MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə53/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   49   50   51   52   53   54   55   56   ...   266



Mirağa Cəfərquliyev 

Məhkum  etmənin  əsasları.  Nəzərə  almaq  lazımdır  ki,  məhkəmə 

baxışı  gedişində  tədqiq  olunmuş  sübutların  məcmusuna  əsasən 

təqsirləndirilən  şəxsin  cinayətdə  təqsiri  müəyyən  edilərsə,  məhkəmə 

ittiham hökmü çıxanr. 

Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar 

çıxarılması  üçün  müvafiq  olaraq  CPM-in  42  və  43-cü  maddələrində 

(bəraətin  əsaslan;  məhkəmə  baxışı  gedişində  cinayət  təqibinə  xitam 

verilməsinin əsasları) göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə 

aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 

1)

 



cinayət  məsuliyyətinə  cəlbetmə  müddətləri  keçdikdə  (cinayət 

məsuliyyətinə  cəlbetmə  müddətinin  dayandırılması  hallan  istisna 

edilməklə) təqsirləndirilən şəxsə cəza təyin etməməklə

2)

 



amnistiya  aktına  əsasən  şəxs  cinayət  məsuliyyətindən  azad 

edilməli olduqda təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad 

etməklə; 

3)

 



Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  müddəalanna 

əsasən  cinayət  məsuliyyətinə  cəlbetmə  müddətinin  keçməsinin  tətbiq 

edilməməsi  qəranna  gəldiyi  halda  təqsirləndirilən  şəxsə  cəza  təyin 

etməklə; 

4)

 

Cinayət-Prosessual  Məcəllə  və  cinayət  qanunu  ilə  nəzərdə 



tutulmuş bütün digər hallarda təqsirləndirilən şəxsə cəza təyin etməklə. 

§ 2. Cinayət təqibi üzrə icraatın aparılması 

L  Cinayət  təqibi  üzrə  icraatın  aparılmasının  məcburiliyi. 

Cinayət  təqibi  həyata  keçirilərkən  onun  gedişini  və  nəticələrini  əks 

etdirən icraat aparılmalıdır. Cinayət təqibi üzrə icraat cinayət işi üzrə 

materiallarda,  məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallannda 

və ya xüsusi ittiham qaydasında şikayətin materialında öz əksini tapır. 

İctimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə 

icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq 

və  ya  prokuror  tərəfindən  açılır.  Böyük  ictimai  təhlükə  törətməyən 

aşkar  cinayətə  dair  şikayət  üzrə  təhqiqatçı  cinayət  işi  başlamadan 

sadələşdirilmiş icraat aça bilər. 

Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham 

qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən mü- 




V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI 

vafıq  qərar  qəbul  etdiyi  andan  açılır.  Eyni  zamanda  qanunvericilikdə 

çox  düzgün  olaraq  bir  daha  nəzərə  çatdırılır  ki,  cinayət  təqibi  üzrə 

icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata ke- 

çirilməməsinə  imkan  verən  hallara,  habelə  cinayət  təqibinin  həyata 

keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən 

orqanın qərarı ilə xitam verilə bilər. 

Nəzərə  almaq  lazımdır  ki,  cinayət  təqibinin  həyata  keçirilməsi 

müvafiq  cinayət-prosessual  hərəkətlərinin  qanunvericilikdə  müəyyən 

olunmuş  ardıcıllıqla  aparılmasını  təşkil  edir.  Bizə  bəllidir  ki,  bu 

hərəkətlərin  hər  biri  cinayət-prosessual  qanunvericiliyə  müvafiq 

qaydada həyata keçirilir və həmin hərəkətlər qanunun tələblərinə uyğun 

rəsmiləşdirilir. 

2.

 

Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın 

açılmasının  xüsusiyyətləri.  Cinayət  işinin  başlanması  cinayət 

prosesinin müstəqil bir mərhələsidir. Adı çəkilən mərhələ törədilmiş və 

ya  hazırlanan  cinayət  haqqında  ilkin  məlumatın  daxil  olmasının 

təhqiqatçı,  müstəntiq  və  ya  prokuror  tərəfindən  rəsmi  qeydiyyata 

alınmasından sonra başlanır. 

İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi 

üzrə  cinayət  işinin  başlanması  üçün  müvafiq  səbəb  və  əsaslar 

olmalıdır. 

Cinayət  işinin  başlanması  üçün  səbəb  kimi  törədilmiş  və  ya 

hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi 

şəxsin  (vəzifəli  şəxsin)  və  ya  kütləvi  informasiya  vasitəsinin 

məlumatları,  yaxud  bu  məlumatların  təhqiqatçı,  müstəntiq  və  ya 

prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. 

Cinayət  işinin  başlanması  üçün  əsas  cinayətin  əlamətlərinə  işarə 

edən  kifayət  qədər  dəlillərin  olmasıdır.  Cinayətin  əlamətlərini  əks 

etdirən  əməlin  törədilməsini  və  cinayət  təqibini  istisna  edən  hallann 

olmadığını  güman  etməyə  əsaslar  mövcuddursa,  öz  səlahiyyətləri 

daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal 

cinayət  işi  başlamalıdır.  Lakin  bütün  hallarda  cinayət  təqibinin 

başlanması heç də belə klassik formada baş vermir. Ola bilər ki, cinayət 

təqibini istisna edən hallann mövcudluğu istisna edilməklə, məhkəmə 

iclasında  sədrlik  edən  ədalət  mühakiməsi  əleyhinə  olan  hər  hansı 

cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna 

prokurorun diqqətini cəlb etsin və prokuror bununla bağlı dərhal cinayət 




Mu ağa Cəfərqıdiyev 

İŞİ 


başlamalıdır.  Bu  halda  prokuror  cinayət  işinin  başlanmasının  rədd 

edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasında sədrlik edən 

həmin  qərann  qanunsuz  və  əsassız  olması  qənaətinə  gəldikdə  yuxarı 

prokurordan zəruri tədbirlərin görülməsini tələb etməyə haqlıdır. 

Cinayət  işinin  dərhal  başlanması  üçün  Cinayət-Prosessual 

Məcəllənin  209.2-ci  maddəsində  nəzərdə  tutulmuş  halların 

mövcudluğu da tam kifayətdir. Bu halda hərtərəfli və obyektiv ibtidai 

araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı 

hallar müəyyən olunanadək aparılır: 

-

 



cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edil- 

mədikdə; 

-

 

cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  törədilməsində 



yeganə  təqsirləndirilə  bilən  şəxsə  qarşı  CPM-in  39.1.4-39.1.7  və 

39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar 

olduqda; 

-

 



cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər 

hansı şəxsə qarşı CPM-in 39.1.3, 39.1.11 və 39.1.12-ci maddələrində 

göstərilən cinayət təqibini istisna edən hallar olduqda. Deməli, yuxarıda 

sadalanan  bu  hallar  ortaya  çıxarsa,  cinayət  təqibinin  icraatına  xitam 

verilir. 

3.

 

Cinayət  təqibi  üzrə  icraatı  aparan  orqanlar.  Cinayət-prosessual 

qanunvericilik  cinayət  təqibi  üzrə  icraatın  başlanmasını  və  apanlma- 

sını  bunun  üçün  xüsusi  nəzərdə  tutulmuş  dövlət  orqanlarına  həvalə 

etmişdir.  Belə  ki,  cinayət  təqibi  üzrə  icraat  cinayət  prosesini  həyata 

keçirən orqan tərəfindən apanlır. Bununla əlaqədar məsuliyyət müvafiq 

olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə 

material  və  ya  xüsusi  ittiham  qaydasında  şikayət  üzrə  material  olan 

təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür. 

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən cinayət təqibi ilə bağlı 

hüquq-mühafizə orqanlarının qarşısında bir sıra vəzifələr ortaya çıxır. 

Xarici  dövlətlərin  müvafiq  orqanları  ilə  cinayət  təqibi  üzrə 

münasibətlərin qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq 

orqanlarının göstərişlərinin yerinə yetirilməsi ilə bağlı icraat aparılması 

Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Res 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə