MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə42/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   38   39   40   41   42   43   44   45   ...   266

!V' FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCIUA TİNİN ƏSAS PRİNSİPLƏRİ PƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

tiv amillərdən daha böyük rol oynayır. Ünsiyyət vasitəsi kimi dil - dil 

aləmindən asılı olmayaraq, yəni ətrafdakılara hansı dilin aydın olması 

ilə bağlı danışan şəxsin iradəsindən kənar obyektiv fəaliyyətlə müəyyən 

edilir.  Məlikəmə  icraatında  bu  obyektiv  amilləri  müvafiq  vəzifəli 

şəxslər  nəzərə  almalıdırlar,  belə  ki,  xidmət  zərurətindən  asılı  olaraq 

baxılan  işlə  əlaqədar  onlar  bu  və  ya  digər  şəxslə  dialoqa  girməkdə 

maraqlıdırlar. Müstəntiq və ya hakim əvvəlcədən şahidin, zərər çəkənin, 

təqsirləndirilən şəxsin və prosesin digər iştirakçısının hansı dildə ifadə 

vermək  istəməsini  hiss  edib  bilməlidir.  Ehtiyac  olduqda  milli  dildən 

məhkəmə icraatının aparıldığı dilə tərcümələri təşkil etməlidir. 

Məhkəmə  icraatında  milli  dil  prinsipinə  uyğun  olaraq  qeyd  etmək 

lazımdır ki, prosesdə iştirak edən şəxs qanunun tələbinə görə müəyyən 

hüquq  və  vəzifələrə  malikdir.  Həmin  hüquq  və  vəzifələrin  həyata 

keçirilməsi  dil  bazası  əsasında  baş  verir.  Belə  ki,  məhz  dil  insanın 

hərəkəti ilə fikri arasında bilavasitə fəaliyyətdə olur. Dili digər ictimai 

hadisələrdən  fərqləndirən  spesifik  cəhət  odur  ki,  dil  təkcə  ünsiyyət 

vasitəsi  və  fikirlər  dəyişməsi  deyil,  eyni  zamanda,  təfəkkürün  həyata 

keçirilməsi  alətidir.  Məhkəmə  icraatında  dil  proses  iştirakçılarına  və 

oradakı  adamlara  (işlərə  açıq  məhkəmə  iclasında  baxılarkən)  xidmət 

edir,  ünsiyyət  vasitəsi,  fikirlər  dəyişməsi  vasitəsi  kimi  çıxış  edir, 

obyektiv  istintaq  aparılmasına  və  işə  ədalətlə  baxılmasına,  habelə 

ədalətli qərar çıxarılmasına yönəlir. 

Milli  dil  prinsipi  cinayət  prosesinin  bütün  mərhələlərini  əhatə 

etməklə müstəqil xarakter daşıyır. Bu prinsip, əvvəla, məhkəmə icraatı 

iştirakçılarının prosesdə bir-birləri arasında iki və daha artıq dildə dialoq 

aparmaları zərurəti ortaya çıxanda meydana gəlir; ikincisi, adı çəkilən 

prinsip  obyektiv  hadisədir  və  hüquq-mühafizə  orqanları  vəzifəli 

şəxslərinin  subyektiv  arzularından  asılı  deyildir.  Bu  prinsipin 

tələblərinin  pozulması  ciddi  hüquqi  nəticələr  törədir;  üçüncüsü,  bu 

prinsip  hüququn  digər  sahələri:  cinayət  hüququ,  mülki  proses, 

kriminalistika (tərcüməçinin iştirakı ilə ayrı-ayrı istintaq hərəkətlərinin 

yerinə  yetirilməsi  metodikasından  və  dindiraıə  taktikasından  söhbət 

gedir), məhkəmə quruluşu, psixologiya və s. ilə üzvi surətdə bağlıdır. 

Nəhayət,  məhkəmə  icraatı  milli  dil  prinsipinin  hüquqi  bazasını 

respublikanın  Konstitusiyası,  Cinayət-Prosessual  Məcəllə,  “Dil 

haqqında” Qanun və digər hüquqi normalar təşkil edir. 



Mirağa Cəfərquliyev 

Respublikamızda  mühakimə  icraatının  milli  dildə  apanlması 

ölkəmizin milli siyasəti prinsipinə müvafiq olaraq həll edilmişdir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  45-ci  maddəsinə 

əsasən, hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Heç kəs ana 

dilindən istifadə hüququndan məhrum edilə bilməz. 

Konstitusiyanın 127-ci maddəsində isə ədalət mühakiməsi icraatı ilə 

əlaqədar  milli  dil  prinsipindən  istifadə  etmək  halları  və  qaydalan 

göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasında məhkəmə icraatı 

Azərbaycan  Respublikasının  dövlət  dilində  və  ya  müvafiq  yerin 

əhalisinin çoxluq təşkil edən hissəsinin dilində apanlır. İşin iştirakçısı 

olub  məhkəmə  icraatının  aparıldığı  dili  bilməyən  şəxslərin  işin 

materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə iştirak 

etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir. 

Konstitusiyanın  yuxarıda qeyd  olunan  tələbləri Cinayət-Prosessual 

Məcəllənin  26-cı  maddəsində  daha  dəqiq və geniş  mənada  öz  şərhini 

tapmışdır.  Qeyd  olunur  ki,  Azərbaycan  Respublikasında  cinayət 

prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı 

dili  bilməyən  cinayət  prosesi  iştirakçılarının  aşağıdakı  hüquqlannı 

təmin etməlidir: 

1)

 

cinayət  prosesi  iştirakçılarına  öz  ana  dilindən  istifadə  etmək 



hüququnu izah etmək; 

2)

 



ibtidai  araşdırma  və  məhkəmə  baxışı  zamanı  tərcüməçinin 

köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra 

cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  materiallarla  tam  tanış 

olmaq, məhkəmədə ana dilində çıxış etmək. 

Cinayət mühakimə prosesini həyata keçirən orqan təqdim edilməli 

sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının apanidığı dildə 

təqdim  edir.  Cinayət  mühakimə  icraatının  apanidığı  dili  bilməyən 

müvafiq  şəxslərə  təqdim  edilməli  sənədlər  onlann  ana  dilində  və  ya 

onların bildiyi başqa dildə təqdim edilir. 

Mühakimə  icraatının  milli  dildə  apanlması  cinayət  prosesinin 

mühüm demokratik prinsiplərindən biri kimi proses iştirakçılannm hü- 

quqlannın  və  qanuni  maraqlannın  həyata  keçirilməsini  və  prosesdə 

onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin edir; cinayət 

prosesinin  tərbiyəvi  təsirini  realizə  etmək  üçün  lazım  olan  şəraiti 

yaradır; təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlannm fəa 



IV FƏSİL. США YƏT MÜHAKİMƏ İCRAA ГШШ ƏSAS FRİSSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

liyyƏtini xalqın nəzarəti altına alır, vətəndaşların qanun və məhkəmə 

qarşısında əsil bərabərliyini təmin edir. 

Mühakimə  icraatının  milli  dildə  aparılması  prinsipi  cinayət 

prosesinin digər prinsipləri ilə, xüsusilə məhkəmə baxışının açıqlıq 

prinsipi ilə üzvi surətdə bağlıdır. Məhkəmə baxışı açıq aparılsa da, iş 

üzrə  icraat  yerli  əhalinin  əksəriyyətinin  başa  düşdüyü  dildə 

aparılmazsa,  açıqlıq  prinsipi  öz  məna  və  əhəmiyyətini  itirmiş  olar. 

Məhkəmə  təcrübəsində  milli  dil  prinsipinin  tələblərinə  əməl 

olunmaması qanunun ciddi pozulması kimi qiymətləndirilir. 

12.


 

Cinayət mühakimə icraatının aşkarlığı 

Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  maddəsində 

göstərilir  ki,  bütün  məhkəmələrdə  icraat  açıq  apanlır.  Məhkəmə  açıq 

icraatın dövlət, peşə və kommersiya sirrinin açılmasına səbəb olacağını 

güman etdiyi, ya da vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini 

qorumaq zərurətinin mövcudluğunu müəyyən etdiyi hallarda işə qapalı 

iclasda baxılmasına icazə verir. 

Bu prinsipin mənası ondan ibarətdir ki, bu və ya digər məhkəmə iş 

üzrə  prosesin  iştirakçısı  olmayan  vətəndaşlara  (qapalı  iclaslardan 

başqa)  işin  baxılmasında  iştirak  etmək  imkanı  verir.  Bu  demokratik 

prinsip  məhkəmənin  işində  aşkarlığı  təmin  edir,  məhkəməni  işlərə 

məsuliyyətlə yanaşmağa vadar edir və onun intizamını artırır. 

Eyni  zamanda,  qanun  ümumi  qaydadan  istisnalar  edir:  cinayət  işi 

üzrə  məhkəmənin  açıq  iclasına  yaşı  16-dan  aşağı  olan  şəxslər 

buraxılmır; zalda lazımi qədər yer olmadıqda sədrin göstərişi ilə kənar 

şəxslərin gəlməsinə məhdudiyyətlər qoyula bilər. 

Bundan  başqa,  qanunvericilikdə  məhkəmənin  qapalı  iclaslannın 

keçirilməsinin qaydası müəyyən edilir. Dövlət sirrini qorumaq məqsədi 

ilə iclaslar qapalı aparılmalıdır. Cinayət işlərinə baxarkən məhkəmənin 

əsaslandırılmış qərarı ilə prosesin iştirakçısı olmayan şəxslər üçün; 16 

yaşına  çatmayan  təqsirləndirilən  şəxsin  cinayətləri  barədə;  cinsi 

cinayətlər barədə işlərə baxarkən, işdə keçən şəxslərin həyatının intim 

tərəfləri barədə məlumatların yayılmasının qarşısını almaq üçün, habelə 

zərər  çəkənlərin,  şahidlərin,  onların  qohumlannm  və  digər  şəxslərin 

təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhkəmə zalının qapıları 

bağlana bilər. Məhkəmə iclaslan digər hallarda da - 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə