MüƏllifdən II


I FƏSİL CİN A YƏ T PROSESİNİN ANLA Y/ŞI, MA HİYYƏT! VƏ VƏZİFƏLƏRİ



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə9/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   5   6   7   8   9   10   11   12   ...   266

I FƏSİL CİN A YƏ T PROSESİNİN ANLA Y/ŞI, MA HİYYƏT! VƏ VƏZİFƏLƏRİ 

yib hazırladığı elmi təklifləri ilə qanunun tətbiqi praktikasına da müsbət 

təsir göstərir. 

Cinayət-prosessual  hüquq  elminin  praktika  ilə  əlaqəsi  çox 

istiqamətlidir. Bu, birinci növbədə, hüquq sahəsində fəaliyyət göstərən 

alimlərin  qanunvericilik  aktlan  layihələrinin  hazırlanmasında, 

cinayət-prosessual  qanunvericiliyin  müxtəlif  məsələləri  üzrə  tətbiqi 

praktikasının  öyrənilməsi  və  ümumiləşdinİməsində  iştirak  etmədə, 

cinayət-prosessual  hüququn  müxtəlif  məsələlərinə  həsr  edilmiş 

konfranslarda,  elmi  seminarlarda  iştirakda,  cinayət-prosessual 

qanunvericiliyin  tətbiqi  təcrübəsinin  ümumiləşdirilməsi  nəticəsində 

elmi-praktik kom- mentariyalann yazılmasında və s. ifadə olunur. 

Cinayət-prosessual  qanunvericilik  və  onun  tətbiqi  praktikası  tarixi 

inkişafda  öyrənilir.  Buna  görə  də,  cinayət-prosessual  hüquq  elminin 

predmetinə  cinayət-prosessual  hüququn  inkişaf  tarixi,  cinayət- 

prosessual  qanunvericiliyin  müxtəlif  dövrlərdə  təkmilləşdirilməsi 

meylləri və onun tətbiqi təcrübəsinin öyrənilməsi də daxildir. 

Cinayət-prosessual  hüquq  elmi  predmetinə  daxil  olan  məsələlərin 

öyrənilməsində  tədqiqatın  obyektivliyinə  təminat  verən  tarixilik, 

hadisələrin inkişafda götürülməsi, komplekslilik kimi elmi prinsiplərin 

tələblərinə mütləq şəkildə riayət edilməlidir. 

Cinayət hüququ və digər hüquqlarda olduğu kimi, cinayət-prosessual 

hüquq  elmi  də  öz  predmetinə  daxil  olan  məsələlərin  tədqiqində  və 

idrakında  “hüquq”,  “qanunçuluq”,  “hüquq  münasibətləri”,  “hüquq 

yaradıcılığı”, “hüquq tətbiqi” və s. hüquqi anlayışlarla  yanaşı, bir sıra 

“mahiyyət”,  “forma”,  “məzmun”,  “struktur”,  “funksiya”,  “sistem”, 

“element”, “komponent”, “icraat” və s. bu kimi fəlsəfi kateqoriyalardan 

da istifadə edir 



(57.S.8-22).

 

Əslində  qeyd  edilən  hüquqi  və  fəlsəfi  kateqoriyalardan  istifadə 



etməkdən  heç  də  çəkinmək  lazım  deyildir,  çünki  fəlsəfədə  işlənib 

hazırlanan  anlayış  və  kateqoriyalar  varlığın  hadisələrinin  adekvat 

inikası ilə bağlıdır. Çox düzgün olaraq alimlərimiz qeyd edirlər ki, belə 

elmi kateqoriyalara söykənməklə cinayət-prosessual hüquqi hadisələrin 

idrakında 

şüur 


daha 

ümumilik 

səviyyəsinə 

yüksələrək 

qanunauyğunluğun  aşkar  edilməsinə,  məchulluqdan  aydınlığa  doğru 

hərəkət etmiş olur. 

Cinayət-prosessual  hüquq  elmi  predmetinə  daxil  olan  məsələlərin 

öyrənilməsində 

ümumi 

metodlardan 



təhlil 


və 

sintez, 


mücərrədləşdimıə, 




Mirağa Cdfərquliyev 

sistemli  və  struktur  yanaşma,  induksiyadan  deduksiyaya  keçid, 

ümumidən  konkretə  doğru  idrak  və  s.  istifadə  edilir.  Bundan  başqa, 

cinayət-prosessual  hüquq  elmi  xüsusi  metodlara,  habelə  sahəvi 

metodlara istinad edir. 

Bu, o deməkdir ki, a) xüsusi metodlar başqa elm sahələri tərəfindən 

hazırlanır və hüquq elminin sahələri üzrə araşdırılan məsələlərin düzgün 

idrakına  kömək  edir.  Xüsusi  metodlara  riyazi,  statistik,  psixoloji, 

kibemetik,  konkret,  sosioloji  və  s.  metodlar  daxildir.  Bu  metodların 

tətbiqi cinayət-prosessual hüquq elminin araşdırdığı məsələlər ətrafında 

daha əhatəli təsəvvürün yaranmasına kömək edir; b) sahəvi metodlar bir 

qayda olaraq hüquq elminin konkret sahəsi üzrə tətbiq edilir. Məsələn, 

cinayət-prosessual  hüquq  elminə  müqayisəli  hüquq  metodu,  formal 

məntiqi metod, hüquq normalannm təvsiri kimi doqmatik metod və s. 

xarakterikdir. 

Sahəvi 


metodlar 

içərisində 

müqayisəli 

hüquq 


metodu 

cinayət-prosessual  hüquq  elmində  geniş  tətbiq  edilir.  Bu  metodun 

tətbiqi ilə, məsələn, bir ölkənin cinayət-prosessual hüququnun norma və 

institutlan  başqa  ölkənin  cinayət-prosessual  hüququnun  uyğun  norma 

və institutları ilə müqayisə edilir. Bu metodla müqayisə edilən ölkələrin 

qanunvericiliyinin  uyğun  institut  və  normalannm  müsbət  və  mənfi 

cəhətləri  aşkar  edilir,  qanunvericiliyin  təkmilləşdirilməsinə  yönələn 

təkliflərin hazırlanmasına imkan yaranır. 

Cinayət-prosessual hüquq məsələlərinin müqayisəli tədqiqi, hüququ 

milli məhdudluqdan azad edir, onun dünyəviliklə əlaqəsini gücləndirir. 

Dünyada gedən güclü və intensiv inteqrasiya əlaqələrinin inkişafı, bir 

mənalı  olaraq,  hüquqi  məsələlərin  də  araşdırılmasını  günün  ən  vacib 

məsələsi kimi ön plana çıxarır. 

Buna  misal  olaraq  qeyd  etmək  istərdik  ki,  Azərbaycan 

Respublikasının 

Cinayət-Prosessual 

Məcəlləsinin 

layihəsi 

hazırlanarkən  bir  sıra  ölkələrin,  xüsusən  Fransanın,  Rusiyanın, 

Avropanın  və  digər  ölkələrin  qüvvədə  olan  cinayət-prosessual 

məcəllələrinin  quruluşu,  institut  və  normalan  müqayisəli  tədqiq 

edilməklə  onların mütərəqqi  müddəalarından səmərəli  şəkildə istifadə 

olunmuşdur. 

Cinayət-prosessual hüquq elminin inkişafında ona yaxın olan bilik 

sahələrinin də rolunu xüsusi qeyd etmək lazımdır. 

Cinayət-prosessual hüquq elmi təbiət, texniki və ictimai elmlərlə də 

sıx əlaqədədir. Bu əlaqə hər şeydən əvvəl cinayət işləri üzrə təd 





FƏSİL CİN A YƏ T PROSESİNİN ANLA YIŞI, MA Hİ YYƏ Tİ VƏ VƏZİFƏLƏRİ 

qiqat  obyektinin  mürəkkəbliyi  və  cinayət-prosessual  fəaliyyətin 

vəzifələrinin xüsusi xarakteri ilə izah olunur. Belə ki, bir çox hallarda 

cinayət  işlərinin  istintaqı,  məhkəmədə  baxılması  prosesində  iş  üçün 

əhəmiyyət  kəsb  edən  müxtəlif  xarakterli  məsələlər  meydana  çıxır  ki, 

bunların  da  aydınlaşdırılması  bir  qayda  olaraq  cinayət  və 

cinayət-prosessual  qanunvericiliyə  dürüst  əməl  etməklə  yanaşı  təbii, 

texniki və digər elmlər haqqında da müəyyən məlumata malik olmağı 

tələb  edir.  Bu  cəhətdən  cinayət  prosesi  kriminalistika,  məhkəmə 

təbabəti, məhkəmə psixiatriyası, məhkəmə psixologiyası, kriminalogiya 

və məhkəmə statistikası elmləri ilə daha sıx əlaqədədir. 

Cinayət  prosesi  və  kriminalistika.  Kriminalistika  məhkəmə 

sübutlarının  aşkar  edilməsi,  qeyd  edilməsi  və  tədqiq  edilməsinin 

elmi-texniki  üsul  və  vasitələrindən,  ayrı-ayrı  istintaq  hərəkətlərinin 

taktiki  üsullarından  və  müxtəlif  növlü  cinayət  işlərinin  istintaq 

metodikasından bəhs edən bir elmdir. 

Kriminalistika cinayət-prosessual qanunun tələblərinin daha tam və 

düzgün  həyata  keçirilməsini  təmin  edir.  Lakin  kriminalistikanın 

öyrəndiyi məsələləri nizama salan özünəməxsus xüsusi hüquq normalan 

olmadığından 

0

,  istintaqın  elmi-texniki  vasitələrini,  taktiki  üsul  və 



metodlan-  nı  müəyyən  edərkən  cinayət-prosessual  hüquq  normalarına 

istinad edir. 

Cinayət-prosessual qanun cinayət mühakimə icraatında elmi-texniki 

vasitələrin və taktiki üsulların tətbiqinin hüquqi əsasını təşkil edir. 

Kriminalistika  istintaqın  elmi-texniki  vasitələrini  və  taktiki 

üsullarını,  habelə  müxtəlif  növ  cinayətlərin  istintaq  metodikasını 

müəyyən  edərkən  cinayət-prosessual  hüququn  ümumi  müddəalanna 

əsaslanır  və  onu  rəhbər  tutur.  Belə  ki,  cinayət  prosesinin  demokratik 

xarakteri, qanunçuluğun tələblərinə dönmədən əməl edilməsi, istintaqın 

tam, hərtərəfli və obyektiv aparılması prinsipləri elmi-texniki üsulların 

məqsədini müəyyən edir. 

Cinayət  prosesi  və  məhkəmə  təbabəti.  Məhkəmə  təbabəti 

məhkəmə  təcrübəsində  meydana  çıxan  tibbi  və  bioloji  məsələlərin 

öyrənilməsi və həll edilməsi ilə məşğul olur. 

Cinayət  işlərinin  istintaqı  və  məhkəmədə  baxılması  ilə  əlaqədar 

olaraq  bir  çox  hallarda  iş  üçün  əhəmiyyət  kəsb  edən  müəyyən  qrup 

məsələlərin aydmiaşdıniması üçün məhkəmə təbabəti məlumatlarından 

və bu məlumata malik olan mütəxəssislərin köməyindən istifadə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə