MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə244/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   240   241   242   243   244   245   246   247   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

dərdiyi  tapşırıqlar  və  bu  Konvensiyada  nəzərdə  tutulan  digər 

müraciətlər əsasında həyata keçirilir. 

Hüquqi  yardım  barədə  bağlanmış  müqavilələrdə  müvafiq  dövlət 

orqanlan  arasında  yaranan  ünsiyyət  qaydaları  da,  konkret  olaraq,  öz 

təsbitini  tapmalıdır  və  bu  da  sözsüz  ki,  belə  bir  yardımın 

göstərilməsinin  mahiyyətilə  birbaşa  bağlıdır.  MDB  iştirakçısı  olan 

dövlətlərin  bağladığı  və  )aıxanda  istinad  edilən  Konvensiyanın  5-ci 

maddəsində  hüquqi  yardımın  göstərilməsinin  ünsiyyət  qaydası  öz 

izahını tapmışdır. Bununla bağlı deyilir: 

1.

 

Hüquqi  yardımın  göstərilməsi  zamanı  razılığa  gələn  tərəflərin 



ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər 

ünsiyyət qaydalan nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər 

orqanlan vasitəsilə həyata keçirirlər. Razılığa gələn tərəflər, bilavasitə 

əlaqələrin  həyata  keçirilməsinə  səlahiyyəti  olan  öz  mərkəzi,  ərazi  və 

digər  orqanlannm  siyahısını  müəyyən  edirlər  və  öz  ratifikasiya 

fərmanlanm və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman 

bu barədə depozitarini məlumatlandınrlar. 

Razılığa  gələn  tərəflər  mərkəzi,  ərazi  və  digər  orqanlannm 

siyahısında  hər  hansı  bir  dəyişiklik  haqqında  depozitarini 

məlumatlandınrlar. 

2.

 

Prokurorun  (məhkəmənin)  sanksiyasını  tələb  edən  prosessual 



hərəkətlərin və axtanş tədbirlərinin keçirilməsi haqqında icra edilməsi 

məsələləri üzrə əlaqələr prokurorluq orqanlan vasitəsilə həyata keçirilir. 

Hüquqi  yardımın  anlayışı  və  mahiyyətini  şərh  edərkən  onun 

həcminin  izahını  verməmək  qeyri  mümkündür,  çünki  hər  hansı  bir 

məsələnin  həyata  keçirilməsi,  ilk  növbədə  onun  həcmi  və  həlli 

qaydalarının konkretləşdirilməsini tələb edir. 

Hüquqi yardımın həcmi ilə bağlı istinad olunan Konvensiyanın 6-cı 

maddəsində qeyd edilmişdir ki, razılığa gələn tərəflər qarşılıqlı hüquqi 

yardımı,  sorğu  alan  razılığa  gələn  tərəfin  qanunvericiliyində  nəzərdə 

tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də 

sənədlərin  tərtib  edilməsi,  onlann  öz  sahibinə  ötürülməsi  və  təqdim 

edilməsi,  baxışın,  axtanşm,  götürmənin  həyata  keçirilməsi,  maddi 

sübutla-  nn  ötürülməsi,  ekspertizanın  keçirilməsi,  tərəflərin,  üçüncü 

şəxslərin,  şübhəli  şəxslərin,  təqsirləndirilənlərin,  zərərçəkmişlərin, 

şahidlərin,  mülki  iddiaçılann,  mülki  cavabdehlərin,  onlann 

nümayəndələrinin, 

müqəssirlərin 

qanuni 


nümayəndələrinin, 

ekspertlərin dindirilməsi, tanın- 




 

Mirağa Cəfərquliyev 

maya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki 

vasitələrindən  istifadə  etməklə  şəxslərin  axtanşı,  istintaqı  apanlan 

cinayət  işində  əməliyyat-axtanş  tədbirlərinin,  cinayət  təqibinin  həyata 

keçirilməsi,  cinayət  məsuliyyətinə  cəlb  etmək  və  ya  hökmün  icrasını 

təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul 

vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtanşı və 

həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə 

qərarlann  icra  edilməsi  üçün  mülki  cavabdehlərin  əmlak  və  pul 

vəsaitlərinin  axtanşı,  icra  qeydlərinin,  mülki  işlər  və  hökmlər  üzrə 

məhkəmə qərarlannın tanınması və icrası yolu ilə həyata keçirirlər. 

Hüquqi yardımın həcmini şərh edən Konvensiyanın 6-cı maddəsində 

bu  növ  dövlətlərarası  əməkdaşlığın  həyata  keçirilməsinin  qayda  və 

üsulları  da  ehtiva  olunmuşdur.  Bununla  bağlı  izah  edilir  ki,  razılığa 

gələn  tərəflər  qarşılıqlı  hüquqi  yardımı,  eyni  zamanda  ədalət 

mühakiməsindən  və  ümumilikdə  cəmiyyətin  maraqlarından  və  işin 

hallanndan  irəli  gələn  və  razılığa  gələn  tərəflərin  daxili 

qanunvericiliyinə  uyğun  olan  digər  qayda  və  üsullarla  həyata  keçirə 

bilərlər. 

Hüquqi  yardımın  mahiyyətinin  tam  və  ətraflı  açıqlanması,  eyni 

zamanda, onun icra edilməsi qaydalarının şərh edilməsini də bir zərurətə 

çevirir.  Bu  məsələnin  düzgün  həllini  yenə  də  beynəlxalq  aləmdə 

mövcud  olan  müqavilə  və  sazişlərdə  görmək  mümkündür.  Belə  ki, 

hüquqi yardım göstərilməsi haqqqında tapşırığın icra edilməsi qaydaları 

MDB  dövlətlərinin,  artıq  bizə  bəlli  olan  Konvensiyanın  8-ci 

maddəsində konkret və lokanik şəkildə öz izahını tapmışdır. Adı çəkilən 

maddədə aşağıdakı müddəalar şərh edilmişdir: 

1.

 



Hüquqi  yardım  göstərilməsi  haqqında  tapşınğm  icrası  zamanı 

sorğu  alan  razılığa  gələn  tərəfin  ədliyyə  müəssisəsi  öz  razılığa  gələn 

tərəfinin qanunvericiliyini tətbiq edir. Sorğu edən razılığa gələn tərəfin 

ədliyyə  müəssisəsinin  xahişinə  əsasən  o,  əgər  bu,  sorğu  alan  razılığa 

gələn tərəfin qanunvericiliyinə zidd deyilsə, sorğu edən razılığa gələn 

tərəfin  prosessual  normalannı  tətbiq  edə  bilər.  Belə  olduğu  təqdirdə, 

sorğu  edən  razılığa  gələn  tərəf  prosessual  qanunun  mətnini  təqdim 

etməlidir. 

2.

 

Əgər sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi tapşırığın 



yerinə  yetirilməsinə  səlahiyyətli  deyilsə,  onda  o,  beş  gün  ərzində 

tapşırığı  səlahiyyətli  ədliyyə  müəssisəsinə  ötürür  və  bu  barədə  sorğu 

edən razılığa gələn tərəfin ədliyyə müəssisəsini məlumatlandırır. 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə