MüƏllifdən II


V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə50/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   46   47   48   49   50   51   52   53   ...   266

V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

İcraatında  məhkəmənin  roluna,  müdafiə  və  ittiham  tərəfinin  statusu, 

hüquq  və  vəzifələrinə  dair  cinayət-prosessual  qanunvericiliyinin  bəzi 

müddəalarının təhlilini zəruri hesab etmişdir. Plenumun qərarında qeyd 

edilmişdir  ki,  demokratik,  hüquqi  dövlət  kimi  Azərbaycan 

Respublikasında  insan  və  vətəndaş  hüquqları  və  azadlıqlarının 

tanınması,  təmin  edilməsi,  onların  müdafiə  olunması  dövlətin  ali 

məqsədi kimi bəyan edilmişdir. Bu baxımdan Konstitusiyada nəzərdə 

tutulmuş  təməl  prinsiplərin  və  təsbit  olunmuş  hüquq  və  azadlıqların 

tənzimlənən 

bütün 

hüquq 


münasibətlərində, 

cümlədən 



cinayət-prosessual  hüquq  münasibətlərində  rəhbər  tutulması  mühüm 

şərtlərdən biridir. 

Konstitusiyanın  müddəalanna  görə  ədalət  mühakiməsi  çəkişmə 

prinsipi  əsasında  yalnız  məhkəmələr  tərəfindən  həyata  keçirilir 

(Konstitusiyanın  125-ci  maddəsinin  I  və  127-ci  maddəsinin  VII 

hissələri).  Bu  prinsip  məhkəmə  baxışında  iştirak  edən  ittiham  və 

müdafiə  tərəflərinin  öz  hüquqlanm  və  qanuni  mənafelərini  həyata 

keçirməsində  bərabər  prosessual  imkanların  yaradılmasını  nəzərdə 

tutur. 

Konstitusiyanın  125-ci  maddəsinin  IV  hissəsinə  əsasən,  cinayət 



məhkəmə  icraatında  Azərbaycan  Respublikasının  Prokurorluğu  və 

müdafiə  tərəfi  iştirak  edir.  Azərbaycan  Respublikasının  Prokurorluğu 

həmçinin məhkəmədə  dövlət ittihamını müdafiə edir (Konstitusiyanın 

133-cü  maddəsinin  I  hissəsi).  Məhz  Konstitusiya  normalanm  rəhbər 

tutmaqla,  qanunverici  bir  sıra  prinsiplərlə  yanaşı,  çəkişmə  prinsipinə 

əsaslanan CPM-in müddəaları ilə ittiham, müdafiə və işin həll olunması 

funksiyalarını  bir-birindən  ayırmış,  onların  təyinatı,  yönümü  və 

məzmununu,  habelə  subyektlərinin  dairəsini  və  səlahiyyətlərinin 

həcmini dəqiq müəyyənləşdirmişdir. 

CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və 

ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib 

edilməsi  vəzifəsi  bütövlükdə  ittiham  tərəfinin  üzərinə  düşür.  İttiham 

tərəfi  cinayət  hadisəsinin  baş  verməsini,  cinayət  qanunu  ilə  nəzərdə 

tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə 

təqsirləndirilən  şəxsin  aidiyyətini,  cinayət  törətmiş  şəxsin  cinayət 

məsuliyyətinə  cəlb  olunmasının  mümkünlüyünü  sübut  edir, 

təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifmə və məhkəmənin yekun 

qərarına  dair  öz  təkliflərini  verir.  Müdafiə  tərəfinin  funksiyası  isə 

cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etmək 



ins 

Mirağa Cəfərquliyev 

dən  VƏ  ya  cinayət  posesini  həyata  keçirən  orqanın  diqqətini 

təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya 

cinayət  məsuliyyətini  yüngülləşdirən  halların  mövcudluğuna  cəlb 

etməkdən,  təqsirləndirilən  şəxsin  əməlinin  hüquqi  tövsifmə  və 

məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir. 

Prosessual  qanunvericiliyin  keyfiyyətcə  yeni  hüquqi  təbiətə  malik 

institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı 

mərhələsində 

prokurorun 

dövlət 

ittihamçısı 



kimi 

rolunu 


müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas 

verir  ki,  prokuror  ittiham  tərəfinin  irəli  sürdüyü  ittihamın  sonrakı 

aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil 

prosessual şəxsdir. 

CPM-in  32.2.8-ci  maddəsinə  əsasən,  dövlət  ittihamçısı  və  xüsusi 

ittihamçı  cinayət  təqibini  həyata  keçirir  və  cinayət  təqibindən  imtina 

edir.  Bu  məcəllənin  41.3-cü  maddəsində  isə  nəzərdə  tutulmuşdur  ki, 

dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən hallan aşkar 

edərsə,  təqsirləndirilən  şəxs  barəsində  cinayət  təqibindən  imtina 

edilməsini  bildirməlidir.  Xüsusi  ittihamçı  ittihamı  müdafiə  etməkdə 

davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi 

barədə  dövlət  ittihamçısının  mövqeyi  cinayət  işinə  və  ya  cinayət- 

təqibilə  bağlı  digər  materiala  məhkəmədə  baxılmasının  davam 

etdirilməsinə mane olmur. 

CPM-in  43.1.1-ci  maddəsi  dövlət  ittihamçısının  və  xüsusi 

ittihamçının  cinayət  təqibindən  imtina  etməsini  məhkəmə  baxışı 

gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi 

barədə  məhkəmə  qərarının  çıxarılması  hallarından  biri  kimi 

müəyyənləşdirmişdir. 

İctimai  ittiham  üzrə  cinayət  təqibi  bir  qayda  olaraq  yalnız  zərər 

çəkmiş şəxsin hüquq və qanuni maraqlanna deyil, bütövlükdə cəmiyyət 

və  dövlətin  ictimai  əhəmiyyət  kəsb  edən  maraqlarına  xələl  yetirən 

cinayət  əməllərilə  bağlı  həyata  keçirilir.  Xarakteri  və  ağırlıq  dərəcəsi 

baxımından  belə  cinayətləri  törətmiş  şəxslərin  təqib  edilməsi, 

0

 

cümlədən ittihamın sübut olunması bir vəzifə kimi zərər çəkmiş şəxsin 



deyil,  səlahiyyətli  dövlət  orqanlannm  üzərinə  düşür.  CPM-ə  görə 

ictimai  ittiham  qaydasında  cinayət  təqibi  zamanı  zərər  çəkmiş  şəxs 

dövlət ittihamçısı ilə bərabər subsidiär ittihamçı kimi tanınmadı 



V FƏSİL. CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

 

ğından  dövlət  ittihamçısının  ittihama  münasibətdə  davranışı  onun 



iradəsindən  asılı  deyildir.  Belə  vəziyyət  isə  zərərçəkmişin  dövlət 

ittihamçısının məhkəmə baxışının gedişində cinayət təqibindən imtina 

etməsinə  dair  mövqeyi  ilə  razılaşmamasını  da  əhəmiyyətsiz  edir  və 

məhkəmənin cinayət təqibinə xitam verməsinə mane olmur. Məhkəmə 

baxışında  dövlət  ittihamçısının  və  xüsusi  ittihamçının  ittihamın 

müdafiəsindən  imtina  edilməsilə  bağlı  mövqelərinin  üst-üstə  düşməsi 

yalnız  ictimai-xüsusi  ittiham  qaydasında  aparılan  cinayət  işləri  üzrə 

zəruridir (CPM-in 41.3-cü maddəsi). 

CPM-in  43-cü  maddəsinin  mənasına  görə  məhkəmə  baxışı 

gedişində  dövlət  ittihamçısının  ictimai  ittiham  qaydasında  apanimış 

cinayət  təqibindən  (ittihamın  müdafiəsindən)  imtina  etməsi 

məhkəmənin  cinayət  təqibinə  şərtsiz  xitam  verilməsilə  (CPM-in 

43.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hal  istisna  olmaqla) 

nəticələnməlidir. 

Bununla  yanaşı  nəzərə  ahnmalıdır  ki,  Konstitusiyanın  63-cü 

maddəsinin  I  hissəsinə  əsasən  hər  kəsin  təqsirsizlik  prezumpsiyası 

hüququ  vardır.  Cinayətin  törədilməsində  təqsirləndirilən  hər  bir  şəxs, 

onun təqsiri qanunla nəzərdə  tutulmuş qaydada  sübuta  yetirilməyibsə 

və  bu barədə  məhkəmənin qanuni qüvvəyə  minmiş hökmü  yoxdursa, 

təqsirsiz sayılır. Bu maddənin II hissəsində isə müəyyənləşdirilmişdir 

ki,  şəxsin  təqsirli  olduğuna  əsaslı  şübhələr  varsa,  onun  təqsirli 

bilinməsinə yol verilmir. 

Həmin  Konstitusiya  normasını  eynilə  əks  etdirən  CPM-in  21.2-ci 

maddəsi həmçinin, nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun 

surətdə  müvafiq  hüquqi  prosedur  daxilində  ittihamın  sübuta 

yetirilməsində  aradan  qaldırılması  mümkün  olmayan  şübhələr 

təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 

CPM-in  sübutlann  qiymətləndirilməsinə  dair  normalarına  görə  isə 

cinayət  təqibi  üzrə  toplanmış  bütün  sübutlann  məcmusuna  ittihamın 

həlli üçün onlann kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, 

təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və 

vicdanı  rəhbər  tutaraq,  sübutların  məcmusunun  hərtərəfli,  tam  və 

obyektiv  baxılmasına  əsaslanmaqla  öz  daxili  inamına  görə  sübutları 

qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər 

sübutlarla  aradan  qaldırmaq  mümkün  olmadıqda,  onlar  şübhəli  və  ya 

təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü 

maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə