MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə238/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   234   235   236   237   238   239   240   241   ...   266

Mirağa Cəfər quliyev 

haqqında  ərizənin  vəfat  etmiş  şəxsin  həyat  yoldaşı  və  ya  digər  yaxın 

qohumu tərəfindən verilməsinə yol verilir. 

Yeni açılmış hallar üzrə icraatın başlanması qaydası. Yeni açılmış 

hallar  üzrə  icraatın  başlanması  üçün  yuxarıda  qeyd  etdiyimiz  kimi 

müvafiq  səlahiyyətli  şəxsin  ərizəsi,  protest  və  ya  təqdimat  olmalıdır. 

Qanunvericilikdə adı çəkilən ərizəyə dair müəyyən tələblər irəli sürülür. 

CPM-in 465-ci maddəsinə əsasən, yeni açılmış hallar üzrə məhkəmənin 

hökm və ya qərarına baxılması haqqında ərizədə aşağıdakı məlumatlar 

mütləq  göstərilməlidir:  ərizə  ilə  müraciət  edən  şəxsin  soyadı,  adı, 

atasının adı və prosessual statusu; mübahisə edilən hökm və ya qərarın 

dəqiq  adı  (sənəd  nə  vaxt,  kim  tərəfindən  və  hansı  icraat  üzrə 

çıxarılmışdır);  məhkəmənin  hökm  və  ya  qəranna  yenidən  baxılması 

üçün baxılmanın zəruriliyini təsdiq edən əsasların və sübutlann ətraflı 

izahı;  məhkəmənin  hökm  və  ya  qərarına  yenidən  baxılması  haqında 

məsələnin  qoyulduğu  səbəblərin  əsaslandırılması;  ərizənin  verilməsi 

üçün müddətlərə riayət edilməsi halları və mövcud olan sübut vasitələri 

barədə  məlumatlar.  Bundan  başqa,  adı  çəkilən  ərizəyə  məhkəmənin, 

barəsində mübahisə edilən hökm və ya qərarının surəti, habelə ərizənin 

əsaslandırıldığı  sənədlər  (əsilləri  və  ya  surətləri)  əlavə  edilməlidir. 

Göstərilən ərizənin və ona edilmiş əlavələrin surətləri kassasiya şikayəti 

və  ya  kassasiya  protesti  vermək  hüququna  malik  olan  bütün  şəxslərə 

çatacaq sayda olmalıdır. 

Yuxarıda  göstərilənlər  nəzərə  alınmaqla  Azərbaycan  Respublikası 

Ali Məhkəməsinin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və 

ya  qərarına baxılması  haqqında  ərizəyə  ilkin baxılmasını Azərbaycan 

Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən 

birinə tapşırır. Hakim ərizəni öyrəndikdən sonra aşağıdakı qərarlardan 

birini qəbul edir: 

a)  ərizə  məhkəmənin,  barəsində  mübahisə  edilən  hökm  və  ya 

qərarının  əsaslılığına  dair  şübhə  yaratmadıqda,  onun  baxılmamış 

saxlanılması haqqında; b) ərizədən və ya ona əlavə edilmiş sənədlərdən 

həmin halların müəyyən edildiyi, yaxud onların mümkün mövcudluğu 

həqiqətən  məhkəmənin  mübahisə  edilən  hökm  və  ya  qərarının 

əsaslılığına dair şübhə yarada biləcəyi məlum olduğu halda yeni açılmış 

hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə 

üzrə icraatın açılması haqqında. 



XX

 FƏSIL

 xüsusi İCRAA TLAR 

Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması 

haqqında  ərizənin  verilməsi  üçün  artıq  müəyyən  edilmiş  hallar  əsas 

olduqda  hakim,  barəsində  şikayət  verilən  qərann  düzgünlüyünə  olan 

şübhələri təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün 

mövcudluğunu  yoxlayır  və  belə  halı  müəyyən  etdikdə  cinayət  işinin, 

məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallarının  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayətin  yeni  müəyyən  edilmiş  hallar  üzrə 

baxılması  haqqında  rəy  tərtib  edərək,  ərizə  və  digər  materiallarla 

birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə verir. 

Qanunvericilikdə,  eyni  zamanda,  qeyd  edilir  ki,  hökmə  və  ya 

məhkəmənin qəranna yeni açılmış hallar üzrə baxılması üçün ərizənin 

verilməsinə  əsas  olmuş  hallann  həqiqiliyinin  və  tamlığının  müəyyən 

edilməsindən  ötrü  xüsusi  araşdırmanın  aparılması  tələb  olunduqda 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  öz  qərarı  ilə 

Azərbaycan  Respublikasının  Baş  prokuroruna  belə  araşdırmanın 

aparılmasını  təşkil  etməyi  tapşırır.  Azərbaycan  Respublikasının  Baş 

prokuroru  öz  növbəsində  yeni  açılmış  hallar  üzrə  araşdırmanın 

apanlma- sını tabeçiliyində olan prokurorlardan və ya müstəntiqlərdən 

birinə həvalə edir. Belə olan hallarda, yeni açılmış halların araşdınlması 

ilə əlaqədar istintaq hərəkətləri ümumi qaydada, yəni CPM-in 226-276- 

cı maddələrinin tələblərinə riayət etməklə aparılır. 

Yeni  açılmış  hallann  araşdırılması  qurtardıqdan  sonra  istintaq 

hərəkətlərinin bütün protokollan və digər materiallar yeni açılmış hallar 

üzrə  icraat  açmış  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

hakiminə  göndərilir.  Prokuror  (müstəntiq)  tərəfindən  aparılmış 

araşdırmanın  ma-  teriallanna  baxaraq  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  hakimi  aşağıdakı  qərarlardan  birini  qəbul  edir:  a) 

məhkəmənin  mübahisə  edilən  hökmünə  və  ya  qərarına  yeni  açılmış 

hallar üzrə baxılmasının rədd edilməsi haqqında; b) məhkəmənin hökm 

və  ya  qərarına  yenidən  baxılması  haqqında  ərizənin  və  prokuror 

(müstəntiq)  tərəfindən  aparılmış  araşdımıa  materiallarının  mahiyyəti 

üzrə  baxılması  üçün  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Plenumuna göndərilməsi haqqında. Belə qərar çıxarmaqla yanaşı hakim 

məhkəmənin  mübahisə  edilən  hökm  və  ya  qərarının  icrasını  da 

dayandıra  bilər.  Buna  qanunla  səlahiyyəti  çatır.  İkinci  qəran 

çıxartdıqdan  sonra  yeni  açılmış  hallar  üzrə  hakimdə  olan  bütün 

materiallar Ali Məhkəmənin sədrinə verilir. 




Mirağa CəfərquUyev 

Qanunda  birmənalı  surətdə  bildirilir  ki,  yeni  açılmış  hallar  üzrə 

məhkəmənin  hökm  və  ya  qəranna  baxılması  haqqında  ərizəyə  ilkin 

baxan  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  hakiminin  bütün  qə- 

rarlan qətidir və onlardan şikayət verilə bilməz. 

Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması 

haqqında  ərizənin  ilkin  baxılmasının  nəticələri  barədə  Azərbaycan 

Respublikasının  Baş  prokuroruna  və  ya  prokurorun  nümayəndəsinə, 

məhkuma (bəraət almış şəxsə), zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), 

habelə məhkəmənin mübahisə edilən hökm və ya qərannm mənafelərinə 

toxunduğu  digər  şəxslərə  məlumat  verilir.  Qanunda,  eyni  zamanda, 

qeyd  olunur  ki,  yeni  açılmış  hallar  üzrə  məhkəmənin  hökm  və  ya 

qəranna baxılması haqqında ərizənin və prokuror (müstəntiq) tərəfindən 

aparılmış  araşdırma  materiallarının  mahiyyəti  üzrə  baxılması  üçün 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi 

haqqında qərar qəbul edildikdə, yuxanda sadalanan şəxslərə, həmçinin 

məsələnin baxılması vaxtı və yeri haqqında məlumat verilməlidir. 

Yeni  açılmış  hallar  üzrə  məhkəmənin  hökm  və  ya  qərarına 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun  iclasında 

baxılması CPM-in 427-ci (əlavə kassasiya qaydasında təqdimat, protest 

və  ya  şikayətə  mahiyyəti  üzrə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin  Plenumu  tərəfindən  baxılması)  maddəsində  nəzərdə 

tutulmuş qaydalar üzrə həyata keçirilir. 

§ 4. Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi 

üzrə icraat 

Cinayət qanunvericiliyinə əsasən, cinayətin subyekti yalnız anlaqlı 

şəxslər ola bilər. Anlaqsız şəxslər isə törətdikləri ictimai təhlükəli əmələ 

görə cinayət məsuliyyəti daşımırlar. Məhz buna görə də qanunvericilik 

bu kateqoriyadan olan şəxslərə məhkəmənin təyinatı ilə tibbi xarakterli 

məcburi tədbirlər tətbiq edilməsini nəzərdə tutur. 

Tibbi  xarakterli  məcburi  tədbirlərlə  əlaqədar  CM-in  93-cü 

maddəsində göstərilmişdir ki, bu tədbirlər məhkəmə tərəfindən Cinayət 

Mə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə