MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə11/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   7   8   9   10   11   12   13   14   ...   266

IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

§ 2. Cinayət-prosessual qanunvericiliyin mənbələri 

Hüququn  bütün  sahələrində  olduğu  kimi  cinayət-prosessual 

qanunvericiliyi də özünəməxsus mənbələrə malikdir. Həmin mənbələr 

cinayət-prosessual  qanunvericiliyin  müvafiq  normalarında  birbaşa  öz 

təsbitini tapmışdır (CPM. mad.2). 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyinin 

mənbələri aşağıdakılardan ibarətdir: 

L Azərbaycan Respublikasının Konstitusiyasından; 

2.

 

Cinayət-Prosessual Məcəllədən; 



3.

 

Azərbaycan Respublikasının digər qanunlarından; 



4.

 

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 



müqavilələrdən. 

Cinayət-prosessual  qanunvericiliyinin  yuxarıda  sadaladığımız 

mənbələrinin mahiyyətindən aydın olur ki, Azərbaycan Respublikasının 

Konstitusiyasının  noraıaları  Azərbaycan  Respublikasının  bütün 

ərazisində  ali  hüquqi  qüvvəyə  malikdir  və  birbaşa  qüvvədədir. 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

normalan 

ilə 


Cinayət-Prosessual Məcəllənin müddəalan arasında ziddiyyət olduqda 

Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq olunur. 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrdə  Cinayət-Prosessual  Məcəllədən  fərqli  digər  qaydalar 

müəyyən olunduqda, beynəlxalq müqavilənin qaydalan tətbiq edilir. 

Cinayət-prosessual fəaliyyət daxilində insan və vətəndaş hüquq və 

azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, hakimlərin müstəqilliyini 

və  ədalət  mühakiməsinin  həyata  keçirilməsində  çəkişmə  prinsipini 

pozan,  əvvəlcədən  sübutlara  müəyyən  hüquqi  qüvvə  verən 

normativ-hüquqi  aktlar  tətbiq  edilə  bilməz.  Digər  qanunlardakı 

prosessual 

hüquq 


normaları 

Cinayət-Prosessual 

Məcəllənin 

müddəalarına  uy-  ğunlaşdınlmalıdır  (məsələn.  Prokurorluq  haqqında 

Qanun). 

Cinayət-prosessual qanunvericiliyin mənbələri arasında Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin qərarları xüsusi bir yer tutur. 

Çünki  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu  maddəsinə 

əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq 

orqanların  sorğusu  əsasında  qanunların,  respublika  Prezidentinin 

fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının. Na 



gS[ 

Mirağa Cəfərquliyev 

zirlər  Kabinetinin  qərar  və  sərəncamlarının,  mərkəzi  icra  hakimiyyəti 

orqanlarının  normativ  hüquqi  aktlarının  Azərbaycan  Respublikası 

Konstitusiyasına,  digər  normativ  aktların  Azərbaycan  Respublikası 

qanunlarına uyğunluğu məsələlərinə, qanunvericilik, icra və məhkəmə 

hakimiyyətləri  arasında  səlahiyyətlər  bölgüsü  ilə  bağlı  mübahisələrə 

baxmaqla  onları  həll  edir.  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin qəran ölkə ərazisində məcburi hüquqi qüvvəyə malikdir. 



§ 3. Cinayət-prosessual qanunvericiliyin 

məkan, zaman və şəxslərə görə qüvvəsi 

1.

 

Cinayət-prosessual qanunvericiliyin məkana görə qüvvəsi. 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyi 

Azərbaycan Respublikasının ərazisində Cinayət-Prosessual Məcəllənin 

3.3  və  3.4-cü  maddələrində  nəzərdə  tutulan  istisnalarla,  heç  bir 

məhdudiyyət qoyulmadan qüvvədədir. 

Cinayət-prosessual qanun həmişə konkret müəyyən olunmuş ərazidə 

qüvvədə  olur.  Cinayət-prosessual  qanunun  məkana  görə  qüvvəsinin 

əsas prinsipi ərazi prinsipi sayılır. 

Azərbaycan Respublikası ərazisi aşağıdakı ünsürlərdən ibarətdir: 1) 

Respublikanın sərhədləri hüdudunda olan quru materik hissə; 2) daxili 

sular; 3) sərhəd çaylan və gölləri; 4) respublika sərhədi daxilində olan 

yer səthi və yer üzərində olan fəza; 5) Azərbaycan Respublikası sərhədi 

daxilində  olan  yer  səthi  və  su  ilə  örtülü  səth  altında  olan  sahə;  6) 

Azərbaycan  Respublikası  bayrağı  altında  açıq  dənizlərdə,  beynəlxalq 

sularda üzən mülki gəmilər; belə səth üzərində fəzada uçan mülki hava 

gəmiləri;  7)  Azərbaycan  Respublikasının  hərbi  təyyarələri  və  hərbi 

gəmiləri. 

Azərbaycan 

Respublikasının 

ərazi 


anlayışı 

“Azərbaycan 

Respublikasının  dövlət  sərhədi  haqqında”  1991-ci  il  9  dekabr  tarixli, 

habelə  “Azərbaycan  Respublikasının  Hava  Məcəlləsi  haqqında” 

1994-cü il 9 fevral tarixli qanunları ilə, habelə digər aktlarla müəyyən 

edilir. 


’’Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında”  Qanunun 

1-ci  maddəsində  qeyd  edilir  ki,  Azərbaycan  Respublikasının  dövlət 

sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su əra 



IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK VƏ ONUN TƏYİNATI 

JiSi 

zisinin,  yerin  təkinin,  dəniz  və  hava  fəzasının)  hüdudlarını  müəyyən 

edən  xətt  və  bu  xətt  üzrə  keçən  şaquli  səthdir.  Azərbaycan 

Respublikasının  dövlət  sərhədi  Azərbaycan  Respublikasının  dövlət 

suverenliyini ehtiva edən ərazi hüdududur. 

Ümumiyyətlə,  Azərbaycan  Respublikasının  dövlət  ərazisinin 

anlayışı  verilərkən  “Azərbaycan  Respublikası  Dövlət  Sərhədi 

haqqında” 

Qanunun 

1-7-ci 


maddələrinin 

və 


Azərbaycan 

Respublikasının  Hava  Məcəlləsinin  1-4-cü  maddələrinin  göstərişləri, 

digər  normativ  aktların,  habelə  Azərbaycan  Respublikasının 

qanunlanna uyğun beynəlxalq aktların müddəalan rəhbər tutulur. 

Bundan başqa, “Azərbaycan Respublikası Dövlət Sərhədi haqqında” 

Qanunun 5-ci maddəsində Respublikanın ərazi sularının anlayışı verilir. 

Orada göstərilmişdir ki. Xəzər dənizinin Azərbaycan Respublikası ilə 

həmsərhədd dövl -tlərin sərhədləri arasındakı suları, sərhəd- boyu çayın 

və  başqa  sutut;  larin  Azərbaycan  Respublikasındakı  sahildən 

həmsərhədd  dövlətdə  dövlət  sərhədinə  qədər  olan  suları  Azərbaycan 

Respublikasının ərazi suları sayılır. 

Qanunun  6-cı  maddəsində  Respublikanın  daxili  sularının  izahı 

verilir.  Çaylar  və  göllər  həmsərhədd  olan  iki  dövlətin  tam,  yaxud  da 

qismən sərhədini müəyyən edirsə, belə vəziyyətdə sərhəddən keçən çay 

və  gölün  mərkəzinə  qədər  olan  sahə  həmsərhədd  olan  dövlətlərin 

ərazisinə daxil olur. 

Azərbaycan  Respublikasının  fəzadan  olan  ərazisinin  anlayışı 

respublikanın Hava Məcəlləsində verilir. Məcəllənin 1-ci maddəsində 

çox  aydın  şəkildə  qeyd  edilir  ki,  Azərbaycan  Respublikasının  hava 

sahəsi onun quru və su ərazisi, o cümlədən ərazi sulan üzərindəki hava 

sahəsidir. 

Azərbaycan  Respublikası  cinayət-prosessual  qanunvericiliyinin 

müddəaları  Azərbaycan  Respublikasının  ərazisindən  kənarda 

Azərbaycan Respublikasının bayrağı altında olan və  ya onun tanınma 

nişanlarını daşıyan, yaxud onun limanlarında qeydə alınan dəniz, çay və 

ya hava gəmilərində də tətbiq olunur. 

Bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan 

Respublikasının  üzən  və  uçan  mülki  gəmiləri  respublikadan  kənarda 

ancaq  beynəlxalq  sularda  üzdüyü  və  belə  sular  üzərindəki  səmada 

uçduğu dövrdə onlar Azərbaycan Respublikasının ərazisinin bir parçası 

sayılır. Respublikanın hava və su limanlarında qeydiyyatda olan onun 

hərbi 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə