MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAATLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə251/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   247   248   249   250   251   252   253   254   ...   266

XX FƏSİL XÜSUSİ İCRAATLAR 

3QS 


ləşir),  baxmayaraq  müstəqillik  qazandılar,  lakin  yenidən  MDB 

çərçivəsində  birləşərək  mütəşəkkil  cinayətkarlığa  qarşı  birgə 

əməkdaşlığa  üstünlük  verdilər.  Zaman  gösətrdi  ki,  beynəlxalq 

cinayətkarlıqla mübarizədə bu ən optimal və düzgün mövqe idi. Amma 

onu  da  qeyd  etmək  lazımdır  ki,  MDB  kimi  beynəlxalq  təşkilatın 

yaradılması beynəlxalq cinayətkarlığa qarşı mübarizədə dövlətlərin öz 

səylərini birləşdirməyə əlverişli şərait yaratsada, lakin bu əməkdaşlığın 

hüquqi  mexanizminin  yaradılması  prosesi  çox  ləng  gedirdi.  Bu 

beynəlxalq əməkdaşlıq sahəsində ilk tədbirlərdən biri kimi keçmiş SSRİ 

dövlətlərinin daxili işlər nazirliklərinin "Cinayətkarlığa qarşı mübarizə 

sahəsində  qarşılıqlı  fəaliyyətin  ümumi  məsələləri  haqqında"  sazişin 

imzalanması olmuşdur. Bir qədər də irəli gedərək, MDB dövlətlərinin 

daxili  işlər  nazirliyi  orqanlannm  maddi-texniki  vasitələrlə  və  xüsusi 

texnika ilə təminatı barədə saziş qəbul edildi. Göstərilən hər iki sazişdə 

aşağıdakı mühüm məsələlər üzrə əməkdaşlıq nəzərdə tutulurdu: 

a)

 



adi və mütəşəkkil (beynəlxalq) cinayətlərlə mübarizə

b)

 



cinayətkarların, itkin düşmüşlərin axtarışı, tanınmamış cəsədlərin 

şəxsiyyətlərinin  müəyyən  edilməsi,  cinayət  işləri  üzrə  sorğulann 

qeydiyyatı qaydası və bir sıra digər məsələlər. 

Müsbət  bir hal kimi qeyd etməliyik  ki, Avropada  MDB dövlətləri 

çərçivəsində  beynəlxalq  cinayətkarlığa  qarşı  mübarizədə  "Hüquqi 

yardım və mülki, ailə və cinayət işləri haqqında" Konvensiyanın qəbul 

edilməsi  çox  böyük  imkanlar  yaratmışdır.  Adı  çəkilən  Konvensiya 

2002-ci  il  oktyabrın  7-də  Kişinyov  şəhərində  Müstəqil  Dövlətlər 

Birliyinin Dövlət Başçılan Şurasının iclasında Azərbaycan Respublikası 

tərəfindən  xüsusi  rəy  ilə  imzalanmış  və  13  yanvar  2004-cü  ildə 

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmşdir. 

Çox  maraqlıdır  ki,  7  oktyabr  2002-ci  ildə  Kişinyov  şəhərində  bu 

Konvensiya  Azərbaycan  Respublikasının  Prezidenti  H.Ə.Əliyev 

cənabları tərəfindən imzalananda Azərbaycan tərəfi öz xüsusi rəyində 

aşağıdakı şərtləri göstərmişdir: 

1.

 



Bu Konvensiya çərçivəsində əməliyyat-axtanş tədbirlərinin sorğu 

əsasında yerinə yetirilməsi Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinin  buna  imkan  verdiyi  həcmdə  və  yalnız  onun 

səlahiyyətli orqanlan tərəfindən mümkündür. 




 

Mirağa Cəfərquliyev 

2.

 



Bu  Konvensiya  çərçivəsində  məhkəmə  qərarına  əsasən  yalnız 

cinayətin  törədilməsində  istifadə  edilən  alət  və  vasitələrin,  habelə 

cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirəsi mümkündür. 

3.

 



Konvensiyanın  63  (birgə  əməliyyat-istintaq  qruplanmn 

yaradılması və fəaliyyəti) və 108-ci (nəzarət qaydasında mal alınması) 

maddələrinin Azərbaycan Respublikası üçün hüquqi qüvvəsi yoxdur. 

Gördüyümüz kimi yuxanda sadalanan hər üç məsələ Konvensiyanın 

imzalanması  zamanı  Azərbaycan  tərəfindən  xüsusi  rəydə  çox 

düşünülmüş  şəkildə  qarşıya  qoyulmuş  və  onlann  qəbul  olunması  bir 

daha sübut etmişdir ki, Azərbaycan beynəlxalq əlaqələri qurduğu zaman 

öz vətəndaşlannm və bütövlükdə respublikanın maraqlanm hər şeydən 

üstün tutur və onlan qorumağa çalışır. 

Şərh etdiklərimizi yekunlaşdıraraq bir daha qeyd etmək istəyirik ki, 

Azərbaycanın Avropa çərçivəsində göstərdiyi fəaliyyəti AŞ qarşısında 

götürdüyü öhdəlikləri vaxtında böyük məsuliyyətlə yerinə yetirməsi və 

bu sahədə işlərin səngimədən davam etməsi, qısa bir zamanda təşkilatın 

əksər konvensiyalarına qoşulması bir daha sübut edir ki, gələcəkdə də 

Azərbaycan beynəlxalq  cinayətkarlıqla mübarizə sahəsində bu ümumi 

bəşəri fəaliyyəti daha yüksək səviyyədə davam edəcək, öz üzərinə düşən 

öhdəlikləri  vicdanla  yerinə  yetirərək  Avropa  məkanına  daha  sıx 

inteqrasiya edəcək. 



IV.

 

Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi 

qaydasında prosessual hərəkətlərin aparılması icraatı 

Azərbaycan  Respublikasının  cinayət-prosessual  qanunvericiliyində 

Azərbaycan  Respublikasının  ərazisində  hüquqi  yardım  göstərilməsi 

qaydasında  prosessual  və  digər  hərəkətlərin  aparılması  və  onlann 

nizamlanması prosesi ilk dəfə işlənib hazırlanmışdır. 

Əvvəlki  illərdə  bütün  bu  proseslər  sovet  cinayət-prosessual 

qanunvericiliyi  ilə  nizama  salınırdı.  Azərbaycan  Respublikasının  yeni 

Cinayət-Prosessual Məcəlləsinin 57-ci fəsli cinayət işlərinə dair hüquqi 

yardımın göstərilməsi üzrə icraatın apanimasına həsr edilmişdir. 



XX FƏSİL. XÜSUSİ İCRAA TLAR 

 ------ asa 

Beləliklə,  qanunda  göstərildiyi  kimi  Azərbaycan  Respublikasının 

ərazisində  hüquqi  yardımın  göstərilməsi  üçün  prosessual  və  digər 

hərəkətlər Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında cinayət 

işləri üzrə hüquqi yardımın göstərilməsi barədə müqaviləsi olan xarici 

dövlətlərin müvafiq orqanlarının rəsmi müraciəti olduqda apanla bilər. 

Lakin hüquqi yardımın göstərilməsinə dair Azərbaycan Respublikası ilə 

sorğu  edən  xarici  dövlət  arasında  müvafiq  müqavilə  olma-  dıqda 

cinayət-prosessual  qanunvericilikdə  deyildiyi  kimi,  Azərbaycan 

Respublikası  CPM-in  və  "Cinayət  işlərinə  dair  hüquqi  yardım 

haqqında"  Azərbaycan  Respublikası  Qanununun  müddəalan  tətbiq 

edilməlidir. Eyni zamanda, qanunvericilikdə bu icraatın aparlımasının 

hüquqi  bazası  da  müəyyən  edilmişdir.  CPM-in  488.1-ci  maddəsinə 

müvafiq  olaraq,  Azərbaycan  Respublikasının  ərazisində  hüquqi 

yardımın  göstərilməsi  qaydasında  prosessual  və  digər  hərəkətlər 

Azərbaycan  Respublikasının  Konstitusiyası,  CPM,  "Cinayət  işlərinə 

dair  hüquqi  yardım  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu, 

digər  qanunlar  və  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələr  əsasında  apanlır.  Belə  halda,  Azərbaycan 

Respublikasının 

qanunvericiliyinin 

müddəalan 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrin 

müddəalarına zidd olduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq 

edilir. 


Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  ərazisində 

hüquqi  yardjmın  göstərilməsi  üçün  qanunvericilik  tərəfindən  ümumi 

şərtlər  müəyyən  edilmişdir.  Bu  şərtlərə  sorğu  ilə  bağlı  prosessual 

sənədlərin  tərtib  edilməsi,  hüquqi  yardımın  göstərilməsi  ilə  bağlı 

xərclərin ödənilməsi və s. məsələlər daxildir. 

Hüquqi  yardımın  göstərilməsinin  ümumi  şərtləri  ilə  bağlı  CPM-in 

489-cu maddəsində izah edilir ki, hüquqi yardım sorğu verildiyi zaman 

sorğu  edən  xarici  dövlətin  müvafiq  səlahiyyətli  orqanı  tərəfindən 

istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlərlə bağlı müvafiq 

hərəkətlərin  həyata  keçirilməsindən  ibarətdir.  Lakin  onu  da  bilmək 

lazımdır  ki,  CPM-in  489-cu  maddəsinin  məqsədlərinə  uyğun  olaraq 

hüquqi yardımın göstərilməsi üzrə həyata keçirilən hərəkətlər "Cinayət 

işlərinə  dair  hüquqi  yardım  haqqında"  Azərbaycan  Respublikası 

Qanununun 2-ci maddəsi ilə müəyyən edilir. 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   247   248   249   250   251   252   253   254   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə