MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə45/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   41   42   43   44   45   46   47   48   ...   266

Mirağa Cəfərquliyev 

ösa __________   

sessual qanunvericilikdə tam aydınlığı ilə şərh edilmişdir. Bütün bunlar, 

çəkişmə  prinsipinin  mahiyyətinin  və  məzmununun  aydmlaşdırıl- 

masına və cinayət mühakimə icraatında onun həyata keçirilməsinin nə 

qədər vacib olmasını dərindən dərk etməyə imkan yaradırlar. 



15.

 

Cinayət mühakimə icraatının xalqın nümayəndələrinin 

iştirakı ilə həyata keçirilməsi 

Dövlət həyatının və ictimai həyatın başqa sahələrində olduğu kimi, 

cinayət prosesində də ictimaiyyət geniş iştirak edir. Hüquq pozuntuları 

və  cinayətkarlıqla  mübarizədə  ictimaiyyətin  iştirakı  xüsusi  əhəmiyyət 

kəsb edir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  55-ci  və  digər 

maddələrində ictimai təşkilatlann və  hər bir vətəndaşın dövlətin idarə 

olunmasında  iştirakını,  cəmiyyətə  zidd  hərəkətlərə  qarşı  barışmaz 

olmasını və ictimai asayişin qorunmasına hər vasitə ilə kömək etməsini, 

mühakimə  icraatında  ictimai  təşkilatlann  və  əmək  kollektivlərinin 

iştirakına  yol  verilməsini  müəyyən  edir.  Beləliklə  də  Konstitusiya 

cinayətkarlıqla  mübarizədə  ictimaiyyətin  fəal  iştirakını  təmin  etmək 

üçün geniş imkanlar yaradır. 

Qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət mühakimə 

icraatında ictimaiyyətin iştirakının müxtəlif formalanm müəyyən edir. 

Cinayət-Prosessual  Məcəllənin  bir  sıra  maddələrində  müstəntiqdən 

tələb  edilir  ki,  o,  istintaq  apararkən  cinayətlərin  açılması  və  onları 

törətmiş  şəxslərin  axtarılması  üçün,  habelə  cinayətin  törədilməsinə 

kömək etmiş .səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldınlma- 

sı üçün ictimaiyyətin köməyindən geniş istifadə etsin. 

Cinayət-prosessual  qanunvericiliyin  bir  sıra  normalarında 

təqsirləndirilən şəxsin yenidən tərbiyə və islah olunması üçün ictimai 

təşkilata və ya əmək kollektivinə verilməsindən, xitam edilmiş cinayət 

işlərinin yeniyetmələrə aid olduqda materialları yetkinlik yaşına çatma- 

mışların  işləri  üzrə  komissiyalara  göndərilməsindən,  təqsirləndirilən 

şəxsi və şübhə edilən şəxsi ictimai təşkilatların zaminliyinə verməkdən, 

yetkinlik yaşına çatmamışların işləri üzrə məhkəmə baxışında müəssisə, 

idarə  və  təşkilatların  nümayəndələrinin  iştirakından,  digər  işlər  üzrə 

məhkəmə  baxışında  ictimai  təşkilatların  və  əmək  kollektivlərinin 

iştirakından bəhs olunur. 




II'FƏSİL. CİNAYƏT MÜHAKİMƏ İCRAATININ ƏSAS PRİNSİPLƏRİ \'Ə ŞƏRTLƏRİ (VASİTƏLƏRİ) 

Cinayət-Prosessual  Məcəllənin  24-cü  maddəsi  bilavasitə  cinayət 

mühakimə  icraatının  xalqın  nümayəndələrinin  iştirakı  ilə  həyata 

keçirilməsinə həsr olunub. 

*** 

Beləliklə,  cinayət  prosesinin  on  beş  demokratik  əsaslarının  geniş 



təhlili  belə  bir  yekun  nəticəyə  gəlməyə  əsas  verir  ki,  ədalət 

mühakiməsinin  prinsipləri  dövlət  fəaliyyətinin  bu  növünün  ən  vacib 

tələblərini müəyyən edən, ümumi, ilkin əsaslarıdır. Bu prinsiplər ədalət 

mühakiməsinin  təşkili  və  həyata  keçirilməsinin  bütün  məsələlərinin 

həlli,  onun  dövlət  mexanizmində  və  cəmiyyətin  siyasi  sistemində 

rolunun və yerinin müəyyən edilməsi üçün əsasdır. 

Prinsiplər  ədalət  mühakiməsini  tənzimləyən  bütün  hüquqi 

göstərişlərin  təməlidir.  Bu  göstərişlər  prinsiplərlə  ziddiyyət  təşkil  edə 

bilməz,  çünki  prinsiplər  ən  yüksək  hüquqi  qüvvəsi  olan  normativ 

aktlarda  əks  olunur  -  Azərbaycan  Respublikasının  Konstitusiyasında, 

konstitusiya qanunlarında və digər qanunlarda. Onlar isə öz mənbəyini 

Dövlət müstəqilliyi haqqında Konstitusiya aktından, İnsan Hüquqlanna 

dair  Ümumi  Bəyannamədən  və  digər  beynəlxalq  normativ  aktlardan 

götürür. 

Konkret  qanunvericilik  göstərişlərindən  fərqli  olaraq  prinsiplərin 

xüsusiyyəti həm də ondadır ki, onlar tək vətəndaşlar, vəzifəli şəxslər və 

qanunları  icra  edən  orqanlar  üçün  deyil,  həm  də  qanunvericilik  or- 

qanlan üçün məcburidir. Qanunverici orqanlar qanunları qəbul edərkən 

və ya onlara dəyişikliklər edərkən bu və ya digər sahədə, o cümlədən 

ədalət  mühakiməsinin  təşkili  və  fəaliyyəti  sahəsində  mövcud  olan 

demokratik tələbləri və ya əməlləri nəzərə almalıdırlar. 

Bu  prinsiplər  ilk  növbədə  ədalət  mühakiməsinin  inkişafı  və 

təmayülü təcrübəsindən yaranmışdır. Onlar həm də müəyyən hədlərdə 

digər  dövlətlərin,  o  cümlədən  beynəlxalq  əməkdaşlıq  təcrübəsindən, 

məsələn,  “tnsan  hüquqlarının  və  azadlıqlannın  müdafiəsi  haqqında” 

Avropa  Konvensiyasından,  “Mülki  və  siyasi  hüquqlar  haqqında” 

Beynəlxalq Paktdan və s. irəli gəlir. 

Prinsiplərin  xüsusiyyətlərindən  biri  də  onların  nisbi  sabitliyidir. 

Konkret  hüquqi  göstərişlərdən  (o  cümlədən  qanunlarda  əks  olunmuş) 

fərqli olaraq  onlar  çətin  dəyişilə bilər. Bu onunla izah  edilir ki, onlar 

yuxanda qeyd olunduğu kimi, əsasən Azərbaycan Respublikasının 



IİCİ

K



Mirağa Cəfərquliyev 

Konstitusiyasında  və  beynəlxalq  müqavilələrdə  müəyyən  edilir.  Belə 

aktlara dəyişikliklərin edilməsi qanunlara dəyişikliklərin edilməsindən 

daha mürəkkəbdir (referendum yolu ilə). 

Ədalət  mühakiməsi  prinsiplərinin  sabitliyi  hüquq-mühafizə 

fəaliyyətinin bu istiqamətini təsadüfi və düşünülməmiş «yeniliklərdən» 

qoruyan əsas amilidir. 

§ 3. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı 

Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq 

və azadlıqlarının təmin olunmasının prosessual şərtləri 

(vasitələri) 

Qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət mühakimə 

icraatı  qabağında  çox  mühüm  və  vacib  vəzifələr  qoyur.  Onlar 

aşağıdakılardır: 

1)

 

şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq



2)

 

həqiqi  və  ya  ehtimal  edilən  cinayət  törətməsi  ilə  əlaqədar 



şəxsiyyəti  vəzifə  səlahiyyətlərindən  sui-istifadə  edilməsi  hallanndan 

qorumaq; 

3)

 

cinayətləri  tezliklə  açmaq,  cinayət  təqibi  ilə  bağlı  bütün  hallan 



hərtərəfli, tam və obyektiv araşdırmaq; 

4)

 



cinayət  törətmiş  şəxsləri  ifşa  və  cinayət  məsuliyyətinə  cəlb 

etmək; 


5)

 

cinayət  törətməkdə  ittiham  olunan  şəxslərin  təqsirini  müəyyən 



edərək  onlan  cəzalandırmaq  və  təqsirsiz  şəxslərə  bəraət  vermək 

məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək (Cinayət-Prosessual 

Məcəllənin 8-ci maddəsi). 

Ədalət mühakiməsinin yuxanda sadalanan vəzifələrinin tələb olunan 

səviyyədə  həyata  keçirilməsində  demokratik  prinsiplərin  rolu 

əvəzsizdir  və  bu  müddəa  həm  prosessul  qanunvericilikdə  və  həm  də 

praktikada artıq öz təsdiqini tapmışdır. Demokratik prinsiplərdən başqa 

cinayət  mühakimə  icraatının  qanunla  müəyyən  olunmuş  qaydada 

həyata  keçirilməsində  prosessual  şərtlərin  də  (vasitələrində)  rolu  və 

köməyi heç də az deyil. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə