MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə252/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   248   249   250   251   252   253   254   255   ...   266

 

Mirağa Cəfərquliyev 

Azərbaycan 

Respublikasının 

ərazisində 

hüquqi 

yardımın 



göstərilməsi  qaydasında  sorğu  edən  tərəfin  qanunvericiliyin  tələbləri 

nəzərə  alınmaqla  tərtib  edilmiş  prosessual  sənədlər  onlara  xarici 

dövlətin  səlahiyyətli  hakimiyyət  orqanının  vəzifəli  şəxsi  tərəfindən 

imzalanmış və həmin orqanın gerbli möhürü ilə təsdiq edilmiş müvafiq 

hüquqi yardımın göstərilməsi xahişi ilə rəsmi müraciət əlavə edildikdə 

Azərbaycan Respublikasının cinayət təqibi orqanlan tərəfindən icraata 

qəbul edilir. 

Cinayət  işi  üzrə  hüquqi  yardımın  göstərilməsi  haqqında  tapşırığa 

prosessual  hərəkətlərin,  axtarış  və  ya  əməliyyat-axtarış  tədbirlərinin 

həyata keçirilməsi haqqında təsdiq edilmiş və lazım gəldikdə sorğu edən 

razılığa  gələn  tərəfin  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada 

sanksiyalaşdırılmış qərarlar əlavə edilir. 

Tapşırığın  tam  və  düzgün  icra  edilməsi  məqsədilə  sorğu  edən 

razılığa gələn tərəfin ədliyyə müəssisəsindən əlavə  məlumatın təqdim 

edilməsini  xahiş  edə  bilər.  Bundan  başqa,  tapşırığı  icra  edən  zaman 

sorğu edən və sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi bir- 

biri  ilə  istintaq  hərəkətlərinin,  axtarış  və  ya  əməliyyat-axtarış 

tədbirlərinin  həyata  keçirilməsi  haqqında  məlumat  mübadiləsi, 

bir-birinə  əlavə  məlumatlar  təqdim  edə,  habelə  əlavə  istintaq 

hərəkətlərinin həyata keçirilməsi məsələsini razılaşdıra bilərlər. 

Bağlanmış  müqavilələrdə  cinayət  işləri  üzrə  hüquqi  yardımın 

göstərilməsi haqqında  tapşınqlann icra  müddəti ilə bağlı  məsələlər  də 

əvvəlcədən  öz  təsbitini  tapmalıdır.  Məsələn,  MDB  ölkələrin  "Mülki, 

ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi  münasibətlər 

haqqında"  Konvensiyanın  62-ci  maddəsində  bu  məsələ  öz  konkret 

həllini tapmışdır. Bununla bağlı göstərilir ki, cinayət işləri üzrə hüquqi 

yardımın  həyata  keçirilməsi  haqqında  tapşınqlar  sorğu  alan  razılığa 

gələn  tərəfin  qanunvericiliyində  nəzərdə  tutulan  müddətdə  icra  edilir. 

Ola bilsin ki, nəzərdə tutulmuş müddətdə sorğunu icra etmək mümkün 

olmasın.  Konvensiyada  bu  situasiyadan  da  çıxış  yolü  göstərilmişdir. 

Lazım gəldikdə, hüquqi yardımın göstərilməsi haqqında tapşınğın icra 

müddəti  razılığa  gələn  tərəflərin  səlahiyyətli  ədliyyə  müəssisələrinin 

razılığı ilə uzadıla bilər. 

Hüquq-mühafizə  orqanlarının  praktikasından  aydın  olur  ki,  daxil 

olmuş  tapşınqlann  icrası,  bəzən,  müəyyən  şərtlərlə  həyata  keçirmək 

mümkün olur. İstinad etdiyimiz MDB-nin Konvensiyasında bu şərtlərdə 

nəzərdə tutulmuşdur. Orada izah edilir ki, əgər tapşırığın təxirə sal 



XX FƏSİL XÜSUSİ İCRAATLAR 

madan  icrası  sorğu  edən  razılığa  gələn  tərəfin  ərazisində  həyata 

keçirilən  istintaqa  və  ya  məhkəmə  araşdırmasına  mane  olarsa,  sorğu 

edən razılığa gələn tərəfin ədliyyə müəssisəsi tapşınğın icrasını təxirə 

sala  və  ya  qismən  icra  edə  bilər.  Konvensiyanın  64-cü  maddəsində 

bununla bağlı daha bir şərt irəli sürülür. Buda ondan ibarətdir ki, sorğu 

alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi tapşınğın icrasının təxirə 

salınması  və  ya  onun  qismən  icrası  məsələsi  həll  edilənə  qədər 

tapşırığın müəyyən şərtlərlə icrasının mümkünlüyünə baxır. Əgər sorğu 

edən razılığa gələn tərəfin ədliyyə müəssisəsi həmin şərtlərlə razılaşırsa, 

onda 

0

, bu barədə sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsinə 



yazılı şəkildə bildirir və qoyulan şərtləri yerinə yetirir. 

Hüquqi yardımın göstərilməsi həm açıq və həm də məxvi xarakter 

daşıya  bilər.  Bu  məsələlər  də  bağlanmış  müqavilələrdə  öz  təsbitini 

tapmalıdırlar.  "Cinayət  işlərinə  dair  hüquqi  yardım  haqqında" 

Azərbaycan  Respublikası  Qanununun  6-cı  maddəsində  izah  edilir  ki, 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  və  ya  başqa 

səlahiyyətli  orqanı  sorğu  edən  xarici  dövlətin  səlahiyyətli  orqanının 

xahişinə  əsasən  hüquqi  yardımın  göstərilməsi  haqqında  sorğunun 

mövcudluğunun,  sorğunun  və  ona  əlavə  edilən  sənədlərin 

məzmununun, hüquqi yardımın göstərilməsinin məxviliyini təmin edir. 

Amma,  eyni  zamanda  bu  Qanunda  o  da  nəzərə  alınmışdır  ki, 

Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  və  ya  başqa 

səlahiyyətli  orqanı  sorğunun  məxviliyini  təmin  etməklə  onun  icrasını 

qeyri-mümkün  hesab  etdikdə  xarici  dövlətin  səlahiyyətli  orqanına  bu 

barədə məlumat verir. Xarici dövlətin səlahiyyətli orqanı sorğunun belə 

olan  hallarda  icrasına  razılıq  verərsə,  hüquqi  yardım  müvafiq  sorğu 

əsasında göstərilə bilər. 

Bağlanmış  müqavilə,  konvensiya  və  sazişlərdə  tapşınğın  icrası 

nəticəsində  əldə  edilən  sübutların  hüquqi  əhəmiyyəti  barədə  konkret 

normanın  nəzərdə  tutulması  prosessual  cəhətdən  olduqca  müsbət  bir 

haldır.  MDB-nin  istinad  etdiyimiz  Konvensiyanın  65-ci  maddəsində 

bununla əlaqədar konkret və birmənalı şəkildə qeyd edilir ki, tapşırığın 

icrası  nəticəsində  sorğu  alan  razılığa  gələn  tərəfin  qanunvericiliyinə 

əsasən  onun  ərazisində əldə  edilən sübutlar  sorğu edən razılığa  gələn 

tərəfdə də sübutedici qüvvəyə malikdir. 

Digər  bir  ümumi  şərtə  görə,  yəni  xərclərin  ödənilməsi  ilə  bağlı 

CPM-  in  489.3  maddəsində  qeyd  edilmişdir  ki,  xarici  dövlətin  sorğu 

edən səla 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə