MüƏllifdən II


XX FƏSİL XÜSUSİ İCRAA TLAR



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə245/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   241   242   243   244   245   246   247   248   ...   266

XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

3.

 



Sorğu edən razılığa gələn tərəfin ədliyyə müəssisəsinin xahişi isə 

sorğu  alan  razılığa  gələn  tərəfin  ədliyyə  müəssisəsi  vaxtlı-vaxtın-  da 

tapşınğm icrasının yeri və vaxtı barədə bu məqsədlə ona məlumat verir 

ki,  onun  səlahiyyətli  nümayəndələri  sorğu  alan  razılığa  gələn  tərəfin 

ədliyyə  müəssisəsinin  icazəsi  ilə  və  onun  qanunvericiliyinə  uyğun 

olaraq  tapşırığın  icrası  zamanı,  habelə  bu,  sorğu  alan  razılığa  gələn 

tərəfin qanunvericiliyinə zidd deyilsə, prosessual hərəkətlərin və axtarış 

tədbirlərinin yerinə yetirilməsi zamanı iştirak edə bilsinlər. 

4.

 

Tapşırıqda  göstərilən  şəxsin  dəqiq  ünvanı  məlum  olmadığı 



təqdirdə, sorğu alan razılığa gələn tərəfin ədliyyə müəssisəsi onun dəqiq 

ünvanını (olduğu yeri) müəyyən etmək üçün zəruri tədbirlər görür. 

5.

 

Tapşınğm yerinə yetirilməsindən sonra sorğu alan razılığa gələn 



tərəfin ədliyyə müəssisəsi alınan sənəd, predmet və materiallan, əgər bu 

Konvensiyada  digər  qayda  nəzərdə  tutulmayıbsa,  sorğu  edən  razılığa 

gələn  tərəfin  ədliyyə  müəssisəsinə  göndərir.  Hüquqi  yardım  göstərilə 

bilinmədiyi  təqdirdə,  sorğu  edən  razılığa  gələn  tərəfin  ədliyyə 

müəssisəsi  tapşınğm  icra  edilməsinə  mane  olan  hallar  haqqında 

məlumatlandınhr. 

Yuxanda  göstərilən  Konvensiyanın  8-ci  maddəsinin  müddəalan 

hüquqi  yardımın  mahiyyətinin  dərk  edilməsinə  şərait  yaratmaqla 

bahəm,  eyni  zamanda,  inandıncı  şəkildə  göstərirlər  ki,  bu  qaydalara 

ciddi  riayət  edilərsə  bu  növ  əməkdaşlıq  sahəsində  dövlətlərarası 

bağlanan müqavilə və sazişlərin həyata keçirilməsi nəinki mümkündür, 

hətta gözlənilən müsbət nəticələrin əldə edilməsi faktı reallığa çevrilə 

bilər. 

Bütün  bu  deyilənlərin  elmi  təhlili  nəticəsində  hüquqi  yardımın 



anlayışını  və  mahiyyətini  əks  etdirən  aşağıdakı  tərifin  verilməsini 

məqsədə müvafiq hesab edirik: 

"Hüquqi yardım, bu haqda bağlanmış iki tərəfli (çox tərəfli) dövlət- 

lərarası müqavilə, saziş və ya konvensiyalar əsasında razılığa gələn hər 

bir  tərəfin  vətəndaşlanna  və  onun  ərazisində  yaşayan  digər  şəxslərə 

razılığa  gələn  bütün  tərəflərin  ərazilərində,  onlann  şəxsi,  əmlak  və 

qeyri-əmlak  hüquqlarının  etibarlı  hüquqi  müdafiəsinin  təmin  edilməsi 

naminə, dövlətlərin daxili qanunverciliyində nəzərdə tutulmuş qayda və 

üsullarla mülki, ailə və cinayət işləri üzrə ədliyyə orqanlan tərəfindən 

həyata keçirilən əməkdaşlıqdır". 

Aydın məsələdir ki, hüquqi yardımın qarşısında konkret bir məqsəd 

qoyulur. Bu 

0

 deməkdir ki, beynəlxalq münasibət və beynəlxalq əmək 




Mirağa Cəfərquliyev 

daşlığı sahəsi ilə bağlı mövcud qanunvericiliyə əsasən hüquqi yardım 

haqqında  müqavilələr  bir  dövlətin  vətəndaşlannın  başqa  dövlətin 

ərazisində  şəxsi  və  əmlak  hüquqlannm  qanşilıqlı  tanınmasını  və 

gözlənilməsini  təmin  etmək  məqsədini  güdür.  Eyni  zamanda  onu  da 

qeyd  etmək  lazımdır  ki,  dövlətlər  arasında  bağlanmış  müqavilələr 

hüquqi müdafiə məsələlərini nizamlayır, məhkəmələrin səlahiyyətlərini 

və  hüququn  konkret  olaraq  hansı  sahədə  tətbiq  edilməsini 

müəyyənləşdirir,  müqavilə  bağlayan  ölkələrin  vətəndaqlannm 

prosessual hüquqlannı, məhkəmə tapşınqlannın icrası qaydasını, mülki 

işlər,  ailə  işləri  üzrə  məhkəmə  qətnamələrinin  tanınması  və  icrası 

qaydasını,  sənədələrin  göndərilməsi,  cinayətkarlann  qaytaniması 

qaydasını nizama salır. 

Müsbət  cəhətlərdən  biri  də  ondan  ibarətdir  ki,  hüquqi  yardım 

haqqında  müqaviləyə  əsasən  bir  dövlətin  vətəndaşlan  başqa  dövlətin 

ərazisində  həmin  dövlətin  öz  vətəndaşlan  kimi  şəxsi  hüquqlardan  və 

əmlak hüquqlanndan istifadə edirlər. Bunun müqabilində onlar birbaşa 

başqa  dövlətin  məhkəmə və  prokurorluq orqanlarına,  notariat  kontor- 

lanna və digər ədliyyə orqanlanna maneəsiz müraciət edə bilər, vəsatət 

qaldırmaqla yanaşı iddia verə bilərlər. Bu ondan irəli gəlir ki, mövcud 

qanunvericiliklə  onlara  ölkənin  vətəndaşlan  kimi  tam  həcmdə 

prosessual hüquqlar verilir. 

Qeyd edildiyi kimi beynəlxalq cinayətkarlıqla mübarizədə ikitərəfli 

əməkdaşlıq forması qədim dövrlərdən başlasa da amma biz şahidiyik ki, 

bu  sahədə  dövlətlərarası  münasibətlər  müasir  dövrdə  daha  da  inkişaf 

etmiş  və  çox  vacib  bir  faktora  çevrilmişdir.  Haqqında  söhbət 

apardığımız  razılaşmalar  iki  dövlət  arasında  cinayət  işləri  ilə  bağlı 

yaranmış  problemlərin  həllində  onların  maraqlarını  qanuna  müvafiq 

şəkildə daha dəqiq və tam nəzərə almağa, gələcəkdə onlann real həyata 

keçirilməsinə imkan yaradır. Çox müsbət və təqdirəlayiq bir faktdır ki, 

artıq Azərbaycan Respublikasının beynəlxalq əlaqələr praktikasında da 

belə sazişlərin bağlanmasına tez-tez rast gəlmək mümkündür. Ədliyyə 

Nazirliyinin  apardığı  hesabatlardan  bəlli  olur  ki,  Azərbaycan 

Respublikası  40-dan  artıq  MDB,  Avropa,  Asiya  dövlətləri  ilə  hüquqi 

yardımın  göstərilməsi  ilə  əlaqədar  qarşılıqlı  və  hər  iki  tərəfin 

maraqlarına  tam  cavab  verən  müqavilələr  bağlamışdır.  Bu 

müqavilələrdə  ədliyyə  orqanlannm  öz  mərkəzi  orqanları  vasitəsilə 

bir-biri ilə bilavasitə əlaqə saxlaması qaydası müəyyən edilir. 




XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

II.


 

Beynəlxalq əməkdaşlığı sahəsində hüquqi yardım və 

onun insan hüquqlarının müdafiəsində rolu. 

6|9|9

 

Müasir beynəlxalq hüququn inkişafı onun ayn-ayrı sahələrində olan 

yeniliklərlə özünü göstərir. Xüsusilə cinayətkarlığa qarşı mübarizə, ci- 

nayətkarlann  ekstradisiyası  (verilməsi)  sahəsində  dövlətlərarası 

əməkdaşlığın  genişləndirilməsi  məhz  müasir  beynəlxalq  hüququn 

sayəsində  mümkün  olmuşdur.  Buna  baxmayaraq,  mütəxəssislər  qeyd 

etdiyi kimi, dünyada beynəlxalq hüququn tənzim edə bilmədiyi bir çox 

problemlər mövcuddur 



(27.s.9). 

Belə ki, cəmiyyət mövcuddursa, onun 

obyektiv və subyektiv səbəblərilə bağlı olan hadisələri də mövcuddur. 

Müəyyən  problemlərin  həll  edilməməsi,  qloballaşması  qeyri- 

müəyyən dövr ərzində beynəlxalq aləmdə sabitliyin pozulmasına gətirib 

çıxanr. Nəticə etibarilə, beynəlxalq hüquq qaydalan pozulur. 

Beynəlxalq hüquq qaydalannın pozulması sülhə, bəşəriyyətə qəsdin 

edilməsi  kimi  qiymətləndirilir.  Ümumiyyətlə,  beynəlxalq  hüquq 

qaydalanm  pozan  və  sülhə,  bəşəriyyətə  qəsd  edən  hər  hansı  əməl 

beynəlxalq cinayət kimi qiymətləndirilir. 

Dünyada baş verən müxtəlif növ beynəlxalq cinayətlər mövcuddur 

ki, daim bəşəriyyət ondan əziyyət çəkir. Hansı ki, bu cinayətlər - sülhün 

və  insanlığın  təhlükəsizliyinə  qəsd  edən  cinayətlər,  mütəşəkkil 

cinayətkarlıq,  terrorizm,  narkotik  maddələrin  qanunsuz  dövriyyəsi, 

muzdla  törədilən  cinayətlər,  insanlann  oğurlanması  və  girov 

götürülməsi,  hava  gəmilərinin  qaçıniması  və  digər  kriminal  fəaliyyət 

formalan  bu  gün  dünyada  cinayətkarlığın  səviyyəsini  müəyyən  edən 

əsas göstəriciyə çevrilmişdir. Hazırda dünyanın bir çox ölkələrində baş 

verən  terror  hadisələri,  adam-  lann  oğurlanması  və  girov  götürülməsi 

bunun bariz nümunəsidir. 

Müasir  beynəlxalq  hüququn  (beynəlxalq  cinayət  hüququnun) 

inkişafı nəticəsində dövlətlər onlara qarşı yönələn təhlükənin qarşısını 

almaq üçün qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyət göstərmək və bu cür 

cinayətlərə qarşı birgə mübarizə aparmağa üstünlük verirlər. Bu gün biz 

artıq  belə  bir  faktla  razılaşmalıyıq  ki,  ümumiyyətlə,  beynəlxalq 

sferasında yaranmış gərginlik cinayətkarlığın səviyyəsinin artmasına və 

mürəkkəbləşməsinə şərait yaratmışdır. 

Tədqiqatçılann müşahidəsindən bəlli olur ki, XX əsrin son illərində 

dünya miqyasında cinayətkarlığın vəziyyətində və dinamikasında ciddi 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə