///
FƏSİL AZƏRBA YCA!^ CİNA YƏT-PROSESSVAL QANUNVERİdÜYİ.MİN İNKİŞAFI
sında respublikanın suverenliyinə və ərazi bütövlüyünə ziddiyyət təşkil
etməyən, müvafiq qanun qəbul edilənədək hüquqi qüvvəsini saxlayır.
Adı çəkilən maddənin tələblərinə görə, bu qanunlann siyahısı Milli
Məclis tərəfindən müəyyən edilməli idi. Bununla bağlı, yəni
Konstitusiya aktının yuxarıda göstərilən müddəasına uyğun olaraq,
Azərbaycan Respublikasının Milli Məclisi 26 avqust 1992-ci il tarixli
“Prokurorluq orqanlarının statusunu müəyyənləşdirən keçmiş SSRİ- nin
qanunvericilik aktlarının Azərbaycan Respublikasının ərazisində hüquqi
qüvvəsini saxladığının təsdiqi və onların tətbiqi qaydası barədə” Qanun
(141. mad.705)
qəbul etmişdir.
Bütün bunlarla yanaşı, göstərilən dövrdə prokurorluq orqanlarının
təşkili qaydasını nizama salan konstitusiya maddələrində də müvafiq
dəyişiklik edilmişdir. Aparılan dəyişikliklərdən sonra Azərbaycan
Respublikasının
Baş
prokurorunu
Azərbaycan
Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Ali Soveti təyin
edir və o, Azərbaycan Respublikasının Ali Soveti qarşısında hesabat
verir.
1995-ci il noyabrın 12-də müstəqil və suveren Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsi Azərbaycanın dövlət
və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən biridir.
Birmənalı olaraq qeyd etmək lazımdır ki, milli dövlətin
formalaşmasında, hüquq sisteminin və milli qanunvericiliyin
inkişafında Konstitusiyanın əhəmiyyəti əvəzsizdir.
Konstitusiyanın “Məhkəmə hakimiyyəti” adlanan VII fəslində
məhkəmə hakimiyyəti institutu öz geniş şərhini tapmışdır. Belə ki,
hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, məhkəmə hakimiyyəti
müstəqildir və o, hakimiyyətin başqa qollarından asılılığı olmadan
həyata keçirilir. Konstitusiyada istifadə edilən “məhkəmə hakimiyyəti”
termini hüquqi dövlətdə hakimiyyətin bölünməsi prinsipindən irəli
gələn və məhkəmənin dövlət hakimiyyəti sistemində yerini müəyyən
edən hakimiyyət növünün qısa ifadəsidir.
Konstitusiyaya görə məhkəmə hakimiyyətinin əsasını müxtəlif
səlahiyyətləri olan, nümayəndəli və icra orqanlarından asılı olmayan
məhkəmə
orqanlarının
məcmusu
təşkil
edir.
Azərbaycan
Respublikasının məhkəmə sistemi Azərbaycan Respublikasının 12
noyabr 1995- ci ildə qəbul olunmuş Konstitusiyasına uyğun olaraq,
respublikada fəaliyyət göstərən, məhkəmə hakimiyyətinin vahid
vəzifələri, təşkilati
Mirağa Cəfərquliyev
VƏ fəaliyyət prinsipləri altında birləşmiş bütün məhkəmələrin
məcmusundan ibarətdir.
Azərbaycan
Respublikası
məhkəmə
sisteminin
quruluşu
“Məhkəmələr və hakimlər haqqında” 1997-ci il 10 iyun tarixli
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildi. Bu Qanunun
19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmə
sisteminə aşağıdakılar aid edilmişdir:
1)
rayon (şəhər) məhkəmələri;
2)
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının
məhkəməsi;
3)
hərbi məhkəmələr;
4)
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi
məhkəməsi;
5)
yerli iqtisad məhkəmələri;
6)
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair
Azərbaycan Respublikasının iqtisad məhkəməsi;
7)
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
8)
Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi;
9)
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi;
10)
Azərbaycan Respublikasının Ali Məhkəməsi (18).
Azərbaycan Respublikasının 16 iyun 2007-ci il və 22 fevral 2008-
ci il tarixli qanunları ilə CPM-in 66-cı maddəsinə edilmiş əlavələr və
düzəlişlər nəticəsində cinayət mühakimə icraatını həyata keçirən
məhkəmə sistemində böyük dəyişikliklər baş vermişdir. Bütün bu
dəyişikliklərdən sonra hal-hazırda respublika cinayət mühakimə
icraatını aşağıdakı məhkəmələr həyata keçirir:
1)
rayon (şəhər) məhkəmələri;
2)
hərbi məhkəmələr;
3)
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının
məhkəməsi;
4)
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının hərbi
məhkəməsi;
5)
Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar
Respublikasının məhkəməsi;
6)
Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə
dair işlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasmı həyata keçirən
müvafiq hərbi məhkəməsi;
///
FƏSİL AZƏRBA YCAN CİNA YƏT-PROSESSÜAL QANUNVERİCİLİYİNİN
İNKİŞAFI
1
)
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;
8)
apellyasiya məhkəmələri;
9)
Azərbaycan Respublikasının Ali Məhkəməsi.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi məhkəmə
hakimiyyəti sistemində ayrıca yer tutur. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi Konstitusiya ilə onun səlahiyyətlərinə aid
edilmiş məsələlərə dair ali konstitusiya mühakiməsi orqanıdır.
Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası
Konstitusiyasının aliliyini təmin etməkdən ibarətdir və onun fəaliyyəti
23 dekabr 2003-cü il tarixdə qəbul olunmuş “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur (17).
Yuxarıda qeyd etdiyimiz kimi, Konstitusiyanın VII fəslində dövlət
hakimiyyəti sistemində məhkəmə hakimiyyətinin yeri, hakimlərin təyin
edilməsi qaydaları, onların səlahiyyətləri göstərilir. “Məhkəmələr və
hakimlər haqqında” Qanuna gəldikdə isə qeyd etmək lazımdır ki, bu
Qanun müasir ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətin
konstitusiya quruluşunun əsaslarının, fiziki və hüquqi şəxslərin
hüquqlarının və maraqlannm müdafiəsinin təmin edilməsinə
yönəldilmiş yeni məhkəmə sistemini yaratdı. Məhkəmələrin təsis
olunması qaydasını şərh edərək adı çəkilən Qanunun 1-ci maddəsində
göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan Respublikasının
qa- nunlan ilə təsis edilmiş Azərbaycan Respublikası məhkəmələri
fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci
maddəsinin VI hissəsinə uyğun olaraq məhkəmələrin səlahiyyətlərinin
dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq
edilməsi və fövqəladə məhkəmələrin, eləcə də xarici dövlətlərin, yaxud
bu qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması
qadağandır.
Haqqında söhbət apardığımız Qanun 21 fəsil, 123 maddə və 7
bənddən ibarət keçid müddəalardan ibarətdir. Qanun məhkəmə
hakimiyyətinin anlayışını; ədalət mühakiməsinin həyata keçirilməsinə
dair əsas müddəaları; Azərbaycan Respublikasının məhkəmə sistemini;
Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin təşkilati
təminatı məsələləri; hakimlərin statusunu, onlann təyin edilməsi,
səlahiyyətləri və müstəqilliyi, hakimlərin maddi və sosial təminatı,
hakimlərin həvəsləndirilməsi, səlahiyyətlərinə xitam verilməsi və inti
Dostları ilə paylaş: |