y FƏSİL CİNA YƏT TƏQİBİ VƏ CİNA YƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
Cinayətin baş vemıəsi təsdiq olunarsa, dövlət ittihamçısı
təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa etməli və ona layiqli cəza
tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir. Cinayət
prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş
hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər
görməlidir.
Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar
edilənədək və ya CPM ilə müəyyən edilmiş hallarda və qaydada dövlət
ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək
həyata keçirilməlidir.
Burada belə bir məqama fikir vermək lazımdır ki, cinayət-prosessual
qanunvericilik məhkəməni cinayət təqibini həyata keçirən orqanların
sırasına daxil etməmişdir. Bu o deməkdir ki, məhkəməni cinayət
təqibini həyata keçirən orqan kimi hesab etmək olmaz.
3. Cinayət təqibini istisna edən hallar. Cinayət-Prosessual
Məcəlləsinin 39-cu maddəsi konkret olaraq, cinayət təqibinin
başlanılma- sının rədd edilməsi, habelə başlanmış cinayət təqibinə
xitam verilməsi hallarını müəyyən etmişdir. Aşağıdakı hallarda cinayət
təqibi başlana bilməz, başlanılmış işə isə xitam verilməlidir:
1)
cinayət hadisəsi olmadıqda;
2)
əməldə cinayət tərkibi olmadıqda;
3)
cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə;
4)
cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu
törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş
həddinə çatmadıqda;
5)
şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra
öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna
edilməklə);
6)
şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün
edən ləğv edilməmiş qərarı olduqda;
7)
şəxs barəsində eyni ittiham üzrə təhqiqatçmın, müstəntiqin və ya
prokurorun cinayət işi başlamasının rədd edilməsi və ya ona xitam
verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;
Minığa Cəfərquliyev
8)
zərər çəkmiş şəxsin şikayəti olmadıqda (prokurorun təşəbbüsü
olmadıqda, cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata
keçirildikdə);
9)
zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (əgər cinayət
təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirilirsə);
10)
şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız
vəziyyətdə törətdikdə (tibbi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi hallan istisna olmaqla);
11)
cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət
məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;
12)
amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad
edilməli olduqda.
Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin
onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta
yetirilmədikdə xitam verilir. CPM-in 39.1.1, 39.1.2 və 39.2-ci
maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici
əsaslarla xitam verilmiş hesab olunur.
Hüquq ədəbiyyatında çox düzgün olaraq qeyd edilir ki, CPM-in
39-cu maddəsində sadalanan hallann olması avtomatik olaraq cinayət
təqibinin başlanmasının rədd edilməsinə və ya başlanmış cinayət
təbiqinə xitam verilməsinə səbəb olmur. Bunun üçün CPM-in 41-ci,
43-cü və bir su'a başqa maddələrinin (məsələn 280-ci, 305-ci və s.)
tələbləri də nəzərə alınmalıdır. Prosesin bu və ya digər mərhələsində
cinayət təqibinə xitam verilərkən CPM-in Xüsusi hissəsinin müvafiq
maddəsi ilə yanaşı, CPM- in 39-cu maddəsinə də istinad etmək tələb
olunur.
Elmi tədqiqatçılann belə bir fikri ilə razılaşmaq olar ki, CPM-in 39-
cu maddəsində cinayət təqibini istisna edən hallann heç də hamısı
nəzərdə tutulmamışdır. CPM-in 40-cı maddəsində cinayət təqibinə
xitam verilməsinin başqa halları da nəzərdə tutulmuşdur. Həmin hallar
aşkar olunduqda da cinayət təqibinə xitam verilə bilər.
Onu da qeyd edək ki, CPM-in yuxanda sadaladığımız müvafiq
normalara əsasən, yəni 39-cu maddədə göstərilmiş hallar cinayət
təqibini başlama haqqında məsələ həll edərkən daxil olmuş
materiallann yoxlanması zamanı aşkar olunduqda cinayət təqibini
başlamanın rədd edilməsinə, cinayət təqibi gedişində aşkar olunduqda
isə cinayət təqibinə xitam verilməsinə səbəb olacaqdır.
V FƏSİL CİNAYƏT TƏQİBİ VƏ CİNAYƏT TƏQİBİ ÜZRƏ İCRAATIN APARILMASI
4.
Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar.
Burdan belə başa düşmək lazımdır ki, cinayət-prosessual qanunvericilik
cinayət təqibini istisna edən hallarla bərabər cinayət təqibinin həyata
keçirilməməsinə imkan verən hallan da nəzərdə tutmuşdur. Bu da
cinayət-prosessual qanunların humanizmliyinə dəlalət edir. Cinayət
qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan
azadetmə
hallarının
mövcudluğu
cinayət
təqibinin
həyata
keçirilməməsinə imkan verir.
Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan
Respublikası CM-in 72-74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı
hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdınimış qəranna
əsasən cinayət işi başlanılmaya və ya ona xitam verilə bilər:
1)
səmimi peşmanlıq çəkdikdə;
2)
zərər çəkmiş şəxslə barışdıqda;
3)
şərait dəyişdikdə.
5.
Cinayət təqibinə xitam verilməsi qaydası. Təhqiqatçı, müstəntiq
və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı
mərhələsində CPM-in 39-cu maddəsində göstərilən hallan aşkar edərsə,
cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə
icraata) qərar çıxanr.
Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıq-
da təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə
xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi
üzrə icraat CPM ilə müəyyən edilmiş qaydada davam etdirilir və
hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.
Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları
aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina
edilməsini bildirməlidir.
Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız
zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham
qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.
6.
Bəraətin əsaslan. Cinayət-prosessual qanunvericiliyinin əsas
anlayışlan sırasında “Məhkəmənin hökmü” öz izahını tapmışdır. Burada
qeyd edilir ki, məhkəmənin hökmü - şəxsin təqsirləndirildiyi
Dostları ilə paylaş: |