MüƏllifdən II


XX  FƏSIL XÜSUSI ICRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə249/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   245   246   247   248   249   250   251   252   ...   266

XX

 FƏSIL XÜSUSI ICRAA TLAR

 

və vətəndaşlann azadlıq və şəxsi toxunulmazlığın müdafiəsi" prinsipi ilə 

birbaşa  bağlıdır.  Hüquqi  yardımın  göstərilməsi  prosesində  insan  və 

vətəndaşlann azadlıq və şəxsi toxunulmazlığının təminatı məsələləri ön 

plana çəkilməlidir. Vətəndaşlann azadlıq və şəxsi toxunulmazlıq kimi 

konstitusion  hüquqlannm  məhkəmədə  müdafiəsi  problemlərini  tədqiq 

edən alimlər haqlı olaraq qeyd edirlər ki, insan və vətəndaşların azadlıq 

və şəxsi toxunulmazlığının müdafiəsi fərd və dövlət orqanında (insan və 

hakimiyyət) qarşılıqlı münasibətlər probleminin tərkib hissəsi olmaqla 

çoxəsirlik tarixə malik siyasi-hüquqi fikrin apancı problemidir (44.s.3). 

Cünki  insanın  təbii  və  aynimaz  hüquqlan  sistemində  azadlıq  və  şəxsi 

toxulmazlıq  xüsusi  yer  tutur.  Əgər  azadlıq  və  şəxsi  toxunulmazlıq 

müdafiə olunmursa, onda qətiyyətlə demək olar ki, digər hüquqlar da 

müdafiə olunmur. 

Hüquqi yardım haqqında bağlanan müqavilə və sazişlərdə, həmçinin 

onlann  realizasiyası  prosesində  vətəndaşlann  azadlıq  və  şəxsi 

toxunulmazlığın  müdafiəsi  hər  bir  halda  əsas  faktor  kimi  nəzərə 

alınmalıdır. Vətəndaşın hüquqlannm müdafiəsi, bu hüquq və azadlıqlara 

konstitusiya  və  qanunlarda  təminat  verilməsi  hər  bir  müstəqil  və 

demokratik, 

0

 cümlədən Azərbaycan Respublikasının ali, əsas vəzifəsi 



və məqsədidir. 

18  oktyabr  1991-ci  ildə  Azərbaycan  Respublikası  "Dövlət 

müstəqilliyi  haqqında"  Konstitusiya  Aktını  qəbul  etməklə  öz 

müstəqilliyini bərpa etdi. Konstitusiya Aktının 19-cu maddəsində qeyd 

edilmişdir  ki,  Azərbaycan  Respublikasının  bütün  vətəndaşlan  qanun 

qarşısında bərabərdirlər. Azərbaycan  Respublikası İnsan Hüquqlannm 

Ümumi  Bəyannaməsinə,  Helsinki  müşavirəsinin  yekun  aktına  və 

hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq və sənədlərə qoşularaq 

onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara əməl edilməsini, bu 

hüquq və azadlıqlann maneəsiz həyata keçirilməsini təmin edir. Bu da 

ki,  bizim  tədqiq  etdiyimiz  mövzu  ilə  həmahəng  olaraq  Azərbaycana 

müstəqil  dövlət  kimi,  hüquqi  yardımın  göstərilməsi  sahəsində,  dünya 

dövlətləri  ilə  bərabərhüquqlu  əməkdaşlıq  yaratmağa,  beynəlxalq 

hüququn  subyekti  kimi  universal  və  regional  beynəlxalq  təşkilatlara 

daxil olmağa perspektivlər açdı. 

Hüquqi yardım göstərilməsinə dair bağlanan müqavilələrdə insan və 

vətəndaşlann azadlıq və şəxsi toxunulmazlığının müdafiəsi təminatı ilk 



Mirağa Cəfərquliyev 

növbədə  ondan  irəli  gəlir  ki,  Azərbaycan  Respublikası  beynəlxalq 

təşkilatlara qoşulmaqla, yuxanda qeyd etdiyimiz hüquqlann qorunması 

barədə  beynəlxalq  normalan  qəbul  etdiyini  bəyan  edərək  öz  üzərinə 

öhdəliklər  götürmüşdür.  Bu  fikrin  təsdiqi  kimi  göstərə  bilərik  ki, 

1993-cü  ildən  Azərbaycanda  demokratik  dövlət  quruluşunun  əsas 

prioritetlərindən biri olan insan hüquq və azadlıqlannm müdafiəsi vahid 

dövlət proqramı əsasında həyata keçirilməyə başladı. İstinad etdiyimiz 

proqramın  realizasiyası  nəticəsində  12  noyabr  1995-ci  ildə  müstəqil 

Azərbaycan  Respublikasının  ilk  Konstitusiyası  ümumxalq  səsvermə 

(referendum) yolu ilə qəbul edildi. Şübhəsiz ki, dövlətin bu əsas qanunu 

beynəlxalq  hüquq  normalanna  tam  uyğun  olan,  insan  hüquqlanna 

olduqca geniş yer ayıran ali hüquqi statusa malik olan normativ hüquqi 

aktdır.  Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki.  Konstitusiyanın  48 

maddədən  ibarət  olan  üçüncü  fəsli  insan  və  vətəndaş  hüquqlanna  və 

azadlıqlanna, bu hüquq və azadlıqlann  konstitusion təminatlanna həsr 

edilmişdir.  Bu  da  öz  növbəsində  dövlətlərarası  hüquqi  yardımın 

göstərilməsi  barədə  bağlanan  müqavilələrin  qanuniliyinə  tələblər  irəli 

sürməklə onlann düzgün və qüsürsüz həyata keçirilməsinə real təminat 

yaradır. 

"Mülki,  ailə  və  cinayət  işləri  üzrə  hüquqi  yardım  və  hüquqi 

münasibətlər  haqqında"  Konvensiyanın  6-cı  maddəsində  hüquqi 

yardımın  həcmi  göstərilmişdir.  Adı  çəkilən  maddədə  sadalanan 

prosessual  hərəkətlərin  həyata  keçirirlməsi  müəyyən  vətəndaşların 

hüquqlannm bilavasitə məhdudlaşdmlmasma gətirib çıxara bilər. Belə 

ki,  bu  məddadə  göstərilmişdir  ki.  Razılığa  gələn  Tərəflər  qarşılıqlı 

hüquqi  yardımı  sorğu  alan  Razılığa  gələn  tərəfin  qanunvericiliyində 

nəzərdə  tutulan  prosessual  və  digər  hərəkətlərin  yerinə  yetirilməsi, 

xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və 

təqdim  edilməsi,  baxışın,  axtanşm,  götürmənin  həyata  keçirilməsi, 

maddi  sübutlann  öütü-  rülməsi,  ekspertizanın  keçirilməsi,  tərəflərin, 

üçüncü 


şəxslərin, 

şübhəli 


şəxslərin, 

təqsirləndirilənlərin, 

zərərçəkmişlərin,  şahidlərin,  mülki  iddiaçılann,  mülki  cavabdehlərin, 

onların  nümayəndələrinin,  müqəssirlərin  qanuni  nümayəndələrinin, 

ekspertlərin  dindirilməsi,  tanınmaya  təqdimetmə,  o  cümlədən 

videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə 

şəxslərin  axtarışı,  istintaqı  aparılan  cinayət  işində  əməliyyat-axtanş 

tədbirlərinin, 

cinayət 

təqibinin 

həyata 

keçirilməsi, 



cinayət 

məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını tə 




XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

min etmək  üçün şəxslərin  verilməsi, cinayət  yolu  ilə əldə  edilmiş  pul 

vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtanşı və 

həbsi (götürülməsi) mülki işlər, kommersiya və digər mübahisələr üzrə 

qərarlann  icra  edilməsi  üçün  mülki  cavabdehlərin  əmlak  və  pul 

vəsaitlərinin  axtanşı,  icra  qeydlərinin,  mülki  işlər  və  hökmlər  üzrə 

məhkəmə qərarlannm tanınması ilə icrası yolu ilə həyata keçirilir. 

Yuxanda  şərh  olunan  Konvensiyanın  6-cı  maddəsinin  əhatə  etdiyi 

hər  bir  prosessual  hərəkət  konkret  insan  və  vətəndaşlann  hüquq  və 

azadlıqlanm  kəskin  şəkildə  məhdudlaşdınr.  Ona  görə  də  hüquqi 

yardımın  göstərilməsi  barədə  həm  müvafiq  müqavilənin  bağlanması 

zamanı və həm də onun həyata keçirilməsi prosesində hər iki dövlətin 

səlahiyyətli orqanlan və onlann əməkdaşlan öz ölkənin qanunvericiliyi 

ilə  yanaşı  beynəlxalq  hüquqi  aktlannm  da  tələblərinə  ciddi  riayət 

etməlidirlər. 

Bu 


tələb 

bilavasitə 

Azərbaycan 

Respublikası 

Konstitusiyanın  53-cü  maddəsindən  irəli  gəlir.  Həmin  maddədə 

birmənalı  şəkildə  bildirilir  ki,  Azərbaycan  Respublikasının  vətəndaşı 

heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə 

bilməz;  o,  heç  bir  halda  Azərbaycan  Respublikasından  qovula  və  ya 

xarici dövlətə verilə bilməz. 

Konstitusiya  hüququnun  tədqiqatçıları  53-cü  maddənin  mahiyyə- 

tiylə  bağlı  haqlı  olaraq  qeyd  edirlər  ki,  Azərbaycan  Respublikası 

vətəndaşı  nə  inzibati,  nə  də  cinayət  məsuliyyət  tədbiri  kimi  qovula 

bilməz 

(38.S.141). 



Bu  müddəa  "Ümumdünya  insan  hüquqları" 

Bəyannaməsinin 13-cü maddəsinə uyğundur. Həmin maddədə deyilir: 

"Hər  bir  insanın  hüququ  vardır  ki,  sərbəst  hərəkət  etsin  və  hər  bir 

dövlətin hüdudları daxilində özünə yaşayış yeri seçsin". 

Konstitusiyanın 

53-cü 


maddəsində 

həmçinin 

Azərbaycan 

Respublikası vətəndaşının xarici dövlətə verilməsi qadağan edilir. Bu o 

deməkdir  ki,  hüquqi  yardımın  göstərilməsi  ilə  bağlı  bağlanan 

müqavilələr  də  Konstitusiyanın  tələblərinə  ciddi  riayət  edilməli  və 

insana verilmiş konstitusion hüquqlar hər bir halda həm ölkədaxili və 

həm də kənar təcavüzlərdən qorunmalıdır. 

Hüquqi yardımın göstərilməsi zamanı bir sıra maneələr yarana bilər. 

Bəzən  bir  ölkənin  vətəndaşı  öz  ölkəsində  cinayət  törədib  başqa  bir 

ölkəyə  qaçır  və  orada  siyasi  sığınacaq  istəyir.  Bu  məsələnin  həlli 

qaydası  da  Azərbaycan  Respublikası  Konstitusiyasının  70-ci 

maddəsində dəqiq göstərilmişdir. Belə ki, siyasi əqidəsinə görə, habelə 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə