Mirağa Cəfarquliyev
lir: « Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan
tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq
icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə
material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan
təhqiqat- çı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür».
Cinayət prosesində dövlətçilik prinsipi tələb edir ki, cinayət
prosesini həyata keçirən dövlət orqanlan və vəzifəli şəxslər öz
vəzifələrini proses iştirakçılarının iş üzrə tədqiq olunan faktlara
münasibətlərindən asılı olmayaraq, onlara verilən səlahiyyət dairəsində
dövlət və ictimai marağa müvafiq həyata keçirsinlər.
Bu isə həmin orqanlardan və vəzifəli şəxslərdən bütün proses boyu
işin hallarının tam, obyektiv və hərtərəfli tədqiq edilməsini, cinayət
etmiş şəxslərin aşkar edilib məsuliyyətə cəlb edilməsini, işdə iştirak
edən vətəndaşların hüquqlannm və qanuni maraqlarının ciddi
qorunmasını tələb edir.
Qanun xüsusi ittihamlı və ictimai-xüsusi ittihamlı adlanan işlər üzrə
dövlətçilik prinsipinə bəzi istisnalıq edir (Cinayət-Prosessual Məcəllə,
mad. 37). Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş
şəxsin və ya onun qanuni nümayəndəsinin şikayəti ilə başlana bilər
(Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri üzrə
törədilmiş cinayətlər üzrə). Zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə
hökm çıxanlana qədər barışdıqda iş məhkəmə tərəfindən xitam edilir.
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin
şikayəti əsasında və ya Cinayət-Prosessual Məcəllənin 37.5-ci
maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128,129.2, 130.2,
131.1, 132- 134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1,
178.1, 179.1, 184.1,186.1,187.1,190.1,197 və 201.1-ci maddələrində
göstərilən cinayətlərə görə həyata keçirilir. Burda nəzərə almaq
lazımdır ki, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində
nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən
şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Çünki prosesdə artıq
prokuror iştirak edir (Cinayət-Prosessual Məcəllənin 37.3.4-cü mad.).
IV FƏSİL CİNAYƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
m
UÜtÜ
10.
Məhkəmələrdə işlərə baxılmasında hakimlərin və andlı
iclasçılarının iştirakı və kollegiallıq
«Məhkəmələr və hakimlər haqqında» Qanunun 4-cü maddəsində
kollegiallıq prinsipi ilə əlaqədar olaraq göstərilmişdir ki, Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada
Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim
tərəfindən təkbaşına: birinci instansiya məhkəməsində işlərə təkbaşına
və ya üç hakimdən ibarət tərkibdə, yaxud andlı iclasçılardan ibarət
tərkibdə; apellyasiya və kassasiya instansiyası məhkəməsində üç və ya
daha çox hakimdən ibarət tərkibdə baxılır.
Ədalət mühakiməsinin andlı iclasçılarının iştirakı ilə aparılması
prinsipinin böyük əhəmiyyəti onunla izah edilir ki, bu prinsip ədalət
mühakiməsinin həyata keçirilməsinə geniş zəhmətkeş kütlələri cəlb
etməyə imkan yaradır və məhkəmə ilə xalq kütlələri arasında sıx
əlaqənin meydana gəlməsinə gətirib çıxarır.
Məhkəmə baxışının aşkarlığı və prosesin çəkişmə prinsipi andlılar
məhkəməsində özünün ətraflı ifadəsini tapmışdır. CPM-in 359-cu
maddəsinə görə, andlı iclasçılann iştirakı ilə məhkəmə baxışı aşağıdakı
hallarda təyin olunur: a) təqsirləndirilən şəxsin məhkəməyə verildiyi
cinayətə görə cinayət qanununun norması ilə ömürlük azadlıqdan
məhrumetmə növündə cəzanın təyin edilməsi imkanı nəzərdə
tutulduqda; b) xüsusi təhlükəli cinayətə görə məhkəməyə verilmiş
təqsirləndirilən şəxslərin heç olmasa biri ona elan edilmiş ittihama
məhkəmədə andlı ic- lasçılann iştirakı ilə baxılması haqqında arzusunu
bildirdikdə.
Andlı iclasçılar kollegiyası 12 əsas və 2 ehtiyat andlı iclasçıdan
ibarət tərkibdə yaradılır. Məhkəmə baxışı nəticəsində andlı iclasçılar
kollegiyası yalnız təqsirləndirilən şəxsin törədilmiş cinayətdə təqsir-
liliyinə və ya təqsirsizliyinə dair verdikt çıxarır.
Andlı iclasçılann siyahısı “Məhkəmələr və hakimlər haqqında”
Qanunun 115-121-ci maddələrinə uyğun olaraq tərtib edilir.
Seçki hüququna malik olmayanlar, andlı iclasçılann siyahılan tərtib
edilənədək 25 yaşma çatmayanlar, ikili vətəndaşlığı olanlar, digər
dövlətlər qarşısında öhdəliyi olanlar, əvvəllər məhkum olunmuşlar və
cinayət törətməkdə şübhə və ittiham edilənlər, fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə
tərəfindən təsdiq edilənlər andlı iclasçılann siyahılarına daxil
edilmirlər.
m
Mirağa Cəfərquliyev
Məhkəmə fəaliyyətinin aparılmasının kollegiallıq prinsipi hər
şeydən əwəl məhkəmədə işə kollegial baxılmasını, yəni işə bərabər
hüquqa malik olan üç nəfər tərəfindən baxılmasını, işin gedişinə təsir
göstərə bilən bütün məsələlərin təkcə sədrlik edən tərəfindən deyil, səs
çoxluğu ilə məhkəmənin bütün tərkibi ilə həll edilməsini nəzərdə tutur.
Məhkəmədə işlərə baxılmasının kollegiallıq prinsipinin prosessual
təminatlanndan biri də hökmün müşavirə otağında çıxaniması
qaydasıdır. Belə ki, müşavirə otağında hər hansı məsələni həll edərkən
hakimlərdən heç birinin səsveraıədə bitərəf qalmağa ixtiyan yoxdur.
Sədrlik edən axırda səs verir. Bütün məsələlər hakimlər tərəfindən
səslərin sadəcə əksəriyyəti ilə həll edilir. Sədrlik edən və ya digər bir
hakim xüsusi rəydə qaldıqda onun hökmə imza etməyə, rəyi isə yazılı
şəkildə şərh edib işə əlavə etməyə hüququ vardır (Cinayət-Prosessual
Məcəllə, mad. 347.6).
11.
Mühakimə icraatının milli dildə aparılması
Müasir dövrdə dünyanın tərəqqipərvər qüvvələri, geniş xalq
kütlələri milli dillərin işlənməsi sahəsini genişləndirmək, onların sosial
mövqeyini möhkəmlətmək problemləri və bununla əlaqədar digər
mühüm məsələlər üzərində daha tez-tez düşünürlər. Odur ki, indi
məhkəmə icraatında milli dil problemlərinin tədqiqi mühüm nəzəri
əhəmiyyət və əməli aktuallıq kəsb edir (31).
Başlıcası budur ki, bu məsələ təkcə hüquq elminə aid olmaqla deyil,
həm də ən əvvəl, hər millətin və xalqın azad inkişafı üçün şərait
yaratmaq, beynəlmiləlçilik və hüquqi dövlət yaradılması prinsipləri
əsasında onlar arasında dostluq və əməkdaşlığı möhkəmlətmək, qa-
nunçuluğu və hüquq qaydasını əsaslı surətdə gücləndirmək, vətəndaş-
lann konstitusiya hüquqlarının və azadlıqlarının qorunması üçün etibarlı
təminat yaratmaq, cəmiyyət və dövlət qarşısında onların öz vəzifələrini
yerinə yetirməsini təmin etmək məqsədi güdür.
Məhkəmə icraatında dövlət dili mühüm yer tutur, belə ki, dil
haqqında respublika qanunlarında deyilir ki, iş icraatı məcburi qaydada
rəsmi dövlət dilində aparılmalıdır.
Hansı dildə danışması, hansı dildə hüquq münasibətlərinə daxil
olma danışan şəxsin iradə və arzusundan asılı olaraq nəinki subyektiv,
həm də obyektiv məsələdir. Eyni zamanda, burada obyektiv amillər
subyek-
Dostları ilə paylaş: |