MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə55/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   51   52   53   54   55   56   57   58   ...   266

Mirağa Cəfərquliyev 

  ____________________  

Protokolda  doldurulmamış  sətirlər  və  səhifələr  pozulmalı  (xətt 

çəkilməli),  ona  əlavələr,  pozmalar  və  düzəlişlər  xüsusi  qeyd 

olunmalıdır. 

Prosessual hərəkətlərin protokolları elə tərtib olunmalıdır ki, onların 

məzmunu  bilavasitə  və  ya  texniki  vasitələrin  köməyilə  aydın  başa 

düşülsün. 

Protokol  onu  tərtib  edən  şəxs  tərəfindən  imzalanır.  Bundan  sonra 

protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə 

oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və 

protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah 

olunur. 

Əgər  bu  şəxslərdən  hər  hansı  biri  fiziki  qüsurlar  və  sair  səbəblər 

üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun 

əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi 

imzalayır. 

Prosessual  hərəkətin  aparılmasında  iştirak  etmiş  şəxs  protokolu 

imzalamaqdan  imtina  edərsə,  bu  barədə  protokolda  müvafiq  qeydi 

cinayət təqibində maraqlı olmayan kənar şəxs öz imzası ilə təsdiq edir. 

Prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə 

olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər 

həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan 

əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən 

istifadə  olunması faktı protokolda  qeyd  olunur,  yazı  və  ya  çəkiliş isə 

möhürlənir  və  müvafiq  protokolun  əlavəsi  kimi  cinayət  təqibi  üzrə 

icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə 

dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa 

prosessual hərəkətin apanlması zamanı dinlənildikdə və ya baxıldıqda 

bu  barədə  qeyd  axırıncı  prosessual  hərəkətin  aparılması  haqqında 

protokolda göstərilməlidir. Məsələn, məhkəmə baxışı zamanı bu video 

çəkilişlərə  baxılıbsa,  deməli,  məhkəmə  iclasının  protokolunda  bu 

barədə müvafiq qeydlər aparılacaq. 

Məhkəmə  iclasının  protokolu  məhkəmə  iclasında  sədrlik  edən  və 

məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 

3  (üç)  gün  müddətində  imzalanır.  Bundan  sonra  məhkəmə  tərəfindən 

onunla  tanış  olmaq  hüququ  olan  şəxslərə  3  (üç)  gün  müddətində 

protokolla tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair 

yazılı qeydlərini verdiyi halda məhkəmə iclasına sədrlik edən 



V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, 

razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. 

Protokola  edilən  qeydlərlə  razılaşıb-razılaşmamasından  asılı 

olmayaraq,  həmin  qeydlər  və  onlara  dair  qərar  məhkəmənin  iclas 

protokoluna əlavə edilməlidir. 

7.

 

Cinayət  təqibi  üzrə  icraatın  materialları.  Cinayət  təqibi  üzrə 



icraatın materialları dedikdə sübutlar qismində əlavə olunmuş sənədlər, 

CPM-in 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət 

prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və 

cinayət  prosesi  tərəflərinin  yazılı  müraciətləri  başa  düşülür  və  onlar 

müvafiq olaraq  cinayət işinin,  məhkəməyədək sadələşdirilmiş icraatın 

və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraatın  materiallarında 

saxlanılır.  Cinayət-prosessual  qanunvericiliyin  ciddi  tələblərindən  biri 

də  ondaı  ibarətdir  ki,  hər  bir  sənəd  müvafiq  olaraq  cinayət  işinin, 

məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında 

şikayət üzrə icraatın materiallarına əlavə olunan kimi dərhal vərəqələr 

üzrə  nömrələnməlidir.  Cinayət  prosesini  həyata  keçirən  orqan  həmin 

vərəqələrin  ardıcıl  nömrələnməsin!  və  xronoloji  qaydada  müvafiq 

olaraq  cinayət  işinin,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  və  ya 

xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  icraatın  ma-  teriallanna 

tikilməsini təmin etməlidir. 

Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda 

istintaq  hərəkətinin  aparıldığı  gündən  sonrakı  iş  günündən  gec 

olmayaraq  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti 

orqanlarının  Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  ilə  birgə 

müəyyən  etdiyi  qaydada  qeydə  alınmalıdır.  Bütün  prosessual  qərarlar 

ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda 

tərtib olunur. Həmin blanklarm formaları Azərbaycan Respublikasının 

müvafiq icra hakimiyyəti orqanlan və Azərbaycan Respublikasının Baş 

Prokurorluğu tərəfindən birgə müəyyən olunur. 

Cinayət  işinin  materialları  hər  bir  qovluğun  üzərində  müvafiq 

yazılan və orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə 

qovluqda  tikilməlidir.  Həcminə  və  ya  xarakterinə  görə  cinayət  işinin 

materiallarında saxlanıla bilməyən digər sənədlər və əşyalar onun tərkib 

hissəsi kimi ayrıca saxlanılır. Cinayət işinin materiallarından ayrı 



Mirağa CəfərquUyev 

saxlanılan əşyaların və sənədlərin siyahısı cinayət işinin materiallan- na 

əlavə edilməlidir. 

Cinayət  işinin  materiallarına  aid  sənədlərin  surətləri  cinayət 

prosesini  həyata  keçirən  orqan  tərəfindən  düzgünlüyü  təsdiq  edilmiş 

kağızda və ya elektron daşıyıcısında çıxanla bilər. 

8.

 

Cinayət  təqibi üzrə  icraatın  dayandırılması əsasları.  Cinayət 



təqibi  üzrə  icraatın  dayandırılması  üçün  qanunvericilikdə  bir  sıra 

konkret  əsaslar  nəzərdə  tutulmuşdur.  Cinayət-Prosessual  Məcəllənin 

53-cü  maddəsinə  müvafiq  olaraq  cinayət  təqibi  üzrə  icraat  ancaq 

aşağıdakı hallarda dayandırıla bilər: 

1)

 

təqsirləndirilən  şəxs  qismində  cəlb  edilməli  olan  şəxs  müəyyən 



olunmadıqda; 

2)

 



onun olduğu yer müəyyən olunmadıqda; 

3)

 



o, istintaqdan və ya məhkəmədən gizləndikdə; 

4)

 



onun  ağır  xəstəliyi  və  ya  Azərbaycan  Respublikasının 

hüdudlarından  kənarda  olması  ilə  əlaqədar  cinayət  prosesində  iştirakı 

müvəqqəti mümkün olmadıqda; 

5)

 



onun toxunulmazlıq hüququndan məhrum edilməsi  və  ya xarici 

dövlət  tərəfindən  verilməsi  məsələsi  qanunla  müəyyən  olunmuş 

qaydada qoyulduqda; 

6)

 



insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsi  məsələləri  ilə 

bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 

və  qanunların  şərh  edilməsi  haqqında  Azərbaycan  Respublikasının 

Konstitusiya Məhkəməsinə müraciət edildikdə

7)

 

məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi 



zamanı  mülki-prosessual  qanunvericiliyə  uyğun  olaraq  qərarın  icrası 

kassasiya instansiyası məhkəməsi tərəfindən dayandınidıqda. 

Cinayət  təqibi  üzrə  icraat  dayandırıldıqda  onunla  bağlı  eyni 

zamanda cinayət işi üzrə icraat da dayandırılır. Cinayət təqibi üzrə icraat 

aşağıdakı müddəalara riayət edilməklə dayandırıla bilər: 

-

 



CPM-in  53.1.1-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  yalnız 

cinayət işinin başlanmasından 2 (iki) ay keçdikdə

-

 

CPM-in  53.1.2-ci  maddəsində  nəzərdə  tutulmuş  hallarda  yalnız 



təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra

-

 



CMP-in  53.1.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hallarda 

təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə