MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə234/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   230   231   232   233   234   235   236   237   ...   266

6|6|6

 

Mirağa Cəfərquliyev 

vətəndaşlann  şikayətləri  əsasında  çıxardığı  qərarlara  müvafiq  də 

başlana bilər. 

Beləliklə,  Konstitusiya  Məhkəməsinə  aşağıdakı  subyektlər  sorğu, 

müraciət və şikayətlər göndərmək hüququna malikdirlər (burada ancaq 

hüquq-mühafizə orqanlan, ombudsman və vətəndaşlar nəzərdə tutulur): 

1.

 



Azərbaycan  Respublikasının  Ali  Məhkəməsi,  Azərbaycan 

Respublikasının 

Prokurorluğu 

Azərbaycan 



Respublikası 

Konstitusiyasının  130-cu  maddəsinin  III  hissəsinin  1-7-ci  bəndləri  ilə 

nəzərdə  tutulmuş  məsələlərlə  əlaqədar  Konstitusiya  Məhkəməsinə 

sorğu verə bilərlər; 

2.

 

Azərbaycan  Respublikasının  insan  hüquqları  üzrə  müvvəkili 



(ombudsman)  -  Azərbaycan  Respublikası  Konstitusiyasının  130-cu 

maddəsinin  VII  hissəsində  nəzərdə  tutulmuş  məsələlərlə  əlaqədar 

Konstitusiya  Məhkəməsinə  sorğu  verə  bilər.  Ombudsmanın  sorğusu 

insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti 

orqanlarının,  bələdiyyələrin  normativ  aktlarından,  məhkəmə 

aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiyanın 130-cu 

maddəsinin  III  hissəsinin  1-7-ci  bəndlərində  göstərilən  məsələlərin 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən  həll 

edilməsi üçün verilə bilər

3.

 

Azərbaycan  Respublikasının  məhkəmələri  -  Azərbaycan 



Respublikası  Konstitusiyasının  130-cu  maddəsinin  VI  hissəsində 

nəzərdə  tutulmuş  məsələlərlə  əlaqədar  Konstitusiya  Məhkəməsinə 

müraciət edə bilərlər. Adı çəkilən maddənin VI hissəsində qeyd edilir 

ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada 

məhkəmələr insan hüquq və azadlıqlannm həyata keçirilməsi məsələləri 

ilə  bağlı  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının 

şərh  edilməsi  haqqında  Azərbaycan  Respublikasının  Konstitusiya 

Məhkəməsinə müraciət edə bilərlər; 

4.

 

Hər bir şəxs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və 



icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlanndan, bələdiyyə və 

məhkəmə  aktlarından  Azərbaycan  Respublikası  Konstitusiyasının 

130-cu  maddəsinin  III  hissəsinin  1-7-ci  bəndlərində  göstərilən 

məsələlərin  həll  edilməsi  üçün  Konstitusiya  Məhkəməsinə  pozulmuş 

insan  hüquq  və  azadlıqlarının  bərpa  edilməsi  məqsədilə  şikayət  verə 

bilər. 

Vətəndaşlann şikayəti ilə bağlı “Konstitusiya Məhkəməsi haqqında” 



Azərbaycan Respublikasının Qanununda (maddə 34.2) maraqlı bir şərh 


XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

verilir.  Qanunda  göstərilir  ki,  Konstitusiyanın  130-cu  maddəsinin  III 

hissəsinin  4-cü  bəndində  nəzərdə  tutulmuş  məsələyə  dair  (Ali 

Məhkəmənin  qərarlannın  qanunda  nəzərdə  tutulmuş  hallarda 

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlanna uyğunluğu) 

şikayətlərə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı 

hallarda yol verilir: 

1)

 



tətbiq  edilməli  olan  normativ  hüquqi  akt  məhkəmə  tərəfindən 

tətbiq edilmədikdə; 

2)

 

tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən 



tətbiq edildikdə; 

3)

 



normativ  hüquqi  akt  məhkəmə  tərəfindən  düzgün  şərh 

edilmədikdə. 

Yuxarıda  qeyd  olunanlarla  bağlı  nəzərə  almaq  lazımdır  ki, 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Qanununun  34.2-ci  maddəsində 

sadalanmış  hallarda  Ali  Məhkəmə  tərəfindən  baxılmış  işin  faktiki 

hallarının yoxlanmasına yol verilmir. 

Bundan  başqa.  Konstitusiya  Məhkəməsinə  məhkəmə  aktlarından 

şikayət bir qayda olaraq aşağıdakı hallarda verilə bilər: 

1)

 

məhkəmə  aktından  şikayət  vermək  hüququndan  tam  istfadə 



edildikdən  sonra axırıncı  məhkəmə instansiyasının qərarının qüvvəyə 

mindiyi andan altı ay müddətində; 

2)

 

ərizəçinin  məhkəməyə  müraciət  etmək  hüququnun  pozulduğu 



andan üç ay müddətində. 

Qanunun birbaşa göstərişinə görə hüquq və azadlıqlann pozulması 

nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər 

məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət 

bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər. 

Beləliklə,  Cinayət-Prosessual  Məcəllənin  LIII  fəslinin  və 

“Konstitusiya  Məhkəməsi  haqqında”  Qanununun  tədqiqi  belə  bir 

nəticəyə gəlməyə imkan verir ki, hüquq və azadlıqlann pozulması ilə 

bağlı yeni hallar üzrə icraat aşağıda göstərilən hallarda başlana bilər: 

1)

 



Ali  Məhkəmənin  sorğusu  ilə  əlaqədar  Konstitusiya  Məhkəməsi 

tərəfindən çıxarılmış qərar olduqda; 

2)

 

ombudsmanın  sorğusu  ilə  əlaqədar  Konstitusiya  Məhkəməsinin 



məhkəmə aktları barədə qəbul etdiyi qərar olduqda

3)

 



məhkəmələrin  müraciəti  və  vətəndaşların  şikayəti  ilə  bağlı 

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərar olduqda; 




Mirağa Cəfərquliyev 

4)

 



Konstitusiya  Məhkəməsinin  öz  təşəbbüsü  ilə  müvafiq 

normativ-hüquqi aktlar və ya məhkəmə aktlan ilə bağlı şərhi və ya qəran 

olduqda. 

Bizi  maraqlandıran  məsələlərdən  biri  də  hüquq  və  azadlıqlann 

pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  icraatın  başlanmasına  məhz  Ali 

Məhkəmənin sorğusu ilə əlaqədar Konstitusiya Məhkəməsi tərəfindən 

çı- xanlmış qərann olmasıdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Ali 

Məhkəmə həm öz təşəbbüsü ilə və həm də proses iştirakçılan tərəfindən 

daxil olmuş vəsatət əsasında Konstitusiya Məhkəməsinə sorğu göndərə 

bilər. Vəsatəti vermək üçün qanun konkret əsaslann olmasını tələb edir. 

Adı çəkilən vəsatət aşağıdakı hallarda verilə bilər: a) birinci, apellyasiya 

və  ya  kassasiya  instansiyası  məhkəməsində  cinayət  işinə, 

məhkəməyədək  sadələşdirilmiş  icraatın  materiallanna  və  ya  xüsusi 

ittiham  qaydasında  şikayətə  baxılarkən  cinayət  prosesinin  əvvəlki 

mərhələsində  tətbiq  edilmiş  normativ-hüquqi  akt  Azərbaycan 

Respublikasının  Konstitusiyasının  müddəalarına  uyğun  olmadıqda;  b) 

cinayət  işi,  məhkəməyədək  sadələşdirilmiş  icraat  materiallan  və  ya 

xüsusi ittiham qaydasında şikayət üzrə hökm və ya məhkəmənin digər 

yekun  qərarlanndan  apellyasiya  və  kassasiya  qaydasında  şikayət 

vermək  imkanlan  tükəndikdə  tətbiq  edilmiş  normativ-hüquqi  aktın 

şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş 

əsas hüquq və azadlıqlanm pozduğunu güman etdikdə. 

Yuxarıda  göstərilən  əsaslan  rəhbər  tutaraq  normativ-hüquqi  aktın 

Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  vəsatəti  cinayət- 

prosessual  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  vermək  olar. 

Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş halda - birinci, apellyasiya 

və  ya  kassasiya  instansiyası  məhkəmələrində  cinayət  işi  və  digər 

materiallar  üzrə  icraatın  məhkəmə  baxışına  başlamamışdan  əvvəl 

vəsatət verilməlidir. 

Vəsatət  yazılı  şəkildə  verilməli  və  ona  mübahisə  edilən  normativ- 

hüquqi aktın rəsmi nəşrlərdə dərc edilmiş mətni, müraciət etmiş şəxsin 

fikrincə  onun  Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  nəzərdə 

tutulmuş əsas hüquq və  azadlıqlarını pozan  məhkəmənin hökm və  ya 

qərannm  surəti  və  nəhayət,  ittiham  aktının,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materialları  və  ya  xüsusi  ittiham  qaydasında 

şikayət üzrə yekun protokolun surəti və vəsatətin əsaslı olduğunu təsdiq 

edən digər zəruri sənədlər əlavə edilməklə, adı çəkilən vəsatət cina 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə