MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə37/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   33   34   35   36   37   38   39   40   ...   266

Mirağa Cəfərquliyev 

yss  ____________  

üzrə fəaliyyətə müdaxilə edilməsinə görə məsuliyyətin gücləndirilməsi; 

2)

 

hakimlərin  səlahiyyətlərinin  başa  çatması  və  dayandınimasma 



dair  qaydanın,  onlann  vəzifəyə  təyin  və  vəzifədən  azad  edilmə 

prosedurasının,  andlı  iclasçılarm  seçilmə  qaydasının  həyata 

keçirilməsi; 

3)

 



hakimə istefa vermək hüququnun verilməsinin təmin edilməsi

4)

 



hakimlərin və andlı iclasçılarm toxunulmazlığı; 

5)

 



dövlətin  hesabına  hakimlərin  onlann  yüksək  statusuna  uyğun 

sosial və maddi təminatı. 

Qanunvericilikdə  hakimlərin  dövlət  müdafiəsinə  dair  konkret 

təminatlar (şəxsi mühafizə, əmlakının və mənzilinin mühafizəsi, silahın 

verilməsi,  başqa  yaşayış  yerinə  köçürülməsi  və  sənədlərinin 

dəyişdirilməsinə kimi) dəqiqləşdirilir. 

Məhkəməyə  hörmət  edilməməsi,  işin  hərtərəfli,  tam  və  obyektiv 

baxılmasına mane olmaq məqsədi ilə ona təzyiqlərin edilməsi inzibati 

hüquqpozma, yaxud da cinayət kimi qiymətləndirilir. 

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin 1-ci 

hissəsinə  uyğun  olaraq  hakimlər  toxunulmazdır.  Hakimlər  cinayət 

məsuliyyətinə  cəlb  edilə,  tutula  və  ya  həbs  edilə  bilməzlər,  onlann 

barəsində  məhkəmə  qaydasında  inzibati  tənbeh  tədbirləri  tətbiq  edilə 

bilməz,  onlar  axtarışa,  şəxsi  müayinəyə  və  gətirilməyə  məruz  qala 

bilməzlər.  Cinayət  və  ya  inzibati  hüquq  pozuntusu  törətməkdə  şübhə 

edilən  şəxs  qismində  saxlanılmış  hakim  şəxsiyyəti  müəyyənləşdiril- 

dikdən  sonra  dərhal  azad  edilməli,  bu  barədə  Azərbaycan 

Respublikasının Baş prokuroruna yazılı məlumat verilməlidir. 

Hakimlərin  hərəkətində  cinayət  əməlinin  əlamətləri  olduqda  onlar 

Konstitusiyanın  128-ci  maddəsinin  4-cü  və  5-ci  hissələrində  nəzərdə 

tutulmuş  qaydada  vəzifədən  kənarlaşdınla  bilərlər.  Vəzifədən  kənar- 

laşdırıldıqdan  sonra  Ali  Məhkəmənin  intizam  kollegiyasının  razılığı 

olduqda  Baş  prokurorun  qəranna  əsasən  onlar  cinayət  məsuliyyətinə 

cəlb oluna və həbs edilə bilərlər. Vəzifədən kənarlaşdınlmış hakimlərin 

səlahiyyətləri onların barəsində cinayət işi üzrə hökm qanuni qüvvəyə 

minənədək dayandırılır. 

Vəzifədən  kənarlaşdınlmış  hakim  haqqında  bəraət  hökmü 

çıxarıldıqda  və  ya  cinayət  işinin  icraatına  cinayət  hadisəsi,  əməlində 

cinayət tərkibi olmadığı, habelə cinayətdə təqsiri sübuta yetirilmədiyi 

hallarda onun səlahiyyətləri bərpa olunur. 




IV FƏSİL CİyAYƏT MÜHAKİMƏ İCRAATINIH ƏSAS FRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

jJ 

Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti 

otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, 

şəxsi  əmlakına  və  sənədlərinə  də  şamil  olunur.  Hakimlərin 

təhlükəsizliyini təmin etmək məqsədilə onlara «Xidməti və mülki silah 

haqqında»  Qanunda  nəzərdə  tutulmuş  qaydada  silah  gəzdirmək  və 

saxlamaq hüququ verilir, zəruri hallarda hakimlərin təhlükəsizliyi təmin 

edilir.  Hakimlər  səlahiyyət  müddətində  hərbi  çağırışdan  və  hərbi 

toplanışdan azad olunurlar. 

Hakimlər üçün nəzərdə tutulmuş maddi-sosial təminatlardan aşağı- 

dakılan qeyd etmək olar. 

Təyin  olunduğu  yer  üzrə  mənzilə,  həmçinin  mənzil  şəraitini 

yaxşılaşdırmağa  ehtiyacı  olan  hakimlər  bu  vəzifəyə  təyin  olunduğu 

gündən  6  ay  müddətində  mənzillə  təmin  edilməlidirlər.  Yerli  icra 

hakimiyyəti  orqanları  məhkəmələrin  hakimlərini  mənzillə  təmin  edir, 

onlara  mənzil  verilənədək  yaşayış  sahəsinin  kirayəsi  xərclərini 

ödəyirlər. 

Hakimlərin  həyat  və  sağlamlığının  qorunması  dövlət  büdcəsi 

hesabına  həyata  keçirilir.  Hakimlər  dövlət  tibb  xidmətilə  təmin 

olunurlar.  Müalicə  olunmaları  üçün  onlara  pul  təminatı  verilir. 

Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq 

hakimlərə pensiya verilir. 

Hakimlərə  məxsus  əmlakın  xidməti  fəaliyyəti  ilə  əlaqədar  məhv 

olması  və  ya  zədələnməsi  nəticəsində  vurulan  ziyan  hakimlərə  və  ya 

onların ailə üzvlərinə tam həcmdə ödənilir. Bu ziyan qanunla müəyyən 

olunmuş  qaydada  sonradan  təqsirkar  şəxslərdən  tutulmaqla  dövlət 

büdcəsindən ödənilir. 

Bunlardan  başqa,  məhkəmə  səhvləri  nəticəsində  proses 

iştirakçılarına,  yaxud  işdə  iştirak  edən  şəxsə  dəymiş  ziyana  görə 

hakimlər  öz  xüsusi  əmlakları  ilə  məsuliyyət  daşımırlar.  Bu  ziyan 

qanunla  müəyyən  olunmuş  hallarda  və  qaydada  dövlət  tərəfindən 

Ödənilir. 

4.

 

Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi 



Respublikamızda  şəxsiyyət  toxunulmazlığının  təmin  edilməsi 

Konstitusiyanın bir sıra maddələrində özünün daha tam və aydın əksini 

tapmışdır.  Məsələn,  Konstitusiyanın  32-ci  maddəsində  deyilir:  «Hər 

kəsin şəxsi toxunulmazlıq hüququ vardır. 




Mirağa Cəfdrqııliyev 

m—

  ------------------------------  

Hər  kəsin  şəxsi  və  ailə  həyatının  sirrini  saxlamaq  hüququ  vardır. 

Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi həyata müdaxilə etmək 

qadağandır. 

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın top- 

lanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. 

Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə 

vasitələri  ilə  ötürülən  məlumatın  sirrini  saxlamaq  hüququna  dövlət 

təminat  verir.  Bu  hüquq  qanunla  nəzərdə  tutulmuş  qaydada  cinayətin 

qarşısını  almaqdan  və  ya  cinayət  işinin  istintaqı  zamanı  həqiqəti  üzə 

çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər». 

Konstitusiyanın  31-ci  maddəsində  isə  vətəndaşların  hüquq  və 

azadlıqlarını  mühafizə  etməyin  bütün  dövlət  orqanlarının,  ictimai 

təşkilatların və vəzifəli şəxslərin borcu olmasından bəhs edilir. 

Adı çəkilən maddədə qeyd olunur ki, hər kəsin təhlükəsiz yaşamaq 

hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin 

həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd 

etmək, ona qarşı zor işlətmək qadağandır. 

Qeyd  etmək  lazımdır  ki,  təhlükəsiz  yaşamaq,  birinci  növbədə, 

insanın  ayrılmaz  təbii  hüququ,  onun  azadlığının  tərkib  hissəsidir. 

Təhlükəsiz  yaşamaq  hüququ  şəxsin  azadlığının  və  toxunulmazlığının 

hər  cür  qanunazidd  qəsdlərdən  qorunmasının  və  hüquqazidd  əməlləri 

törətməkdə  təqsirli  bilinən  şəxslərin  cəzalandırılmasının  dövlət 

tərəfindən  təmin  edilməsini  nəzərdə  tutur.  Şəxsin  həyatının,  fiziki  və 

mənəvi sağlamlığının, mülkiyyətinin, mənzilinin qanunsuz qəsdlərdən 

qorunmasının  birbaşa  Konstitusiya  normaları  ilə  hüquqi  təminatının 

verilməsi həmin hüquqların ali dəyərə malik olmasını sübut edir. 

Bununla bağlı demək olar ki, Azərbaycan Respublikasının Cinayət 

Məcəlləsinin  başlıca  vəzifəsi  insanın  təhlükəsiz  yaşamaq  hüququnun 

təmin  edilməsindən  ibarətdir.  Bu  baxımdan  xüsusilə  CM-in  8-ci 

bölməsini misal göstərmək kifayət edər. 

Təhlükəsiz yaşamaq hüququnun təmin olunmasının xüsusi forması 

“Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 

Azərbaycan  Respublikasının Qanununda  öz  əksini tapmışdır (13).  Bu 

Qanun  cinayət  işi  üzrə  zərər  çəkən  şəxslərin,  şahidlərin  və  cinayət 

prosesində  iştirak  edən  digər  şəxslərin  təhlükəsizliyinin  təmin 

edilməsini və sosial müdafiəsini nəzərdə tutan tədbirlər sistemini mü 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə