XX FƏSİL XÜSUSİ İCRAA TLAR
sız çıxarılmasına səbəb olan, məhkəməyə işin istintaqı və məhkəmə
baxışı zamanı məlum olmayan yeni hallar hesab olunduğu halda, kas-
sasiya və əlavə kassasiya qaydasında işə yenidən baxılması üçün əsaslar
isə iş materiallarının özündən müəyyən edilir.
Yuxanda göstərilən fərqlər kassasiya və əlavə kassasiya qaydasında
icraatla yanaşı yeni açılmış hallar üzrə icraatı da cinayət prosesində
xüsusi və müstəqil bir mərhələ kimi müəyyən edir. Yeni açılmış hallar
üzrə icraat Cinayət-Prosessual Məcəllədə «Xüsusi icraatlar» fəslinə
daxil edilsə də, əslində, o, cinayət prosesinin müstəqil mərhələsi hesab
olunur. Məhz buna görə də biz onu «Azərbaycan Respublikasının
cinayət prosesi» kursu üzrə proqramda da müstəqil mərhələ kimi
göstərmişik. Yeni açılmış hallar üzrə işlərə baxılması üçün həmin işə
apellyasi- ya, kassasiya və ya əlavə kassasiya qaydasında
baxılıb-baxılmamasının heç bir əhəmiyyəti və ya maneçiliyi yoxdur.
Beləliklə, iş üzrə qanuni qüvvəyə minmiş hökmlər, qərarlar və yuxan
məhkəmələrin sonrakı bütün qərarları bu icraatın predmetini təşkil edə
bilər. Buradan belə bir nəticəyə gəlmək olar ki, qanunvericilik qanuni
qüvvəyə minmiş məhkəmə hökmlərinə və qərarlarına yenidən
baxılmasının bu üç formasında bir-birindən fərqlənən xüsusi qaydalar
müəyyən etdiyi üçün yeni açılmış hallar üzrə işlərə baxılması haqqında
məsələ kassasiya və əlavə kassasiya qaydasında icraatın predmetini
təşkil edə bilməz.
Məhkəmənin hökm və ya qərarlarına yeni açılmış hallar üzrə
baxılmasının
əsasları
və
müddətləri.
Cinayət-prosessual
qanunvericilikdə məhkəmənin hökm və ya qərarlarına yeni açılmış
hallar üzrə baxılması üçün konkret olaraq həm əsaslar və həm də
müddətlər göstərilmişdir. CPM-in 461-ci maddəsinə müvafiq olaraq,
həmin əsaslar aşağıdakılardır:
1)
düzgün olmayan (səhv) hökm və ya qərann çıxanlmasma səbəb
olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi,
ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan
tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti
protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni
qüvvəyə minmiş hökm və ya qəran ilə müəyyən edilməsi;
2)
cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materiallan və
ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının,
müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə
Mirağa Cəfərquliyev
minmiş hökm və ya qəran ilə müəyyən edilmiş sui-istifadələrinin
düzgün olmayan (səhv) hökm və ya qərann çıxanimasına səbəb olması;
3)
özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla
birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu
cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət
törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, digər
materiallar üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən,
hökm və ya qərarın çıxaniması zamanı məhkəməyə və cinayət
prosesinin tərəflərinə məlum olmayan digər hallar.
Şahid ifadələrinin, ekspert rəyinin və ya tərcümənin açıqcasına
yalan olması, habelə maddi sübutların və sənədlərin saxtalığı işin yeni
açılmış hallar üzrə baxılması üçün o hallarda əsas ola bilər ki, məhkəmə
hökmü və ya qərarı həmin sübutlara əsaslanmış olsun və ya məhkəmə
cəzanın növünü və həcmini müəyyən edərkən bu sübutlan nəzərə almış
olsun. Əks halda belə sübutlar işə yeni açılmış hallar üzrə baxılması
üçün əsas sayıla bilməz.
Hakimlərin öz vəzifələrindən cinayətkarcasına sui-istifadə etmələri -
hakimlər tərəfindən tamah məqsədi ilə və ya sair şəxsi maraqlarına görə
bilə-bilə ədalətsiz hökm və ya qərar çıxarmalanm nəzərdə tutur (CM-in
295-ci mad.). Prosessual sənədləri saxtalaşdırma, maddi sübutları
yararsız şəklə salma, bilə-bilə işə saxta sənədlər əlavə etmə əsassız və
qanunsuz hökm və ya qərar çıxarılmasına səbəb olduqda da bu
hakimlərin öz vəzifələrindən cinayətkarcasına sui-istifadə etmələri kimi
başa düşülməlidir (CM-in 294-cü mad.).
İş üzrə istintaq və ya təhqiqat aparan şəxsin öz vəzifəsindən
sui-istifadə etməsi bilə-bilə təqsiri olmayan şəxsin tamah məqsədi ilə və
ya sair şəxsi maraqlara görə təhqiqat aparan şəxs, müstəntiq və ya
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror
tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və bunun məhkəmənin
əsassız və qanunsuz hökm çıxarmasına səbəb olması, yaxud təhqiqatın
və ya ibtidai istintaqın qəsdən düzgün apanlmaması nəticəsində
məhkəmənin məhkum olunana edilmiş cinayətin ağırlığına uyğun
olmayan yüngül cəza, yaxud daha ağır cəza təyin etməsi, yaxud təqsiri
olan şəxs barəsində bəraət hökmü çıxarması, habelə prosessual
sənədləri saxtalaşdırma, maddi və digər sübutlann keyfiyyətini
dəyişdirmə və ya bunlan yararsız hala salma, bilə-bilə saxta sənədləri
işə əlavə etmə və buna oxşar
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
~
m
sair hallann mövcud olması və bunlann məhkəmə tərəfindən əsassız və
qanunsuz hökm (qərar) çıxan İmasına səbəb olması təhqiqat və ya
ibtidai istintaq aparan şəxsin öz vəzifəsindən cinayətkarcasına
sui-istifadə etməsi kimi qiymətləndirilməlidir (CM-in 293 və 294-cü
mad.).
Cinayət-Prosessual Məcəllənin 462-ci maddəsinə əsasən, yeni
açılmış hallar üzrə aşağıdakı qanuni qüvvəyə minmiş hökm və ya
məhkəmənin digər qərarlarına baxıla bilər: 1) ittiham hökmü; 2) bəraət
hökmü; 3) cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları
və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi
haqqında qərar; 4) tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
haqqında qərar; 5) tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq
edilməsi haqqında qərar.
Qanunvericilikdə yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya
qərarlarına baxmaq hüququ olan məhkəmə kimi yalnız Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu göstərilmişdir.
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına
baxılması müddətləri baxılmanın motivləri və məqsədindən asılı olaraq
fərqlənirlər.
Yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına
baxılması üçün icraatın başlanmasına səbəb kassasiya şikayəti, kassa-
siya protesti və ya təqdimat vennək hüququ olan şəxsin yazılı müraciəti
ola bilər. Bu ərizə yazılı şəkildə CPM-in 412-ci maddəsi ilə kassasiya
şikayətlərinin və ya kassasiya protestlərinin verilməsi üçün müəyyən
edilmiş qaydada verilir.
Qanunda konkret olaraq göstərilir ki, yeni açılmış hallarla əlaqədar
ittiham hökmünə məhkumun xeyrinə baxılması haqqında ərizənin
verilmə müddəti məhdudlaşdırılmır. Lakin bəraət hökmünə bəraət almış
şəxsin, habelə ittiham hökmünə məhkumun vəziyyətinin pisləşməsi ilə
nəticələnə biləcək yenidən baxılması haqqında ərizənin verilməsinə
müvafiq halların müəyyən edildiyi və ya müraciət etmiş şəxsin yeni
açılmış hallar barədə məlumat aldığı andan 12 (on iki) ay müddətində
yol verilir. Eyni zamanda, qanunda, həmçinin qeyd olunur ki, yenidən
baxılma haqqında məsələ məhkumun bəraət alması məqsədilə
qoyulduqda həmin məhkumun vəfat etməsi məhkəmənin hökm və ya
qərarına yeni açılmış hallar üzrə baxılmasına mane olmur. Bu halda
yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qəranna baxılması
Dostları ilə paylaş: |