MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə10/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   6   7   8   9   10   11   12   13   ...   266

 

Mirağa Cdfərquİıyev 

edilməsi zərurəti yaranır. Məsələn, ölüm cinayətlərində ölümün səbəbi, 

bədənə  xəsarət  cinayətlərində  xəsarətin  xarakteri  və  s.  mütləq 

aydınlaşdırılmalıdır.  Bununla  belə  göstərilən  məsələləri  məhkəmə 

təbabəti  sahəsində  çalışan  mütəxəssislərin,  ekspertlərin  köməyi 

olmadan müəyyən etmək qeyri-mümkündür. Bu isə məhkəmə təbabəti 

ilə  cinayət  prosesi  arasında  sıx  əlaqənin  olmasını  tam  aydınlığı  ilə 

göstərir. 

Cinayət  prosesi  və  məhkəmə  psixiatriyası.  Məhkəmə  psixiatriyası, 

adətən,  anlaqlıq  məsələlərini  həll  etmək  baxımından  psixoloji  halları 

öyrənir. 

Bir çox hallarda iş üzrə icraat prosesində təqsirləndirilən şəxsin və 

ya  şübhə  edilən  şəxsin  anlaqlığı,  yaxud  öz  hərəkətlərinə  cavab  verə 

bilməsi  və  onlara  rəhbərlik  edə  bilməsi,  yaxud  şahidin  və  ya  zərər 

çəkmiş şəxsin iş üçün əhəmiyyəti olan hallan düzgün qavramaq və onlar 

haqqında  düzgün  ifadələr  vermək  qabiliyyətinin  müəyyən  edilməsi 

zərurəti meydana çıxır. 

Bununla  əlaqədar  göstərilən  xarakterli  məsələləri  həll  etmədən  iş 

üzrə  icraatı  başa  çatdırmaq  qeyri-mümkündür.  Həmin  məsələlər  isə 

məhkəmə psixiatriyası sahəsində çalışan mütəxəssislərin - ekspertlərin 

köməyi ilə tədqiq edilir və aydmiaşdınlır. 

Cinayət prosesi və məhkəmə psixologiyası. Məhkəmə psixologiyası 



hüquq  normaları  ilə  tənzim  edilən  ictimai  münasibətlər  sahəsində 

insanın  özünəməxsus  şəkildə  təzahür  edən  rəftar  və  davranışının 

psixoloji  qanunauyğunluqlarını  öyrənir.  Məhkəmə  psixologiyası 

cinayət mühakimə icraatının psixoloji əsaslanm müəyyən edir. 

Məhkəmə  psixologiyası  həmçinin  cinayət  işlərinin  başlanması, 

istintaqı və məhkəmədə baxılması ilə əlaqədar olaraq fəaliyyət göstərən 

dövlət  orqanlannın,  proses  iştirakçılannm,  habelə  ictimai  təşkilatlann 

nümayəndələrinin  psixoloji  xüsusiyyətlərini  öyrənir.  Ayn-ayn  istintaq 

hərəkətlərinin təşkili və aparılmasının psixoloji əsaslanm müəyyən edir. 

İstintaq aparan müstəntiqlə işdə iştirak edən şəxslər arasında düzgün 

psixoloji əlaqənin yaradılması, yaxud hər hansı istintaq hərəkəti apan- 

larkən onun psixoloji üsullanndan bacanqla istifadə edilməsi istintaqın 

müvəffəqiyyətlə başa çatdırılmasının zəruri şərtlərindən biridir. 



IIFƏSİL. CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 



II

 

FƏSIL

 

CİNAYƏT-PROSESSUAL 

QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

§ 1. Azərbaycan Respublikası cinayət-prosessual 

qanunvericiliyinin təyinatı 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyi 

demokratik prinsiplər əsasında cinayət əməlləri üzrə qanunla müəyyən 

edilən prosessual formada ədalət mühakiməsini həyata keçirməli olan 

təhqiqat,  istintaq  və  məhkəmə  orqanlannm  fəaliyyətini  nizama  salır. 

Cinayət- prosessual qanunvericiliyi qanunla cinayət hesab edilən hər bir 

hadisənin açılması, cinayət törətmiş şəxslərin ifşa və məhkum edilməsi 

üsullanm müəyyən etməklə  yanaşı, təqsiri olmayan şəxslərin təqib və 

məhkum  edilməsinin  qarşısının  alınmasına  xidmət  edir.  Cinayətlərin 

açılması cinayət təqibi üzrə qanuni əsaslarla toplanmış sübutlann dəqiq 

təhlilində, cinayət təqibi üzrə bütün hallann hərtərəfli araşdınimasında 

və  cinayət  törətmiş  şəxslərin  aşkar  edilməsində  və  ifşasında  özünü 

büruzə verir. 

Cinayət işləri üzrə icraat qaydası təhqiqat, ibtidai istintaq zamanı və 

məhkəmədə işə baxılarkən qüvvədə olan cinayət-prosessual qanunlarla 

müəyyən  edilir.  Bu,  o  deməkdir  ki,  iş  üzrə  icraat  apanlarkən  konkret 

istintaq  hərəkətinin  həyata  keçirildiyi  zaman  qüvvədə  olan 

cinayət-prosessual  qanunların  geriyə  qüvvəsi  yoxdur.  Bu  isə  təsadüfi 

deyildir.  Çünki  hər  bir  cinayət-prosessual  qanun,  adətən  cinayət 

mühakimə  icraatının  prosessual  qaydalarının  yaxşılaşdırılmasına  və 

ədalət mühakiməsi tərəfindən qanuni və əsaslı hökm çıxanimasını təmin 

edən  prosessual  normalann  təkmilləşdirilməsinə  yönəldilir.  Bu 

baxımdan  cinayət  işləri  üzrə  icraatda  konkret  prosessual  hərəkətlərin 

edildiyi zaman məhz qüvvədə olan cinayət-prosessual qanununun tətbiq 

edilməsinin mühüm praktiki əhəmiyyəti vardır. 



Mirağa Cəfərquliyev 

Cinayət  qanunundan  fərqli  olaraq,  cinayət-prosessual  qanunun 

qüvvəsi  iş  üzrə  icraatın  apanldığı  yer  ilə  müəyyən  edilir.  Deməli, 

Azərbaycan  Respublikasının  ərazisində  bütün  işlər  üzrə  heç  bir 

müstəsnalıq olmadan cinayət işinin başlanması, istintaqı və  məhkəmə 

baxışı  Azərbaycan  Respublikası  Cinayət-Prosessual  Məcəlləsinin 

normalan- na müvafiq olaraq həyata keçirilir. 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi 

cinayətin  əlamətlərini  əks  etdirən  əməllərin  cinayət  olub-olmamasını, 

cinayəti  törətməkdə  təqsirləndirilən  şəxsin  təqsirli  olub-olmamasını, 

habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli 

və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi 

prosedurlarını müəyyən edir (CPM, mad. 1). 

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona 

yönəldilmişdir ki: 

-

 



qanunla  cinayət  hesab  olunan  əməli  törətmiş  hər  bir  şəxsi  ifşa 

etmək və cinayət məsuliyyətinə cəlb etmək mümkün olsun

-

 

cinayət  törətməkdə  təqsiri  olmayan  heç  kəsi  cinayət  prosesini 



həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına 

hərəkətləri  ilə  qanunsuz  şübhə  altına  almaq,  ittiham  və  ya  məhkum 

etmək mümkün olmasın; 

-

 



heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət 

tədbirlərinə,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlannın  digər 

məhdudiyyətlərinə məruz qalmasın. 

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qa- 

nunçuluğun,  insan  və  vətəndaş  hüquq  və  azadlıqlanna  hörmətin 

bərqərar olmasına imkan yaradır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  12-ci  maddəsinə  görə, 

insan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi 

dövlətin  ali  məqsədidir.  Cinayət-prosessual  qanunvericiliyin  də  ən 

mühüm vəzifəsi insanlann  Konstitusiya ilə  müəyyən edilən hüquq və 

qanuni mənafelərinin müdafiəsinin təmin edilməsindən ibarətdir. Bu 

0

 



deməkdir  ki,  cinayət-prosessual  qanunvericiliyin  tələblərinə  görə, 

cinayət  mühakimə  icraatı  zamanı  şəxsin  əsassız  olaraq  cinayət 

məsuliyyətinə  alınması,  tutulması,  həbs  olunması  aşkar  edildikdə  o, 

reabilitasiya edilməli və ona vurulmuş zərər qanunla müəyyən edilmiş 

qaydada ödənilməlidir. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə