XX FƏSİL XÜSUSİ İCRAA TLAR
3.
Sorğu edən razılığa gələn tərəfin ədliyyə müəssisəsinin xahişi isə
sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi vaxtlı-vaxtın- da
tapşınğm icrasının yeri və vaxtı barədə bu məqsədlə ona məlumat verir
ki, onun səlahiyyətli nümayəndələri sorğu alan razılığa gələn tərəfin
ədliyyə müəssisəsinin icazəsi ilə və onun qanunvericiliyinə uyğun
olaraq tapşırığın icrası zamanı, habelə bu, sorğu alan razılığa gələn
tərəfin qanunvericiliyinə zidd deyilsə, prosessual hərəkətlərin və axtarış
tədbirlərinin yerinə yetirilməsi zamanı iştirak edə bilsinlər.
4.
Tapşırıqda göstərilən şəxsin dəqiq ünvanı məlum olmadığı
təqdirdə, sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi onun dəqiq
ünvanını (olduğu yeri) müəyyən etmək üçün zəruri tədbirlər görür.
5.
Tapşınğm yerinə yetirilməsindən sonra sorğu alan razılığa gələn
tərəfin ədliyyə müəssisəsi alınan sənəd, predmet və materiallan, əgər bu
Konvensiyada digər qayda nəzərdə tutulmayıbsa, sorğu edən razılığa
gələn tərəfin ədliyyə müəssisəsinə göndərir. Hüquqi yardım göstərilə
bilinmədiyi təqdirdə, sorğu edən razılığa gələn tərəfin ədliyyə
müəssisəsi tapşınğm icra edilməsinə mane olan hallar haqqında
məlumatlandınhr.
Yuxanda göstərilən Konvensiyanın 8-ci maddəsinin müddəalan
hüquqi yardımın mahiyyətinin dərk edilməsinə şərait yaratmaqla
bahəm, eyni zamanda, inandıncı şəkildə göstərirlər ki, bu qaydalara
ciddi riayət edilərsə bu növ əməkdaşlıq sahəsində dövlətlərarası
bağlanan müqavilə və sazişlərin həyata keçirilməsi nəinki mümkündür,
hətta gözlənilən müsbət nəticələrin əldə edilməsi faktı reallığa çevrilə
bilər.
Bütün bu deyilənlərin elmi təhlili nəticəsində hüquqi yardımın
anlayışını və mahiyyətini əks etdirən aşağıdakı tərifin verilməsini
məqsədə müvafiq hesab edirik:
"Hüquqi yardım, bu haqda bağlanmış iki tərəfli (çox tərəfli) dövlət-
lərarası müqavilə, saziş və ya konvensiyalar əsasında razılığa gələn hər
bir tərəfin vətəndaşlanna və onun ərazisində yaşayan digər şəxslərə
razılığa gələn bütün tərəflərin ərazilərində, onlann şəxsi, əmlak və
qeyri-əmlak hüquqlarının etibarlı hüquqi müdafiəsinin təmin edilməsi
naminə, dövlətlərin daxili qanunverciliyində nəzərdə tutulmuş qayda və
üsullarla mülki, ailə və cinayət işləri üzrə ədliyyə orqanlan tərəfindən
həyata keçirilən əməkdaşlıqdır".
Aydın məsələdir ki, hüquqi yardımın qarşısında konkret bir məqsəd
qoyulur. Bu
0
deməkdir ki, beynəlxalq münasibət və beynəlxalq əmək
Mirağa Cəfərquliyev
daşlığı sahəsi ilə bağlı mövcud qanunvericiliyə əsasən hüquqi yardım
haqqında müqavilələr bir dövlətin vətəndaşlannın başqa dövlətin
ərazisində şəxsi və əmlak hüquqlannm qanşilıqlı tanınmasını və
gözlənilməsini təmin etmək məqsədini güdür. Eyni zamanda onu da
qeyd etmək lazımdır ki, dövlətlər arasında bağlanmış müqavilələr
hüquqi müdafiə məsələlərini nizamlayır, məhkəmələrin səlahiyyətlərini
və hüququn konkret olaraq hansı sahədə tətbiq edilməsini
müəyyənləşdirir, müqavilə bağlayan ölkələrin vətəndaqlannm
prosessual hüquqlannı, məhkəmə tapşınqlannın icrası qaydasını, mülki
işlər, ailə işləri üzrə məhkəmə qətnamələrinin tanınması və icrası
qaydasını, sənədələrin göndərilməsi, cinayətkarlann qaytaniması
qaydasını nizama salır.
Müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, hüquqi yardım
haqqında müqaviləyə əsasən bir dövlətin vətəndaşlan başqa dövlətin
ərazisində həmin dövlətin öz vətəndaşlan kimi şəxsi hüquqlardan və
əmlak hüquqlanndan istifadə edirlər. Bunun müqabilində onlar birbaşa
başqa dövlətin məhkəmə və prokurorluq orqanlarına, notariat kontor-
lanna və digər ədliyyə orqanlanna maneəsiz müraciət edə bilər, vəsatət
qaldırmaqla yanaşı iddia verə bilərlər. Bu ondan irəli gəlir ki, mövcud
qanunvericiliklə onlara ölkənin vətəndaşlan kimi tam həcmdə
prosessual hüquqlar verilir.
Qeyd edildiyi kimi beynəlxalq cinayətkarlıqla mübarizədə ikitərəfli
əməkdaşlıq forması qədim dövrlərdən başlasa da amma biz şahidiyik ki,
bu sahədə dövlətlərarası münasibətlər müasir dövrdə daha da inkişaf
etmiş və çox vacib bir faktora çevrilmişdir. Haqqında söhbət
apardığımız razılaşmalar iki dövlət arasında cinayət işləri ilə bağlı
yaranmış problemlərin həllində onların maraqlarını qanuna müvafiq
şəkildə daha dəqiq və tam nəzərə almağa, gələcəkdə onlann real həyata
keçirilməsinə imkan yaradır. Çox müsbət və təqdirəlayiq bir faktdır ki,
artıq Azərbaycan Respublikasının beynəlxalq əlaqələr praktikasında da
belə sazişlərin bağlanmasına tez-tez rast gəlmək mümkündür. Ədliyyə
Nazirliyinin apardığı hesabatlardan bəlli olur ki, Azərbaycan
Respublikası 40-dan artıq MDB, Avropa, Asiya dövlətləri ilə hüquqi
yardımın göstərilməsi ilə əlaqədar qarşılıqlı və hər iki tərəfin
maraqlarına tam cavab verən müqavilələr bağlamışdır. Bu
müqavilələrdə ədliyyə orqanlannm öz mərkəzi orqanları vasitəsilə
bir-biri ilə bilavasitə əlaqə saxlaması qaydası müəyyən edilir.
XX FƏSİL XÜSUSİ İCRAA TLAR
II.
Beynəlxalq əməkdaşlığı sahəsində hüquqi yardım və
onun insan hüquqlarının müdafiəsində rolu.
6|9|9
Müasir beynəlxalq hüququn inkişafı onun ayn-ayrı sahələrində olan
yeniliklərlə özünü göstərir. Xüsusilə cinayətkarlığa qarşı mübarizə, ci-
nayətkarlann ekstradisiyası (verilməsi) sahəsində dövlətlərarası
əməkdaşlığın genişləndirilməsi məhz müasir beynəlxalq hüququn
sayəsində mümkün olmuşdur. Buna baxmayaraq, mütəxəssislər qeyd
etdiyi kimi, dünyada beynəlxalq hüququn tənzim edə bilmədiyi bir çox
problemlər mövcuddur
(27.s.9).
Belə ki, cəmiyyət mövcuddursa, onun
obyektiv və subyektiv səbəblərilə bağlı olan hadisələri də mövcuddur.
Müəyyən problemlərin həll edilməməsi, qloballaşması qeyri-
müəyyən dövr ərzində beynəlxalq aləmdə sabitliyin pozulmasına gətirib
çıxanr. Nəticə etibarilə, beynəlxalq hüquq qaydalan pozulur.
Beynəlxalq hüquq qaydalannın pozulması sülhə, bəşəriyyətə qəsdin
edilməsi kimi qiymətləndirilir. Ümumiyyətlə, beynəlxalq hüquq
qaydalanm pozan və sülhə, bəşəriyyətə qəsd edən hər hansı əməl
beynəlxalq cinayət kimi qiymətləndirilir.
Dünyada baş verən müxtəlif növ beynəlxalq cinayətlər mövcuddur
ki, daim bəşəriyyət ondan əziyyət çəkir. Hansı ki, bu cinayətlər - sülhün
və insanlığın təhlükəsizliyinə qəsd edən cinayətlər, mütəşəkkil
cinayətkarlıq, terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi,
muzdla törədilən cinayətlər, insanlann oğurlanması və girov
götürülməsi, hava gəmilərinin qaçıniması və digər kriminal fəaliyyət
formalan bu gün dünyada cinayətkarlığın səviyyəsini müəyyən edən
əsas göstəriciyə çevrilmişdir. Hazırda dünyanın bir çox ölkələrində baş
verən terror hadisələri, adam- lann oğurlanması və girov götürülməsi
bunun bariz nümunəsidir.
Müasir beynəlxalq hüququn (beynəlxalq cinayət hüququnun)
inkişafı nəticəsində dövlətlər onlara qarşı yönələn təhlükənin qarşısını
almaq üçün qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərmək və bu cür
cinayətlərə qarşı birgə mübarizə aparmağa üstünlük verirlər. Bu gün biz
artıq belə bir faktla razılaşmalıyıq ki, ümumiyyətlə, beynəlxalq
sferasında yaranmış gərginlik cinayətkarlığın səviyyəsinin artmasına və
mürəkkəbləşməsinə şərait yaratmışdır.
Tədqiqatçılann müşahidəsindən bəlli olur ki, XX əsrin son illərində
dünya miqyasında cinayətkarlığın vəziyyətində və dinamikasında ciddi
Dostları ilə paylaş: |