MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə34/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   30   31   32   33   34   35   36   37   ...   266

 

Mirağa Cəfərquliyev 

Qanunçuluq  bütün  dövlət  və  qeyri-dövlət  idarə  və  təşkilatları, 

onların qulluqçulan və vəzifəli şəxsləri, habelə vətəndaşlar tərəfindən 

Azərbaycan  Respublikası  Konstitusiyasının,  qanunlannm  və  onlara 

uyğun  qəbul  edilmiş  hüquqi  aktların  göstərişlərinə  riayət  edilməsi  və 

icra olunmasıdır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  147-ci  və  149-cu 

maddələrində normativ-hüquqi aktların bütün vətəndaşlar və dövlət or- 

qanlan üçün  məcburi olması, onlann hüquqi qüvvəsi və qəbul edilmə 

qaydası xüsusi vurğulanmışdır. 

Belə  ki,  Azərbaycan  Respublikasının  Konstitusiyası  Azərbaycan 

Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. 

Referendumla  qəbul  olunmuş  aktlar  yalnız  dərc  edildikdə  onlann 

tətbiqi  və  icrası  vətəndaşlar,  qanunvericilik,  icra  və  məhkəmə 

hakimiyyəti orqanları, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. 

Qanunlar 

Konstitusiyaya 

zidd 


olmamalıdır. 

Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanları  Konstitusiyaya  və  qanunlara, 

Azərbaycan 

Respublikası 

Nazirlər 

Kabinetinin 

qərarları 

Konstitusiyaya,  qanunlara  və  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanlanna zidd olmamalıdır. 

Öz  növbəsində,  mərkəzi  icra  hakimiyyəti  orqanlarının  aktlan 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına, 

Azərbaycan 

Respublikasının  qanunlarına,  Azərbaycan  Respublikası  Prezidentinin 

fərmanlarına  və  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin 

qərarlanna zidd olmamalıdırlar. 

Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq 

məsuliyyətini  aradan  qaldıran  və  ya  yüngülləşdirən  normativ-hüquqi 

aktların  qüvvəsinin  geriyə  şamil  edilməsi  də  Konstitusiyada  təsbit 

olunmuşdur. 

Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq məhkəmələr 

işlərə baxarkən hansısa hüquq münasibətlərini tənzimləyən qanunu və 

ya digər hüquqi-normativ aktın məzmununu qiymətləndirməli və lazım 

gəldikdə Azərbaycan Respublikasının Konstitusiyasını birbaşa hüquqi 

qüvvəsi olan akt kimi tətbiq etməlidirlər. Məsələn: 

a)

 



əgər  Konstitusiyanın  normasından  irəli  gələn  müddəalar  əlavə 

qanuniləşdirməni  tələb  etmirsə  və  bu  normada  müvafiq  qanun  qəbul 

edildikdə tətbiq olunması barədə göstərişlər nəzərdə tutulmursa



!V FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCHAA TIMN ƏSAS PHİNSİPLƏKİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

b)

 



Azərbaycan  Respublikası  Konstitusiyası  qüvvəyə  mindikdən 

sonra qəbul edilmiş hansısa qanun ona ziddiyyət təşkil edirsə

c)

 

hansısa hüquqi-normativ akt Konstitusiyaya ziddiyyət təşkil edir 



və  məhkəmədə  baxılan  hüquq  münasibətlərini  tənzimləyən  qanun  isə 

yoxdursa. 

Bundan  başqa,  Azərbaycan  Respublikasının  Konstitusiyası 

beynəlxalq aktların hüquqi qüvvəsini qəbul etdiyinə görə müasir dövrdə 

qanunçuluq  prinsipinin  xüsusiyyəti  artmışdır.  Belə  ki,  Azərbaycan 

Respublikası  Konstitusiyasının  151-ci  maddəsində  Azərbaycan 

Respublikasının  qanunvericilik  sisteminə  daxil  olan  normativ  hüquqi 

aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla 

qəbul  edilən  aktlar  istisna  olmaqla)  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyyət 

yaranarsa,  həmin  beynəlxalq  müqavilələrin  tətbiq  edilməsi 

göstərilmişdir. 

2.

 

Hər kəsin qanun və məhkəmə qarşısında 



hüquq bərabərliyi prinsipi 

Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 25 və 127-ci 

maddələrində,  Cinayət-Prosessual  Məcəllənin  isə  11-ci  maddəsində 

nəzərdə tutulmuşdur. 

Respublikamızda  ədalət  mühakiməsi  vətəndaşlann  qanun  və 

məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir (Azərbaycan 

Respublikası Konstitusiyasının 127-ci maddəsi). 

Ölkəmizdə dövlət və ictimai həyatın bütün sahələrində olduğu kimi, 

cinayət mühakimə icraatında da işdə iştirak edən vətəndaşlar qanun və 

məhkəmə  qarşısında  bərabər  hüquqlara  malikdirlər.  Azərbaycan 

Respublikası  Konstitusiyasının  25-ci  maddəsinə  müvafiq  olaraq, 

Cinayət-Prosessual Məcəllənin 11-ci maddəsi müəyyən edir ki, cinayət 

prosesini  həyata  keçirən  orqanlar  cinayət  prosesində  iştirak  edən 

şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və 

dini  mənsubiyyətindən,  dilindən,  mənşəyindən,  əmlak  vəziyyətindən, 

qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən 

asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə 

üstünlük vermir. 

Demokratik  cəmiyyətdə  insanlann  hüquqları  və  azadlıqları 

bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu baxımdan qeyd etmək 

la- 





Mircığa CəfərquUyev 

zımdır ki, Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş qanun və 

məhkəmə  qarşısında  bərabərlik  prinsipi  aşağıdakı  xüsusiyyətləri  ilə 

səciyyələnir 



(38. s.66-67):

 

a)



 

hamının qanun və məhkəmə qarşısında bərabərliyi

b)

 

kişinin  və  qadının  bərabərliyi,  yəni  hüquqların  və  azadlıqların 



istifadəsində cinsi bərabərliyi

c)

 



hüquq və azadlıqların hər kəs üçün bərabərliyi

ç) hüquq və azadlıqlann məhdudlaşdırılmasmın yolverilməzliyi. 

Hamının  qanun  və  məhkəmə  qarşısında  bərabərliyi  onunla  izah 

edilir ki, qanunların icrası hamı üçün eyni dərəcədə məcburidir və hər 

bir şəxs öz pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət edə 

bilər.  Törədilmiş  qanun  pozuntulanna  görə  hər  bir  şəxs  tutduğu 

vəzifəsindən  və  ya  qulluq  mövqeyindən  asılı  olmayaraq  qanun 

qarşısında məsuliyyət daşıyır. 

İnsanların  hüquqlarının  və  azadlıqlarının  bərabərliyi  həmin 

hüquqların  və  azadlıqlann  eyni  hüquqi  qaydalar  əsasında  həyata 

keçirilməsini, hüquqi imkanların bərabərliyini ifadə edir. 

Cinayət-Prosessual  Məcəllənin  143-cü  maddəsində  qeyd  edilir  ki, 

ittihamçı,  təqsirləndirilən  şəxs,  müdafiəçi,  zərər  çəkmiş  şəxs,  habelə 

mülki  iddiaçı,  mülki  cavabdeh  və  onlann  nümayəndələri  sübutlar 

təqdim  etmək,  sübutlann  araşdınimasında  iştirak  etmək  və  vəsatətlər 

vermək  sahəsində  məhkəmə  baxışında  bərabər  hüquqlardan  istifadə 

edirlər. 

Respublika  vətəndaşlarının  qanun  və  məhkəmə  qarşısında 

bərabərliyi  dedikdə  onların  etdikləri  qanun  pozuntulan  və  cinayət 

üstündə  irqi  və  milli  mənsubiyyətindən,  cinsindən,  qulluq 

vəziyyətindən, xidmətlərindən və s. asılı olmayaraq dövlət, cəmiyyət və 

məhkəmə  qarşısında  bərabər  məsuliyyət  daşımalan  başa  düşülür 

(məsələn,  vaxtı  i-  lə  Nazirlər  Kabineti  sədri,  milli  qəhrəman 

S.Hüseynovun,  hərbi  nazir  R.Qazıyevin,  daxili  işlər  naziri 

general-leytenant  I.Həmidovun,  milli  qəhrəman,  batalyon  komandiri 

R.Əkbərovun və başqalarının məhkum edilməsi faktını misal gətirmək 

olar). 

Bu, 


0

  deməkdir  ki,  vətəndaşlar  barəsində  cinayət  işlərinin 

başlanması,  istintaqı  və  məhkəmədə  baxılması  onların  mənşəyindən, 

sosial  və  əmlak  vəziyyətindən,  cinsindən,  təhsilindən,  dilindən  və  s. 

asılı olmayaraq eyni qaydada həyata keçirilir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə