Mirağa Cəfərquliyev
Qanunçuluq bütün dövlət və qeyri-dövlət idarə və təşkilatları,
onların qulluqçulan və vəzifəli şəxsləri, habelə vətəndaşlar tərəfindən
Azərbaycan Respublikası Konstitusiyasının, qanunlannm və onlara
uyğun qəbul edilmiş hüquqi aktların göstərişlərinə riayət edilməsi və
icra olunmasıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci və 149-cu
maddələrində normativ-hüquqi aktların bütün vətəndaşlar və dövlət or-
qanlan üçün məcburi olması, onlann hüquqi qüvvəsi və qəbul edilmə
qaydası xüsusi vurğulanmışdır.
Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan
Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir.
Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onlann
tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanları, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
Qanunlar
Konstitusiyaya
zidd
olmamalıdır.
Azərbaycan
Respublikası Prezidentinin fərmanları Konstitusiyaya və qanunlara,
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
qərarları
Konstitusiyaya, qanunlara və Azərbaycan Respublikası Prezidentinin
fərmanlanna zidd olmamalıdır.
Öz növbəsində, mərkəzi icra hakimiyyəti orqanlarının aktlan
Azərbaycan
Respublikasının
Konstitusiyasına,
Azərbaycan
Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
qərarlanna zidd olmamalıdırlar.
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi
aktların qüvvəsinin geriyə şamil edilməsi də Konstitusiyada təsbit
olunmuşdur.
Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq məhkəmələr
işlərə baxarkən hansısa hüquq münasibətlərini tənzimləyən qanunu və
ya digər hüquqi-normativ aktın məzmununu qiymətləndirməli və lazım
gəldikdə Azərbaycan Respublikasının Konstitusiyasını birbaşa hüquqi
qüvvəsi olan akt kimi tətbiq etməlidirlər. Məsələn:
a)
əgər Konstitusiyanın normasından irəli gələn müddəalar əlavə
qanuniləşdirməni tələb etmirsə və bu normada müvafiq qanun qəbul
edildikdə tətbiq olunması barədə göstərişlər nəzərdə tutulmursa;
!V FƏSİL CİNA YƏTMÜHAKİMƏ İCHAA TIMN ƏSAS PHİNSİPLƏKİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
b)
Azərbaycan Respublikası Konstitusiyası qüvvəyə mindikdən
sonra qəbul edilmiş hansısa qanun ona ziddiyyət təşkil edirsə;
c)
hansısa hüquqi-normativ akt Konstitusiyaya ziddiyyət təşkil edir
və məhkəmədə baxılan hüquq münasibətlərini tənzimləyən qanun isə
yoxdursa.
Bundan başqa, Azərbaycan Respublikasının Konstitusiyası
beynəlxalq aktların hüquqi qüvvəsini qəbul etdiyinə görə müasir dövrdə
qanunçuluq prinsipinin xüsusiyyəti artmışdır. Belə ki, Azərbaycan
Respublikası Konstitusiyasının 151-ci maddəsində Azərbaycan
Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi
aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla
qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət
yaranarsa, həmin beynəlxalq müqavilələrin tətbiq edilməsi
göstərilmişdir.
2.
Hər kəsin qanun və məhkəmə qarşısında
hüquq bərabərliyi prinsipi
Bu prinsip Azərbaycan Respublikası Konstitusiyasının 25 və 127-ci
maddələrində, Cinayət-Prosessual Məcəllənin isə 11-ci maddəsində
nəzərdə tutulmuşdur.
Respublikamızda ədalət mühakiməsi vətəndaşlann qanun və
məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir (Azərbaycan
Respublikası Konstitusiyasının 127-ci maddəsi).
Ölkəmizdə dövlət və ictimai həyatın bütün sahələrində olduğu kimi,
cinayət mühakimə icraatında da işdə iştirak edən vətəndaşlar qanun və
məhkəmə qarşısında bərabər hüquqlara malikdirlər. Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinə müvafiq olaraq,
Cinayət-Prosessual Məcəllənin 11-ci maddəsi müəyyən edir ki, cinayət
prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən
şəxslərdən hər hansı birinə vətəndaşlıq, sosial, cinsi, irqi, milli, siyasi və
dini mənsubiyyətindən, dilindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, yaşayış yerindən və olduğu yerdən
asılı olmayaraq və qanunla əsaslandırılmamış digər mülahizələrə görə
üstünlük vermir.
Demokratik cəmiyyətdə insanlann hüquqları və azadlıqları
bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu baxımdan qeyd etmək
la-
m
Mircığa CəfərquUyev
zımdır ki, Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş qanun və
məhkəmə qarşısında bərabərlik prinsipi aşağıdakı xüsusiyyətləri ilə
səciyyələnir
(38. s.66-67):
a)
hamının qanun və məhkəmə qarşısında bərabərliyi;
b)
kişinin və qadının bərabərliyi, yəni hüquqların və azadlıqların
istifadəsində cinsi bərabərliyi;
c)
hüquq və azadlıqların hər kəs üçün bərabərliyi;
ç) hüquq və azadlıqlann məhdudlaşdırılmasmın yolverilməzliyi.
Hamının qanun və məhkəmə qarşısında bərabərliyi onunla izah
edilir ki, qanunların icrası hamı üçün eyni dərəcədə məcburidir və hər
bir şəxs öz pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət edə
bilər. Törədilmiş qanun pozuntulanna görə hər bir şəxs tutduğu
vəzifəsindən və ya qulluq mövqeyindən asılı olmayaraq qanun
qarşısında məsuliyyət daşıyır.
İnsanların hüquqlarının və azadlıqlarının bərabərliyi həmin
hüquqların və azadlıqlann eyni hüquqi qaydalar əsasında həyata
keçirilməsini, hüquqi imkanların bərabərliyini ifadə edir.
Cinayət-Prosessual Məcəllənin 143-cü maddəsində qeyd edilir ki,
ittihamçı, təqsirləndirilən şəxs, müdafiəçi, zərər çəkmiş şəxs, habelə
mülki iddiaçı, mülki cavabdeh və onlann nümayəndələri sübutlar
təqdim etmək, sübutlann araşdınimasında iştirak etmək və vəsatətlər
vermək sahəsində məhkəmə baxışında bərabər hüquqlardan istifadə
edirlər.
Respublika vətəndaşlarının qanun və məhkəmə qarşısında
bərabərliyi dedikdə onların etdikləri qanun pozuntulan və cinayət
üstündə irqi və milli mənsubiyyətindən, cinsindən, qulluq
vəziyyətindən, xidmətlərindən və s. asılı olmayaraq dövlət, cəmiyyət və
məhkəmə qarşısında bərabər məsuliyyət daşımalan başa düşülür
(məsələn, vaxtı i- lə Nazirlər Kabineti sədri, milli qəhrəman
S.Hüseynovun, hərbi nazir R.Qazıyevin, daxili işlər naziri
general-leytenant I.Həmidovun, milli qəhrəman, batalyon komandiri
R.Əkbərovun və başqalarının məhkum edilməsi faktını misal gətirmək
olar).
Bu,
0
deməkdir ki, vətəndaşlar barəsində cinayət işlərinin
başlanması, istintaqı və məhkəmədə baxılması onların mənşəyindən,
sosial və əmlak vəziyyətindən, cinsindən, təhsilindən, dilindən və s.
asılı olmayaraq eyni qaydada həyata keçirilir.
Dostları ilə paylaş: |