MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə243/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   239   240   241   242   243   244   245   246   ...   266

Mirağa Cəfarquliyev 

"sazişlərlə" eyniləşdirilir, belə çıxır ki, hüquqi yardım dedikdə birmənalı 

olaraq  "müqavilə"  və  ya  "saziş"  başa  düşülməlidir.  Belə  bir  anlaşma 

hüquqi yardımın mahiyyətini tam açmır. Belə ki, bağlanmış "müqavilə" 

və ya "saziş" dövlətlərarası tərtib və təsdiq olunmuş hüquqi sənəddir. Bu 

sənədlər  hüquqi  yardımın  göstərilməsi  üçün  əsas  olaraq,  konkret 

hərəkətlərin  həyata  keçirilməsinə  hüquq  verir.  Bu  o,  deməkdir  ki, 

hüquqi yardım, dövlətlərarası bağlanmış ikitərəfli müqavilə və sazişlər 

əsasında həyata keçirilən konkret əməllərdir. Bu əməllər  müqavilə  və 

sazişlərdən asılı olaraq bir və bir neçə sahələri əhatə edə bilər. 

Hüquqi yardımın mahiyyəti və anlayışı ilə bağlı Hüquq ensiklopedik 

lüğətdə  hüquqi  yardımın  tərkibi  şərh  edilərək  göstərilir  ki,  hüquqi 

yardım  haqqında  müqaviləyə  görə  bir  dövlətin  vətəndaşlan  başqa 

dövlətin  ərazisində  həmin  dövlətin  öz  vətəndaşlan  kimi  şəxsi 

hüquqlardan  və  əmlak  hüquqlanndan  istifadə  edirlər;  onlar  başqa 

dövlətin məhkəmə və prokurorluq orqanlanna, notariat kontorlanna və s. 

ədliyyə idarələrinə maneəsiz müraciət edə bilər, vəsatət qaldıra bilər və 

iddia verə bilər. Onlara ölkənin vətəndaşları kimi prosessual hüquqlar 

verilir. 

Azərbaycan  Respublikasının  başqa  dövlətlərlə  bağladığı  hüquqi 

yardım haqqında müqavilələrdə, bir qayda olaraq, ədliyyə orqanlan- nın 

öz  mərkəzi  orqanlan  vasitəsilə  bir-biri  ilə  bilavasitə  əlaqə  saxlaması 

qaydası müəyyən edilir. 

Artıq  demək  olar  ki,  müstəqil  Azərbaycan  Respublikasının  başqa 

dövlətlərə  hüquqi  yardım  haqqında  bağladığı  ikitərəfli  müqavilələrdə 

məhkəmə tapşınqlarmı və mülki işlərlə, ailə və cinayət işləri ilə məşğul 

olan sair  idarələrin tapşırıqlarını  qarşılıqlı olaraq  icra  etmək haqqında 

qərarlar  var.  Tapşırıq  almış  ədliyyə  idarəsi  öz  dövlətinin 

qanunvericiliyini tətbiq edir. 

Çox mühüm bir məqamıda qeyd etmək lazımdır ki, hüquqi yardım 

haqqında müqavilələrdə mülki işlər və ailə işləri üzrə qanuni qüvvəyə 

minmiş  məhkəmə  qətnamələrinin  qarşılıqlı  tanınması  da  nəzərdə 

tutulur. Bu, 

0

 deməkdir ki, xarici ölkələrin məhkəmələrinin qətnamələri 



Azərbaycan  Respublikasının  öz  məhkəmələrinin  qətnamələri  ilə  eyni 

hüquqi qüvvəyə malikdir. 

Qanun nəşriyyatı tərəfindən 2007-ci ildə çapdan buraxılmış "Hüquq 

ensiklopediya"sında "hüquqi yardım"ın mahiyyəti açıqlanmış və burada 

çox düzgün olaraq göstərilmişdir ki, hüquqi yardım (dövlətlər 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

arasında) 

dövlətlərin 

ədliyyə 


orqanlannm 

(məhkəmələrin, 

prokurorluqların,  notariatlann)  mülki işlər,  ailə-nikah və cinayət işləri 

üzrə bir- birinə hüquqi yardım göstərmək sahəsində əməkdaşlıqdır 



(53. 

s.476). 

Burada diqqəti cəlb edən fikir ondan ibarətdir ki, hüquqi yardım - 

bu  barədə  bağlanmış  "müqavilə"  və  ya  "saziş"  deyil,  onlann  əsasında 

yaranan əməkdaşlıq və həyata keçirilən konkret əməliyyatdır. 

Hüquqi  yardımın  mahiyyəti  2002-ci  il  oktyabrın  7-də  Kişinyov 

şəhərində  Müstəqil  Dövlətlər  Birliyinin  Dövlət  Başçılan  Şurasının 

iclasında Azərbaycan Respublikası tərəfindən xüsusi rəy ilə imzalanmış 

"mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər 

haqqında" Konvensiyada bir qədər geniş açıqlanmışdır. Burada, hüquqi 

yardımın  mahi)^ətindən  doğan  "hüquqi  müdafiə",  hüquqi  yardımın 

tətbiq edildiyi "ərazi" və hüquqi yardımın "həcmi" anlayışlan öz izahını 

tapmışdır 



(25. s.607-611).

 

Adı  çəkilən  Konvensiyada  qeyd  edilmişdir  ki.  Müstəqil  Dövlətlər 



Birliyinin  iştirakçısı  olan  dövlətlər  -  bu  Konvensiyanın  iştirakçılan 

(razılığa gələn tərəflər) razılığa gələn hər bir tərəfin vətəndaşlarına və 

onun  ərazisində  yaşayan  digər  şəxslərə  razılığa  gələn  bütün  tərəflərin 

ərazilərində, onlann şəxsi, əmlak və qeyri-əmlak hüquqlarının etibarlı 

hüquqi  müdafiəsinin  təmin  edilməsi  istəyindən  irəli  gələrək,  ədliyyə 

müəssisələri  tərəfindən  mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi 

yardımın  göstərilməsi  sahəsində  əməkdaşlığın  inkişaf  etdirilməsinin 

mühüm  əhəmiyyətini  vurğulayaraq  aşağıdakılar  barədə  razılığa 

gəlmişlər: 

1.

 



Razılığa gələn hər bir tərəfin vətəndaşlan, habelə onun ərazisində 

yaşayan digər şəxslər razılığa gələn bütün digər tərəflərin ərazilərində, 

razılığa gələn həmin tərəfin öz vətəndaşlannm istifadə etdiyi həcmdə öz 

şəxsi, əmlak və qeyri-əmlak hüquqlanmn hüquqi müdafiəsindən istifadə 

edirlər; 

2.

 



Razılığa gələn hər bir tərəfin vətəndaşlan, habelə onun ərazisində 

yaşayan digər şəxslər razılığa gələn bütün digər tərəflərin səlahiyyətinə 

mülki, ailə və cinayət işlərinin aid olduğu məhkəmələrinə, prokurorluq, 

daxili  işlər  və  təhlükəsizlik  orqanlanna  (bundan  sonra  -  ədliyyə 

müəssisələri) azad və maneəsiz müraciət etmək hüququna malikdirlər, 

onlar həmin orqanlarda çıxış edə, vəsatətlər verə bilər, iddialar qaldıra 

bilər  və  razılığa  gələn  həmin  tərəfin  vətəndaşlannm  həyata  keçirdiyi 

şərtlərlə digər prosessual hərəkətləri həyata keçirə bilərlər






Mirağa Cəfərquliyev 

3.

 



Bu  Konvensiyada  istifadə  edilən  "mülki  işlər"  anlayışına, 

həmçinin  iqtisadi  mübahisələrin  həll  edilməsinə  aid  olan  işlər  də 

daxildir; 

4.

 



Bu Konvensiyanın  müddəalan eyni zamanda  hüquqi şəxslərə də 

tətbiq edilir. 

Beləliklə,  Konvensiyanın  1-ci  maddəsində  dörd  punktdan  ibarət 

olan  ümumi  müddəalanndan  aydın  olur  ki,  bağlanmış  müqavilələr 

konkret  subyektləri  (dövlətin  müvafiq  icra  orqanlan,  vətəndaşlar, 

vətəndaşlığı  olmayan  qeyri  şəxslər,  hüquqi  şəxslər),  həllinə  təsir 

göstərdiyi  məsələləri  (razılığa  gələn  tərəflərin  mülki,  ailə  və  cinayət 

işləri üzrə onlann şəxsi, əmlak və qeyri-əmlak hüquqlan) və əhatə etdiyi 

əraziləri (hər bir tərəfin dövlət sərhədi çərçivəsində müəyyən olunmuş 

ərazisi) konkret və birmənalı şəkildə ehtiva etməlidirlər. 

Bu Konvensiyada daha bir maraqlı məsələ diqqəti cəlb edir və bizdə 

onu  şərh  etməyi  məqsədə  müvafiq  sayınq.  Hüquq  ədəbiyyatının 

əksəriyyətində  hüquqi  yardımı  göstərən  orqanlar  kimi  ancaq 

məhkəmələr,  prokurorluqlar  və  notariatlar  göstərilmişdir,  lakin  şərh 

etdiyimiz Konvensiyada çox düzgün olaraq bu orqanlann sırasına daxili 

işlər və təhlükəsizlik orqanları da daxil edilmişdir. Biz hesab edirik ki, 

bu orqanların  sayını daha  da  artırmaq  olar və  bu müasir dövrümüzün 

tələblərindən irəli gəlir. Son illərdə beynəlxalq münasibətlər sahəsində 

vergi,  gömrük  və  fövqəladə  hallar  orqanlannm  rolunun  son  dərəcə 

artması  müşahidə  olunur  və  bu  orqanlan  da  hüquqi  yardım  göstərən 

subyektlərin sırasına daxil etməyi məqsədə müvafiq hesab edirik. 

Hüquqi  yardımın  mahiyyəti  və  məqsədi  ilə  bağlı  müddəalar  şərh 

olunan  Konvensiyada  öz  təsbitini  tapmışdır.  Hüquqi  yardımın 

göstərilməsi məqsədi ilə irəli sürülən şərtlərlə bağlı Konvensiyanın 4-cü 

maddəsində aşağıdakı tələblər göstərilmişdir: 

1.

 



Razılığa  gələn  tərəflərin  ədliyyə  müəssisələri  mülki,  ailə  və 

cinayət  işləri  üzrə  qarşılıqlı  hüquqi  yardımı  bu  Konvensiyanın 

müddəalarına uyğun olaraq göstəririlər. 

2.

 



Razılığa gələn tərəflərin ədliyyə müəssisələri, bu maddənin  1-ci 

bəndində göstərilən  işlər üzrə hüquqi  yardımı razılığa gələn tərəflərin 

digər müəssisələrinə də göstərirlər. 

3.

 



Hüquqi  yardım,  sorğu  edən  razılığa  gələn  tərəfin  ədliyyə 

müəssisəsinin sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsinə gön 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə