VFƏSİL. США YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAA ТШ APARILMASI
publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən
müvafiq məhkəmənin, prokurorun və müstəntiqin üzərinə düşür.
4.
Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması. Cinayət
təqibi üzrə icraatın vaxtında və əsaslı başlanması cinayət mühakimə
icraatının vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsini təmin
etməklə yanaşı, sosial birgəyaşayış qaydalarının sarsılmazlığına
vətəndaşların inamını və ədalət mühakiməsi orqanlarının nüfuzunu
artırır, qanunçuluğun möhkəmləndirilməsinə kömək edir. Cinayət
təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə
tərəfindən cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş
müddətlərdə elə başlamalı və qurtarmalıdır ki, sübutlann vaxtında əldə
olunması və tədqiq edilməsi təmin olunsun; şəxslər onlara ittiham elan
olunmasını, işlərinə baxılmasını yə pozulmuş hüquqlarının bərpasını
həddən artıq uzun müddət gözləməsinlər.
Yuxarıda sadalanan şərtlərə əməl edərək cinayət prosesini həyata
keçirən orqan hər bir halda çalışmalıdır ki: haqqında həbs, ev dustaqlığı
və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs
qətimkan tədbiri seçildikdən sonra CPM-in 158 və 159-cu
maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın
əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana və
məhkəmə baxışından keçə bilsin; hər hansı cinayət işi başlandığı andan
CPM-in 218- ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı
ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;
məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək
sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında
şikayətə, habelə çı- xanlmış hökm və məhkəmənin digər qərarlarına dair
şikayət və protestlərə CPM-in 298.2, 301.4, 391.1, 419.3, 426.2 və
427.1-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa
başlansın.
Yeni cinayət-prosessual qanunvericilikdə müstəsna əhəmiyyət
daşıyan bir yenilik nəzəri cəlb edir. Bu son dərəcədə düşünülmüş və
vacib müddəa ondan ibarətdir ki, təqsirləndirilən şəxsin cinayət
prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət təqibi üzrə
icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət, habelə
cinayət işinin ona təqdim olunmuş materiallan ilə tanış olduğu müddət
CPM- in 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə daxil
deyildir. Ancaq buna baxmayaraq, nəzərdən qaçırmaq lazım deyil ki,
şəxs ci
Mirağa Cəfərquliyev
nayət
İŞİ
Üzrə məhkəməyədək icraatda CPM-in 158 və 159-cu
maddələrində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş
mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir və
bu kompensasiya cinayət işi üzrə çıxarılmış qərardan asılı olmayaraq,
mülki mühakimə icraatı qaydasında həll edilir.
5.
Cinayət təqibi üzrə icraatın birləşdirilməsi və yaxud ayrılması.
Cinayət prosesində cinayət təqibi üzrə icraatın birləşdirilməsi dedikdə
yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olun-
malan üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi
barədə cinayət təqibinin bir icraatda birləşdirilməsinə qanunda yol
verilməsi başa düşülür. Belə olan halda artıq aydın olur ki, müxtəlif
cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil
dəstənin tərkibində törətməsi hallan istisna olunmaqla, həmin şəxslərə
qarşı ittihamın bir cinayət işində birləşdirilməsinə qanunla yol verilmir.
Qanunvericilikdə bütün bəhanələrin qarşısı əvvəlcədən alınaraq,
birmənalı qaydada qeyd edilmişdir ki, toplanmış materiallann həcminin
böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə
işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan
ittihamlar bir icraatda birləşdirilməməlidir.
Cinayət mühakimə icraatında bir sıra kateqoriya işlər mövcuddur ki,
onların bir icraatda birləşdirilməsinə qanunda qəti surətdə qadağa
qoyulmuşdur. Cinayət-Prosessual Məcəllənin 49-cu maddəsinin
tələbinə görə aşağıdakı işlər bir icraatda birləşdirilə bilməz:
-
cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər
verilməməsinə dair ittihamlar üzrə;
-
cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri
ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən
ittihamlar üzrə;
-
birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər
bütün ittihamlar üzrə.
Bu da aydındır ki, cinayət işi üzrə icraatın birləşdirilməsi yalnız
müstəntiqin və ya prokurorun qəran ilə, xüsusi ittiham qaydasında icraat
isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər. Cinayət
prosesində cinayət təqibi üzrə icraatın birləşdirilməsi ilə yanaşı onun
ayniması da müvafiq qanun çərçivəsində nizamlanmışdır. Yəni cinayət
təqibi ilə bağlı bütün hallann hərtərəfli, tam, obyektiv və vaxtın
у FƏSİL США YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAA TIN APARILMASI
da baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca
baxılması mümkün olan bütün hallarda və ən başlıcası buna belə bir
zərurət yaranarsa, cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir.
Qanunda elə hallar da nəzərdə tutulub ki, onlann mövcudluğunu
cinayət təqibi üzrə icraatın ayrılmasına birbaşa göstəriş kimi qəbul
etmək lazımdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin
törədilməsində iştirak etmiş cinayət məsuliyyətinə cəlb etməyə imkan
verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət
təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma
zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır. Cinayət təqibi üzrə
icraatın ayniması müstəntiqin, prokurorun və ya məhkəmənin qəran ilə
həyata keçirilir.
6.
Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin
və nəticələrinin protokollaşdırılmasının məcburiliyi. Hüquq
ensiklopediyasında protokolun mənası “hər hansı faktiki hallann qeyd
edildiyi rəsmi sənəd” kimi verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin
kom- mentariyasında isə protokolun mahiyyəti daha geniş açıqlanaraq
göstərilmişdir ki, cinayət prosesində protokol dedikdə, cinayət prosesini
həyata keçirən orqanlar tərəfindən həyata keçirilən istintaq və
prosessual hərəkətin (hərəkətlərin) gedişinin, məzmununun və
nəticələrinin əks etdirilməsi üçün tərtib olunan prosessual sənəd başa
düşülür. Protokol məlumat-əksetdirici xarakter daşıyan prosessual
sənədlərin ən geniş yayılmış növüdür. Qərar, hökm və digər sənədlər
sərəncamverici xarakter daşıdığı halda, protokol isə özündə heç bir
göstəriş ehtiya etmir, yalnız konkret cinayət-prosessual hərəkətin
(hərəkətlərin) edildiyi faktını təsdiqləyir, onun gedişini və nəticələrini
əks etdirir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq
olaraq cinayət təqibi üzrə apanlan prosessual hərəkətlərin gedişi və
nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi
onlara əlavə olunan fotoqrafık neqativlərdə, fotoşəkillərdə,
diapozitivlərdə, audioyazılarda, fonoqramlar- da, video və kino çəkiliş
lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda,
rəsmlərdə, elektron və digər məlumat daşıyıcı- lannda əks olunmalıdır.
Bu protokollaşdınima, bir qayda olaraq, cinayət prosesini həyata
keçirən orqan tərəfindən təmin edilməlidir.
Adı çəkilən protokol əllə tərtib edilə, çap oluna, digər texniki
vasitələrdən,
0
cümlədən elektron texnikasından (kompüterdən) istifadə
etməklə tərtib edilə bilər.
Dostları ilə paylaş: |