XX FƏSİL XÜSUSİ İCRAA TLAR
dərdiyi tapşırıqlar və bu Konvensiyada nəzərdə tutulan digər
müraciətlər əsasında həyata keçirilir.
Hüquqi yardım barədə bağlanmış müqavilələrdə müvafiq dövlət
orqanlan arasında yaranan ünsiyyət qaydaları da, konkret olaraq, öz
təsbitini tapmalıdır və bu da sözsüz ki, belə bir yardımın
göstərilməsinin mahiyyətilə birbaşa bağlıdır. MDB iştirakçısı olan
dövlətlərin bağladığı və )aıxanda istinad edilən Konvensiyanın 5-ci
maddəsində hüquqi yardımın göstərilməsinin ünsiyyət qaydası öz
izahını tapmışdır. Bununla bağlı deyilir:
1.
Hüquqi yardımın göstərilməsi zamanı razılığa gələn tərəflərin
ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər
ünsiyyət qaydalan nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər
orqanlan vasitəsilə həyata keçirirlər. Razılığa gələn tərəflər, bilavasitə
əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və
digər orqanlannm siyahısını müəyyən edirlər və öz ratifikasiya
fərmanlanm və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman
bu barədə depozitarini məlumatlandınrlar.
Razılığa gələn tərəflər mərkəzi, ərazi və digər orqanlannm
siyahısında hər hansı bir dəyişiklik haqqında depozitarini
məlumatlandınrlar.
2.
Prokurorun (məhkəmənin) sanksiyasını tələb edən prosessual
hərəkətlərin və axtanş tədbirlərinin keçirilməsi haqqında icra edilməsi
məsələləri üzrə əlaqələr prokurorluq orqanlan vasitəsilə həyata keçirilir.
Hüquqi yardımın anlayışı və mahiyyətini şərh edərkən onun
həcminin izahını verməmək qeyri mümkündür, çünki hər hansı bir
məsələnin həyata keçirilməsi, ilk növbədə onun həcmi və həlli
qaydalarının konkretləşdirilməsini tələb edir.
Hüquqi yardımın həcmi ilə bağlı istinad olunan Konvensiyanın 6-cı
maddəsində qeyd edilmişdir ki, razılığa gələn tərəflər qarşılıqlı hüquqi
yardımı, sorğu alan razılığa gələn tərəfin qanunvericiliyində nəzərdə
tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də
sənədlərin tərtib edilməsi, onlann öz sahibinə ötürülməsi və təqdim
edilməsi, baxışın, axtanşm, götürmənin həyata keçirilməsi, maddi
sübutla- nn ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü
şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin,
şahidlərin, mülki iddiaçılann, mülki cavabdehlərin, onlann
nümayəndələrinin,
müqəssirlərin
qanuni
nümayəndələrinin,
ekspertlərin dindirilməsi, tanın-
Mirağa Cəfərquliyev
maya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki
vasitələrindən istifadə etməklə şəxslərin axtanşı, istintaqı apanlan
cinayət işində əməliyyat-axtanş tədbirlərinin, cinayət təqibinin həyata
keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını
təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul
vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtanşı və
həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə
qərarlann icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul
vəsaitlərinin axtanşı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə
məhkəmə qərarlannın tanınması və icrası yolu ilə həyata keçirirlər.
Hüquqi yardımın həcmini şərh edən Konvensiyanın 6-cı maddəsində
bu növ dövlətlərarası əməkdaşlığın həyata keçirilməsinin qayda və
üsulları da ehtiva olunmuşdur. Bununla bağlı izah edilir ki, razılığa
gələn tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda ədalət
mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin
hallanndan irəli gələn və razılığa gələn tərəflərin daxili
qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə
bilərlər.
Hüquqi yardımın mahiyyətinin tam və ətraflı açıqlanması, eyni
zamanda, onun icra edilməsi qaydalarının şərh edilməsini də bir zərurətə
çevirir. Bu məsələnin düzgün həllini yenə də beynəlxalq aləmdə
mövcud olan müqavilə və sazişlərdə görmək mümkündür. Belə ki,
hüquqi yardım göstərilməsi haqqqında tapşırığın icra edilməsi qaydaları
MDB dövlətlərinin, artıq bizə bəlli olan Konvensiyanın 8-ci
maddəsində konkret və lokanik şəkildə öz izahını tapmışdır. Adı çəkilən
maddədə aşağıdakı müddəalar şərh edilmişdir:
1.
Hüquqi yardım göstərilməsi haqqında tapşınğm icrası zamanı
sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi öz razılığa gələn
tərəfinin qanunvericiliyini tətbiq edir. Sorğu edən razılığa gələn tərəfin
ədliyyə müəssisəsinin xahişinə əsasən o, əgər bu, sorğu alan razılığa
gələn tərəfin qanunvericiliyinə zidd deyilsə, sorğu edən razılığa gələn
tərəfin prosessual normalannı tətbiq edə bilər. Belə olduğu təqdirdə,
sorğu edən razılığa gələn tərəf prosessual qanunun mətnini təqdim
etməlidir.
2.
Əgər sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi tapşırığın
yerinə yetirilməsinə səlahiyyətli deyilsə, onda o, beş gün ərzində
tapşırığı səlahiyyətli ədliyyə müəssisəsinə ötürür və bu barədə sorğu
edən razılığa gələn tərəfin ədliyyə müəssisəsini məlumatlandırır.