ly FƏSİL CİSA YƏTMÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASİTƏLƏRİ)
Məhkəmənin nüflızu yüksəldilməli, hakimlərin sözsüz müstəqilliyi
və ancaq qanuna tabe olması təmin edilməli, onların fəaliyyətinə qanş-
mağa və məhkəməyə hörmətsizliyə görə məsuliyyətin konkret
dərəcələri müəyyən olunmalıdır. Bütün bu təklif və arzular Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci ildə ümumxalq səsvermə yolu ilə
qəbul olunmuş Konstitusiyasında, 10 iyun 1997-ci ildə qəbul olunmuş
«Məhkəmələr və hakimlər haqqında» Qanunda və nəhayət, yeni qəbul
olunmuş Cinayət-Prosessual Məcəllədə tam şəkildə nəzərə alınmışdır.
Cinayət prosesinin müddəalannı əks etdirən normalar Azərbaycan
Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində
möhkəmləndirilmişdir. Bu prinsiplər bir-biri ilə üzvi surətdə qarşılıqlı
əlaqədə olub, cinayət prosesinin prinsiplərinin sistemini təşkil edir.
Cinayət prosesinin prinsipləri bir-birindən törəyir və bir-birini
tamamlayırlar, bununla da onlar cinayət mühakimə icraatı qarşısında
duran vəzifələrin həyata keçirilməsinə təminat yaradırlar.
§ 2. Cinayət prosesinin ayrı-ayrı prinsipləri
və onların təhlili
Həmin prinsiplər aşağıdakılardır:
1.
Qanunçuluq (Cinayət-Prosessual Məcəllə, mad. 10);
2.
Hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi
(Konstitusiya, mad. 25 və 127, Cinayət-Prosessual Məcəllə, mad. 11);
3.
Hakimlərin və andlı iclasçıların müstəqilliyi (Konstitusiya, mad.
127; Cinayət-Prosessual Məcəllə, mad. 25);
4.
Şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi
(Konstitusiya, mad. 32; Cinayət-Prosessual Məcəllə, mad. 15);
5.
Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi (Konstitusiya, mad.
46; Cinayət-Prosessual Məcəllə, mad. 13);
6.
Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi
(Konstitusiya, mad. 61; 67; Cinayət-Prosessual Məcəllə, mad. 19);
7.
Təqsirsizlik prezumpsiyası (Konstitusiya, mad. 63, 127; Cinayət-
Prosessual Məcəllə, mad. 21);
Mirağa Cəfərquliyev
8.
Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata
keçirilməsi (Konstitusiya, mad. 125; Cinayət-Prosessual Məcəllə, mad.
23);
9.
Cinayət işi başlama və cinayəti açma dövlətçilik prinsipi
(Cinayət-Prosessual Məcəllə, mad. 38, 47);
10.
Məhkəmələrdə işlərə baxılmasında hakimlərin və andlı iclasçı-
ların iştirakı və kollegiallıq («Məhkəmə və hakimlər haqqında» Qanun,
maddə 4);
11.
Mühakimə icraatının milli dildə aparılması (Konstitusiya, mad.
45, 127, Cinayət-Prosessual Məcəllə, mad. 26);
12.
Cinayət mühakimə icraatının aşkarlığı (Konstitusiya, mad. 127;
Cinayət-Prosessual Məcəllə, mad. 27);
13.
Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və əda-
lətliliyi - obyektiv həqiqət prinsipi (Konstitusiya, mad. 127; Cinayət-
Prosessual Məcəllə, mad. 28);
14.
Cinayət prosesində tərəflərin çəkişməsi - çəkişmə prinsipi
(Konstitusiya, mad. 127; Cinayət-Prosessual Məcəllə, mad. 32);
15.
Cinayət mühakimə icraatının xalqın nümayəndələrinin iştirakı
ilə həyata keçirilməsi (Konstitusiya, mad. 55; Cinayət-Prosessual
Məcəllə, mad. 24).
Beləliklə,
dövlətin
Əsas
Qanunu
olan
Konstitusiyada,
Cinayət-Prosessual Məcəllədə və «Məhkəmələr və hakimlər haqqında»
Qanunda, demək olar ki, cinayət mühakimə icraatının 15 demokratik
prinsipi nəzərdə tutulub. İndi də onların qısa anlayışını və təhlilini
vermək məq- sədəmüvafıq olardı.
1.
Qanunçuluq prinsipi
Cinayət-Prosessual Məcəllənin 10-cu maddəsində qeyd olunur ki,
məhkəmələr və cinayət prosesi iştirakçıları Azərbaycan Respublikası
Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan
Respublikasının
digər
qanunlarının,
habelə
Azərbaycan
Respublikasının
tərəfdar
çıxdığı
beynəlxalq
müqavilələrin
müddəalanna ciddi əməl etməlidirlər.
Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş
qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin
cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına,
axtanlmasına, məc-
IVFƏSİL CL\A YƏTMÜHAKİMƏ İCH.
4
A TIM.\' ƏSAS PRİNSİPLƏRİ VƏ ŞƏRTLƏRİ (VASITƏLƏRI)
buri gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz
qalmasına, habelə məhkum edilməsinə, cəzalandınimasına, hüquq və
azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının
təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında
verilmiş olsun.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə
təcrübəsinə dair məsələlər üzrə izahları cinayət prosesini həyata keçirən
orqanlar üçün tövsiyə xarakteri daşıyır.
Cinayət-Prosessual Məcəllənin 10-cu maddəsində göstərilən
tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul
olunmuş qərarlann hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual
Məcəllənin bu göstərişi və yaxud deyək tələbi, xüsusilə təhqiqat,
istintaq, prokurorluq və məhkəmə orqanlarının ləaliyyətinə aiddir.
Qanunçuluq prinsipi cinayət prosesini həyata keçirən orqanların
fəaliyyətinin əsasını təşkil edir.
Cinayət prosesi qanunçuluq ilə üzvi surətdə bağlıdır. Cinayət prosesi
qanunla müəyyən edilmiş formada dövlət quruluşunu və ictimai
quruluşu, idarələrin, müəssisələrin, təşkilatların, assosiasiyaların,
səhmdar cəmiyyətlərin, konsernlərin, konsorsiumların, ölkənin
vətəndaşlarının xüsusi mülkiyyətlərini, hüquqlarını və qanuni
mənafelərini hər cür qəsdlərdən qorumaqla respublikamızda sosial
qanunçuluğun möhkəmləndirilməsinə mühüm təminat yaradır.
Yuxarıda qeyd etdiyimiz kimi, cinayət prosesini həyata keçirən
orqanların bütün fəaliyyəti cinayət-prosessual qanunvericilik ilə
müəyyən edilir. Qanunda göstərilməyən hər hansı hərəkətin bu orqanlar
tərəfindən həyata keçirilməsi qətiyyətlə qadağan edilir.
Cinayət mühakimə icraatında cinayət-prosessual qanunvericiliyin
tələblərinə əməl edilməməsi qanunçuluğun pozulmasına gətirib çıxarır
və bununla bərabər, əksər hallarda iş üzrə obyektiv həqiqətin müəyyən
edilməməsi ilə nəticələnir.
Qanunçuluq prinsipi cinayət işlərinin icraatı ilə əlaqədar prosesdə
iştirak edən vətəndaşların da hüquqlarının və qanuni mənafelərinin ciddi
qorunmasını tələb edir. Proses iştirakçılarının hüquqlarının məh-
dudlaşdırılmasma bu və ya digər şəxs barəsində qanunla nəzərdə
tutulmayan məcburi tədbirlərin görülməsinə yol verilmir.
Dostları ilə paylaş: |