MüƏllifdən II


ly FƏSİL CİNA YƏT MÜHAKİMƏ İCRAA TISIN ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə35/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   31   32   33   34   35   36   37   38   ...   266

ly FƏSİL CİNA YƏT MÜHAKİMƏ İCRAA TISIN ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Bərabərlik hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

qorunur. Məsələn, Azərbaycan Respublikası CM-in 154-cü maddəsinə 

uyğun  olaraq,  şəxsin  hüquq  və  qanuni  mənafelərinə  zərər  vumıaqla 

şəxsin bərabərlik hüququnu pozma cinayət məsuliyyətinə səbəb olur. 

Qanun  qarşısında  vətəndaşların  bərabərliyinə  daha  inandıncı  bir 

misal  Cinayət-Prosessual  Məcəllənin  11-ci  maddəsinin  3-cü  bəndidir. 

Orada deyilir: 

«Azərbaycan 

Respublikasının 

Prezidenti, 

Azərbaycan 

Respublikasının 

Milli 


Məclisinin 

deputatları, 

Azərbaycan 

Respublikasının  Baş  naziri,  Azərbaycan  Respublikası  İnsan  hüquqları 

üzrə  müvəkkili  (Ombudsman),  Məhkəmə-Hüquq  Şurasının  üzvləri  və 

Azərbaycan  Respublikasının  hakimləri  barəsində  cinayət  təqibinin 

xüsusiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, bu Məcəllə 

və  Azərbaycan  Respublikasının  digər  qanunları  ilə  müəyyən  edilir». 

Deməli, Cinayət-Prosessual Məcəllənin 11.3-cü maddəsində sadalanan 

vəzifəli  şəxslər  cinayət  məsuliyyətindən  azad  olmurlar,  sadəcə  onlar 

barəsində cinayət təqibi icraatının başlanmasında bir sıra xüsusiyyətlər 

var, onlar da qanunda konkret göstərilib. 

Daha  doğrusu,  yuxarıda  göstərilən  vəzifəli  şəxslərin  cinayət 

məsuliyyətinə  cəlb  olunması  və  onlara  qarşı  qətimkan  tədbirlərinin 

seçilməsi  (həbs,  axtanş,  tutulma  və  s.)  üçün  xüsusi  prosessual  rejim 

müəyyən edilir. 

Belə ki. Konstitusiyanın 90-cı maddəsinə əsasən, səlahiyyət müddəti 

ərzində  Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatlarının 

şəxsiyyəti  toxunulmazdır.  Deputatlar  səlahiyyət  müddəti  ərzində 

cinayət  başında  yaxalanma  hallarından  başqa,  cinayət  məsuliyyətinə 

cəlb edilə bilməz, tutula bilməz, onlar barəsində məhkəmə qaydasında 

inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtanşa məruz qala bilməz, 

şəxsi müayinə edilə bilməz. Onlar  cinayət başında  yaxalanarsa, tutula 

bilər. Belə olduqda deputatı tutan orqan bu barədə dərhal Azərbaycan 

Respublikasının Baş prokuroruna xəbər verməlidir. 

Milli Məclisin deputatının toxunulmazlığına yalnız Baş prokurorun 

təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 

xitam verilə bilər. 

Konstitusiyanın  106-cı  və  107-ci  maddələrində  Azərbaycan 

Respublikası  Prezidentinin  toxunulmazlıq  hüququ,  onun  şərəf  və 

ləyaqətinin qanunla qorunması vurğulanmışdır. 



lEE 

Mirağa Cəfərquliyev 

Bu  müddəalara  əsasən  Azərbaycan  Respublikası  Prezidentinin 

vəzifədən kənarlaşdınlması məsəlləsi Prezident ağır cinayət törətdikdə 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə Ali 

Məhkəmənin  30  gün  müddətində  verilən  rəyi  əsasında  Azərbaycan 

Respublikası Milli Məclisi qarşısında irəli sürülə bilər. 

Konstitusiyanın  123-cü  maddəsində  səlahiyyət  müddəti  ərzində 

Azərbaycan  Respublikası  Baş  nazirinin  şəxsiyyətinin  toxunulmazlığı 

əks  olunmuşdur.  Azərbaycan  Respublikasının  Baş  naziri  cinayət 

başında  yaxalandığı  hallardan  başqa  tutula  bilməz,  cinayət 

məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında 

inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə  bilməz,  axtarışa  məruz  qala 

bilməz,  şəxsi  müayinə  edilə  bilməz.  O,  cinayət  başında  yaxalanarsa 

tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan 

Respublikasının  Baş  prokuroruna  xəbər  verməlidir.  Baş  nazirin 

toxunulmazlığına  yalnız  Baş  prokurorun  təqdimatına  əsasən 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər. 

Konstitusiyanın  128-ci  maddəsi,  yuxarıda  qeyd  olunduğu  kimi, 

hakimlərin  toxunulmazlığına  təminat  verir.  Hakimlər  cinayət 

məsuliyyətinə  yalnız  qanunda  nəzərdə  tutulmuş  qaydada  cəlb  oluna, 

onların  səlahiyyətlərinə  yalnız  qanunda  nəzərdə  tutulmuş  əsaslara  və 

qaydalara müvafiq surətdə xitam verilə bilər. 

Bütün bu əlavə təminatlar siyasi həyatda xüsusi yer tutan şəxslərə 

qarşı kəskin tədbirlərin görülməsinin qanuniliyi və əsaslı olması üçün, 

bu  şəxslərin  siyasi  motivlərə  görə  izlənməsinin  qarşısını  almaq  üçün 

hüquqi vasitədir. 

3.

 

Hakimlərin və andh iclasçılarm müstəqilliyi 



Hakimlərin 

müstəqilliyi 

ədalət 

mühakiməsinin 



həyata 

keçirilməsinin ən mühüm prinsiplərindən biridir. Bu prinsip bir-biri ilə 

sıx  surətdə  bağlı  olan  iki  əsas  şərti  özündə  birləşdirir:  1)  hakimlər 

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər 

və 2) hakimlər səlahiyyəti müddətində dəyişilməzdirlər. 

Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  qanunlanna  olan 

tabelik  istər  qanunvericilik,  istərsə  də  icra  hakimiyyəti  orqanları 

tərəfindən  məhkəmə  hakimiyyətinin  toxunulmazlığını,  məhkəmələr 

tərəfindən qəbul edilən qərarlar üzərində qanunvericilik və icra hakimiy 



IV FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCRAA TİNIH ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

 

yəti  orqanlan  tərəfindən  hər  hansı  bir  formada  nəzarətin 



mümkünsüzlüyünü,  məhkəmələrə  yuxanda  adı  çəkilən  orqanlar 

tərəfindən  göstərişlərin,  habelə  hər  hansı  bir  başqa  şəkildə  onların 

fəaliyyətinə müdaxilənin yolverilməzliyini ifadə edir. 

Hakimiyyətin  bölünməsi  prinsipinə  uyğun  olaraq,  məhkəmə 

hakimiyyəti  digər  dövlət  hakimiyyətlərindən  asılı  olmadan  həyata 

keçirilir. 

Qanunvericilik 

və 


icra 

hakimiyyətləri 

məhkəmə 

hakimiyyətinin  müstəqilliyinə  hörmətlə  yanaşmağa  borcludurlar. 

Məhkəmə  hakimiyyətinin  icra  hakimiyyəti  ilə  qarşılıqlı  əlaqəsi  onun 

fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının 

Ədliyyə Nazirliyi tərəfindən təşkilati tədbirlərin həyata keçirilməsində 

özünü göstərir 



(36. s.70-76).

 

Məhkəmələrin,  hakimlərin,  andlı  iclasçılann  müstəqilliyi  bir  çox 



qanunverici  aktlarda  əks  olunmuşdur:  məsələn,  Azərbaycan 

Respublikasının  Konstitusiyasında,  «Məhkəmələr  və  hakimlər 

haqqında»,  «Konstitusiya  Məhkəməsi  haqqında»  qanunlarında, 

Cinayət-Prosessual Məcəlləsində, Mülki-Prosessual Məcəlləsində və s. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  127-ci  maddəsinə 

uyğun  olaraq  hakimlər  müstəqildirlər  və  yalnız  Azərbaycan 

Respublikasının Konstitusiyasına və qanunlanna tabedirlər. 

Cinayət-Prosessual  Məcəllənin  25-ci  maddəsində  hakimlərin 

müstəqilliyi  şərh  olunaraq  qeyd  edilir  ki,  hakimlər  və  andlı  iclasçılar 

cinayət  prosesini  həyata  keçirən  orqanlann  ibtidai  araşdırmada 

gəldikləri nəticələrlə bağlı deyillər. 

Hakimlər və andlı iclasçılar cinayət işlərini və ya cinayət təqibi ilə 

bağlı digər materiallan məhkəmə iclasında cinayət prosesi tərəflərinin 

təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq 

düşüncəsi ilə həll edirlər. 

Azərbaycan  Respublikasının  məhkəmələri  ədalət  mühakiməsini 

hakimlərin  və  andlı  iclasçılann  müstəqilliyinə  və  iradəsinə  qanunsuz 

təsiri  istisna  edən  şəraitdə  həyata  keçirirlər.  Heç  kəsin  ədalət 

mühakiməsinin  həyata  keçirilməsinə  müdaxilə  etməyə,  hakimlərdən, 

andlı  iclasçılardan  onların  baxdığı,  yaxud  icraatlarında  olan  cinayət 

işləri və  ya  cinayət təqibi ilə bağlı digər  materialların  mahiyyəti üzrə 

izahat tələb etməyə hüququ yoxdur. 

Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin 

həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdınl- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə