MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə241/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   237   238   239   240   241   242   243   244   ...   266

 

Mirağa CəfərquHyev 

aparıldığı şəxs tərəfindən törədildiyini; 3) əməlin anlaqsız vəziyyətdə 

törədildiyini və ya cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulması 

və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını; 4) 

şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının 

tətbiq edilməsinə ehtiyac olduğunu. 

Cinayət-prosessual  qanunvericilikdə  izah  edilir  ki,  şəxs  tərəfindən 

cinayət  qanunu  ilə  nəzərdə  tutulmuş  əməlin  anlaqsız  vəziyyətdə 

törədilməsini sübuta  yetirilmiş hesab  etdikdə,  məhkəmə onun  cinayət 

məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli 

məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxanr. Eyni zamanda, 

onu  da  qeyd  edək  ki,  şəxs  ictimai-təhlükəli  olmadıqda  və  onun  tibbi 

xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş 

üzrə  icraata  xitam  verilməsi  haqqında  qərar  çıxanr.  Məhkəmə  şəxsin 

əməli törətdiyi anda anlaqsız olması, məhkəmə baxışı zamanı sağaldığı 

halda da iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxanr. 

Bir məsələnin də şərh edilməsinə ehtiyac duyulur. O da ondan irəli 

gəlir ki, əgər məhkəmə şəxsin anlaqsızlığınm müəyyən edilmədiyini və 

ya cinayət törədən şəxsin psixi xəstəliyə tutulmasının ona cəza tədbiri 

tətbiq edilməsini aradan qaldırmadığını müəyyən edərsə, öz qəran ilə işi 

ibtidai araşdırmanın aparılması üçün istintaq orqanlarına qaytarmalıdır. 

Eləcə də əgər məhkəmə iclasında tibbi xarakterli məcburi tədbir təyin 

olunmaq  üçün  haqqında  işi  məhkəməyə  daxil  olmuş  şəxsin  cinayət 

edərkən  anlaqlı  olması  müəyyən  edilərsə,  onu  cinayət  məsuliyyətinə 

cəlb etmək üçün iş ibtidai istintaq orqanlanna qaytarılmalıdır. Anlaqlı 

vəziyyətdə cinayət törətmiş və cinayət törətdikdən sonra psixi xəstəliyə 

tutulmuş  şəxslər  barəsində  (əgər  məhkəmə  iclasında  işə  baxılanadək 

onların  psixi  xəstə  olmaması  müəyyən  edilərsə)  iş  ibtidai  istintaq 

orqanlarına  qaytarılmalıdır.  Məhkəmə  iclasında  xəstəliyin  səhhətin 

müvəqqəti pozğunluğundan ibarət olması müəyyən edildiyi hallarda isə 

məhkəmə həmin şəxs sağalanadək işin dayandırılması haqqında qərar 

çıxarmalıdır.  Şəxs  psixi  xəstəliyə  məhkəmə  baxışı  mərhələsində 

tutulduğu  halda  məhkəmə,  həmçinin  iş  üzrə  icraatın  dayandıniması 

haqqında məsələni həll etməlidir. 

Cinayət  və  cinayət-prosessual  qanunvericilikdə  göstərildiyi  kimi, 

barəsində  tibbi  xarakterli  məcburi  tədbir  seçilmiş  şəxsin  məcburi 

müalicə vaxtı sağalması və ya səhhətinin dəyişməsi nəticəsində əvvəllər 



XX

 FƏSIL XÜSUSI ICRAA TLAR

 

tətbiq olunmuş tibbi xarakterli məcburi tədbirlərin saxlanması zərurəti 

aradan  qalxa  bilər.  Bununla  əlaqədar  olaraq  tibbi  xarakterli  məcburi 

tədbirlərin  tətbiqinin  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  haqqında 

məsələ  meydana  çıxır.  Belə  ki,  CM-in  98-ci,  CPM-in  486-cı 

maddələrinə  əsasən,  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqinin 

uzadılması,  dəyişdirilməsi  və  ya  ləğv  edilməsi  həkim-psixiatr 

komissiyasının  rəyi  əsasında  məcburi  müalicəni  həyata  keçirən  tibb 

müəssisəsinin  müdiriyyətinin  vəsatəti  ilə  məhkəmə  tərəfindən  həyata 

keçirilir. 

Barəsində  tibbi  xarakterli  məcburi  tədbirlər  təyin  edilmiş  şəxs  bu 

tədbirin tətbiqinin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsinin həll 

edilməsi  məqsədi  ilə  altı  ay  müddətində  bir  dəfədən  az  olmayaraq 

həkim-psixiatr komissiyasında baxışdan keçirilməlidir. Tibbi xarakterli 

məcburi tədbirlərin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar ol- 

madıqda  məcburi  müalicəni  həyata  keçirən  müəssisənin  müdiriyyəti 

məcburi  müalicənin  müddətinin  uzadılması  haqqında  məhkəməyə  öz 

rəyini təqdim edir. Məcburi müalicənin ilk dəfə uzadılması müalicənin 

başlandığı gündən altı ay keçdikdən sonra həyata keçirilir, bundan sonra 

məcburi müalicə müddətinin uzadılması hər il həyata keçirilir. 

Şəxsin  psixi  vəziyyətinin  yaxşılaşması  səbəbindən  onun  barəsində 

əvvəllər təyin edilmiş tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi 

zərurəti  olduqda  və  ya  tibbi  xarakterli  digər  məcburi  tədbirlərin 

tətbiqinə  ehtiyacı  olduqda,  tibbi  xarakterli  məcburi  tədbirlərin 

dəyişdirilməsi  və  ya  onlann  tətbiqinin  ləğv  edilməsi  məhkəmə 

tərəfindən həyata keçirilir. 

Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiqini ləğv etdikdə, 

məcburi  müalicə  olunan  şəxs  barəsindəki  materialları  səhiyyə 

orqanlarına göndərir. 

Nəzərdə  saxlamaq  lazımdır  ki,  cinayət  törətdikdən  sonra  psixi 

pozuntuya məruz qalmış şəxs müalicə olunduqdan sonra ona cəza təyin 

edilərkən  və  ya  onun  cəzasının  icrası  bərpa  olunarkən,  psixiatriya 

stasionarlarında  məcburi  müalicədə  bir  gün  olma  müddəti  bir  gün 

azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır. 

Beləliklə, cinayət etdikdən sonra psixi xəstəliyə tutulmuş şəxsə tibbi 

xarakterli  məcburi  tədbir  tətbiq  edilərkən  həmin  şəxs  yalnız  cəzanı 

çəkməkdən azad edilir, cinayət məsuliyyətindən isə azad edilmir. 



 

Mirağa Cəfərquliyev 

Odur  ki,  cinayət  törətdikdən  sonra  psixi  xəstəliyə  tutulması 

barəsində  tibbi  xarakterli  məcburi  tədbir  tətbiq  olunmuş  şəxs  həkim 

komissiyası  tərəfindən  sağalmış  hesab  edilərsə,  məhkəmə  işi  təzələyə 

bilər.  Bununla  əlaqədar  CPM-in  487-ci  maddəsində  göstərilir  ki, 

məhkəmə,  barəsində  tibbi  xarakterli  məcburi  tədbirin  tətbiq  edildiyi 

şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi 

tədbirin  ləğv  edilməsi  haqqında  qərar  çıxarır  və  cinayət  işini  ibtidai 

araşdırmanın  apaniması  və  ya  məhkmə  baxışının  keçirilməsi  üçün 

göndərilməsi haqqında məsələni həll edir. 



§ 5. Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi 

üzrə icraat 

Hüquqi  yardımın göstərilməsi qədim tarixə  malik olan beynəlxalq 

münasibətlər  və  dövlətlərarası  əməkdaşlığın  vacib  sferalarından  birini 

təşkil  edir.  Tarixi  aspektləri  analiz  etdikdə  aydın  olur  ki,  beynəlxalq 

aləmdə  hüquqi  yardımın  göstərilməsi,  hələ  bizim  eramızdan  əvvəl 

yaranmış və sürətlə inkişaf etmişdir. Hüquq ədəbiyyatında qeyd edildiyi 

kimi,  bu  sahədə  əməkdaşlığı  özündə  əks  etdirən  ilk  yazılı  dövlətləra- 

rası müqavilə bizim eramızdan əvvəl 1296-cı ildə Misir fironu II Ram- 

zeslə Xetlər çarı Xattuşilin arasında bağlanan müqavilə olmuşdur. 

Adı  çəkilən  müqavilədə  qeyd  edilirdi  ki,  "Əgər  kimsə  Misirdən 

qaçıb Xetlər ölkəsinə gələrsə, onda Xett çarı onu tutub saxlayacaq və 

Ramzesin ölkəsinə qaytaracaqdır". 

Beynəlxalq hüquqda bu formada bağlanmış və bizə məlum olan ilk 

"hüquqi  yardımın  göstərilməsi"  müqaviləsi  kimi  hüquqşünas 

tədqiqatçılar 

tərəfindən, 

çox 

düzgün 


olaraq, 

müsbət 


qiymətləndirilmişdir. Bununla bağlı biz hesab edirik ki, düzgün olaraq 

qeyd  olunur  ki,  bu  müqavilə  əslində  xüsusi  olaraq  beynəlxalq 

cinayətkarlığa qarşı mübarizənin müqaviləvi formasına böyük təcrübə 

nümunə olmuşdur 



(63.S.34).

 

Müasir  dövrdə  hüquqi  yardım,  demək  olar  ki,  beynəlxalq 



münasibətlər və dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərdən birini 

ehtiva  edir.  Bu  sahə  olduqca  çoxşaxəlidir.  Bu  fəaliyyət  dünya 

arenasında  mövcud  olan  dövlətlərlə  və  dövlətlər  qrupu  arasında, 

siniflərarası, so- 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə