  edirdi.  Əvvəllər  qüvvədə  olan 

1966-cı  il  Əsasnaməsinin  əvəzinə  1981-ci  il  avqustun  4-də  Hərbi 

prokurorluq haqqında yeni Əsasnamə təsdiq edilmişdir. 

Söhbət  apardığımız  dövrlə  əlaqədar,  demək  lazımdır  ki, 

ixtisaslaşdırılmış  prokurorluqların  təşkili  sahəsində  də  müəyyən 

dəyişikliklər  aparılmışdır.  Belə  ki,  SSRİ  Baş  prokurorunun  5  noyabr 

1980-ci ildə 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə