MüƏllifdən II


I FƏSİL. CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə5/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   2   3   4   5   6   7   8   9   ...   266

I FƏSİL. CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

İS 

birinə  qarşı  qoymaq  olmaz.  Bu  iki  anlayış  bir-biri  ilə  üzvi  surətdə 

bağlıdır.  Proses  iştirakçılarının  hər  birinin  hüquqlarının  prosessual 

təminat- lan cinayət mühakimə icraatı vəzifələrinin mahiyyətindən irəli 

gəlir. 

Cinayət  mühakimə  icraatında  prosessual  vəziyyətdən  asılı 



olmayaraq bütün vətəndaşların (təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs, 

mülki  iddiaçı,  ekspert,  şahid)  hüquqlarının  və  qanuni  marağının 

cinayət-prosessual  təminatları  vacibdir.  Çünki  bütün  bu  təminatlar 

cinayət mühakimə üsulu vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. 

Bu baxımdan təqsirləndirilən və şübhə edilən şəxsin hüquqlarının təmin 

edilməsi  xüsusilə  vacibdir.  Çünki  həmin  şəxslərin  prosessual 

vəziyyətləri onlara məcburi tədbirlərin tətbiq edilməsi mümkünlüyü ilə 

bağlıdır (həbs, vəzifədən kənar edilmə, cəza). 

Prosessual  təminatlar  öz  məzmunu  etibarı  ilə  olduqca  müxtəlifdir. 

Təqsirləndirilən şəxsin hüquqlarının cinayət-prosessual təminatına hər 

şeydən  əvvəl  təhqiqatçınm,  müstəntiqin,  prokurorun,  məhkəmənin, 

ictimaiyyət  nümayəndələrinin  hüquq  və  vəzifələri  xidmət  edir.  Əks 

təqdirdə qanun məhkum edilənin hüquqi və qanuni marağı pozulduğu 

halda qanuni qüvvəyə minmiş hökmdən protest verilməsi məsələsini də 

müəyyən edir. 

Cinayət-prosessual qanunvericilik proses iştirakçılarının hüququnu 

və  qanuni  marağını real təmin etməklə  ədalət  mühakiməsinin  düzgün 

həyata  keçirilməsinə  kömək  etmiş  olur.  Proses  iştirakçılanmn,  o 

cümlədən təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin qanunla onlara 

verilən  hüquqlarının  pozulması,  yaxud  həyata  keçirilməməsi  əksər 

hallarda  qanunsuz  və  ədalətsiz  hökm  çıxarılması  ilə  nəticələnir. 

Qeyri-qanuni və əsassız hökmlər isə ədalət mühakiməsinin marağına və 

onun  qarşısında  duran  vəzifələrə  zidd  olduğu  üçün  mütləq  yuxan 

məhkəmə instansiyası tərəfindən ləğv ediləcəkdir. 

Beləliklə,  proses  iştirakçılarının  hüquqları  və  qanuni  maraqları 

ədalət  mühakiməsinin  marağı  ilə  üzvi  surətdə  bağlı  olub,  məhkəmə 

tərəfindən  obyektiv  həqiqətin  müəyyən  edilməsini,  ümumiyyətlə, 

cinayət  mühakimə  icraatı  qarşısında  duran  vəzifələrin  həyata 

keçirilməsini təmin edir. 



iiaz 

Mirağa CəfərquUyev 

§ 3. Prosessual funksiyalar 

Cinayət  işlərinin  istintaqı,  məhkəmədə  baxılması  və  həll 

edilməsi  prosesində  dövlət  orqanlarının  və  icraatda  iştirak  edən 

şəxslərin 

həyata 

keçirdikləri 

hərəkətlərin 

məcmusu 

cinayət-prosessual fəaliyyət adlanır. Bu baxımdan cinayət prosesinin 

bütün  iştirakçıları  qanunla  müəyyən  edilmiş  həddə  fəaliyyəti  həyata 

keçirdikləri üçün cinayət-prosessual fəaliyyətin subyektləri kimi çıxış 

edirlər. 

Cinayət-prosessual fəaliyyət öz məzmunu və istiqaməti baxımından 

çoxcəhətli və mürəkkəbdir. 

Bu  fəaliyyətin  ayn-ayn  subyektləri  ümumi  vəzifələrlə  yanaşı, 

prosesdə tutduqlan vəziyyətdən asılı olaraq fəaliyyətlərinin istiqamətini 

müəyyən edən xüsusi vəzifələr də daşıyırlar. Bu səbəbdən prosessual 

fəaliyyətin  ayn-ayn  iştirakçılannın  fəaliyyət  istiqaməti  müxtəlifdir. 

Beləliklə,  cinayət  prosesində  bir-birindən  fərqlənən  bir  neçə 

fəaliyyət  istiqaməti  mövcuddur  ki,  bunlara  da  prosessual 

funksiyalar deyilir. 

Cinayət-prosessual  funksiyalar  cinayət  mühakimə  icraatının 

mahiyyətini  daha  konkret  formada  ifadə  edən  və  onun  vəzifələrinin 

həyata  keçirilməsinə  kömək  edən  prosessual  fəaliyyətin  əsas 

istiqamətləridir. Hər bir prosessual funksiya müəyyən məqsədə yönəlir 

və  bu  həmin  funksiyanı  həyata  keçirən  subyektin  ona  xas  olan 

prosessual marağı ilə müəyyən edilir. 

Məsələn,  bunlardan  biri  konkret  şəxs  tərəfindən  cinayətin 

törədilməsi  faktının  müəyyən  edilməsinə,  başqa  birisi  bu  faktı  rədd 

etməyə  və  ya  təqsirləndirilən  şəxsin  təqsirinin  yüngülləşdirilməsinə 

çalışır. 

Aydındır  ki,  cinayət  mühakimə  icraatının  yalnız  müstəqil 

subyektləri  prosessual  marağa  malikdirlər  və  bura  şahidləri,  eksperti, 

mütəxəssisi, tərcüməçini, hal şahidini aid etmək olmaz. 

Beləliklə,  prosessual  funksiya  prosesin  müstəqil  subyektləri 

tərəfindən  həyata  keçirilən  cinayət-prosessual  fəaliyyətin  əsas 

istiqamətləridir.  Qanun  müəyyən  məqsədə  nail  olmaq  üçün  həmin 

subyektlərə  geniş  hüquqlar  və  səlahiyyətlər  verməklə  onların  cinayət 

mühakimə  icraatında  fəal  iştirakını  təmin  edir.  Bu  baxımdan 

cinayət-prosessual  funksiyaları  dövlət  orqanları,  proses  iştirakçılan 

həyata keçirirlər. 

Cinayət prosesində üç əsas cinayət-prosessual funksiya: 

1)

 

ittiham; 




I FƏSİL CİNAYƏT PROSESİNİN ANLAYIŞI, MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ 

na 

2)

 



müdafiə; 

3)

 



işi həll etmə flınksiyalan mövcuddur. 

ittiham funksiyası. Cinayət məsuliyyətinə cəlb edilən şəxsi cinayəti 



törətməkdə  ifşa  edən  və  ona  ədalətli  cəza təyin  edilməsini  təmin  edən 

prosessual fəaliyyətə ittiham deyilir. 

Cinayət  prosesində  ittiham  funksiyası  əsas  funksiya  olub,  hər  bir 

cinayət işi üzrə  prosesin istiqamətverici qüvvəsidir.  Necə  ola bilər ki, 

cinayət  törətmiş  şəxslər  cinayət  müsuliyyətinə  alınmasınlar,  ittiham 

olunmasınlar? Əks təqdirdə cinayət prosesi predmetsiz olmaqla öz məna 

və əhəmiyyətini itiraıiş olardı. 

İttiham  funksiyası  bir  qayda  olaraq  şəxsi  təqsirləndirilən  şəxs 

qismində  cəlb  etmə  vaxtından  başlanır.  Cinayət  prosesində  ittihamı 

qanunla nəzərdə tutulan orqanlar, yaxud şəxslər irəli sürürlər (təhqiqat 

orqanı, müstəntiq, prokuror, zərər çəkmiş şəxs). 

Cinayət-prosessual  qanunvericilik  ittihamın  iki  növünü  müəyyən 

edir:  dövlət  ittihamı  və  xüsusi  ittiham.  Dövlət  ittihamını  prokuror, 

xüsusi ittihamı isə  zərər  çəkmiş şəxs və  ya  onun nümayəndəsi həyata 

keçirir. 

Müdafiə  funksiyası.  İttihamı  təkzib  etmək,  təqsirləndirilən  şəxsə 

bəraət  qazandırmaq  və  ya  onun  məsuliyyətini  yüngülləşdirmək 

məqsədilə  həyata  keçirilən  prosessual  fəaliyyət  müdafiə  funksiyasının 

məzmununu  təşkil  edir.  Bu  funksiyanı  təqsirləndirilən  şəxs,  onun 

müdafiəçisi (vəkil, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi 

və digər şəxslər), şübhə edilən şəxs həyata keçirirlər. 

Müdafiə  funksiyası  ittiham  funksiyasından  törəmədir.  Konkret 

şəxsin təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb etməklə 

əlaqədar meydana çıxır. Bu funksiya cinayətkara üstünlük vermək və ya 

onu  nəyin  bahasına  olursa-olsun  müdafiə  etmək  məqsədini  daşımır. 

Müdafiə funksiyası hər bir cinayət işi üzrə həqiqəti müəyyən etməyin 

zəruri  şərtidir.  Məhz  bu  səbəbdən  qanunvericilik  bütün  mühakimə 

icraatı  prosesində  təqsirləndirilən  şəxsə,  ona  elan  edilən  ittihamdan 

özünü müdafiə etmək üçün geniş hüquqlar verir və bu hüquq- lann real 

həyata keçirilməsini təmin edir. 

İşi həll etmə funksiyası. Bu funksiya məhkəməyə həvalə edilmişdir. 

Yalnız məhkəmə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsi təqsirli bilib 

cinayət cəzasına məhkum edə bilbr. ^^AhkəməninJaoianuruİ!- 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə