MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə235/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   231   232   233   234   235   236   237   238   ...   266

6|6|9

 

___________ 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR

 _________ 



 

yət prosesinin iştirakçısı və ya onu imzalamaq səlahiyyətinə malik olan 

nümayəndəsi tərəfindən imzalanmalıdır. 

Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi cinayət 

prosesi iştirakçısının vəsatətinin tələblərə riayət etməsi və ya mübahisə 

edilən  normativ-hüquqi  aktın  tətbiq  edilməsi  müəyyən  edildikdə 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumuna  həmin 

vəsatətin göndərilməsi və iş üzrə icraatın dayandıniması haqqında qərar 

çıxanr. 

Normativ-hüquqi aktın Konstitusiyaya uyğunluğunun  yoxlanılması 

barədə vəsatətə baxarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 

Plenumu öz iclasında vəsatətə dair məruzəçi hakimin rəyini dinləyərək 

və 

Azərbaycan 



Respublikası 

Konstitusiya 

Məhkəməsinin 

səlahiyyətlərinə  müdaxilə  etmədən  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materiallan  və  ya  xüsusi  ittiham  qaydasında 

şikayət  üzrə  icraat  zamanı  tətbiq  olunmuş  normativ-hüquqi  aktın 

Konstitusiyaya  uyğunluğunun  yoxlanılması  barədə  Azərbaycan 

Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərir. 

Ali  Məhkəmənin  Plenumunun  belə  bir  səlahiyyətə  malik  olması 

konkret  olaraq  “Məhkəmə  və  hakimlər  haqqında”  Qanunun  79-cu 

maddəsində şərh edilmişdir. Adı çəkilən maddədə göstərilmişdir ki. Ali 

Məhkəmənin Plenumu: 

-

 

Ali 



Məhkəmənin 

Plenumunun 

izahlannm 

Azərbaycan 

Respublikası  Konstitusiyasına  və  qanunlanna  uyğunluğu  barədə 

hakimlərin və vətəndaşlann müraciətlərinə baxır; 

-

 

məhkəmələr  tərəfindən  baxılan  işlər 



üzrə

  tətbiq  edilən  nonnativ 

aktlarda  şəxslərin  hüquq  və  azadlıqlannın  pozulması  barədə  onlarm 

müvafiq  məhkəmələrin  vasitəsilə  verilmiş  müraciətlərinə  əsasən 

Azərbaycan  Respublikası  Konstitusiyanın  130-cu  maddəsinə  uyğun 

olaraq  Konstitusiya  Məhkəməsinə  sorğu  verir  (bu  halda  məhkəmə 

icraatı  Konstitusiya  Məhkəməsinin  qəran  qanuni  qüvvəyə  minənədək 

dayandınlır); 

-

 

hakimlərin  müraciətlərinə  əsasən  Azərbaycan  Respublikası 



Konstitusiyasının  130-cu  maddəsinə  uyğun  olaraq  Konstitusiya 

Məhkəməsinə sorğu verir. 

Cinayət-prosessual  qanunvericilikdə  göstərildiyi  kimi,  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  Plenumu  öz  təşəbbüsü  ilə  də 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərə 

bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu həmin nor 






Mirağa Cəfərquliyev 

mativ-hüquqi aktların hər hansı şəxsin Konstitusiyada nəzərdə tutulmuş 

əsas hüquq və azadlıqlannı pozduğunu; həmin normativ-hüquqi aktların 

müddəalan  ilə  daha  yüksək  hüquqi  qüvvəyə  malik  olan  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  qanunlan  və  digər  normativ-  hüquqi 

aktları arasında ziddiyyətin mövcud olmasını; həmin normativ- hüquqi 

aktlann  hər  hansı  müddəalarının  rəsmi  təfsirə  ehtiyacı  olduğunu  və 

nəhayət,  həmin  normativ-hüquqi  aktların  hər  hansı  müddəalan 

Azərbaycan  Respublikasında  qanunverici,  icra  və  məhkəmə 

hakimiyyətləri  arasında  səlahiyyətlərin  bölüşdürülməsinə  dair 

mübahisələr  doğurduğunu  müəyyən  etdikdə  öz  təşəbbüsü  ilə 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərə 

bilər. 

Beləliklə, haqqında söhbət aparılan sorğu ilə əlaqədar Azərbaycan 



Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən  konkret  qərar 

qəbul  edilir  və  bu  qərarla  bağlı  müəyyən  hüquqi  nəticələr  meydana 

çıxır. 

Nəzərə almaq lazımdır ki, hüquq və azadlıqlann pozulması ilə bağlı 



yeni  hallar  üzrə  məhkəmə  aktlarına  baxılması  hüququna  yalnız 

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir. 

Qanunvericilikdə  məhkəmə  aktlarına  hüquq  və  azadlıqlann 

pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  baxılması  üçün  aşağıdakı  əsaslar 

göstərilmişdir: 

a)

 



Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  qərarlarının  və  ya 

məhkəməyə  müraciət  etmək  hüququnu  pozan  məhkəmə  aktlannm 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlarına  uyğun 

olmadığı hesab edildikdə

b)

 



İnsan Hüquqlan üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan 

Respublikasının  məhkəmələrində  cinayət  işi,  məhkəməyədək 

sadələşdirilmiş  icraat  materiallan  və  ya  xüsusi  ittiham  qaydasında 

şikayət  üzrə  icraat  zamanı  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların 

müdafiəsi  haqqında”  Konvensiyanın  müddəalarının  pozulduğu 

müəyyən edildikdə

c)

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən 



məhkəmənin  tətbiq  etdiyi  normativ  hüquqi  aktın  Azərbaycan 

Respublikasının  Konstitusiyasına,  qanunlanna  və  müvafiq  icra 

hakimiyyəti orqanlan tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara 

uyğun olmadığı hesab edildikdə. 




XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

Yuxanda  sadaladığımız  “a”  və  “b”  bəndlərində  nəzərdə  tutulan 

əsaslar  yarandıqda,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Plenumu  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  və 

İnsan Hüquqlan üzrə Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı 

yalnız hüquqi məsələlər üzrə işlərə baxır. 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  və  ya  İnsan 

Hüquqları  üzrə  Avropa  Məhkəməsinin  qərarı  Azərbaycan 

Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali Məhkəmənin sədri 

hakimlərin  birinə  işin  plenumun  məhkəmə  iclasına  hazırlanmasını  və 

məruzə edilməsini tapşınr. Qanunvericiliyin tələbinə görə işə plenumun 

məhkəmə 


iclasında 

Azərbaycan 

Respublikası 

Konstitusiya 

Məhkəməsinin və ya insan Hüquqları üzrə Avropa Məhkəməsinin qəran 

Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra 3 

(üç) aydan gec olmayan müddətdə baxılmalıdır. 

Bir qədər əvvəl göstərdiyimiz “c” bəndi ilə nəzərdə tutulan əsaslar 

meydana  çıxdıqda  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin 

Plenumu  məhkəmə  aktlanna  ərizə  əsasında  hüquqi  məsələlər  üzrə 

yenidən  baxır.  Hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar 

üzrə məhkəmə aktlarına baxılması haqqında ərizənin verilməsi, ərizəyə 

dair  tələblər  və  ərizənin  ilkin  öyrənilməsi  məsələləri  CPM-in  464- 

466-cı maddələrinə müvafiq olaraq həll edilir. Haqqında söhbət gedən 

ərizənin ilkin öyrənilməsi müddəti də qanunvericilikdə dəqiq müəyyən 

edilmişdir.  Belə  ki,  ərizənin  ilkin  öyrənilməsi  onun  Azərbaycan 

Respublikasının Ali Məhkəməsinə daxil olduqdan sonra (1) bir aydan 

çox  olmayan  müddət  ərzində  həyata  keçirilir.  Eyni  zamanda,  onu  da 

qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

hakiminin rəyi alındıqdan sonra Ali Məhkəmənin sədri qanunvericiliyin 

tələbinə  əsasən  (3)  üç  ay  müddətində  işə  baxılması  barədə  məsələni 

plenumun gündəliyinə daxil etməlidir. 

Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə 

aktlarına  baxılması  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 

Plenumunun iş qaydasına uyğun olaraq həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən 

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  qərarlarının  və  ya 

məhkəməyə  müraciət  etmək  hüququnu  pozan  məhkəmə  aktlarının 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlanna  uyğun 

olmadı 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə